Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


 Konvensiyada nəzərdə tutulan hüquqlar



Yüklə 1,45 Mb.
səhifə32/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   28   29   30   31   32   33   34   35   ...   122
3.3.1.1. Konvensiyada nəzərdə tutulan hüquqlar 

14-cü Maddə tam olaraq AİHK-in nəzərdə tutduğu maddi hüquqlardan ən

azı biri üzrə ayrı-seçkilik faktının olmasından asılı olduğundan, AİHK-da

təsbit olunmuş hüquqların qiymətləndirilməsini həyata keçirmək tələb olu-

nur. AİHK, başlıca olaraq “vətəndaş və siyasi” hüquqların siyahısından

ibarət olsa da, o həmçinin bir sıra “iqtisadi və sosial” hüquqları da müdafiə

edir.

AİHK-da qeyd edilən maddi hüquqlar son dərəcə geniş əhatə dairəsinə



malikdir, belə ki, yaşamaq hüququ, ailə və şəxsi həyata hörmət hüququ,

düşüncə, din və vicdan azadlığını özündə ehtiva edir. 

AİHK-da təsbit edilən hüquqlar üzrə ayrı-seçkilik faktının olduğu bütün

işlərdə AİHM 14-cü Maddənin pozulması barədə şikayətləri araşdıracaq.

Aİ hüququ ilə AİHK arasında əhəmiyyətli fərq ondan ibarətdir ki, AİHK, Aİ-

nin ayrı-seçkilik əleyhinə hüququnun tənzimləmədiyi məsələlər üzrə də

ayrı-seçkilikdən müdafiə edir. Baxmayaraq ki, Fundamental Hüquqlar üzrə

Aİ  Xartiyası,  Aİ-nin  üzərinə  götürdüyü  tədbirlərdə  insan  hüquqları

məsələlərinə  qarışmamaq  öhdəliyi  yaratsa  da  (ayriseçkiliyin  qadağan

edilməsi də daxil olmaqla), Xartiya üzv dövlətlərə yalnız  Aİ hüququ tətbiq

edilərkən tətbiq edilir. Xartiya onlara yalnız bu məhdud çərçivədə tətbiq

edilir, çünki Aİ-nin üzv dövlətlərdə Aİ hüququnu tətbiq etmək üçün inzibati

mexanizmi  yoxdur,  əksinə Aİ  hüququ  üzv  dövlətlərin  adminstrasiyaları

tərəfindən həyata keçirilir. Buna görə də, o sahələrdə ki, üzv dövlətlər öz

səlahiyyətlərini Aİ-nə həvalə etməyiblər, həmin sahələrdə Xartiyanın hər

hansı qüvvəsi yoxdur.

Ayrı-seçkilik  əleyhinə  direktivlərin  təqdim  olunması  və  onların  əhatə

dairəsinin  mal  və  xidmətlər  və  sosial  rifah  sisteminə  çıxışın  müdafiəsi

sahəsinədək genişlənməsi ilə, AİHK və direktivlərin təqdim etdiyi müdafiə

arasında fərq azaldı. Buna baxmayaraq, AİHK-in xüsusi sahələr üzrə Aİ

hüququndan da üstün müdafiəni təmin etməsi müəyyən edilə bilər. Bu

haqda aşağıda təhlil ediləcək.

71

Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi





Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin