Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə27/141
tarix26.12.2016
ölçüsü1,42 Mb.
#3429
1   ...   23   24   25   26   27   28   29   30   ...   141
Klaviatura. 
Fərdi kompüter ilə istifadəçi arasında əlaqə 
yaradan qurğu klaviaturadır. Klaviaturanın istənilən düyməsi 
mexaniki və ya membran tipli miniatür çeviricidən ibarətdir. 
Çeviricinin vəziyyətinə  nəzarəti klaviaturanın daxilində 
yerləşmiş mikrosxem yerinə yetirir. Mikrosxemin vəzifəsi 
klaviatura üzərində olan istənilən düymənin basılmasına uyğun 
məlumatı mərkəzi mikroprosessora göndərməkdir. Bu məlumat 
mikroprosessorun daxilində olan əmrlər sisteminin köməyi ilə 
təhlil edilir. 
Adətən, klaviatura üzərində müxtəlif sayda düymələr 
yerləşdirilir. Məsələn, IBM PC XT markalı köhnə tipli 
kompüterlərdə 84/86 düyməli klaviaturadan (müasir dövrdə 
belə klaviaturadan istifadə edilmir), IBM PC AT markalı 
müasir tipli kompüterlərdə isə 102 və ya 104 düyməli 
klaviaturadan istifadə edilir. 
Klaviaturanın müxtəlif modifikasiyalarının 
hazırlanmasına baxmayaraq, onlar üzərində yerləşdirilən 
düymələrin funksiyaları demək olar ki, dəyişməz qalır. 
Düymələrin funksiyalarını  dəyişməsi yalnız və yalnız 
kompüterin istifadə olunma sahəsinin kompüterin daxilində 
olan proqramlar dəstinin dəyişməsi ilə baş verə bilər.  
Ümumiyyətlə, klaviaturanın düymələrini 4 qrupa 
bölmək olar. Birinci qrupa daxil olan düymələr klaviaturanın 
mərkəzində yerləşir. Onlar hərf, rəqəm və bəzi başqa simvolları 
kompüterə daxil etmək üçündür. Məsələn, Shift düyməsini 
sıxıb saxlamaqla əlifbanın baş  hərflərini, həmçinin 


   
37
klaviaturanın birinci qrupuna daxil olan yuxarı reqistr 
simvollarını kompüterə daxil etmək mümkündür. Əgər 
istifadəçi müəyyən müddət  ərzində yalnız baş  hərflərlə 
işləyəcəksə, bu zaman Caps Lock düyməsini sıxmaq kifayətdir. 
Caps Lock düyməsini sıxdıqda istifadəçi yenidən kompüterdə 
əlifbanın kiçik hərfləri ilə işləyə bilər. Bəzi tip klaviaturaların 
üzərində Caps Lock rejimini qeyd edən işıqlı indikator da 
quraşdırılır (bəzi modellərdə Caps Lock-dan latın əlifbasından 
digər  əlifba kodlaşmasına keçid düyməsi kimi istifadə edilir. 
Caps Lock baş hərflərin qeyd olunması deməkdir). 
İkinci qrup düymələr funksional düymələr adlanır və 
onlar klaviaturanın yuxarı hissəsində yerləşdirilmişdir. 
Üzərində F1-F12 yazıları  həkk olunmuş düymələrin təyinatı 
xüsusi proqramlarla müəyyən edilir. Bir çox hallarda istifadə 
edilən sistem proqramlarından asılı olaraq funksional düymələr 
Ctrl, Alt və Shift düymələri ilə birgə sıxılaraq öz funksiyalarını 
dəyişirlər. 
Üçüncü qrup düymələr kursorun hərəkətini 
istiqamətləndirmək və  ədədi simvollarla işləmək üçündür. Bu 
qrup düymələr  əsasən iki rejimdə istifadə edilir. Birinci rejim 
rəqəmləri aktivləşdirmə rejimi adlanır (Num Lock rejimi) və bu 
rejimdə 9 rəqəmdən  əlavə dörd hesab əməlinin işarələri 
kompüterə daxil edilir. İkinci rejimdən düymələr qrupundan 
kursoru idarə etmək üçün istifadə olunur. Yəni, düymələri 
basmaqla həm kursoru idarə edən düymələrin, həm də Insert və 
Delete düymələrinin yerinə yetirdiyi funksiyalar təkrar edilir. 
Hər iki rejim Num Lock düyməsini sıxmaqla müəyyən olunur.  
Klaviaturanın üzərində yerləşən  ←,  ↑,  →,  ↓, Home, 
End, PgUp və PgDn düymələri kursorun hərəkətini idarə edən 
düymələr adlanır. Adları  çəkilən düymələrdən birini sıxmaqla 
kursoru istənilən istiqamətdə  hərəkət etdirməklə yanaşı, 
monitorun ekranındakı  məlumatı “vərəqləmək” mümkündür. 
İstifadə  məqsədindən asılı olaraq düymələr (həmçinin onların 


 
38
Ctrl, Alt və Shift düymələri ilə kombinasiyaları) bəzən digər 
funksiyaları da yerinə yetirə bilirlər. 
Qeyd etmək lazımdır ki, 102 saylı düymələri olan 
klaviaturada kursorun hərəkətini idarə edən düymələrlə bir 
blok üzərində Insert və Delete düymələri də yerləşdirilmişdir. 
İstifadəçi kompüterdə istənilən mətni “redaktə etmək” 
rejimində  işləyirsə, adları  çəkilən düymələrdən istifadə 
etməklə,  monitorun ekranındakı  mətni vərəqləyə bilər. Bu 
məqsəd üçün istifadəçi PgUp (Page Up)-“səhifəni yuxarı” və 
PgDn (Page Down)-“səhifəni aşağı” istiqamətləndirici 
düymələrdən istifadə edə bilər. Əgər kursoru sətrin əvvəlinə və 
ya sonuna gətirmək tələb edilirsə, o zaman istifadəçi uyğun 
olaraq Home və ya End düymələrini basa bilər. 
Erqonomik tələbatı  nəzərdə tutan xüsusi formalı 
klaviaturalar - erqonomik klaviaturalar istifadə olunur. 
 
Onlardan böyük həcmli informasiyaları daxil etmək üçün 
nəzərdə tutulan iş yerlərində, məqsədyönlü  şəkildə istifadə 
edirlər. Erqonomik klaviaturalar təkcə  mətn daxil edilməsinin 
məhsuldarlığını artırmır və  iş günü ərzində ümumi diqqəti və 
bir sıra xəstəliklərin (məsələn, bel sütununun yuxarı hissəsinin 
osteoxondrozunu) ehtimalını, inkişaf dərəcəsini azaldır. 
Sistem bloka qoşulma metodlarına görə klaviaturalar 
simli
  və  simsiz klaviaturalara ayrılırlar. Simsiz klaviaturada 
informasiya ötürülməsi infraqırmızı  şüalarla həyata keçirilir. 
Belə klaviaturaların adətən fəaliyyət radiusu bir neçə metrdən 
ibarət olur. Siqnalın mənbəyi isə klaviatura olur. 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin