Article · January 020 doi: 10. 25045/jpis v11. 07 Citations reads 462 author: Some of the authors of this publication are also working on these related projects


Keyfiyyətin idarə edilməsi üzrə SQuaRE standartlar seriyası



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə10/16
tarix10.02.2022
ölçüsü0,66 Mb.
#52339
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
PROQRAM MUHNDISLIYI STANDARTLARININ ANALIZI

Keyfiyyətin idarə edilməsi üzrə SQuaRE standartlar seriyası 

Müasir dövrdə ISO və IEC təşkilatları tərəfindən Sistemlər və proqram məhsulu – keyfiyyətə 

olan  tələblər  və  qiymətləndirmə  (Systems  and  Software  product    Quality  Requirements  and 

EvaluationSQuaRE)) ümumi adı altında standartlar seriyasının işlənib hazırlanması üzrə fəal işlər 

aparılır [16,17].  

Proqram  təminatının  keyfiyyəti  üzrə  mövcud  standartlar  digər  sistemlərin  keyfiyyət 

xarakteristikalarına əsaslanır: 

  Keyfiyyətə statistik nəzarət; 



  Keyfiyyətin ümumi idarə edilməsi

  Fasiləsiz təkmilləşdirmə. 



Proqram  təminatının  keyfiyyətini  necə  ölçmək  olar?  Bu  proqram  təminatının  işlənilməsi 

zamanı ciddi problemlərdən biridir və hələ də həllini tapmamışdır. Adətən, keyfiyyətli proqram 

təminatı  dedikdə,  istifadəçilərin  tələblərinə  cavab  verən  proqramı  qəbul  edirlər.  Lakin  eyni 

proqram təminatı üçün istifadəçilərin tələbləri müxtəlif ola bilər. Digər bir yanaşmada keyfiyyətli 

proqram təminatı proqram kodunda səhvlərin sayının az olmasıdır. Lakin  təcrübədə səhvləri də 

tapmaq və ölçmək çox çətindir. 

Proqram  təminatının  keyfiyyətini  daxili  və  xarici  atributlarla  xarakterizə  etmək  olar. 

Keyfiyyətin  xarici  xarakteristikaları  proqram  təminatının  icrası  zamanı  qiymətləndirilə  bilən, 

daxili xarakteristikaları isə proqram təminatının daxili xüsusiyyətlərinin yoxlanılması nəticəsində 



İnformasiya cəmiyyəti problemləri, 2020, №1, 83–95 

 

90 



www.jpis.az 

qiymətləndirilən atributlardır. Onlar müvafiq olaraq “ağ qutu” və “qara qutu” sınaq metodları ilə 

yoxlanıla bilər [18]. Standartda arxitektur, komponentlərdən təkrar istifadə edilməsi, kodlaşdırma 

stili, mətnin tamlığı, resurslardan istifadənin səmərəliliyi və s. vacib daxili xarakteristikalar nəzərə 

alınmalıdır  və  proqram  təminatı  üçün  istisnalar  göstərilməlidir.  Bundan  əlavə,  proqram 

təminatının keyfiyyəti onun işlənilmə mərhələlərinə müvafiq olaraq tərkib hissələrinə bölünə bilər. 

Məsələn,  dizaynın,  icra  olunmanın,  sınağın  və  xidmətin  keyfiyyəti.  Bir  standart  bütün  bu 

göstərilənləri əhatə edə bilmir və bu problemləri aradan qaldırmaq üçün standartlar ailəsi işlənilir. 

SQuaRE standartlar seriyası ISO/IEC 9126–1–4:2001–2004 və ISO/IEC 14598–1–6:1998–

2001 standartlar seriyasını əvəz etməyə yönəlmişdir. 

SQuaRE standartlar seriyasının əsas üstünlükləri aşağıdakılardır: 

 Proqram  məhsullarının  keyfiyyətinin  ölçülməsi  və  qiymətləndirilməsi  üzrə  təlimatların 



koordinasiyası; 

 Proqram  məhsulunun  keyfiyyətinə  olan  tələblərin  spesifikasiyası  üzrə  təlimatların 



mövcudluğu. 

SQuaRE standartlar seriyası aşağıdakı qruplara bölünmüşdür [19]: 

 ISO/IEC 2500n – keyfiyyəti idarəetmə qrupu (Quality Management Division). Verilmiş 



qrupdan olan standartlar SQuaRE seriyasının yerdə qalan standartlarında istifadə olunan 

ümumi modellər, terminlər və tərifləri təyin edir. Bu standartlar qrupu həmçinin SQuaRE 

seriyasının standartlarının istifadəsi üzrə təlimatı da özündə saxlayır; 

 ISO/IEC  2501n  –  keyfiyyət  modeli  qrupu  (Quality  Model  Division).  Verilmiş  qrupun 



standartlarında kompüter sistemləri və proqram məhsulları, istifadə zamanı keyfiyyət və 

verilənlərin  keyfiyyəti  üçün  ətraflı  keyfiyyət  modelləri  təqdim  olunmuşdur.  Verilmiş 

standartlar  qrupu  həmçinin  göstərilmiş  keyfiyyət  modellərinin  istifadəsi  üzrə  praktiki 

təlimatı da özündə saxlayır; 

 ISO/IEC 2502n – keyfiyyətin ölçülməsi qrupu (Quality Measurement Division). Verilmiş 



qrupun  standartları  proqram  məhsulunun  keyfiyyətinin  ölçülməsinin  etalon  modeli, 

keyfiyyət  ölçülərinin  riyazi  tərifi  və  onların  istifadəsi  üzrə  praktiki  təlimatı  özündə 

saxlayır.  Proqram  məhsulları  və  sistemlərinin  daxili  və  xarici  keyfiyyət  ölçülərinə, 

həmçinin istifadə zamanı keyfiyyət ölçülərinə misallar göstərilir. Bu ölçülərin əsası olan 

keyfiyyət ölçüləri təyin edilmiş və təqdim olunmuşdur

 ISO/IEC  2503n  –  keyfiyyətə  olan  tələblər  qrupu  (Quality  Requirements  Division)



Verilmiş  qrupun  standartları  keyfiyyət  modelləri  və  ölçülərinə  əsaslanaraq  keyfiyyətə 

olan  tələbləri  təyin  etməyə  kömək  edir.  Keyfiyyətə  olan  bu  tələblər  işlənilib 

hazırlanmaqda olan proqram məhsulunun keyfiyyətinə olan tələblərin aşkara çıxarılması 

prosesində və ya qiymətləndirmə prosesi üçün giriş verilənləri kimi istifadə oluna bilər

 ISO/IEC  2504n  –  keyfiyyətin  qiymətləndirilməsi  qrupu  (Quality  Evaluation  Division)



Verilmiş qrupun standartları proqram məhsulunun qiymətləndiricilər, sifarişçilər və ya 

inkişafetdiricilər  tərəfindən  qiymətləndirilməsi  üzrə  tələblər,  tövsiyələr  və  təlimatları 

özündə  saxlayır.  Burada  həmçinin  ölçülərin  qiymətləndirmə  modulu  şəklində 

sənədləşməsi qaydaları göstərilmişdir; 

 ISO/IEC  25050  –  25099  –  genişlənmə  qrupu  (Extension  division).  Verilmiş  qrupun 



standartları  hazır  kommersiya  proqram  məhsullarının  keyfiyyətinə  olan  tələbləri 

(Commercial  Off-The-Shelf  Software  –  COTS)  və  dayanıqlıq  üzrə  hesabatlar  üçün 

ümumi sənaye formalarını özündə saxlayır. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin