Atu-ya yeni qəbul olmuş rezidentlərlə


Fotolar Cənnətalı Çingizindir



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix26.12.2016
ölçüsü9,61 Mb.
#3540
1   2   3   4   5   6   7   8   9   ...   37
Fotolar Cənnətalı Çingizindir

Türkiyənin ortopediya və 

travmatologiya üzrə mütəxəssisləri 

Azərbaycan Tibb Universitetində

Azərbaycan-Türkiyə I Beynəlxalq Məhkəmə Tibbi 

Ekspertiza və Patologiya Konqresi keçirilib

Azərbaycan Tibb Universiteti 

(ATU) Memorial Xəstəxanalar  

Qrupu ilə əməkdaşlığı 

genişləndirmək niyyətindədir. 

Yaxın gələcəkdə iki müəssisə 

arasında müştərək tədbirlər

birgə əməliyyatlar, seminar və 

elmi konfransların keçirilməsi 

planlaşdırılır. Bu haqda ilkin 

razılıq Memorial Xəstəxanalar  

Qrupunun baş direktoru Uğur 

Genç ilə ATU­nun rektoru, 

professor Gəray Gəraybəyli 

arasındakı  görüş zamanı əldə 

olunub.

Görüş  zamanı  professor 

Gəray Gəraybəyli ATU ilə Me-

morial  Xəstəxanalar    Qru-

pu  arasında  uzun  illərdir 

əməkdaşlığın  mövcud  oldu-

ğunu vurğulayıb. Rektor bil-

dirib    ki,  indiyədək  bir  çox 

sahələrdə  birgə  tədbirlər 

təşkil olunub: “Lakin adətən, 

bu  tədbirlər  tibbin  əsas 

istiqamətləri  -  ginekologiya, 

endikrinologiya,  cərrahiyyə 

ilə  bağlı  olub.  Biz  digər 

önəmli  sahələr  -  pediatriya, 

oftalmologiya,  psixiatriya, 

nevrologiyaya da diqqət ayır-

maq istərdik”.

Professor  G.Gəraybəylinin 

sözlərinə  görə,  indiyədək 

azərbaycanlı gənc həkimlərin 

Türkiyədə  təcrübə,  prakti-

ki  kurslar  keçməsi  ilə  bağlı 

problem  olmayıb.  Həmçinin, 

rezidentura pilləsində çalışan 

həkimlər  də  qonşu  ölkədə 

praktikada  ola  bilirlər:  “Biz 

isə  İstanbul  Universiteti-

nin  müəllimlərinin  ATU-dakı 

tədris  prosesinə  cəlb  olun-

ması  arzusundayıq.  Yal-

nız  rezidentlər  üçün  deyil, 

tələbələrin  də  biliklərini  ar-

tırması üçün xüsusi dərslərin 

keçirilməsi, 

əməliyyatların 

canlı  yayımla  nümayiş  olun-

masını  təşkil  etmək  istərdik. 

Simulyasiya 

otaqlarımızda 

praktiki vərdişlərin tədrisi ilə 

bağlı  qısamüddətli  kursların 

təşkili  tələbələrimizin  baca-

rıqlarını  artırması  üçün  bö-

yük töhfə olardı”.

Memorial 

Xəstəxanalar  

Qru pu nun  baş  direkto-

ru  Uğur  Genç  qeyd  edib  ki, 

Türkiyə  tibbində  invaziv 

cərrahiyyə,  qaraciyər  nəqli, 

radiologiya, süni mayalanma 

və  digər  sahələr  üzrə  ciddi 

nailiyyətlər  əldə  olunub  və 

bu  təcrübəni  Azərbaycanla 

paylaşmaq  niyyətindədirlər: 

“Türkiyənin  fərqli  yerlərində 

10  xəstəxanamız  var,  bu-

rada  1000-dən  çox  yüksək 

səviyyəli  peşəkar  həkim 

işləyir.  Biliklərimizi  və  təc-

rübələrimizi 

Azərbaycanla 

paylaşmağa  hər  zaman  ha-

zırıq”.

Qeyd  olundu  ki,  Memorial 

Xəstəxanalar  Qrupuna  da-

xil  tibb  müəssisələrində  hər 

il  yüzlərlə  qaraciyər  nəqli 

əməliy yatı  həyata  keçiri-

lir və onların 92 faizi uğurla 

nəticələnir.  Bu  klinikalarda 

ildə  125  min  yataq  xəstəsi 

olur, 60 min əməliyyat aparı-

lır. Yaxın vaxtlarda isə İstan-

bulda bu şəbəkəyə daxil olan 

yeni xəstəxana açılacaq.

Söhbət zamanı əməkdaşlığın 

digər formatları da müzakirə 

edilib.  Türkiyə  həkimlərinin 

ATU-da  qısamüddətli  kurs 

keçməsi,  onların  apardığı 

nadir  əməliyyatların  video 

translyasiya ilə ATU  tələbələri 

üçün  nümayiş  etdirilməsi, 

tələbələrin praktiki biliklərini 

artırması  məqsədilə  digər 

tədbirlərin təşkili ilə bağlı il-

kin razılıq əldə olunub.

Görüşdə  ATU-nun  beynəl-

xalq  əlaqələr  üzrə  prorek-

toru  Rəhimə  Qabulova  və 

beynəlxalq əlaqələr şöbəsinin 

müdiri Nadir Zeynalov da iş-

tirak edib.


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin