Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru


Amerika! Bu olası iş deyil ki, siz vurub aradan çıxasınız. Artıq o addım atılsa ilişəcəksiniz və biz sizdən əl çəkməyəcəyik!



Yüklə 189,59 Kb.
səhifə9/29
tarix02.01.2022
ölçüsü189,59 Kb.
#2351
1   ...   5   6   7   8   9   10   11   12   ...   29
Cənab Rəhbərin Besət bəyanatı

Cahiliyyət təkcə elmdən məhrumluq deyil.


Ölkə məsulları və İslam ölkələri səfirləri ilə görüşdə bəyanat

Ayətullah Xameneinin əziz Peyğəmbərin (s) Besət ildönümü münasibilə bəyanatının tam mətni

Bismillahir-Rəhmanir-Rəhim...

Bu böyük, tarixi və misilsiz bayram münasibətilə siz möhtərəm iştirakçıları, əziz qonaqları, bütün İran xalqını, dünya müsəlmanlarını , eləcə də qəlbi ədalət, insanlıq və azadlıq üçün çırpınan bütün insanları təbrik edirəm. Besət təkcə müsəlmanlar yox, hamı üçün bayramdır. Besət bayramı, besət gününün əziz tutulması səbəbi budur ki, besətin məzmununu təkrarlayaq və ondan dərs alaq. Məqsəd budur. Biz besət dərslərinə həmişə ehtiyaclıyıq. Besət müəyyən dövrə aid olan tarixi hadisə deyil, tarixin bütün dönəmləri üçündür.

Bu gün mənim Besətin böyük məcmuə olan dərslərindən seçib, haqqında qısaca danışmaq istədiyin budur ki, Besət cahiliyyətlə mübarizə üçün gəlib. İslam leksikonunda cahiliyyət əziz Peyğəmbərin (s) risalətinin doğuşundan əvvəlki dövrdür. Təsəvvür etməməliyik ki, bu cahiliyyat Ərəbistan yarmadası, Məkkə, Hicaz ərəbləri və başqa nöqtələrə aid olub, xeyr. Bu cahiliyyət ümumi olub. O zaman İran da, Rum da cahiliyyət bataqlığında qərq olmuşdu. İslam və Peyğəmbərin besəti bütün bu cahiliyyətlə mübarizə üçün gəldi. Cahiliyyət təkcə elmdən məhrumluq deyil. İslam leksikonunda cahiliyyətin çox geniş mənası var. Cahiliyyətin bir hissəsi elmdən məhrumluqdur. Amma geniş mənada cahiliyyət insanın şəhvət və qəzəb qüvvəsinin həyat fəzasına qalib gəlməsi, hakim olmasıdır. Cahiliyyət budur. Cahiliyyət, yəni bəşər cəmiyyətinin xüsusilə hakimlərin şəhvət və qəzəb meyllərinin əsarətinə düşməsi ilə onda fəzilətlərin məhv olması, rəzalətlərin hakim olması. Bu olur cahiliyyət.

Cahil xalqın həyatında bir geniş azğınlıq meydanı var. Bir tərəfdən cilovu qırmış nəfs, cinsi şəhvət və bu qəbil şeylər. Siz Ərəbistan yarmadasında mühitə baxın. Başqa fəzalar da belə idi. Cilovu qırmış vəziyyətdə şəhvətə qərq olmuşdular. Bacaran adam şəhvətpərəstliklə məşğul idi. Digər tərəfdən, şəhvətə tabe olan bu insanlar qan tökməkdə təsəvvürə gəlməyən dərəcədə həddi aşırdılar. Öz körpələrini öldürürdülər. Qəd xəsirəlləzinə qətəlu əvladəhum... (bax: Ənam, 140) O kəslər ki övladlarını qətlə yetirir səbəbi səfehlikləridir. Səfəhən biğeyri ilm... (həmin ayə) Bu səfehlik elə həmin cahiliyyətdir. Daşürəklik, qəddarlıq elə bir həddə çatır ki, başqalarının günahsız ailə-övladı bir kənara, öz övladlarına da rəhm etmirlər. Bu olur cahiliyyət. Bir tərəfdən şəhvət,bir tərəfdən qəzəb. O zaman həyat mühiti bu iki azğın hissin əsiri olur. İslam gəldi ki, bu vəziyyəti aradan qaldırsın. Bu hallar Sasani İranında da, Roma İmperatorluğunda da var idi. Zalım imperator və hakimlərin nəzarəti altında olan başqa yerlərdə də bu hal var idi. İslam bütün bu çirkinliklərin qarşısında dayandı. Lilaləminə nəzira... (bax: Fürqan, 1) İslam bütün dünyaya xitab etdi. Bu İslamın göstərişidir.

Bu gün də dünyada cahiliyyət var. Biz gözümüzü açmalı, cahiliyyəti tanımalıyıq. Bu gün də eynən həmin məna mövcuddur. Ölçüsüz, cilovsuz, məntiqsiz şəhvətpərəstlik. Bu gün qərb dünyasında şəhvətpərəstliyin məntiqi “təmayül”dür. Soruşuruq ki, nə üçün homoseksualizmi yayır, genişləndirirsiniz? Deyirlər ki, bu insanda bir meyldir. Budur məntiqləri! Şəhvətdə, cinsi meyllərdə heç bir qırmızı xətt tanımayanlar növbə qəddarlığa çatanda müşahidə edirik ki, günahsız insanları necə qətlə yetirirlər, heç bir təqsiri olmayan millətləri necə məhv edirlər. Bu hazırda mövcud olan cahiliyyətdir, modern cahiliyyət! Bu cahiliyyətin Quran təbirincə ilkin cahiliyyətdən fərqi odur ki, bu gün cahiliyyət elmlə silahlanıb. İnsanlara xoşbəxtlik gətirəcək elm onu qara günə salıb, bəşər cəmiyyəti üçün bədbəxtlik səbəbi olub. Bu gün dünyaya meydan oxuyanlar öz elmi nailiyyətlərinə güvənib zor deyənlərdir. Bu gün əllərindəki silah, informasiya vasitələri, təhlükəsizlik texnologiyaları, böyük təbliğat maşınları elmin səmərəsidir. Bütün bunlar şəhvət və qəzəbin xidmətindədir. Dünyanın hazırkı vəziyyəti belədir. İslam cəmiyyəti belə bir reallıqla üzbəüzdür. İslam dünyası bunu hiss etməli, dərk etməlidir.

Bu gün cahiliyyət təkrar istehsal edilib. İlkin İslam dövründəkindən daha güclü, yüz dəfə, min dəfə təhlükəli. Həmd olsun Allaha ki, bu gün İslam da təchiz olunub. Müxtəlif vasitələrdən istifadə etməklə İslam dünyaya yayılıb. Müvəffəqiyyətə, düşmən fitnəsi üzərində qələbəyə ümid kiçik ümid deyil. Birinci dərəcəli zərurət bəsirətdir. İkinci izzət və himmətdir. Bunlar İslam millətlərinin ehtiyac duyduğu şeylərdir.

Bu gün İslam dünyası həqiqətən problem yaşayır. Öz məntəqəmizdə İslam ölkələrinin vəziyyətinə baxın. Pakistan və Əfqanıstandan başlamış Suriya, Livan, Fələstinə qədər, Yəməndən başlamış Liviyaya qədər ölkələr, Qərbi Asiya və Şimali Afrika ölkələri çoxsaylı problemlər içindədir. Böhran problemi, qardaş qırğını problemi, Allahdan xəbərsiz qruplaşmalar problemi. Bütün bunların arxasında isə böyük güclərin, başda Amerikanın planları dayanır. Öz milli mənafelərinə xidmət adı ilə meydana daxil olur, şəhvət və qəzəb hökmü altında istədiklərini edirlər. Günahsız insanları qətlə yetirir, terrorçu qruplaşmaları dəstəkləyirlər.

Təbliğatları həqiqətən də genişdir, bütün mövzuları əhatə edir. Biz iranlılar Çörçil adı ilə tanışıq. İngiltərənin ötən nəsil siyasətçilərindəndir. Onun məzhəkəli bir sözü var. Deyir həqiqət o qədər qiymətlidir ki, onu yalana büküb qorumaq lazımdır!! Məntiqə baxın! Həqiqətin tam ziddi olan yalanın təbliği! Qərb siyasətində müşahidə etdiyimiz budur.

Bu gün amerikalılar iddia edirlər ki, terrorla mübarizə aparmaq iatəyirlər. Hansı ki ən qəddar terrorçuları özləri ərsəyə gətirib. İŞİD-i kim yaradıb? Özləri etiraf edirlər ki, İŞİD-in yaranmasında mühüm rol oynayıblar. İŞİD-ə bənzər irili-xırdalı terror qruplaşmalarını İraq və Suriyada, başqa yerlərdə millətlərin canına salan kimdir? Bu cinayətkarların, qatillərin əlindəki silah-sursat, dollarlar haradandır? Bu pullar haradan gəlir? Amerikanın siyasəti, göstərişləri əsasında məntəqədə terrorçu qrupları dəstəkləyən kimdir? İmperialistlərin məntəqədə terrorçu qrupları yaratmasına, genişləndirməsinə, onları himayə etməsinə şübhə var?! Bu məntəqənin hansı nöqtəsinə baxsan orada terror hadisələrində düşmənin əlini görərsən. Qəzzədə, Qərb Sahilində Fələstini təzyiq altında saxlayan saxta sionist rejimi kim himayə edir? Onlara yol açan kimdir? Onların arxasında kim dayanıb? Başda Amerika olmaqla qərb dövlətləri bu rejimi himayə edir. Belə bir vəziyyətdə şüarları terrorla mübarizə, İŞİD-ə qarşı müxalifətdir. Yalan deyirlər, sözləri həiqəqətə ziddir. Bu cahiliyyətdir. Bu müasir dünyamızda mövcud olan cahjiliyyətdir.

Oyaq olmalıyıq. Əziz qardaşlar, əziz İran xalqı, böyük İslam ümməti, ölkə başçıları! Bilin ki, biz bu cahiliyyətin qarşısını ala bilərik. Bu imperializm öz xəbis siyasətləri ilə məntəqəmizdə başqa əllərlə müharibə aparır. Öz mənafeləri naminə məntəqə ölkələrini ya ölkə daxilində qrupları qızışdırırlar, bir-birinin üstünə salırlar. Öz mənafeləri yolunda belə edirlər. Silah istehsalçılarının cibini doldurur, süquta uğramaqda olan iqtisadiyyatlarını bu yolla dirçəltmək istəyirlər. Məqsədləri budur, oyaq olmalıyıq.

Farz körfəzi məntəqəsi haqqında danışırlar. Fars körfəzində təhlükəsizlik körfəz ölkələrinin müştərək mənafeyidir. Biz körfəz ölkələriyik, müştərək mənafelərimiz var. Biz qonşuyuq, burada təhlükəsizlik bizim xeyrimizədir. Əgər Fars körfəzi təhlükəsiz olsa, hamımız bu təhlükəsizlikdən faydalanarıq. Qeyri-sabitlik olsa bu hamımıza zərərdir. Təhlükəli körfəz hamı üçün təhlükəlidir. Burada təhlükəsizliyi körfəzin sahibləri təmin etməlidir. Amerika kimdir ki, gəlib Farz körfəzi haqqında fikir bildirsin?! Onlar sabitlik yox, mənafe arxasıncadırlar. Bir yerdə böhran yaratmaq istəyəndə bu işi görür və görənləri himayə edirlər.

Bəli, Yəmən qarışdı, uşaq və qadınların qətlgahına döndü. Bu təhlükə deyil? Bu təhlükəni kim dəstəkləyir? Amerika! Təəssüf ki, səbəbkarların da adı müsəlmandır. Onlar aldanıblar. Himayə edən odur, plan cızan odur, terroru yayan onlardır.

Sonra da deyirlər İran terroru dəstəkləyir. Biz terrorla mübarizə apardıq, terrora sillə vurduq. Terror ölkəmizdə düşmənlərimizin pulu ilə, Amerikanın planı əsasında baş qaldırdı. İran xalqı ölkə daxilində terrorçuların başına zərbə endirdi. Bundan sonra da belə olacaq.

Biz öz ölkəmiz daxilində, İraqda, Suriyada, Livanda terrorla vuruşanlarla həmkarlıq etdik, kömək göstərdik, bundan sonra da edəcəyik. Biz terrora qarşı dayanmışıq. Məntəqənin ən xəbis və təhlükəli terrorçuları sionistlərdir. Biz sionistlərə qarşıyıq. Bizə deyirlər İran terroru dəstəkləyir. Sizsiniz terroru dəstəkləyən! Amerika terrorçu sionist rejimin hamisidir. Amerika İŞİD-i yaratdı, onu himayə etdi. Siz Suriyada insan öldürən, insanı diri-diri yandıran, ölünün sinəsini yarıb ürəyini çıxaran və dişinə çikən terrorçuları himayə edirsiniz. Siz onlara arxa durdunuz, onlara həvəs verdiniz. Sizin pilotsuz təyyarələriniz Pakistan və Əfqanıstanda evləri viran qoydu, xalqın toy mərasimini əzaya çevirdi. İraqda da belə hadisələr baş verdi. Bu işləri siz görürsünüz. Terror sizin əməlinizdir. Terrorçu sizsiniz. Deyirsiniz İran terroru himayə edir, hansı ki terror sizin işinizdir. Biz terrora müxalifik və istənilən terorçu ilə mübarizə aparırıq. Biz zülmə düçar olan hər kəsi müdafiə edəcəyik. Bu gün Yəmən xalqı zülmə məruz qalıb. Bundan böyük zülm nə ola bilər ki, rəcəb kimi haram ayda müsəlmanları qətlə yetirirsiniz. Məkkə müşrikləri də rəcəb ayı gələndə müharibəni dayandırırdılar.

Bu gün haram rəcəb ayında yəmənli ailələri əzaya batıranlar o günün məkkəlisindən çirkin və alçaqdır. Uydurma bəhanələr, yalan iddialarla bir sutkada bir məntəqəyə 100-200 dəfə havadan hücum olur. Yəmən xalqı məzlum xalqdır. Bəhreyn xalqı məzlum xalqdır. Fələstin xalqı daha ağır zülmə məruz qalıb. Uzun illərdir ki, bu xalq təzyiq altındadır. Biz bacardığımız qədər, gücümüz çatan qədər məzluma kömək edəcəyik. İslam bizə tapşırır ki, zalımla sərt, məzlumla mərhəmətli olaq. Bu Əmirəlmömininin (ə) tapşırığıdır. Biz demirik ki, qardaşın zalım da olsa, məzlum da, onu müdafiə etməlisən. Bu cahiliyyət şüarıdır. Quran belə demir. İslam bunu inkar edir. Məzlum kim olur-olsun onu müdafiə etmək lazımdır.

Məntəqə ölkələri diqqətli olsunlar. Məntəqənin, İslam toplumunun düşmənlərinin məqsədi məntəqə ölkələrini bir-biri ilə qorxutmaqdır. Onlar qorxunc düşmən siması yaratmaq, diqqəti əsil düşmən olan imperializm, təcavüzkar və çoxsaylı kompaniyalar, sionistlərdən yayındırmaq istəyirlər. İranı ərəblərə, bir milləti o birinə, şiəni sünniyə qarşı qoymaq düşmən siyasətlərindəndir. Buna qarşı çıxmaq lazımdır. Bu siyasətlərlə mübarizə cahiliyyətlə mübarizədir. Bu günün modern cahiliyyəti qəddar, rəhmsiz, hərtərəfli təchiz olmuş cahiliyyətdir. Bu cahiliyyətlə diqqətlə mübarizə aparmaq lazımdır. İran xalqı mübarizə aparıb və aparacaq.

Xoşbəxtlikdən məntəqə xalqları oyanıb. Bəli, İslam Oyanışını müvəqqəti olaraq boğdular. Amma oyanış, bəsirət məhv olası deyil. İran xalqı oyaqdır, bir çox məntəqə xalqları agahdır. Həmd olsun Allaha, İslam ümməti oyanmaqdadır. Bəli, düşmən cövlan edir, batil bir manevr aparır. Bu gün Peyğəmbərin besəti ilə bağlı vəzifələrimiz bunlardır. Diqqətli olmalıyıq ki, İslam ümmətinin missiyası yaddan çıxmasın, ümmətin gücünü görə bilək. Xoşbəxtlikdən İslam ümmətinin gücü böyük gücdür. Sübutu budur ki, uzun illər çalışsalar da məntəqədə oyanış və müqaviməti səhnədən çıxara bilməyiblər. Bu oyanışın mehvəri olan İslam Cümhuriyyəti ilə 35 ildir mübarizə aparırlar. Həmd olsun Allaha ki, məğlub olublar və olacaqlar.

Pərvərdigara! Bu yolun bütün şəhidləri və mücahidlərinə öz salam və rəhmətini çatdır. Pərvərdigara! Bizə bu dərsləri öyrədən, qarşımızda bu yolu açan böyük İmamı övliyalarınla məhşur et. Əziz şəhidlərimizi Peyğmbərlə məhşur buyur.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

May, 2015




Yüklə 189,59 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin