Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə4/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   2   3   4   5   6   7   8   9   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
6
sosial mühit gərəkdir. Şübhəsiz ki, qadın və kişi tələbatları-
nın struktur və təsnifatı arasında elə də kəskin fərqlər yox-
dur, əlbəttə söhbət ilk növbədə maddi-sosial-mənəvi tələ-
batlardan gedir, amma bu “ümumi” olan paradiqmaları bir 
çox hallarda “xüsusi” olanlarda müşayiət edir.
İnsan heç də bir çoxlarının iddia etdiyi kimi mücərrəd 
varlıq deyildir. O, konkret zamanın və mühitin övladıdır. 
Hər bir fərdin, şəxsin həyatında öz dövrünün “izləri” yaşa-
nır. Eləcə də məhz sosial mühit şəxsiyyəti, bütövlükdə isə, 
cəmiyyətdə baş verən ictimai münasibətləri doğurur. Məhz 
ictimai münasibətlərin təsiri ilə müəyyən dövr daxilində şəx-
siyyətdə cəmiyyətin bütün üzvlərinə xas olan ümumi cəhətlər 
və mənəvi keyfiyyətlər, ümumi davranış normaları formala-
şır və inkişaf edir (44: 8). Lakin bir çox hallarda (hətta elmi 
dairələrdə belə) əxlaqi prinsiplərin, o cümlədən davranışların 
ətraf aləmlə, “mövcud dünya” ilə heç bir bağlılığa malik ol-
madığı söylənilir. Təbii ki, insan əxlaqı, bütövlükdə insan hə-
yatı ilə bağlı tədqiqatlar get-gedə yeni məcraya düşür. Hətta, 
Y.Habermasın dediyi kimi, etik pozisiya baxımından əxlaqın 
əsasları yenidən hazırlanmalıdır (261: 94).
Davranış “öz-özünə”, kortəbii qaydada meydana gəlib 
formalaşmır; o, şəxsiyyətin bütün ömrü boyu mənimsədiyi 
və əməli fəaliyyətində istifadə etdiyi mənəviyyat normala-
rı, dünyagörüşü, həyat tərzi, cəmiyyətdəki adət-ənənələr
rəftar, etiket və hərəkətlər əsasında formalaşmış xüsusi 
qabiliyyətdir, ümumiləşmiş mənəviyyat normalarının məc-
musudur. Davranış ictimai varlığın inikası, sosial həyat tər-
zinin ifadəsidir. Buna görə də davranış bir çox hallarda cə-
miyyətdəki ən ümumi əlaqə və münasibətlərlə əlaqədardır, 
ümumi olanı əks etdirir (44: 9).



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin