Atu-ya yeni qəbul olmuş rezidentlərlə


oktyabr - Dünya Görmə Günüdür



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix26.12.2016
ölçüsü9,61 Mb.
#3540
1   ...   9   10   11   12   13   14   15   16   ...   37
13 oktyabr - Dünya Görmə Günüdür


http://www.amu.edu.az

15 oktyabr  2016-cı il

4

ATU-nun mətbuat xidməti



A

zərbaycan Tibb 

Uni ver sitetinin 

Təd ris 

Terapev­

tik, Tədris Cərrahiyyə və 

Stomatoloji  klinikaları na 

bu il qəbul olunmuş rezi­

dentlərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan 

Azərbay can  Tibb  Universi-

tetinin  rezidentura  şöbə-

sinin  müdiri,  professor 

Rizvan  Məmmədov    onla-

rı  təbrik  edib,  rezidentura 

təhsilinin  təşkili  qaydaları 

haqqında  ətraflı  məlumat 

verib.


R.Məmmədov  bildirib  ki, 

rezident lər  artıq  gələcəyin 

yüksək ixtisaslı həkimləridir. 

Onlar  üzərlərinə  düşən 

öhdəlikləri  layiqincə  yerinə 

yetirməlidirlər.  Çünki  bu 

klinikalarda  şərait  müasir 

standartlara uyğun qurulub 

və rezidentlərin həm nəzəri, 

həm  də  praktik  vərdişlərə 

yiyələnmələri üçün həkimlər 

tərəfindən hər cür imkanlar 

yaradılıb.

Rezidentlərin 

üzərinə 

düşən  əsas  vəzifə  onla-

rın  daha  əzmlə  çalışa-

raq  xəstələrin  müayinə  və 

müalicəsində yaxından işti-

rak etmələridir. 

Xarici  ölkələrdə  təşkil 

olu nan  elmi  konfranslar-

da  hansı  rezidentlərin  işti-

rak  edəcəyinə  gəlincə, 

R.Məm  mə dov  bildirib  ki, 

əsasən  elmi  bi lik lə rin  mə-

nim sənilməsində  da  im  fə-

al lıq  göstərən  və  xəs tə-

lər  lə  mütəmadi  tə mas da 

olan  rezidentlər  bu  kimi 

konf ranslarda  iştirak  edə 

biləcəklər.

Daha sonra ATU-nun Tədris 

Cərrahiyyə  Klinikasının  di-

rektoru,  professor  Surxay 

Hadıyev,  Tədris  Terapevtik 

Klinikanın baş həkimi, nef-

roloq  Elnur  Fərəcov,  Sto-

matoloji  Klinikanın  direk-

toru profssor Alqış Səfərov 

çıxış  edərək,  rezidentlərə 

təbriklərini  çatdırıb,  onlara 

seçdikləri ixtisaslara yüksək 

səviyyədə  yiyələnmələrini 

tövsiyə  ediblər.  Qeyd  edi-

lib ki, Tədris Cərrahiyyə və 

Stomatoloji 

klinikaların-

da  tədris-treyninq  mərkəzi 

möv cud dur  ki,  bu  da  rezi-

dent lərin  təcrübələrini  ar-

tırmaqlarında  mühüm  rol 

oynayacaq.

Klinikaların  əsas  məqsəd-

lərindən birinin yüksək ixti-

saslı həkim-rezident hazır-

lanmasından  ibarət  oldu-

ğunu  vurğulayan  natiqlər, 

ölkəmizdəki  tibb  ocaqla-

rında, eləcə də klinikalarda 

dünya standartlarına uyğun 

müayinə və müalicə üsulla-

rının tətbiqinə başlanıldığı-

nı vurğulayıblar.

Rezidentlərlə  xarici  dil 

biliklərini təkmilləşdirmələri 

də məsləhət görülüb. Çünki 

tibb sahəsi daima yeniliklərə 

açıq olan sahədir. Ona görə 

də  həkim  imicinin  yüksək 

səviyyədə formalaşmasında 

rezidentlərin üzərinə böyük 

məsuliyyət düşür.

Tədbir  həkim  və  reziden-

tlərin qarşıda duran məsə-

lə ləri  müzakirə  etmə ləri  ilə 

başa çatıb.

Qeyd  edək  ki,  ATU-ya  bu 

il  138  rezident  qəbul  olub. 

Bunlardan  61  nəfəri  ATU-

nun  Tədris  Terapevtik  Kli-

nikasında,  42  nəfəri  Tədris 

Cərrahiyyə 

Klinikasında, 

20 nəfəri Stomatoloji Klini-

kasında,  digərləri  isə  ATU-

nun  müxtəlif  bazalarında 

fəaliyyət göstərirlər.




Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin