Az diLİNDƏ İŞGÜzar və akademik və İŞGÜzar kommunikasiya kollekvium suallari



Yüklə 34,33 Kb.
səhifə5/5
tarix25.12.2023
ölçüsü34,33 Kb.
#196196
1   2   3   4   5
AİAK Kollekvium 15 sual

Ədəbi dil anlayışı:

Nitq mədəniyyətinə yiyələnmək üçün əsas ədəbi dilin normaları qaydalarına riayət edilməlidir. Dil və norma bir-birilə bağlıdır. Norma cəmiyyət üzvlərinin dildən istifadə qaydalarının məcmusudur. ədəbi dil olmadan nitq mədəniyyəti yoxdur. Nitq mədəniyyətinin normaları yazılı və şifahi nitqin qaydalarından törəmişdir. ədəbi dildə hamının qəbul etdiyi normalar vardır. Norma qanunu salınmış və hərkəs tərəfindən qəbul edilmiş icbari qaydalardır.
Normalar:
1 Fonetik norma- sözlərin düzgün yazılış və düzgün tələffüz qaydaları.
2 Leksik norma- sözün mənasına bələd olmaq, düzgün və yerində işlətmək.
3 Qrammatik norma- sözlər və cümlələr arasında üzgün əlaqə qurmaq.



  1. Nitqin münasibliyi

Nitqin münasibliyi üçün nümunələr və statlar ədəbi dil üslublarına, konkret dil situasiyalarına uygun seçilməlidir. Bədii yazıda dil elementlərinin uygunluğu digərlərindən fərqlənir. Bu zaman yazıçı bədii təsvir və ifadə vasitələrindən bacarıqlı istifadə edərək oxucuya həmin dövrün, obrazın təsvirini daha yaxşı çatdırır. Yeri gəldikdə aforizm və atalar sözlərindən də istifadə edə bilər.
Işgüzar üslubda yazı növləri standart formada olur. Bu formalar rəsmi sənədlərin dəyişməz forması kimi sabit saxlanır.
Nitq mübadiləsinin informasiya məqsədinə xidmət etməsi üçün bəzi tələblər var:
1 Natiq dil sturukturlarına bələd olmalıdır
2 Materialın məzmunu və həcmi haqqında aydın təsəvvürü olmalıdır
3 Dilin ifadə vasitələrindən düzgün ifadə etməyi bacarmalıdır.
Nitqin münasibliyi üçün şifahi nitqdə omonimlərə geniş yer verilir. Çünki şifahi nitqdə sözün mənasına daha çox fikir verilir. Yazılı nitqdə isə həm forma, həm də məzmun cəhətdən münasib olmalıdır. Dildə mənanı daha dəqiq ifadə etmək üçün sinonimlərdən istifadə olunur


  1. Kommunikasiya prosesində orfoqrafik və orfoepik qaydalar

Fonetika dilin səs sistemini və səs qanunlarını öyrənir. Orfoqrafiya qaydaları:
1 Yazıda ikiliyin qarşısını alır
2 Qaydaların əsası sabitdir
3 Qaydalarda müəyyən şərtiliyə malikdir
Dilimizdə elə sözlər varki, onları yazıldığı kimi tələffüz etmək, tələffüzü kimi yazmaq olmaz. Bu zaman 2 formaya-orfoqrafiya və orfoepiyaya diqqət yetirməliyik. Orfoqrafiya sözün düzgün yazılışı, orfoepiya düzgün deyiliş formasıdır. Orfoqrafiya qaydaları bir neçə hissəyə bölünür:
1 Kar və şəkilçidəki səslərin hərflə ifadəsinə dair qaydalar
2 Mürəkkəb sözlərin bitişik, yarımbitişik, və ayrı yazılmasına aid qaydalar
3 Sözlərin baş hərflərinin böyük yazılmasına aid qaydalar
4 Sözü sətirdən sətirə keçirməyə dair qaydalar
5 İxtisar edilən sözlərin və qısaltmaların yazılışına aid qaydalar
Durğu işarəsi savadlı insanın ümumi savadının göstəricilərinən biridir. Səhv bəzən durğu işarəsinin lazımsız işlədilməsiylə bağlı olur. Məsələn, mürəkkəb cümlənin tərkib hissələri arasında vergül qoyulur, əlavələr isə cümlə üzvlərindən tire(-), bəzən də vergüllə ayrılır.
Orfoepik qaydaların müəyyən olunması aşağıdakı prinsiplərə ayrılır:
1 Fonetik prinsip
2 Morfoloji prinsip
3 Qrafik prinsip


Yüklə 34,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin