Atu-ya yeni qəbul olmuş rezidentlərlə


Oktyabrın 14­də Azərbaycan Tibb Univer­



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix26.12.2016
ölçüsü9,61 Mb.
#3540
1   2   3   4   5   6   7   8   9   ...   37
Oktyabrın 14­də Azərbaycan Tibb Univer­

sitetinin Tədris Terapevtik Klinikasında Azər ­

baycan­Türkiyə I Bey nəl  xalq Məhkəmə Tibbi Eks­

pertiza və Patologiya Konqresi öz işinə başlayıb.

Azərbaycan  və  Türkiyə nin  dövlət 

himni  səslən dirildikdən  sonra  uni-

versitetin  elmi  işlər  üzrə  prorek-

toru  Rauf  Bəylərov  açılış  nitqi  ilə 

çıxış  edib.  O  bildirib  ki,  Türkiyə 

ilə  Azərbaycan  arasında  qardaş-

lıq  və  dostluq  münasibətlərinin 

möhkəmlənməsi  hər  iki  ölkənin 

bütün  sahələrdə  strateji  inkişafı-

nın bazasını təşkil edir. Ölkələrimiz 

arasında  hüquq  və  tibb  elmi-

ni  özündə  birləşdirən  məhkəmə 

təbabəti  sahəsində  əməkdaşlıq 

da  bu  inkişafın  tərkib  hissəsidir. 

Azərbaycan və Türkiyənin məhkəmə və pa-

toloji  anatomiya  üzrə  mütəxəssislərinin  bu 

gün  bir  araya  gəlməsi  təcrübə  mübadiləsi 

baxımından 

təqdirəlayiqdir. 

“Bugün-

kü  konqres  ölkələrimiz  arasında  dostluq 

münasibətlərinin  daha  da  dərinləşməsinə 

səbəb olacaq. Ümid edirəm ki, bu konqres 

gələcəkdə də keçiriləcək”, - deyə R.Bəylərov 

əlavə edib.

Səhiyyə  Nazirliyinin  Məhkəmə  Tibbi  Eks-

pertiza  və  Patoloji  Anatomiya  Birliyinin 

baş  direktoru,  professor  Ədalət  Həsənov 

isə  çıxışında  ölkəmizdə  məhkəmə  təbabəti 

üzrə  ilk  dəfə  keçirilən  konqresin  tarixi 

əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib 

ki,  konqresdə  məhkəmə  təbabəti  və  pato-

loji anatomiyaya dair elmi-tədqiqat işlərinin 

nəticələri ilə yanaşı, mütəxəssis mübadiləsi 

məsələləri də müzakirə olunacaq.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası 

Mərkəzinin rəisi Fuad Cavadov Azərbaycan 

və  Türkiyənin  məhkəmə  tibbi  ekspertiza 

sahəsində  əməkdaşlıq  əlaqələrindən  da-

nışıb.  O,  Azərbaycanın  Ədliyyə  Nazirliyi  ilə 

Türkiyənin  Daxili  İşlər  Nazirliyi  arasında 

məhkəmə ekspertizasına dair sazişin imza-

lanmasını diqqətə çatdırıb.

Sonra  Türkiyənin  məhkəmə  təbabəti  üzrə 

tanınmış mütəxəssisləri Osman Celbiş, Sevil 

Atasoy  və  Ahmet  Hakan  Dinç  çıxış  edərək 

konqresin işinə uğurlar arzulayıblar və belə 

bir  əhəmiyyətli  tədbirin  təşkilində  əməyi 

keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.

Konqres  işini  panel  iclaslarında  davam 

etdirib.  Panel  iclaslarında  türkiyəli  və  yer-

li  mütəxəssislərin  məhkəmə  tibbi  eksper-

tiza və patoloji anatomiyaya dair ən aktual 

problemlər və bu sahədə tətbiq edilən son 

metodlarla bağlı məruzələri dinləniləcək, fi-

kir mübadiləsi aparılacaq.

Qeyd  edək  ki,  3  gün  davam  edəcək 

konqresə Türkiyədən 90 nəfər qatılıb. On-

ların içərisində Türkiyə Səhiyyə Nazirliyinin 

əməkdaşları,  Türkiyə  Məhkəmə  Tibbi  Eks-

pertiza İnstitutunun direktorları, professor-

lar iştirak edirlər.


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin