AtəT hüququnun anlayışı



Yüklə 36,35 Kb.
səhifə1/13
tarix27.04.2023
ölçüsü36,35 Kb.
#103363
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   13
143 movzu 6 atet huququ


Mövzu 6: “ATƏT hüququ”

Plan:


  1. ATƏT hüququnun anlayışı, prinsipləri mənbələri
  2. ATƏT-in yaradılması və məqsədləri


  3. ATƏT-in orqanları

ƏDƏBİYYAT SİYAHISI:


Avropa hüququ. Dərslik./ E.Ə. Əliyevin ümumi redaktəsi ilə. Bakı, 2016. 764 səh. Əkbərov R.A. Avropa hüququ. Dərs vəsaiti. Bakı,2016 354 səh.
Бирюков М.М. Европейское право. Курс лекций. Учебное пособие. М.2006. 128 стр.
Европейское право. Учебник. /Под общ.ред. Л.М.Энтина. 3-е изд.М.2011.960 стр.
Право Европейского Союза. Учебное пособие. /отв. ред. С.Ю.Каш- кин.М.2011. 320 стр.
Право Европейского Союза. Учебник. /Под общ.ред. С.Ю.Кашкина. М.2012. 1119 стр.
Хельсингский Акт. 1975

G İ R İ Ş


ATƏT regional beynəlxalq təşkilatlardan biri olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının qısaldılmış adıdır, abreviaturasıdır. Deməli, ATƏT hüququ özündə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına aid müvafiq hüquq normalarını ehtiva edir.
ATƏT, qeyd etməliyik ki, BMT Nizamnaməsinin «Regional sazişlər» adlı xüsusi VIII fəsli kontekstində yaradılmış beynəlxalq təşkilatdır. Həmin fəsildə regional təhlükəsizlik təşkilatlarının yaradılmasına və fəaliyyət göstərməsinə dair müvafiq şərtlər nəzərdə tutulmuşdur. Belə təşkilatların yaradılması və fəaliyyət göstərməsi BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə cavab verməlidir; onlar ayrı-ayrı regionlarda sülh və təhlükəsizliyin qorunub saxlanılmasında vacib rol oy- nayırlar. ATƏT məhz belə təşkilatlardan biri hesab edilir. O, regional təhlükəsizliyin təmin edilməsi məsələsində mühüm xidmətləri olan beynəlxalq təşkilatdır.

SUAL 1


ATƏT-in fəaliyyəti təkcə təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Başqa sözlə, ATƏT yalnız təhlükəsizlik məsələləri ilə məşğul olmur. Belə ki, regional beynəlxalq təşkilat öz qarşısına qoyduğu məqsədləri təhlükəsizlik məsələləri ilə məhdudlaşdırmır; onların fəaliyyəti özlərinin tərkibinə daxil olan üzv-dövlətlər arasında həyata keçirilən əməkdaşlığın digər sahələrini də əhatə edir.
ATƏT-in yaradılması hüquq normaları ilə tənzimlənən və nizama salınan mürəkkəb proses olmuşdur. Məlum məsələdir ki, ATƏT yaradılarkən, o, öz qarşısına müəyyən məqsədlər qoymuşdur; qarşıya qoyulan məqsədlər isə müvafiq hüquq normalarında göstərilmişdir. Digər tərəfdən, ATƏT təşkilati struktura malik olan qurumdur; onun təşkilati strukturu müvafiq hüquq normaları ilə müəyyən edilir. Bunlardan əlavə, ATƏT özünəməxsus funksiyalar yerinə yetirir, bu və ya digər səlahiyyəti həyata keçirir; onun funksiya və səlahiyyətləri də müvafiq hüquq normaları ilə tənzimlənir. Nəhayət, ATƏT praktiki fəaliyyətlə məşğul olan qu- rumdur; onun həyata keçirdiyi praktiki fəaliyyət də müəyyən hüquq normalarının vasitəsi ilə nizama salmır. Bütövlükdə, həmin normaların məcmusu ATƏT hüququ adlanır.
Beləliklə, ATƏT hüququ dedikdə ATƏT-in yaradılması, onun məqsədləri, təşkilati strukturu, funksiyaları, səlahiyyətləri və həyata keçirdiyi praktiki fəaliyyətlə bağlı münasibətləri tənzimləyən hüquq normalarının sistemi başa düşülür.

Yüklə 36,35 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin