AQİL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


§ 4. Dünya iqtisadiyyatının  inkişaf şərtləri və tipləri



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix07.01.2017
ölçüsü3,36 Mb.
#4955
1   2   3   4   5   6   7   8   9   ...   30
§ 4. Dünya iqtisadiyyatının  inkişaf şərtləri və tipləri 

 

       


Dünya  iqtisadiyyatının  inkişaf  şərtləri  də  məhsuldar 

qüvvələrin  inkişafı  ilə  dəyişir.  Bu  gün  dünya  təsərrüfat  sisteminin 

inkişafının  əsas  şərtlərinə  əməkdaşlığa  olan  meyllərin  güclənməsi, 

qarşılıqlı  anlaşıqların  reallaşması,  dünya  iqtisadiyyatının  bütün 

yarımsistemlərinin  inkişaf  etdirilməsi  zərurəti,  vahid  ,  humanist  , 

məcburi  olmayan  sosial-ictimai  formasiyanın  bərqərar  olması,  ölkələr 

və dünya miqyasında demokratik institutların yaradılması kimi yüksək 

dəyərlər  dacildir.  Bu  şərtlərin  nə  qədər  əhəmiyyətli  olduğunu  ABŞ, 

Qərbi  Avropa  ölkələrinin  əksəriyyəti  və  Yaponiya  çoxdan  başa 

düşmüşlər  və  böyük    sosial  –  iqtisadi    yüksəlişə  nail  olmuşlar.  

Təəssüflər  olsun  ki,  bizim  respublikamızın  da  yerləşdiyi 

regionda,Rusiya,  İran  və  onların  əlaltısı  olan  Ermənistan  kimi 

dövlətlərin təqsiri üzündən insan zəkasının irəli sürdüyü bu cür dünyəvi 

şərtlər  indiyə  qədər  lazımınca  nəzərə  alınmır.  Nəticəsi  də  göz 

qabağındadır.Rusiya və Qafqaz  ölkələri zəngin təbii sərvətlərə, əlverişli 


 

coğrafi  məkana  malik  olmalarına  baxmayaraq  onlar  Dünya  Bankı 

tərəfindən XXI əsrdə belə ancaq “inkişafda olan ölkələr” qrupuna daxil 

edilirlər. Eyni vəziyyəti və eyni nəyicəni biz balkanlarda da görürük. Bu 

misallar  bir  daha  sübut  edir  ki,  dünya  iqtisadiyyatının  və  ayrı-ayrı 

regionların  və  ölkələrin  iqtisadi  inkişafı  problemlərə  yeni  mövqedən 

yanaşmağı tələb edir ki, bunun da başında əməkdaşlıq,insan amili və 

ona hörmət durur. 

         

Dünya  iqtisadiyyatını  dərindən  mənimsəmək  üçün  amil  və 

şərtlərlə  yanaşı  onun  əsas  inkişaf  istiqamətlərini  də  bilmək 

lazımdır.Məsələ burasındadır ki, eyni amil və şərtlər daxilində müxtəlif 

inkişaf istiqamətləri seçilə bilər və alınan nəticələr də müxtəlif ola bilər. 

Səmərəli dünya iqtisadiyyatına aparılan yol isə müəyyən amil və şərtlər 

daxilində  münasib  inkişaf  istiqamətlərinin  təyin  və  inkişaf 

etdirilməsindən  keçir.  İndi  bu  istiqamətlərin  bir  neçəsini  nəzərdən 

keçirək. 

Dünya  təsərrüfat  sisteminin  inkişaf  istiqamətləri  bu  və  ya  başqa 

şəkildə  xarici  iqtisadi  əlaqələrlə  bağlıdır.Belə  iqstiqamətlərdən  biri 

müəyyən  ölkəyə  nisbətən  xarici  bazarın  yaradılması  və  inkişaf 

etdirilməsidir.Təcrübə  göstərir  ki,  xarci  bazar  genişləndikcə  dünya 

iqtisadiyyatı  inkişaf  edir.Bu  obyektiv  prosesdir.  Ona  görə  ki,  xarici 

bazarın  yaranması  zərurətinin  özu-özlüyündə  obyektiv  əsası 

vardır.Məsələ  burasındadır  ki,  feodalizm  dağıldıqdan,  natural 

təsərrüfatdan  əmtəə-pul  münasibətlərinə  keçildikdən  və  deməli, 

kapitalizm üsuli-

idarəsi  formalaşdıqdan  sonra  beynəlxalq  ticarətin 

inkişafı  üçün  çox  əlverişli  şərait  yarandı.  Eyni  zamanda  kapitalizmin 

bərqərar olması milli dövlətlərin, milli bazarların və milli təsərrüfatların 

formalaşması prosesini sürətləndirdi. Bu ilk dövrdə yaxşı nəticələr verdi 

və  ölkələrin  daxilində  iqtisadi  əlaqələrin  genişlənməsinə  səbəb 

oldu.Məhsuldar  qüvvələrin  sonrakı  inkişafı  milli  təsərrüfatların 

qarşılıqlı  iqtisadi  əlaqələrinin  genişlənməsi  üçün  şərait  yaratdı  və 

beynəlxalq 

əlaqələr 

genişlənməyə 

başladı.Belə 

əlaqələrin 

genişlənməsininin hərəkətverici qüvvəsi isə iri sənayenin və çox sürətlə 

inkişaf  etməsi  idi.  İri  sənaye  böyük  xərc  tələb  edirdi.Səmərəni 

yüksəltmək  üçün  istehsalın  həcmi  çoxalmalı  idi  ki,  bunun  üçün  də  

maşınlı  istehsal  prosesi  şərait  yaradırdı.  Nəqletmə  vasitələrinin  də 

sürətlə  inkişaf  etməsi  xarici  iqtisadi  əlaqələrin  genişləndirilməsinə 

müsbət  təsir  göstərirdi.Bu  da  öz  növbəsində  dünya  iqtisadiyyatının 



 

inkişafını  təmin  edirdi.  Qeyd  edək  ki,  bu  cür  proseslər  indiyə  qədər 

davam  edir  və  xarici  iqtisadi  əlaqələrin  genişləndirilməsinə,  dünya 

iqtisadiyyatının  irəliyə doğru fəaliyyət göstərilməsinə səbəb olur.  

           

Bu  cəhətdən  keçən  əsr  əlamətdar  olmuşdur.  Beynəlxalq 

iqtisadi  əlaqələr  daha  da  genişlənmiş    və  istər  dərininə  və  istərsə  də 

əhatə dairəsinə görə inkişaf etmişdir. Belə inkişafın əsas məğzini dünya 

iqtisadiyyatı inkişafının yeni istiqamətinin meydana gəlib tərəqqi etməsi 

təşkil  etdirdi.Bu  istiqamət  nəhəng  inhisarçı  birliklər  olan  transmilli 

korporasiyaların  (TMK)  meydana  gəlməsi  və  fəaliyyət  göstərməsi  ilə 

bağlı idi. 

          

Təsərrüfatçılıq sahəsində dünyanın qabaqcıl təcrübəsi sübüt 

etmişdir  ki,  əlverişli  mühit  yaradılan  ölkələrdə  sahibkarlar  böyük 

iqtisadi  müvəffəqiyyət  qazana  bilirlər  və  onların  müəyyən  qisminin 

əlində külli miqdarda kapital cəmləşir.Bu kapitalın bir hissəsini özünə 

mənsub olduğu ölkədə sərmayə kimi işlətmək sahibkar üçün səməmərli 

olmur. Yaranmış əlavə  kapital digər, xüsusən də inkişaf etməkdə olan 

ölkələrdə  yerləşdirildikdə  daha  çox  mənfəət  gətirir.    Xarici  ölkələrdə 

kapital  qoyuluşunu  sürətləndirən  amil  isə  sənayecə  ən  yüksək  şəkildə 

inkişaf  etmiş  ölkə  rəhbərlərinin  bu  prosesi  müdafiə  etmələri    və  onun 

üçün 

əla  şərait  yaratmaları  oldu.  Bu  şəraitin  mahiyyətini  sahibkarların 



əlində toplanmış əlavə kapitala “azadlıq” verilməsi təşkil edirdi. Bunun 

nəticəsində Amerikanın, Yaponiyanın, İngiltərənin, Almaniyanın  və s.  

daha  çox  inkişaf  etmiş  ölkələrin  sahibkarları  öz  kapitallarını  digər 

ölkələrdə sərbəst istifadə etmək hüququ qazandılar və keçən əsrin 60-cı 

illərindən başlayaraq bu günə qədər öz fəaliyyətlərini bu günə qədər öz 

fəaliyyətlərini gün-gündən gücləndirirlər.  

        TMK  –

ın  dünya  iqtisadiyyatı  inkişafının  mühüm  istiqaməti 

kimi  aşağıdakı  üstünlükləri  var.  TMK  istehsalın  beynəlmiləllik  

səviyyəsini  artırır,  beynəlxalq  əmək  bölgüsünü  sürətləndirir,  dünya 

təsərrüfat  sistemini  rəngarəngləşdirir  və  dünya  iqtisadiyyatının 

dünyəvilik səviyyəsinin artırır. TMK –ın kapitalları öz ölkələrində baş 

verən proseslərdən nibətən uzaqdırlar, yəni daha çox sərbəst hərəkət edə 

bi

lərlər.  Ümumilikdə  götürdükdə    TMK  dünya  miqyaslı  münasibətləri  



daha obyektiv formada tənzimləyirlər, kapitalı daha çox mənfəət gətirən 

istehsal  sahələrinə  və  regionlara  tərəf  meylləndirmək  bacarığına 

malikdirlər. 


 

      


Onu  da  qeyd  edək  ki,  TMK  öz  hökümətlərindən  maliyyə, 

diplomatik  və  hərbi  himayədarlıq  alırlar  və  inkişaf  etməkdə  olan 

ölkələrdə  iqtisadiyyatın  strukturunu  özlərini  istədikləri  kimi 

tənzimləməyə    nail  olurlar.    Lakin buna baxmayaraq TMK dünya 

iqtisadiyyatı  inkişafının  mühüm  istiqaməti  kimi  fəaliyyət  göstərib  və 

XXI əsrin əvvəlində də müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir. 

        


Beynəxalq  siyasi  vəziyyətin  yaxşılaşması    dünya 

iqtisadiyyatı  inkişafına  güclü  təsir  göstərir    və  son  nəticədə  ölkələr 

arasında  illər  uzunu  müxtəlif  səbəblər  üzündən  yaranmış  əngəllərin 

aradan  qaldırılmasına  gətirib  çıxarır  ki,  bu  da  onu  dünya  təsərrüfat 

sistemi inkişafının başlıca istiqamətlərindən birinə çevirir. Tarixə nəzər 

salsaq  görərik  ki,  əslində  dünya  iqtisadiyyatının  inkişafı  həmişə 

beynəlxalq  siyasi  vəziyyətlə  şəraitləşib.Beynəlxalq    siyasi  vəziyyət 

dünya  iqtisadiyyatının  inkişafına  üç  cür  təsir  göstərə  bilər.  Birincisi,  

ona 

müsbət   təsir  göstərə bilər. Dünya təcrübəsinin təhlili göstərir ki, 

beynəlxalq  siyasi  vəziyyət  yaxşılaşdıqca  dünya  təsərrüfat  sisteminin 

güclənməsi üçün şərait yaranır.İkincisi, ona mənfi təsir göstərə bilər. Bu 

o  zaman  baş  verir  ki,  beynəlxalq  siyasi  vəziyyət  müxtəlif  səbəblər 

üzündən pisləşir və dövlətlər və regionlar arasında iqtisadi əməkdaşlıq 

mümkün  ola  bilən  gücü  və  imkanı  daxilində  fəaliyyət  göstərə  bilmir. 

Üçüncüsü, neytral vəziyyətdədir. Yəni beynəlxalq siyasi vəziyyət sabit 

olduqda  dövlətlərarası  münasibətlər  də  ona  uyğun  formalaşır  və 

müəyyən  mənada  sabit  qalır.Dünya  iqtisadiyyatının  inkişafı  da 

sabitləşir. Beləliklə də, siyasət , siyasi amil dünya iqtisadiyyatını həmişə 

təsir etmişdir və indi də etməkdədir. 

            

Dünya iqtisadiyyatının, dünya iqtisadi əlaqələrinin inkişaf 

meyllərini  dərindən  öyrəndikdə  məlum  olur  ki,  beynəlxlq  siyasi 

vəziyyətlə beynəlxalq iqtisadiyyat arasında əlaqəni və qarşılıqlı əlaqəni 

dərindən 

bilməklə 

dünya 


təsərrüfat 

sisteminin 

inkişaf 

qanunauyğunluqlarını  dərk  etmək,  prosesi  düzgün  idarə  etmək  ,  ona 

təsir  göstərmək  mümkündür.  Sonda  dünya  iqtisaiyyatının  inkişaf 

perspektivlərini də düzgün proqnazlaşdırmaq mümkün olar. Buradan da 

elə  nəticə  çıxarmaq  lazımdır  ki,  beynəlxalq  siyasi  durumu 

proqnozlaşdırmadan, dünya iqtisadiyyatının inkişafı haqqında fikir 

söyləmək  çətindir.    Bunun    əsas  səbəbini  iqtisadi  münasibətlərin 

özünəməxsus  xüsusiyyətində  axtarmaq  lazımdır.  Bu  xüsusiyyətlər 

nədən ibarətdir? 


 

       


Birincisi  dünya  iqtisadi  münsaibətləri  ilk  növbədə  bütün 

planet  ölkələrinin  iqtisadi  əməkdaşlıq  sahəsində  ümumi  dil  tapması 

səviyyəsini xarakterizə edir. Ümumi dilin tapılmasında isə bütün dünya 

miqy


asında,  ya  da  konkret  bir  region  çərçivəsində  fəaliyyət  göstərən 

ölkələrin  rolu  həlledicidir.  Öz  siyasi  ambisiyasına  malik  olan  ölkələr 

sayı  artdıqca  ümumi  dil  tapmaq  prosesi  çətinləşir  və  siyasət 

iqtisadiyyata üstün gəlir. Buna misal kimi keçmiş SSRİ, indi isə MDB 

adlanan ölkələr qrupunu göstərmək olar. Rusiya ,İran və onların əlaltısı 

olan  Ermənistanın  mühüm  siyasi  ambisiyaları  bu  regionda  iqtisadi 

inkişafı  həmişə  ləngitmişdir  və  çox  təəssüf  ki,  indi  də  bu  mənfi  hal 

davam edir. 

      


İkincisi,  dünya iqtisadi  münasibətləri  həm  də  dünya 

ölkələrinin  iqtisadi  əməkdaşlıq  sahəsində  təsir  və  qarşılıqlı  təsirlər 

üsuludur.Bu  üsul  mextəlif  ola  bilər.  Müvafiq  olaraq  dünya 

iqtisadiyyatının  da  inkişaf  səviyyəsi  müxtəlif  formada  təşəkkül  tapır. 

İqtisadi əlaqələrin bir sıra üsulları məlumdur.Dünya iqtisadiyyatına təsir 

etməsi nöqteyi-nəzərincə onları iki qrupa bölmək olar: 



Iqtisad 

yönümlü üsullar və güc işlətmə üsulları İqtisadi üsullarla 

təsiretmə baş verdikdə prosesə cəlb olunan ölkələrin iqtisadi maraqları 

ön planda du

rur və son nəticədə tərəflərin hamısı iqtisadi  səmərə əldə 

edir  və  inkişaf  edirlər.Elə  iqtisadi  üsulların  mahiyyəti  də  bundadır. 

İqtisadi  üsul  dünya    iqtisadiyyatının  inkişafı  üçün  çox  zəruridir  və 

təcrübədə bu sübut olunmuşdur.Bu gün Qərbi Avropa ölkələrinin, ABŞ-

ın  və  Yaponiyanın  səmərəli  inkişaf  etmələrinin  əsasını  yaxın  və  uzaq 

ölkələrlə  öz  iqtisadi  əlaqələrini  məhz  iqtisadi  üsullardan  geniş  və 

hərtərəfli  istifadə  etmələri  təşkil  edir.Rusiya  Federasiyası  isə  özünə 

yaxın və uzaq ölkələrlə  qarşılıqlı əlaqələrində əsasən  güc üsullarından 

istifadə tətbiq edir. Belə münasibətlərin nətcəsidir ki, Rusiyanın nə özü, 

nə  də  onun  yaxın  qonşuları  inkişaf  etmiş  ölkələr  sırasına  cıxa 

bilməmışdir.  Deməli,  istər  qlobal  miqyasda  və  istərsə    də  lokal 

miqyasda  ölkələrarası  əlaqələrin  hansı  üsulla  qurulması  dünya 

iqtisadiyyatının  inkişafı  üçün  əsas  şərtlərdən  biridir.  İqtisadi  üsullar 

üstünlük  təşkil  etdikdə  ticarət,  istehsal-tikinti, texnoloji kooperasiya

əmək bölgüsü, ixtisaslaşma, elm tutumlu məhsul istehsalı və innovasiya 

əlaqələrinin  həyata  keçirilməsi  üçün  şərait  yaranır  ki,  bu  da 

yarımsistemlərin –dövlətlərin və bütün sistemin dünya iqtisadiyyatının 

inkişafına səbəb olur. 



 

  

               



§5.Dünya  təsərrüfatı  və  onun  yarımsistemlərinin 

göstəriciləri 

 

        



Hər  hansı  bir  öyrənilən  obyektin  vəziyyətini  müxtəlif 

istiqamətlərdə  təhlil  etmək  olar  və  bu  zaman  qarşıya  qoyulan 

məqsəddən  və  təhlilin  çərçivəsindən  və  dərinliyindən  asılı  olaraq 

müxtəlif  göstəricilər  sistemindən  istifadə  edilir.Ölkələrin,  regionların  

və  dünyanın  iqtisadi  vəziyyətinə  iriləşdirilmiş  şəkildə  (yəni  məsələləri 

xırdalamadan)  qiymət  verilməsinə  dünya  təcrübəsində  çox  tez-tez rast 

gəlmək  olar.  Bu  zaman  makroiqtisadi  göstəricilərdən  istifadə  edilir  . 

Belə göstəricilərdən ən başlıcası ümumi milli məhsul (ÜMM) və yaxud 

da ümumi daxili məhsul (ÜDM) göstəricisidir. 

        


ÜMM  (ÜDM)  göstəricisindən  dünya  miqyasında  iqtisadi 

inkişafa  qiymət  vermək  üçün  geniş  istifadə  edilir.  Bu  gösrərici  son 

ictimai  məhsuldar  və  adətən  bir  il  ərzində  baxılan  obyektin  son 

nəticəsini  göstərir.İqtisadi  təhlildə  bu  göstərici  ayrı-ayrı  ölkələr, 

regionlar, ölkə qrupları və planet üçün tam şəkildə hesablanır.  Məqsəd 

– 

baxılan  obyektdə  iqtisadiyyatın  inkişaf  sürətinə  qiymət  verməkdir. 



Hər iki göstəricinin istehsal olunan həcmini və istifadə edilən həcmini 

hesablamaq olar. 

       

İstehsal  edilən  ÜDM  mahiyyətcə  bu  və  ya  digər  ölkənin 



ərazisində  yerləşən  və  kimə    məxsus  olmasından  asılı  olmayaraq 

fəaliyyət  göstərən  bütün  müəssisələrin  bir  ildə  istehsal  etdikləri  əmtəə 

və  xidmətlərini  qəbul  edilmiş  qiymətlərlə  son  həcmidir.  Son  həcm 

material  xərclərini  özündə  əks  etdirmir  və  əslində  bütün  sahələr  üzrə 

ödənilən  əmək  haqqının,  mənfəətin  və  amortizasiyanın    cəmi  kimi 

hesablanır. Əslində bu bütün sahələrdə istehsal edilən əlavə dəyərlərin 

cəmidir. 

        


İstifadə edilən ÜDM isə mahiyyətcə ölkədə həyata keçirilən 

kapital qoyuluşlarının, istehlakın (əhalinin və dövlətin) və xarici iqtisadi 

əlaqələrin  saldosunun  cəmidir.  Əslində  bu  millətin  ümumi  ictimai 

məhsuludur və dünya təcrübəsində müqayisəli təhlillərdə cox zaman bu 

göstəricidən  istifadə  edirlər.  Qeyd  edək  ki,  ÜMM-da  ÜDM –in 

hesablama  üsulu  ilə  hesablanır.  Fərq  ondadır  ki,  ÜDM  hesablanarkən 

xarici iqtisadi əlaqələrin saldosu çixilir, ÜMM –a hesablandıqda isə bu 

saldo  toplanır.  Adətən  bu  iki  göstərici  arasında  fərq  çox  kiçik  olur. 



 

Lakin ABŞ və bir neçə digər ölkələrdə ÜMM-u xaricilərə məxsus olan 

müəssisələrin yatratdıqları əlavə dəyər daxil edilmir. Bu halda ÜMM –i 

hesablamaq üçün ÜDM –

dən  xaricilərin  əldə  etdikləri  əlavə  dəyəri 

çıxmaq və bu ölkənin vətəndaşlarının xaricdə əldə etdikləri əlavə dəyəri 

əlavə etmək lazımdır. 

        


Bu iki  göstəricilərdən başqa milli gəlir (MG)  göstəricisi də 

hesablana  bilər.  MG-in hesablanma üsulu da  ÜDM –in  hesablanması 

kimidir, MG-i tapmaq üçün ÜDM –

dən  amortizasiya ayırmalarının və 

dolayısı ilə tutulan vergilərin məbləği çıxılır, subsidiyaların məbləği isə 

əksinə  ona  əlavə  edilir.  Adətən  vergilərin  həcmi  çox  olur.  Məlum 

oldugu  kimi,  vergilər  pərakəndə  satış  qiymətlərinə  daxil  edilir  və  son 

istehlakçı  tərəfindən  ödənilir.Subsidiya  əksinə,  qiymətləri  aşağı 

salır.Təcrübə  göstərir  ki,  uzunmüddətli  dövr  üçün  müqayisə  etdikdə 

MG-


in və ÜDM –in ümumi dəyişmə sürətləri demək olar kİ, eyni olur. 

Məhz  buna  görə  də  bütün  dünya  statistikasında  çox  zaman    ÜDM 

göstəricisindən istifadə edilir. 

        ÜDM  –

in  hesablanma  metodologiyası  göstərir  ki,  onun 

vasitəsi  ilə  ölkə  və  dünya  iqtisadiyyatı  haqqında  ümumi  vəziyyəti 

öyrənmək  olar.  Lakin  burada  qiymət  amilini  hökmən  nəzərə  almaq 

lazımdır . Cari qimətlərlə hesablanan  ÜDM nominal ÜDM, hər hansı 

bir  baza  qəbul  edilmiş  dövrün  (ilin)  dəyişməyən  qiyməti  ilə 

hesablandıqda isə o real  ÜDM adlanır.  Real vəziyyətləri tədqiq etmək 

və  yanlış  nəticələrin  baş  verməməsi  üçün  dünyanın  ÜDM-i Amerika 

dolları (cari və daimi qiymətlərlə) vasitəsi ilə hesablanır.Ümumiyyətlə, 

məsələyə bu cür yanaşmaq metodoloji cəhətdən düzgün olsa da , ayrı-

ayrı  hallarda  vəziyyəti  tam  aydınlaşdırmağa  imkan  vermir.  ÜDM 

göstəricisinin  yaxşılaşması  (artması)  iqtisadi  inkişafın  olduğunu,  onun 

artım  sürətinin  dayanıqlığı  ölkənin  iqtisadi  gücünu  xarakterizə  edir. 

Lakin  ÜDM  göstəricisi  geniş  və  yaxud  sadə  təkrar  istehsalın  hansı 

xərclər hesabına başa  gəldiyi, iqtisadi artımın intensiv və  ya ekstensiv 

yolla baş verdiyi, iqtisadiyyatın strukturunun necə dəyişdiyi və s. haqda 

tədqiqatçıya  heç  bir  məlumat  vermir.  Buna  görə  də  dünya 

iqtisadiyyatına  və  onun  yarımsistemlərinin  iqtisadi  inkişafına  daha 

dərindən qiymət vermək üçün digər göstəricilərdən istifadə edilir. 

         

Belə  göstərilənlərdən  ən  geniş  yayılması  ölkə  və  dünya 

təsərrüfatının  strukturunu  xarakterizə  edən  göstəricilərdir.Bir  sahə  orta 

göstəriciyə  nisbətən  çox  və    az    inkişaf  edə  bilər.  Məsələn,  ümumi 



 

təsərrüfatda  sənayenin  və  onun  aparıcı  sahəsi  olan  maşınqayımanın 

xüsusi  çəkisinin  artması  da  dünya  iqtisadiyyatının  və  ölkələrin 

iqtisadiyyatının  intensiv  inkişafından  xəbər  verir.  Bir  qayda  olaraq 

inkişaf  etmiş  ölkələrin  sənayesi  yüksək  xüsusi  çəkiyə,  sənayenin 

strukturunda  isə  maşınqayırma  yüksək  xüsusi  çəkiyə  malik  olur. 

Məsələn, ABŞ və Yaponiyada maşınqayırmanın xüsusi çəkisi sənayenin 

ümumi  məhsulunda  50%  -ə  çatdığı  halda  Rusiyanın  da  daxil  olduğu 

MDB-

də  bu  göstərici  heç  20%  -də  təşkil  etmir.  Azərbaycanda  isə  bu 



göstərici  1-2  faizdir.  Keçən  əsrin  son  iki-üç  onilliklərində  dünya 

təsərrüfatı yarımsistemlərinin iqtisadi inkişafı onlarda mikroelektronika, 

kompüter  texnikası,  biotexnologiya,  gen  mühəndisliyi  ,  məlumat 

texnikası    ilə  bağlı  olan  yüksək  texnoloji  sahələrin  inkişafı  ilə 

səciyyələnmışdir.  Məhz  bu  sahələrin  üstün  inkişafına  nail  olan  ABŞ 

dünya liderliyini b

ir  çox  sahələrdə  ələ  ala  bilmişdır.  Yaponiyanı  və 

Almaniyanı da irəliyə çəkən amillər bunlardır.  

         

Hər  hansı  bir  ölkənin  təsərrüfatında  fəaliyyət  göstərən 

sahələri  onların  istifadə  etdikləri  xammal  və  materialların  xarakterinə 

görə  üç  qrupa  bölmək  olar:  ilkin  sahlərə,  sonrakı  sahələrə  və  üçüncü 

qrup  sahələrə.İlkin  sahələrə  kənd  təsərrüfatı  ilə  hasilat  sahələri  daxil 

edilir.Sonrakı sahələrə (bunlara ikinci sahələr də deyilir) emal sənayesi, 

elektroenergetika  və tikinti daxildir.Üçüncü adlanan sahələrə isə bir çox 

sahələr  daxildir.Xidmət  sferasına  daxil  olan  sahələr,  maliyyə,  sığorta, 

təhsil, mədəniyyət , elm , tibbi sahələri və ənənəvi nəqliyyat , ticarət və 

rabitə sahələri belə sahələrdəndir. 

           

Ayrı-ayrı sahəllərin ÜDM-də  yeri “xüsusi çəki” göstəricisi 

ilə  təyin  edilir.  Təhlil  göstərir  ki,  ilkin  sahələrin  və  xüsusən  kənd 

təsərrüfatının  xüsusi  çəkisi  keçən  əsrdə  sürətlə  azalmışdır.  Bu  meyl 

inkişaf  etmiş  ölkələrdə  daha  kəskin  gözə  çarpır.  Məsələn,  ABŞ-ın 

ÜDM-


də kənd təsərrüfatı 1913-cü ildə 39,3% “paya” malik idi. 1993-cü 

ildə isə bu göstəricinin səviyyəsi cəmi 2 faiz təşkil etmişdir. Qeyd edək 

ki,  kənd  təsərrüfatının  xüsusi  çəkisinin  bu  cür  yüksək  dərəcədə  aşağı 

düşməsi kənd təsərrüfatı məhsularının mütləq həcminin daim artması ilə 

baş  vermişdir.Belə  ki,  bu  gün  ABŞ  kənd  təsərrüfatı  məhsulları  ilə  öz 

əhalisini  yüksək  səviyyədə  təmin  etməklə  yanaşı  xaricdə  də  çoxlu 

miqdarda kənd təsərrüfatı məhsulu ixrac edir. Bu cür vəziyyət ABŞ –ın 

ÜDM  –


də    mütərəqqi  struktur  dəyişmələrinin  baş  verdiyinə  dəlalət 

 

edir.Əyanilik  üçün  2№li  cədvəldə  inkişaf  etmiş  bazar  iqtisadiyyatlı 

ölkələrin ÜDM-nin dörd qrup sahələr üzrə strukturu verilmişdir. 

   


 

 

 



 

 

 



 

 

Cədvəl 2 



Əs

as 

sah

ələr 

 

1

913 

 

1

960 

İ

ll

ər 

1

970 

 

1

975 

 

1

985 

 

1

989 

 

1

993 

K

ə



nd 

t

əsərrüfatı 



  

39,3 


   

6,3 


   

3,9 


 

4,1  


  

3,2 


   

2,8 


  

2,0 


S

ən

aye 



     

 



36,4 

 

31,9 



 

29,9 


 

29,9 


 

27,1 


 

31,0 


Tik

inti 


     

   



5,7 

   


6,2 

      


 

   



6,1 

   


6,0 

Xid


m

ət 


     

 



51,6 

 

58,0 



 

59,5 


 

61,3 


 

64,2 


 

61,0 


 

 

 



       

ÜDM  göstəricisi,  qeyd  etdiyimiz  kimi,  baş  makroqitisadi 

göstəricidir  və  iqtisadiyyatın  vəziyyətinə    qiymət  verərkən  bu 

göstəricinin  bir  il  (və  yaxud  baxılan  hər  hansı  bir  dövr)  ərzində  artım 

sürəti faizlə və ya əmsalla götürülür.Lakin bu göstərici bir sıra keyfiyyət 

göstəriciləri olmadan iqtisadiyyatın vəziyyətini xarakterizə etmək üçün 

yaramır.  Buna  görə  də  ÜDM  göstəricisi  ilə    yanaşı  aşağıdakı 

göstəriciləri də hesablamaq lazımdır.Belə göstəricilərdən ən mühümləri 

ÜMM-

in  əmək,  fond  və  material  tutumluğunu  xarakterizə  edən 



göstəricilərdir. 

       


Əmək  tutumu  göstəricisi  ümumi  milli  məhsulun  tərkibində 

əmək  haqqınan  xüsusi  çəkisini  göstərir.Ayrı-ayrı  məhsulların  əmək 

tutumundan  fərqli  olaraq  ümumi  milli  məhsulun  əmək  tutumu  son 

onilliklərdə  artmaqdadır.Dərc  olunmuş  materiallara  görə  inkişaf  etmiş 

bazar  iqtisadiyyatlı  ölkələrdə  bu  göstəricinin  xüsusi  çəkisi  çox  sürətlə 

yüksəlir.  Məsələn,  ABŞ-da  bu  göstərici  1990-cı  illərin  axırında  80% 

olmuşdur.  Müqayisə  üçün  göstərək  ki,  1929-cu  ildə  ABŞ-ın  ümumi 

milli məhsulunun tərkibində əmək haqqı 60%-dən də aşağı idi. 



 

         

Qeyd  edək  ki,  “Ümummilli  məhsulun  əmək  tutumu” 

göstəricisi  bir  çox  cəhətdən    iqtisadiyyatın  sosial  yönümlüyünü 

göstərir(əslində  burada  söhbət  istehsal  texnologiyasında  əməlyyatların 

əmək  tutumunun  yüksəldilməsindən  yox,  fəhlə  və  qulluqçuların  əmək 

haqlarının  artırılmasından  gedir.  Buna  görə  də  göstəricinin  adı 

“Ümummilli məhsulun əmək haqqı tutumu ”olmalıdır.) 

            

Materialtutumu  ümummilli  məhsulu  əldə  etmək  üçün 

istifadə  edilən  bütün  qəbildən  olan  material  xərclərinin  ümumilli 

məhsula  görə  nosbətini  göstərir.  Təhlil  göstərir  ki,  bu  göstəricinin 

səviyyəsi  bütün  inkişaf  etmiş  ölkələrdə  aşağı  düşür  və  material-enerji 

resurslarından  daha  səmərəli    istifadə  edilməsini  səciyyələndirir.  Bu 

göstəricini  material-enerji  xərclərinin    digər  ünsürlərinə  görə  də 

hesablamaq 

olar. Məsələn, enerji tutumu, yanacaq tutumu, metal tutumu 

və s. 


           

Mühüm  göstəricilərdən  biri  də  ümummilli  məhsulun  elm 

tutumu  göstəricisidir.  Bu  göstəricini  faizlə  hesablamaq  üçün  baxılan 

dövrdə elmin inkişafına ,prinsipcə yeni məhsulun layihələndirilməsinə, 

mənimsənilməsinə və istehsalına çəkilən xərclərin ÜMM –ün həcminə 

bölüb 100-

ə vururlar.Son illərdə bu göstəricinin səviyyəsi ABŞ-da 2,7 , 

İngiltərədə -2,3 , Fransada -2,4 , Yaponiyada – 2,8, İtaliyada -1,4 faiz 

təşkil  etmişdir.Mütləq  planda  bu  faizlər  böyük  miqdarda  vəsait  təşkil 

edir.  Məsələn,  1996-cı  ildə  ABŞ-ın  elmi  inkişafına  çəkdiyi  xərcin 

məbləği 185 milyard dollar təşkil etmişdir ki, bu da dünya uzrə həmin 

xərclərin 47%ni təşkil edir. 

          

Növbəti  keyfiyyət  göstəricilərindən  biri  istehsalın  fond 

tutumudur.Bu  göstəricisi    əsas  kapitalın  dəyərini  ÜMM  -ə  bölməklə 

hesablanır. Dünya təsrübəsi göstərir ki, bu göstərici müxtəlif dövrlərdə 

müxtəlif səviyyədə  olub.  Onun  səviyyəsinə  ən  çox  təsir  göstərən  amil 

iqtisadi artımın tipidir. İqtisadi artımın ekstensiv   tipi  üstünlük  təşkil 

etdiyi mərhələlərdə fondtutumu yüksəlr(səmərəlilik aşağı düşür), əksinə 

iqtisadi  artım  əsasən  intensiv  yolla  baş  verdikdə  fondtutumu    aşağı 

düşür (səmərəlilik isə yüksəlir). Bu göstərici sahəsində ABŞ keçən əsrin 

20-


ci illərinin ortalarından, Qərbi Avropa ilə Yaponiya isə 70-ci illərdə 

dönüş yarada bildilər və yüksək nəticə əldə etdilər. 

            

Dünya  iqtisadiyyatına  qiymət  verərkən  fondtutumu  

göstəricisinin  əksi  olan  fondverimi  göstəricisindən  də  geniş  istifadə 

edilir. 


 

 

                            



                             


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin