Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə23/141
tarix26.12.2016
ölçüsü1,42 Mb.
#3429
1   ...   19   20   21   22   23   24   25   26   ...   141
Xarici yaddaş qurğusu
. Xarici yaddaş qurğusu kimi 
sərt maqnit disklərindən (Hard Disk Drive (HDD)) və ya 
vinçestrdən
1
 istifadə edirlər. Sərt disklər operativ yaddaşı 
nəzərə almasaq, yaddaş qurğuları içərisində, verilənlərə ən tez 
girişi (adətən 7-20 milli saniyə) və onların  ən sürətli (5 
Mbayt/saniyə) oxunmasını  və yazılmasını  təmin edən 
qurğulardır. Belə disklərə informasiya xüsusi texnologiya ilə 
yazılır. Sərt maqnit disk qurğusu 2-6 maqnit diskindən  ibarət 
olub, möhkəm korpusda saxlanılır. Onun idarə olunması 
eyniadlı kontroller vasitəsilə  həyata keçirilir. Sərt maqnit 
disklərində  əməliyyatlar sistemləri, tətbiqi proqramları, 
müxtəlif verilənlər də saxlayırlar. Sərt maqnit diskləri 
kompüter  şəbəkədən ayrıldıqda belə proqram və verilənləri 
uzunmüddətli saxlayır. 
                                                 
1
 Diskin adı “Vincester 30/30” markalı tüfəngin adından götürülüb. Belə ki, 
haqqında danışılacaq ilk maqnit disklərin də markası 30/30 idi. 


   
31
Sərt maqnit diskləri ana lövhəyə qoşulma üsuluna görə 
aşağıdakı  siniflərə bölünür: 
1.
 
IDE interfeysli (və ya E-IDE interfeysli); 
2.
 
SCSI interfeysli (Ultra SCSI, Ultra II SCSI, Ul-
tra Wide SCSI və s. interfeysi ilə). 
İkincilər birincilərə nisbətən qiymətcə baha olmaqla 
yanaşı, onların işləmə sürətləri də çoxdur.  
Sərt maqnit disklər ilk dəfə kompüterə qoşulduqda  
formatlaşdırılmalıdır. Bu zaman diskdə  və verilənlərin 
saxlanılması üçün işçi sahə yaradılır.  Sərt maqnit diskləri bir-
birindən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənirlər: 

 
tutumu, yəni informasiyanın diskə hansı  həcmdə 
yerləşməsinə görə;  

 
tezliyi, yəni informasiyanın diskə hansı sürətlə yazılması 
və oxunmasına görə; 

 
interfeys, yəni sərt diskin qoşula biləcəyi kontrollerlərin 
tipinə görə. 
İnformasiyanın diskdən oxunma/yazılma sürəti 
kompüterdə istifadə edilən mikroprosessorun tezliyindən
kontrollerlərin və  şinlərin tipindən, həmçinin istifadə edilən 
sərt maqnit diskinin özündən çox asılıdır. Müasir texnologiya 
ilə hazırlanmış  sərt maqnit disklərində bu parametr 1.3-5 
Mbayt/s arasında dəyişir. 
Sərt maqnit disklərinin kompüterdə istifadə olunması 
kompüterdən  istifadə etməyi həddindən artıq rahat edir. İndiki 
zamanda sərt maqnit diski olmayan kompüterlərdən demək olar 
ki, istifadə edilmir.  

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin