Amar niyazları 500 ədəddən ibarət olub, həm təsərrüfat xarakterli,həm də nomlar arası xarakterli münasibətləri öyrənmək üçün əhəmmiyyətlidir



Yüklə 1,65 Mb.
səhifə60/60
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2553
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60
Ədəbiyyat

  1. Бисмарк О. Мысли и воспоминания. Т. 1-3, М., 1940

  2. Галкин И.С. Объединение Германии М., 1951

  3. Галкин И.С. Создание германской империи. М., 1986

  4. Ерусалимский А.С. Бисмарк: дипломатия и милитаризм. М., 1968

  5. Ерусалимский А.С. Внешняя политика и дипломатия германского империализма в конце XIXв. М.. 1951

  6. Ерусалимский А.С. Германский империализм: история современность. М., 1964

  7. Нарочницкая Л.И. Россия и война Пруссии в 60-х годах.

  8. Ревуненков В.Г. Приход Бисмарка к власти (Польша и борьба в Пруссии 1859-1862.), Л., 1941

  9. Ревуненков В.Г. Польское восстание 1863г. и европейская дипломатия. Л., 1957

  10. Ростс Л.К. Шлезвиг-Голштинский вопрос и политика европейский держав в 1863-1864гг.

  11. Ротштейн Ф.А. Международные отношения в конце XIXв. М., 1960

  12. Ротштейн Ф.А. Из истории Прусско-Германиской империи. М-Л., 1948

  13. Хвостов В.М. Франск-русской союз и его историческое значение. М., 1955

NƏTİCƏ
Dünya tarixinin qədim, orta əsrlər, yeni və ən yeni dövrlərə bölünməsi müasir elmi düşüncə baxımından müxtəlif sivilizasiyaların inkişaf və əvəzlənmə tarixidir. Oxuculara təqdim edilən dərslikdə sivilizasiyanın müxtəlif mərhələlərində dövlətlər arası münasibətlər yaranma, inkişaf və yeniləşmə prosesində araşdırılır, Misir və Mesopotamiyadan tutmuş, ərəb və Frank dövlətləri arasındakı münasibətlərə, Otuzillik mühüribədən tutmuş müstəmləkə müharibələrinə, Vyana sisteminin yaradılmasından Almaniyanın birləşdirilməsinə qədər diplomatiya tarixinin müxtəlif hadisə və proseslərinə müasirlik yönümündən işıq salınır. Dövlətlərarası münasibətlərin sivilizasiyasının müxtəlif mərhələlərində aparıcı rola malik olması həmişə etiraf olunmuşdur ki, bunun idraki, nəzəri və praktiki kökləri minilliklərin dərinliklərindədir.

Tarixin orta əsrlər dövründə alimlər dünya tarixini dörd monarxiyanın inkişaf tarixinə bölürdülər: a) Asuriya - Babilistan monarxiyası; b) Midiya - İran monarxiyası; v) Yunan-Makedoniya monarxiyası; q) Roma monarxiyası. Qədim hətta Bibliya ənənələrindən bəhrələnən bu bölgü tarixi bilgilərin ö dövrkü səviyyəsini əks etdirməsinə baxmayaraq elmi fikir bir həqiqəti dərk etmişdi. Bu tarxi inkişafın dövlətlərin və dövlətləarası münasibətlərin inkişafı ilə bağlanması idi.

Sivilizasiyanın ən qədim dövrlərdindən monarxiyalar və cəmiyyətlərarası münasibətlər adət-ənənələr və yeni normalar üzərində formalaşan dünya qaydasını şərtləndirirdi. Dövlətlərin yaranmasına, inkişafına və məhv olmasına, cəmiyyətlərin bir-birini əvəz etməsinə baxmayaraq dünya qaydası təkamül prosesini yaşayırdı, mərhələdn-mərhələyə zənginləşir, təkmilləşir və formaca dolğunlaşır, əhatə dairəsi genişlənirdi. Məhz bu prosesdə elmi-ictimai fikir də zənginləşir, yaranmaqda olan yeniliklərə uyğun olaraq ümumiləşdirmələr aparır, fərdi-tipik münasibətləri müəyyənləşdirir, qanunauyğunluq və kateqoriyaların mahiyyəti açılıb göstərilirdi.

Bəşər tarixinin qədim və orta əsrlər dövrü ayrı-ayrı dövlət xadimi və sərkərdələrin işğalçı yürüşləri nəticəsində yaradılmış yüzlərlə irili-xırdalı dövlət birləşməsinin adını qoruyub çaxlamışdır. «Dövlət həmişə cəmiyyət içərisindən meydana gələn və yalnız… idarəetməklə məşğul olan bir qrup adamlardan ibarət müəyyən bir aparat olmuşdur» - deyən V.İ.Lenin səhv etmirdi.1Tarix boyu dövlətlər imperiyalar siyasət meydanında görünmüş, beynəlxalq münasibətlərdə öz sözün demiş, silinib getmişlər. Belə böyük imperiyalara Makedoniyalı İskəndərin imperiyasını, Qədim Roma imperiyasını, Monqol imperyasını, XIV-XV əsrlərin hüdudunda meydana gəlmiş Teymuri imperyasını, Müqəddəs Roma imperyasını və s. göstərmək olar.

Orta əsrlərin dərinliklərində yaranmaqda olan humanist dünyagörüşü dövlətlərarası münasibətlərin inkişafına dair baxışları ilə yeni epoxanın əsaslarını qoydular. Təsadüfi deyildi ki, Qərb politoloji fikri yeni tarixi mərhələnin yaranmasını məhz humanizm ideyalarının pərvəriş tapdığı dövrdən götürürlər. Avropa monarxları humanistlərin xidmətindən məmnuniyyətlə istifadə edirdilər. Qədim dünmyanın zəngin təcrübəsini, elmi-ictimai fikrini dirçəldən, ona yeni məzmun verən humanistlər dövlətləararası münasibətlərin protokol qaydalarına öz möhürlərini vurdular. Dövlət xadimləri, rəsmi şəxslər nəinki geyimləri, davranış normaları, hətta ədaları ilə də cəmiyyətdən seçilirdilər. Dövlətlətarası əlaqələr isə daha mütəmadi xarakter daşımağa başlayır, tədricən xarici əlaqələrin aparılması hər hansı dövlətdə bir qrup adamın peşə məşğuliyyətinə çevrilirdi.

Dövlətlərarası münasibətlərin genişlənməsində qlobal dəyişikliklər böyük coğrafi kəşflərlə bağlıdır. Bu nəinki istehsal münasibətlərində köklü dəyişikliyi şərtləndirdi, dövlətlərarası əlaqələr intensivləşdi, habelə müstəmləkələrin ələ keçirilməsi uğrunda o dövrkü dünyanın cahangir dövlətləri arasında ölüm-dirim savaşı başladı, dünya müstəmləkə sistemi yarandı, dünya kapitalist inkişafı yoluna qədəm qoydu, əmtəə istehsalı və ixracı tarix etibarı ilə olduqca qısa müddətə az qala ümumplanet miqyası aldı.

Dünya miqyaslı qlobal dəyişikliklər elmi-ictimai fikrin də diqqətindən yayınmırdı. XIX yüzilliyin dünya şöhrətli alim-sosioloqlarından L.İ.Meçnikovun «Sivilizasiya və böyük tarixi çaylar» əsəri məhz belə dəyişikliklərin təsiri ilə yaranmışdı. Müəllifə görə, sivilizasiyaları da, dövlətləri də «çay-su» yaratmışdır və bu baxımdan dünya tarixinin üç epoxaya bölmək olar:


  • Qədim sivilizasiyalar dövrü;

  • Aralıq dənizi dövrü;

  • Okeanlar dövrü.

Dərindən diqqət yetirildikdə Böyük coğrafı kəşflərdən başlayan okean dövrü müasir geosiyasi nəzəriyyələrin çıxış nöqtəsini təşkil edir. Okean dövlətləri kimi əvvəlcə Bizans imperiyası və Osmanlı Türkiyəsi, sonralar İspaniya, Portuqaliya, Fransa və Ingiltərə dünyanın siyasi xəritəsini tamamlayırlar. Avropa dövlətlərinin cəbhələşib bir-birinə qarşı vuruşduğu Otuzillik müharibə isə yeni qlobal dünya qaydasının - Vestfaliya sisteminin formalaşması ilə başa çatdı ki, bu beynəlxalq münasibətlərin sistem dəyişikliyi idi. Sistem - beynəlxalq münasibətlərin konkret zaman və məkan hüdudlarında olan elə qaydasıdır ki, universallıq xüsusiy­yətləri ilə səciyyələnir, varisliyi saxlayır, təkamül və radikal dəyişikliklər prosesini yaşayır, dünya qaydasını müəyyənləşdirir və adaptasiya olunur. Beynəlxalq qaydanın başlıca xüsusiyyətlərindən biri isə dövlətlərarası qüvvələr müvazinətinin mövcudluğu və qarşılıqlı münasibətlərin daimi xarakter daşımasıdır.

Vestfaliya sisteminin yaranması ilə başlanan yeni dövr dövlətlərarası münasibətlərə də bir sıra dəyişikliklər gətirdi. Tədricən əvvəlcə Avropanın, daha sonralar dünyanın siyasi xəritəsi formalaşmağa başladı, yeni yaranmaqda olan dövlətlərlə tamamlandı. Vestfaliya sisteminin sabitliyi qüvvələr balansına əsaslanırdı ki, on beş ilə yaxın davam edən Napoleon müharibələri dövründə bu balans pozuldu və Vyana sisteminin formalaşması ilə dünya qaydasının yeni nizamı – «pentarxiya» formalaşmasıdı, «Avropa konserti»nin iştirakçıları qısa zaman kəsiyində olsa da, legitimliyi əsas götürməklə dövlət maraqlarının pozulmamasına riayət etdilər.

Vyana sistemi varisliyi saxladı, Avropanın yeni sərhədləri tədricən hamılıqla etiraf olundu. Bununla belə, dünya nizamı təkmilləşdirməkdə davam edirdi. Yeni tarixin I dövrünün (1640-1870) əlamətdar hadisələri içərisində Amerika Birləşmiş Ştatlarının, vahid alman və italyan dövlətlərinin yaranması beynəlxalq münasibətlər sisteminin tamamlanması baxımından əhəmiyyətlidir.

Beynəlxalq münasibətlər tarixinin ən qədim zamanlardan XIX yüzilliyin 70-ci illərinə qədər olan dövrünü əhatə edən bu dərslik müəlliflərin uzun illər Bakı Dövlət Universitetinin «Beynəlxalq münasibətlər və beynəlxalq hüquq» fakültəsində «Beynəlxalq münaibətlər» ixtisası üzrə oxuduqları mühazirələrə əsasən hazırlan­maqla, elmi auditoriyanı və oxucuları beynəlxalq münasibətlər tarixinin ayrı-ayrı mərhələləri və epizodları ilə tanış etmək məqsədi daşıyır.



1 Nizamülmlük. Siyasətnamə. B., Elm, 1989, s. 96

1 Ализаде А.А. Социально-экономическая и политческая история Азербайджана XIII-XIVвв. Б., 1956, səh.336-351, 351-400

2 Nemətova M.X. XIV—XVI əsr tarixinin öyrənilməsinə dair. B., 1959, səh.8-27

3 İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. B., 1956, səh.25-36

4 Azərbaycan tarixi, 1-ci cild, B., 1961, səh.215-221

5 Ашурбейли С. Государство Ширваншахов (VI-XVвв.) Б., 1983, səh.114-173

6 Сумбатзаде А.С. Азербайджанцы-этногенез и формирование народа. B., 1990, səh.176-189

7 Məmmədov S. Azərbaycan XV-XVIII əsrin birinci yarısında B., 1981, səh.5-13

1 Муминов И. Роль и место Амира Теймура в истории Средней Азии. Ташкент, 1968

2 Bünyadov T. Bir qalanın sirri / Ulduz jurnalı, 1967, №4

3 Məmmədov R. Naxçıvan şəhərinin tavrixi oçerki, B., 1967, səh.92-99; Məmmədov R. Əlincə qalasının orta əsrlər tarixi / Azərbaycan tarixinə dair materiallar, IX cild, B., 1973

4 Новосельцев А.П. Об исторической оценка Тимура / Вопросы истории, 1973, №2, səh.3-20

5 Məmmədov R., Piriyev V. Teymurləngin Əlincə səfəri / Elm və həyat, 1977, №9, səh.31-33

1 Mestopski F. Teymurləngin və onun xələflərinin tarixi. B., 1957, səh.5

1 Azərbaycan tarixi, 1-ci cild, səh.198, 200

1 История Армении, səh.46-48

1 Муминова И. Роль и место Амира Теймура в истории средней Азии, c.4

1 Mahmudov Y. Səyyahlar, kəşflər, Azərbaycan. B., 1985, səh.80

1 Lenin V.İ. Dövlət haqqında. Əsərəri, 29-cu cild, s.484


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin