Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə6/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   2   3   4   5   6   7   8   9   ...   182
iradənin formalaşdınlmasıdır.
Mədəniyyətin  inkişafında  aparıcı  qüvvə  ziyalılardır.  Bu,  alim  və 
müəllimlər,  incəsənət  xadimləri,  həkim  və  ixtiraçılar,  dövlət, 
ictimaiyyət  və  din  xadimləri, hüquqşünas  və  diplomatlar,  həyatlannı 
xalqın  rifahı  naminə  yaradıcı  fəaliyyətə  həsr  etmiş  müxtəlif  peşə 
adamlarıdır.  Dünya  mədəniyyəti  və  sivilizasiyanın  əsil  yaradıcılan 
məhz bu adamlardır.  Müxtəlif 
dövr 
və 
xalqlann 
görkəmli 
ziyalılanmn  yaratdığı  mədəni  abidələr  -   intellektual,  mənəvi-etik, 
estetik və maddi dəyərlər bütün bəşəriyyətə mxsus olub,  dünya sosial- 
mədəni  inkişaf  təcrübəsini  zənginləşdirmiş,  milyonlarla  insan  və  bir 
çox nəsillər tərəfindən hələ də istifadə olunur.  Laki bəşər mədəniyyəti 
heç  də  yekcins  deyildir. 
İnsan  mədəniyyətindəki  fərqlər 
yalnız 
mədəni-irsi  keyfiyyətlərlə  deyil, 
eləcə  də  elmi  biliklər, 
təhsil 
vətərbiyə,  elmin  texnoloji  tətbiqi,  həm  də 
müxtəlif  xalqlarda  və 
insanlarda eyni olmayan  qavrama qabiliyyəti ilə şərtlənir.
İntellektual  və  etik  mədəniyyətin  ictimai  tərəqqi  üçün  həlledici 
əhəmiyyəti  var.  Maddi  rifaha  gedən  yol  intellektual  mədəniyyətin -  
elm  və  təhsilin  prioritet  inkişafından  keçir,  çünki  mədəniyyət  ,  hər 
şeydən əvvəl  bilik,  inkişaf və rifahdırsa,  cəhalət  şər və yoxsulluqdur.
25


Fuad  Mammadov
Ktlllurologiva cfTcklivli hoyal  va faalivvala aparan  vol
İntellektual  mədəniyyətin  inkişafı  üçün 
sosial  şəraitin  yaradılma 
əhəmiyyəti  ondadır ki,  elm  insanı  düzgün  və  təhlükəsiz  həyat üçün 
zəruri  olan  müdrikliyə  doğru  aparır.  Elm  bəşəriyyətə  məxsusdur.O, 
təşkilat,  cəmiyyət  və  dövlətlərin 
yeni  texnologiya  ilə  effektiv 
fəaliyyətinin  tükənməz  mənbəyi, 
ictimai  şüurun 
proqressiv 
dəyişikliyinin 
açandır.  O,  insanın  həyat  fəaliyyətinin  yeni 
imkanlanna,  təbiət  və  cəmiyyətin  yeni  inkişaf qanunlanna,  həqiətə 
yeni  yollar  açan,  intellektual  dəyərlər  yaradan  insan  ağlının  daimi 
axtanşıdır.  Hər  kəsin  alim  olması  heç  də  vacib  deyil,  lakin  insanın 
intellektual  inkişaf prosesinin özü şəxsiyyət və lider formalaşdırılması, 
xüsuilə  də  bəşəriyyətin  bu  günkü  inkişaf mərhələsində  cəmiyyətin 
tərəqqisi  üçün praktik dəyərə malikdir.
Səadət  anlamında  şəxsiyyətin  mədəniyyəti 
əxlaq,  intellekt  və 
dəyərlər  sistemi,  xeyir  -  şər,  xarakter  və  əqidə 
haqqındakı 
təsəvvürlərindən  nə  qədər 
asılıdırsa,  düzgün  mənəvi  tərbiyə  və 
təhsilin  əhəmiyyəti  bir  o  qədər  artır.  Bilik  və  düzgün  təfəkkür  insan, 
fakt  və  hadisələrdən  ibarət 
həqiqətlər  haqqında 
obyektiv 
təsəvvürlərin  formalaşmasını  təmin edir.  Düzgün təsəvvürlər  düzgün 
arzu  və  istək  yaradır.  Düzgün  arzu  və  istək  pozitiv  nəticələr  verən 
düzgün  fəaliyyətlərə aparır.  Əksinə olanda,  cəhalət,  səhv təsəvvürlər 
və  neqativ  fəaliyyətlər 
stress,  depressiya  və  mənəvi  böhranla 
nəticələnir.  Depressiya  -   mənəvi  yarazlığı  məhv  edir  və  immuniteti 
azaldır  ki,  bu  da  nəinki  əsəb  və  psixi  sistemi  sıradan  çıxarır,  eyni 
zamanda 
ictimai  sağlamlığı  sarsıdan 
ağır  somatik  xəstəliklərlə 
nəticələnir.  Deməli,  şəxsiyyətin 
intellektual  və  etik  mədəniyyəti 
artdıqca,  onun  inkişaf imkanları  yüksəlir.  Yüksək  ruhi  mədəniyyətə 
malik  insan  isə  ,  dövlətin  ruhi  xəzinəsi,  cəmiyyətin  və  bəşəriyyətin 
ictimai kapitalıdır.
Bu  əbədi  həqiqətin  dərk  edilməsi  mövcud  əsərin  yaranmasına 
səbəb  olmuşdur  .  Dünya  kulturoloji  fikrinin  nailiyyətlərinə  istinad 
edən  müəllif  effektiv  dövlət  idarəçiliyi 
,  məhsuldar  beynəlxalq 
əməkdaşlıq  və  sabit  insan  inkişafının  universal  hərəkətverici  qüvvəsi 
kimi,  ruhi  mədəniyyətin  mahiyyət  və  imkanlarını  düzgün  anlamağa 
imkan  verən 
yeni  kulturoloji  biliklərin  yaradılması 
və 
sistemləşdirilməsinə  öz töhfələrini verməyə çalışmışdır.
26
Fuad
KulturoİQgiva cffcktivli hava!  *a faaliyyala aparan yol

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin