28) Ev tozunun əsas allergeni hansıdır?
A) Ev tozu gənəsi
B) Kitabxana tozu
C) Ev bitkilərinin tozcuğu
D) Mikroorqanizmlər
E) Kif göbələklərinin sporları
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
29) Hansı respirator sensibilizasiya əmələ gətirmir?
A) Penisillin
B) Aspergilla
C) Zeytun yağı
D) Fuzarium
E) Kandida
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г
30) Aşağıdakılardan hansı qeyri - spesifik rezistentliyə aiddir?
A) Dermatofaqoides pteronissinusa qarşı hiperhəssaslıq
B) Alternativ yolla komplementin aktivlənməsi
C) Qızılca peyvəndinə cavab olaraq B- hüceyrələrin klonlaşması
D) Müəyyən bitkiyə qarşı ləng tipli hiperhəssaslıq
E) Allergenin tosqun hüceyrələrin üstündə olan İgE-yə bağlanması
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
31) İnterferonların funksiyası hansıdır?
A) Bakterial DNT (dezoksiribonuklein turşusunun) fraqmentlənməsi
B) Limfositlərin istehsalı
C) Virusların replikasiyasının qarşısını almaq
D) Bakterial hüceyrələrin divarlarının pozulması
E) Mikrobları opsonizasiya etmək
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
32) Aspergill qismindən olan göbələklərə sensibilizasiya baş verdikdə bronxial astmanın kəskinləşməsi nə zaman baş verir?
A) Sentyabrdan oktyabra kimi
B) Maydan avqusta kimi
C) Mayda
D) Dekabrdan marta kimi
E) Bütün il boyu
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
33) Bir şəxsin patogen mikrob tərəfindən invaziya edilmə riskini aşağıdakı hansı faktor artırar?
A) Sidik ifrazının artması
B) Epidermal toxumanın itirilməsi
C) Bağırsaq hərəkətliliyin yüksəlməsi
D) Arterial təzyiqin yüksəlməsi
E) Siliar aktivliyin yüksəlməsi
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
Dostları ilə paylaş: |