Az diLİNDƏ İŞGÜzar və akademik və İŞGÜzar kommunikasiya kollekvium suallari


Kommunikasiya prosesində heca, vurğu və intonasiya



Yüklə 34,33 Kb.
səhifə2/5
tarix25.12.2023
ölçüsü34,33 Kb.
#196196
1   2   3   4   5
AİAK Kollekvium 15 sual

Kommunikasiya prosesində heca, vurğu və intonasiya:

Şifahi nitq zamanı intonasiya, vurğu, nitq fasiləsi mühüm əhəmiyyət kəsb edir.
Nitqdə intonasiyanın rolu çox böyükdür. Xüsusilə bədii üslubda mühüm yer tutur. Intonasiyanın
da xüsusiyyətləri vardır. Intonasiya əsəri zənginləşdirən, onun bədiiliyini artıran mühüm komponentlərdən biridir.
Informasiyanın fonosemantik mənaları:
1 Nəqli sual, əmr və nida cümlələrini formalaşdıran intonasiya
2 Arzu, xahiş məzmunu ifadə edən intonasiya
3 Sadalama, qarşılaşdırma bildirən intonasiya
4 cümlə daxilində xitabları,ara sözləri, əlavələri nəzərə çarpdıran intonasiya
Əsas funksiyaları:
1 Apelyativ funksiya
2 Deliminativ funksiya
3 Emosional-ekspressiv funksiya
4 Kommunikativ funksiya
İntonasiya ünsürlərindən biri də nitq fasiləsi-pauzadır. Nitq müəyyən dayanacağa malikdir. Tənəffüs məqsədilə danışıq və oxu zamanı edilən bu dayanacaq pauza adlanır. Nitq fasiləsi söyləyən və oxuyan üçün çox əhəmiyyətlidir. Nitq prosesində normal tənəffüsün rolu böyükdür. Nitq fasiləsi həm məntiqi, həm psixoloji funksiya daşıyır. Fasiləsiz, yəni məntiqi aydınlığı olmayan nitq mənasız nitq adlanır.
Vurğu fonosemantik əhəmiyyət kəsb edən, informativlik yükü ilə müəyyənləşdirilən vahiddir.
Az dilində vurğu, intonasiya, duyğu işarələri mühim rol oynayır.
Hecalardan birinin digərinə nisbətən daha güclü deyilməsinə vurğu deyilir. Vurğunun hüdudu söz və hecadır. Hər bir dilin fonetik sistemində vurğu mühüm yer tutur.


  1. Nitqin düzgünlüyü:

Nitqin düzgünlüyü onun həm forması, həmdə məzmununa hesablanmış anlayışdır. Düzgün nitqə yiyələnmək üçün həm qrammatik qaydalara həmdə ədəbi dilin normalarına riayət etmək lazımdır. Ilk növbədə cümlə düzgün qurulmalı, dilin fonetik, qrammatik və leksik normaları gözlənilməlidir. Nitqin düzgünlüyü üçün cümlələr arasındakı məntiqə fikir vermək lazımdır. Danışıqda nitqi aydınlaşdıran, dolaşıq, iri həcmli cümlələrdən istifadə olunmamalıdır. Düzgünlük anlayışı əsasən mövzuya aiddir.



  1. Yüklə 34,33 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin