Aparan yol kimi



Yüklə 9,7 Mb.
Pdf görüntüsü
səhifə18/182
tarix02.01.2022
ölçüsü9,7 Mb.
#2774
1   ...   14   15   16   17   18   19   20   21   ...   182
MƏDƏNİYYƏTİN “ŞAQULİ” VƏ “ÜFÜQİ”
GÖSTƏRİCİLƏRİ

Şaquli”  və  “üfüqi” 
mədəniyyət  iki  qarşılıqlı  əlaqəli 
göstəricilərdir.
Mədəniyyətin  “şaquli”  göstəricisi  irəli,  yeniliyə  və  qeyri- 
ənənəviyə  hərəkət  eneıjisini  ifadə  edən,  gələcəyə  istiqamətlənmiş 
ruhi (əqli və mənəvi) həyəcandır.
Mədəniyyətin  “şaquli”  göstəricisinin  hərəkətverici  qüvvəsi 
yenilikçi  ruha  malik  ,  ətraf aləmi  dəyişdirmək  və  təkmilləşdirməyə 
motivləşmiş “yaradıcı ziyalılardır”.
Yeni  ideya  ardıcıl  olaraq  üç  mərhələdən  keçir:a) 
inkar;  b) 
tərəddüd;c)  təsdiq.N.Bora  görə,  yeniliyiin  ictimai  şüura  təlqin 
edilməsi  ardıcıl  olaraq,  aşağıdakı  psixoloji  pillələrdən  keçir:  l.”Bu 
ola  bilməz”  2.”  Bunda  nə  isə  var”  3.  Sözsüz  bu  düzdür”.Bu  üç 
pilləni  keçəndən  sonra  “şaquli”  ardıcıl  olaraq,  “üfüqiyə”  çevrilir. 
Lakin  cəmiyyətdə  olan  ənənəvi  təfəkkür  stereotiplərinə  görə, 
birqayda 
olaraq, 
yenilik 
müasirləri 
tərəfindən 
layiqincə 
qiymətləndirilmir,  çox  halda  isə,  ona  qarşı  böyük  müqavimətlər 
göstərilir.
Mədəniyyətin “üfüqi”  göstəricisi -  ziyalıların  yaradıcı  olmayan, 
nisbətən  konservativ,  həmçinin,  cəmiyyətin  adi  stereotip  düşüncəli, 
passiv  müşahidəli,  mədəni  nailiyyətlərin  istehlakçıları  olan 
hissəsidir.  Mədəniyyətin  “üfüqi”  göstəricisi  mədəni  nailiyyətlərin 
zaman  və  məkanca  mənimsənilməsi,  elitar  mədəniyyətin  kütlələrə 
ötürülməsi,  eləcə  də  təhsil  və  maarifləndirmə,  mədəni  mübadilə  və 
milli mədəniyyətlərin  qarşılıqlı zənginləşməsinin nəticəsidir.
Mədəniyyət -  yaradıcı proses, sivilizasiya isə - onun əməli ifadəsi 
kimi  qəbul  edilərsə,  onda  “şaquli”  və  “üfüqi”  göstəricilər 
mədəniyyətin və sivilizasiyanın rəmzləri kimi qəbul edilə bilər.
1867-1868-ci  illərdə  Yaponiyada  “yuxandan”  həyata  keçirilmiş 
“Meydzi  maarifçi  hakimiyyəti”  adım  almış  Meydzi  mədəni  inqilabı 
mədəniyyətin  şaquli  göstərəcilərinin 
üfüqiyə  çev  rilməsinin 
effektiv  sosial  texnologiyasının  ən  parlaq  nümunələrindən  biridir.
49


Fuad  Mamroadov
Kullurologlva effektiv» hwat n  faallvvata aparan vol
Bu  mədəni  inqilab  nəticəsində  bir  neçə  onillik  ərzində  feodal- 
avtoritar  Yaponiya,  yoxsul samuray ölkəsindən  zəngin bir dövlətə 
çevrilib,  artıq  XIX  əsrin  əvvəllərində  dünyada  beş  inkişaf  etmiş 
sənaye  dövlətlərindən  biri  olmuşdu.  Ölkədə  köhnə 
feodal 
(piramidal)  sosial-siyasi  sistemdən  yeni,  demokratik  (rombşəkilli) 
sistemə keçid prosesi başlamışdı.
İkinci  dünya  müharibəsindən  sonra  ,  düzgün  sosial-mədəni 
siyasət  nəticəsində,  intensiv  inkişaf edən  Yaponiyada  cəmiyyətin 
demokratikləşməsi  həyata  keçirilmiş,  intellektual  mədəniyyət  və 
onunla 
əlaqədar, 
istehsalatda  yüksək  rəqabətqabiliyyətli 
texnologiyaların  prioritetləri  təmin  edilmiş,  bunlar  isə  birlikdə, 
cəmiyyətin  sosial 
strukturunda  orta  sinfin  üstünlüyünə 
və 
vətəndaşların keyfiyyətli  həyatının, eləcə də  yüksək rifahının təmin 
edilməsinə  gətirib çıxarmışdır.

Yüklə 9,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin