Arterial hipertenziya Ə.Əliyev adına Azdhti Kardiologiya kafedrası


AT –in Ambulator monitorlanmasına göstərişlər



Yüklə 61,48 Kb.
səhifə8/18
tarix19.12.2023
ölçüsü61,48 Kb.
#184728
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
Arterial-hipertenziya

AT –in Ambulator monitorlanmasına göstərişlər


- həkimin qəbulunda AT əhəmiyyətli dərəcədə dəyişkən olduqda;
- aşağı dərəcəli ümumi ÜD riski olan şəxslərdə həkimin qəbulu zamanı yüksək AT ölçüldükdə;
- həkimin qəbulunda və evdə ölçülmüş AT göstəriciləri arasında ciddi uyğunsuzluq olduqda;
- dərman müalicəsinə rezistentlik gözlənildikdə;
  • yaşlı və şəkərli diabeti olan xəstələrdə hipotenziv epizodlar gözlənildikdə;
  • yuxu zamanı apnoye (tənəffüsün dayanması) gözlənildikdə

Laborator instrumental müayinələr


- Qanın ümumi analizi
- Sidiyin ümumi analizi
- Qanın biokimyəvi analizi (kalium, natrium, sidik cövhəri, kreatinin və qlükoza)
- Acqarına lipid profili (ümumi xolesterin, yüksək sıxlıqlı lipoproteidlər)
-Elektrokardioqrafiya
- Exokardioqrafiya
- Böyrəklərin və böyrəküstü vəzlərin USM-i
- Fundoskopiya (göz dibinin yoxlanması)

Əlavə müayinələr


*Kreatinin klirensinin hesablanması
* Proteinuriyanın kəmiyyət göstəricisi
* Proteinuriya yoxdursa, mikroalbuminuriyanın təyini
* Qan zərdabında kalsiumun və sidik turşusunun təyini
* Qan zərdabında aşağı sıxlıqlı lipoproteidlərin və triqliseridlərin təyini
* Qan zərdabında qlikolizə olunmuş hemoqlobinin təyini
* Qan zərdabında TTH təyini
* AT-nin 24-saatlıq monitorinqi
* Topuq-bazu indeksinin hesablanması
* Nəbz dalğasının yayılma sürətinin ölçülməsi
* Plazmada və/və ya sidikdə reninin, aldosteronun, kortikosteroidlərin, katexolaminlərin miqdarının təyin edilməsi
* Qan damarlarının rəngli Doppler USM-i
* Kompüter tomoqrafiyası
* Maqnit-rezonans tomoqrafiyası
* Arterioqrafiya

Subklinik orqan zədələnmələrinin aşkarlanması


QAN DAMARLARI
Damarlarda hipertrofiya - yuxu arteriyalarının divar qalınlığı
(intima-media qalınlığı İMQ0,9)
Simptomsuz aterosklerozun olmasını təyin etmək üçün renal və yuxu arteriyaların ekstrakranial Doppler müayinəsi məsləhət görülür
Periferik arteriyaların zədələnməsini öyrənmək üçün topuq-bazu arterial indeksi təyin edilməlidir. Bu indeksin normadan aşağı olması periferik arteriyaların xeyli zədələnməsindən xəbər verir.

Yüklə 61,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin