Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


 Ayrı-seçkilik Əleyhinə Avropa Hüququ ilə



Yüklə 1,45 Mb.
səhifə30/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   26   27   28   29   30   31   32   33   ...   122
3.2. Ayrı-seçkilik Əleyhinə Avropa Hüququ ilə 

Müdafiə olunan şəxslər

İlk olaraq Aİ hüququ və AİHK-in müdafiə mexanizmlərindən yararlananlar

qeyd  edilməlidir.  AİHK  üzv  dövlətlərin  yurisdiksiyasında  olan,  onların

vətəndaşı  olub-olmamalarından  asılı  olmayaraq,  hətta    dövlətin  milli

ərazisindən kənarda, lakin onun effektiv nəzarəti altında  (işğal edilmiş

ərazilər kimi) olan şəxslərin mühafizəsini təmin edir.

82

Bundan fərqli olaraq



isə Aİ hüququnun əhatə dairəsi daha məhduddur. Vətəndaşlıq üzrə qadağa

Aİ hüququnda şəxslərin sərbəst hərəkət etməsi kontekstində və yalnız Aİ

üzv dövlətlərinin vətəndaşlarına tətbiq edilir. Bundan əlavə, ayrı-seçkilik

əleyhinə olan direktivlər üçüncü dövlət vətəndaşları (ÜDV) baxımından bir

sıra istisnalar təşkil edir. ÜDV Aİ-nın üzvü olmayan dövlətin vətəndaşıdır. 

Ayrı-seçkilik əleyhinə olan direktivlər Sərbəst Hərəkət haqqında Direktivlə

83

tənzimlənən vətəndaşlıq üzrə məsələlərə tətbiqi birbaşa istisna edir. Qeyd



olunan Direktivə əsasən yalnız Aİ üzv dövlətləri vətəndaşlarının digər üzv

dövlətlərin  ərazisinə  daxil  olmaq  və  orada  yaşamaq  hüququ  var.  Aİ

68

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



_____________________________________

82. AİHM Loizidou Türkiyəyəy qarşı işi (N.15318/89) 18 Dekabr 1996 (ECtHR, Loizidou v. Turkey (No.

15318/89), 18 December 1996)

83. 2004/38/AK Birlik vətəndaşları və onların ailə üzvlərinin üzv dövlətlərin ərazilərində sərbəst şəkildə

hərəkət edib yerləşməsi hüququ üzrə direktiv OJ L 158, 30.04.2004, s 77. (Directive 2004/38/EC on the

right of citizens of the Union and their family members to move and reside freely within the territory of

the Member States, OJ L 158, 30.4.2004, p 77



vətəndaşı başqa Aİ üzv dövləti ərazisində beş il qanuni yaşadıqdan sonra,

ona  yaşadığı  ölkədə  daimi  yaşama  hüququ  verilir  ki,  bu  da  ona  “işçi”

kateqoriyasına verilmiş hüquqlara bərabər imkanlar yaradır. Təbii ki, bu o

demək deyil ki, digər üzv dövlətlərin vətəndaşları ayrı-seçkilik əleyhinə olan

direktivlərlə  mühafizə  olunmur.  Belə  ki,  almaniyalı  homoseksual

Yunanıstanda öz seksual oriyentasiyasına görə işdən çıxarılarsa o Əmək

hüquqları üzrə Bərabərlik Direktivinə istinad edə bilər. Bu o deməkdir ki,

ayrı-seçkilik üzrə şikayət edən zərərçəkmiş  bunu ya irqi və etnik ayrı-seçk-

ilik  zəmini  ilə  əlaqələndirməli,  ya  da  Sərbəst  Hərəkət  Etmə  Direktivinə

əsaslanmalıdır.

Həm İrqi Bərabərlik Direktivi, həm də Əmək Hüquqları üzrə Bərabərlik Di-

rektivi qeyd edir ki, onlar üçüncü dövlət vətəndaşlarına (ÜDV) ölkəyə daxil

olma və orada yaşama məsələləri üzrə bərabər münasibətin göstərilməsi

üzrə  hüquq  yaratmırlar.  Daha  sonra  Əmək  Hüquqları  üzrə  Bərabərlik

Direktivində qeyd olunur ki, bu Direktiv, ÜDV-lər üçün məşğulluq və əmək

münasibətləri  baxımından  da  bərabər  münasibətin  yaradılması  üçün

hüquqlar təmin etmir. İrqi Bərabərlik Direktivi qeyd edir ki, “üçüncü dövlət

vətəndaşlarının hüquqi statusundan yaranan hər hansı bir davranışı” əhatə

etmir. Bununla belə, bu qayda üzv dövlətlərin ÜDV-lərin müdafiəsini istisna

etməyə icazə vermir, belə ki, preambulaya əsasən ÜDV-lər direktivlə əmək

hüquqlarına istinad istisna olmaqla, qalan hallarda müdafiə edilir. Gender

Bərabərliyi Direktivi (Recast) və Mallar və Xidmətlər üzrə Gender Direktivi

ÜDV-lərin müdafiəsini istisna etmir.

Bununla  belə,  ÜDV-ləri  ayrı-seçkilik  əleyhinə  direktivlərin  əhatə  etdiyi

bərabərlik hüququndan, Üçüncü Dövlət Vətəndaşları Direktivinə əsasən

geniş mənada “uzun müddətli yaşayan” hesab edildikləri yerlərdə istifadə

edə bilərlər(bu isə digər qaydalarla bərabər 5 il qanuni yaşayışın olmasını

tələb edir).

84

Əlavə  olaraq Ailənin  Yenidən  Birləşməsi  Direktivi  ÜDV-lərə  üzv  dövlət



ərazisində  ailə  üzvlərinə  müəyyən  şərtlər  altında  qoşularaq,  qanuni

yaşamaq imkanı yaradır.

85

69

Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi



_____________________________________

84. 2003/109/AK Ölkə ərazisində uzun müddətli yaşayan üçüncü dövlət vətəndşlarının status haqqında

direktiv, OJ L16, 23.01. 2004, s 44. (Directive 2003/109/EC concerning the status of third-country nation-

als who are long-term residents, OJ L 16, 23.01.2004, p.44)

85. 2003/86/AK (Directive 2003/86/EC on the right to family reunification, OJ L 251, 3.10.2003, p. 12)



Təbii ki, AB hüququnda mövcud olan bu qaydalar üzv dövlətlərin milli qa-

nunvericiliyi əsasında daha əlverişli şəraitin yaradılmasını istisna etmir.

Bundan əlavə, 4.7-ci fəsildə müzakirə edilən AİHM-in presedent hüququ

göstərir  ki,  dövlət  vətəndaşları  və  qeyri  vətəndaşları  müqayisə  edilən

şəraitdə (onlara müəyyən şəraitdə fərqli davranmağa icazə verilməsini

nəzərə alaraq) belə, onların yurisdiksiyası altında olan bütün şəxslər AİHK-

da  təsbit  edilmiş  bütün  hüquqlardan  bərabərlik  zəminində  istifadə

etməlidirlər. Bununla da AİHK üzv dövlətlərin üzərinə ÜDV-lər ilə bağlı

öhdəliklər qoyur ki, bu da müəyyən sahələrdə AB hüququnun tələblərindən

daha irəli gedir.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin