Article · January 020 doi: 10. 25045/jpis v11. 07 Citations reads 462 author: Some of the authors of this publication are also working on these related projects


Çox kiçik müəssisələrin standartları



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə11/16
tarix10.02.2022
ölçüsü0,66 Mb.
#52339
1   ...   8   9   10   11   12   13   14   15   16
PROQRAM MUHNDISLIYI STANDARTLARININ ANALIZI

Çox kiçik müəssisələrin standartları 

Proqram  mühəndisliyi  üzrə  standartlarda  çox  kiçik  müəssisələr  (Very  small  enterprises  - 

VSE) adı ilə standartlar qrupu verilmişdir. Çox  kiçik müəssisələrə 25 nəfərədək insanın iştirak 

etdiyi  təşkilat,  şöbə  və  layihələr  aid  edilir.  Məsələn  Avropada  92,2%  şirkətlərin  1-9,  6,5% 

şirkətlərin  10-49  əməkdaşı  var.  ABŞ-da  95%  şirkətlərin  10  və  daha  az,  Kanadada  Monreal 



İnformasiya cəmiyyəti problemləri, 2020, №1, 83–95 

 

www.jpis.az 



91 

bölgəsində  80%  şirkətlərin  25  və  ya  az,  50%  şirkətlərin  10  və  ya  daha  az,  İrlandiyada  66% 

şirkətlərin 20-dən az əməkdaşı var [20]  

ISO standartları əsasən iri proqram layihələri və şirkətlər üçün nəzərdə tutulmuşdu və çox 

kiçik müəssisələrin tələblərinə cavab vermirdi. Bu müəssisələrə kömək etmək üçün ISO 12207 və 

ISO 15289 standartları əsasında ISO / IEC 29110 standartlar qrupu işlənildi. 2005-ildə professor 

Laport  ISO  29110  standartlarının  redaktoru  təyin  edildi.  Bu  standartlara  böyük  maraq 

yarandığından onu bir çox dillərə (çex, fransız, alman,  yapon, portuqal,  ispan) tərcümə etdilər. 

Braziliya, Yaponiya və Peruda isə ISO 29110 milli standart kimi qəbul edildi [21]. 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin