Atu-ya yeni qəbul olmuş rezidentlərlə


Azərbaycanlı mütəxəssislərin təklifləri



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix26.12.2016
ölçüsü9,61 Mb.
#3540
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
Azərbaycanlı mütəxəssislərin təklifləri 

“Codex Alimentarius” iclasının yekun 

sənədinə daxil edilib

Azərbaycan Tibb Universitetinin 

(ATU) Tədris Cərrahiyyə Klinika­

sında  «II Azərbaycan­Türkiyə ortaq 

hepatoloji kursu” keçirilib. Türkiyədən 

20­ə qədər qastroenteroloji­hepato­

loji mütəxəssislərin qatıldığı təd birdə 

viral hepatitlər və  qaraciyər trans­

plantasiyası, hepatologiya ilə bağlı 

müxtəlif mövzulara dair müzakirələr 

aparılıb.

Azərbaycan  və  Türkiyənin  himni 

səsləndikdən sonra ATU-nun Elmi 

işlər üzrə prorektoru Rauf Bəylərov 

çıxış  edərək  bu  kursların  hər  iki 

ölkənin  tibb  mütəxəssisləri  üçün 

önəmli olduğunu bidirib. Belə top-

lantıların  təcrübə  mübadiləsi  və 

yeni  biliklərin  əldə  olunması  ba-

xımından  əhəmiyyətli  olduğunu 

qeyd edib.

Daha sonra professor Yusuf Bay-

raktar  son  illərdə  Azərbaycanda 

bir  çox  sahələr  kimi  tibb  elminin 

də  inkişaf  etdiyini  bildirib:  “Əgər 

bir  ölkədə  qaraciyər  nəqli  kimi 

əməliyyat  icra  olunursa,  demək, 

o  ölkənin  tibbi  inkişaf  edib.  La-

kin  səhiyyədə  təcrübə  mübadiləsi 

böyük önəm daşıyır və bu baxım-

dan  bügünkü  tədbirimizi  müsbət 

qiymətləndirmək olar”.

Türkiyə  nümayəndə  heyətinin 

üzvü,  Türk  Qaraciyər  Vəqfinin 

rəhbəri    professor  Yılmaz  Çaka-

loğlu ATU-da təşkil olunan kursla-

rın  davamlı  olacağına  çalışacağını 

bildirib.

ATU-nun Tədris Cərrahiyyə Klini-

kasının  direktoru,  professor  Sur-

xay  Hadıyev  də  iki  ölkə  arasında 

mədəni, təhsil və tibb sahələrində 

əlaqələrin bundan sonra da davam 

etdiriləcəyini  bildirib:  “Türkiyəli 

həmkarlarımızı  yenidən  burada 

görmək  çox  xoşdur.  Türkiyədə 

təhsil  almış  bir  çox  şəxslər  artıq 

burada  mütəxəssis  kimi  çalışırlar. 

Bu da bizi qürurlandırır”.  

Türkiyədən  böyük  nümayəndə 

heyətinin  iştirak  etdiyi  tədbirin 

rəsmi  hissəsi  bitdikdən  son-

ra  kəskin  qaraciyər  çatışmazlığı, 

yağlı  qaraciyər  xəstəliyinin  gene-

tikası,  müalicəsi,  xroniki  hepatit 

D  və  digər  xəstəliklərin  müalicəsi 

kimi mövzular müzakirə olunub. 


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin