Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 1,45 Mb.
səhifə34/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   30   31   32   33   34   35   36   37   ...   122
3.3.1.3. 12 saylı Protokol 

12 saylı Protokol qanunla müəyyən edilmiş hüquqlardan istifadə üzrə ayrı-

seçkiliyi qadağan edir ki, bu da yalnız AİHK-da qeyd edilən hüquqlarla

məhdudlaşan  14-cü  Maddənin  əhatə  dairəsindən  genişdir.  Avropa

Şurasının İzahat Hesabatının bu terminlərin təfsiri ilə bağlı Şərhində qeyd

edilib ki, aşağıdakı hallarda bu müddəa ayrı-seçkilik hesab olunur:

i.    xüsusilə  milli  hüquqla  şəxsə  verilmiş  hər  hansı  hüquqdan  istifadə

zamanı;


ii. milli qanunverciliyə əsasən vəzifəli şəxsin  öhdəliklərindən asılı olan

hüquqlardan istifadə, yəni milli qanunvericiliyə əsasən vəzifəli şəxsdən

müəyyən şəkildə davranmaq tələb edildiyi hallarda;

74

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



_____________________________________

92. 1saylı Protokolun, 1-ci Maddəsinin tam izahı AŞ-nın Hüquq mütəxəsisləri üçün internet səhifəsindn

əldə oluna  bilər: Grgić, Mataga, Longar və Vilfan, “AİHK üzrə Mülkiyyət Hüququ” İnsan Hüquqları üzrə

Məlumat kitabı No. 10, 2007, internet səhifədə var: www.coehelp.org/mod/resource/view.

php?inpopup=true&id=2123.”(‘The right to property under the ECHR’, Human Rights Handbook, No. 10,

2007, available at: www.coehelp.org/mod/resource/view. php?inpopup=true&id=2123.)

93. Məsələn, AİHM, Stec və digərləri  Böyük Biritaniyaya qarşı [GC] (Nos. 65731/01 və  65900/01), 12

Aprel 2006 ( pensiya ödənişləri və əlillik üzrə  müavinət); AİHM, Andrejeva.Latviyaya qarşı [GC] (No.

55707/00), 18 Fevral 2009 (əlillik üzrə müavinət); AİHM, Gaygusuz Avstriyaya qarşı (No. 17371/90), 16

Sentyabr 1996 (işsizlik üzrə müavinət) 

94. Məsələn AİHM, Weller Macarıstana qarşı (No. 44399/05), 31 Mart 2009 (uşaqlı ailələrə dəstək üzrə

sosial sığorta ödəmələri) 




iii. vəzifəli şəxs tərəfindən diskresion hüquq yerinə yetirilərkən (məsələn,

müəyyən maddi yardımların verilməsi)

iv. vəzifəli şəxsin hər-hansı başqa fəaliyyəti və ya səhvi (məsələn, qiyama

nəzarət edən hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri).’

95

Şərhdə  həm  də  qeyd  edilir  ki,  Protokol  şəxsləri  dövlətin  ayrı-seçkilik



hərəkətlərindən  müdafiə  etməklə  bərabər,  dövlətin  şəxslər  arası

münasibətlərdə müdafiə etməli olduğu məsələləri də əhatə edir, məsələn,

əsassız  olaraq  iş  yerinə  və  ya  restorana  girişın,  və  ya  fərdi  şəxslər

tərəfindən  ictimaiyyətə  göstərilə  bilən  xidmətlərin,  məsələn  səhiyyə

xidmətləri və ya su və elektrik kimi kommunal xidmətlərdən istifadənin

qadağan olunması.

96

Geniş mənada 12-ci Protokol şəxləri sırf şəxsi sayılan



kontekstlərdən kənarda, yəni fərdi şəxslərin dövlət tərəfindən təqdim edilən

mallar və xidmətlərlə bağlı qərar qəbul etdiyi hallarda ayrı-seçkiliyin yol

verilməsini qadağan edəcəkdir.

4.6-cı Fəsildə müzakirə edilən, AİHM-sı tərəfindən 12-ci Protokolun 1-ci

Maddəsinə əsasən baxılmış Sejdić  və Finci Bosniya və Hersoqoviniyaya

qarşı (Sejdić  və Finci v. Bosnia and Hersogovina) işində Məhkəmə bu

sənədi “ayrı-seçkilik üzrə ümumi qadağa kimi” müəyyən etdi.  Eyni za-

manda  Məhkəmə  qeyd  etdi  ki,  ayrı-seçkilik  zəminində  baxılan  növbəti

işlərə yanaşma da 14-cü Maddənin konteksti çərçivəsində aparılacaq.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin