Allerqologiya ixtisası üzrə nümunəvi test tapşırıqları 05. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Sosial gigiyenanın əsasları. Allerqolojı xidmətin təşkili


) Aşağıda qeyd olunanlardan hansı bronxial astmanın diaqnostikasında mühüm rol oynamır?



Yüklə 1,32 Mb.
səhifə10/13
tarix16.03.2017
ölçüsü1,32 Mb.
#11744
1   ...   5   6   7   8   9   10   11   12   13

615) Aşağıda qeyd olunanlardan hansı bronxial astmanın diaqnostikasında mühüm rol oynamır?
A) Spirometriya

B) Dəri allergik sınaqları

C) Fiziki yüklənməylə bronxoprovokasiya testi

D) Veloerqometriya

E) Histaminlə bronxoprovokasiya testi
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.36
616) Hal-hazırda bronxial astma necə xəstəlik hesab edilir?
A) Tənəffüs yollarının kəskin allergik xəstəliyi

B) Ağciyərin birləşdirici toxumasının yarım kəskin zədələnməsi

C) Ağciyərin interstisial toxumasının xroniki xəstəliyi

D) Tənəffüs yollarının xroniki iltihabi xəstəliyi

E) Sol mədəcik çatmamazlığı ilə müşayiət olunan bronxların xəstəliyi
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 415
617) 32 yaşlı xəstə son 2 il vaxtaşırı ekspirator təngnəfəslikdən və quru öskürəkdən şikayət edir. Bədən t°C normaldır. Leykoformulada eozinofillər 12%-dır. Rentgendə patologiya aşkar olunmur. Pikfloumetriyada bronx keçiriciliyinin göstəriciləri gün ərzində 30% dəyişir. Xəstənin diaqnozu nədir?

A) Xroniki pnevmoniya

B) Kəskin bronxit

C) Xroniki sinusit

D) Bronxial astma

E) Sarkoidoz


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
618) Aşağıdakı amillərdən hansı bronxial astma tutmasını törətmir?
A) Sürətli tip allergiya

B) Dərman qəbulu

C) Adrenoreseptorların fəallaşması

D) Kimyəvi qıcıqlandırıcı maddələr

E) Heyvanların tükü
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
619) Atopik bronxial astmanın göstəricisi hansıdır?
A) Başqa atopik xəstəliklərlə müşahidə olunması

B) Polipoz rinosinusitin olması

C) İgE- nin qanda azalması

D) Genetik meyllilik xarakter deyil

E) Yaşlı adamlarda tez-tez baş verməsi
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
620) Bronxial astmanın müalicəsində istifadə olunmayan preparat hansıdır?
A) Qlükokortikoidlər

B) Ketotifen

C) İntal

D) Proteolitik fermentlər

E) Simpatomimetiklər
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
621) Bronxial astmanın müalicəsində hansı preparat bronxspastik təsir göstərir?
A) Prednizolon

B) İntal


C) Seretid

D) Metoprid

E) Obzidan
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
622) Xəstə bronxial astma ilə yanaşı, hipertoniya xəstəliyindən də əziyyət çəkir. Belə halda xəstəyə aşağıdakı hipotenziv preparatlardan hans daha məqsədə uyğundur?

A) Amlodipin

B) Enalapril

C) Nebivalol

D) Raunatin

E) Propranalol


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
623) Bronxların keçiriciliyi pozulduqda hansı tip təngnəfəslik meydana çıxır?
A) Sakit halda

B) İnspirator

C) Yeməkdən sonra

D) Ekspirator

E) Ortopnoe
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210

624) Ağciyərlər üzərində fitvari xırıltının eşidilməsi hansı patoloji proses üçün xarakter əlamətdir?
A) Ağciyərlərdə boşluq olması

B) Ağciyərlərdə havanın çox olması

C) Plevra boşluğunda mayenin olması

D) Ağciyər toxumasının bərkiməsi

E) Bronxkeçiriciliyinin pozulması
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
625) İrsi Kvinke ödemi üçün nə xarakter deyil?

A) Residivləşən abdominal ağrılar

B) Səsin batması

C) Qaşınma

D) Boğulma tutmaları

E) Hürücü öskürək


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
626) Morfoloji elementlərdən asılı olaraq atopik dermatitin neçə forması var?
A) 5

B) 1


C) 4

D) 2


E) 3
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.8

627) Anafilaksiyanın klinik təzahürlərindən asılı olaraq anafilaktik şokun neçə gediş variantı ayırd edilir?
A) 5

B) 3


C) 2

D) 4


E) 1
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.8
628) I dərəcə (yüngül) anafilaktik şokun göstəricilərinə aid deyil?
A) Bu vəziyyət şok əleyhinə terapiya ilə asanlıqla aradan qaldırılır

B) Qulaqlarda küy

C) Huşu aydındır

D) Sistolik A/T 60mm c.s aşağı enir

E) Övrə
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г. s. 485
629) III dərəcə (ağır) anafilaktik şokun göstəricilərinə aid deyil?
A) Sistolik A/T 90mm c.s qədər enir

B) Huşun itməsi

C) A/T 60-40 mm c.s

D) Şok əleyhinə terapiya çox zaman az effektivdir

E) Qıcolmalar
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г. s. 485
630) IV dərəcə (çox ağır) anafilaktik şokun göstəricilərinə aid deyil?
A) A/T-qi təyin etmək olmur

B) İldırımvari şəkildə kollaps

C) Sistolik A/T 90-70mm c.s arasındadır

D) Tənəffüs eşidilmir

E) Sapvarı nəbz
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г. s. 485
631) Orqanospesifik autoimmun xəstəliklərə aiddir:
A) Revmatoidli artrit

B) Sklerodermiya

C) Qırmızı qurd eşənəyi

D) İnsulindən asılı şəkərli diabet

E) Dermatomiozit
Ədəbiyyat: Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Аллергические болезни. Диагностика и лечение. Москва. Гэотар. Медицина. 2000
632) Sistemli autoimmun xəstəliklərə aiddir:
A) İnsulindən asılı şəkərli diabet

B) Xaşimoto tiroiditi

C) Qırmızı qurd eşənəyi

D) Ürəyin işemik xəstəliyi

E) Hipertoniya xəstəliyi
Ədəbiyyat: Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Аллергические болезни. Диагностика и лечение. Москва. Гэотар. Медицина. 2000

633) Mikrob mənşəli immunomodulyatorlara aid deyil:
A) Likopid

B) Bronxomunal

C) Ribomunil

D) Polioksidon

E) İRS-19
Ədəbiyyat: Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Аллергические болезни. Диагностика и лечение. Москва. Гэотар. Медицина. 2000
634) Hansı hüceyrələr sitoksinləri əmələ gətirmir?
A) Eritrositlər

B) Neytrofillər

C) Eozinofillər

D) Monositlər

E) Limfositlər
Ədəbiyyat: Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Аллергические болезни. Диагностика и лечение. Москва. Гэотар. Медицина. 2000

635) Dərmanlara qarşı çarpaz allerqik reaksiyalar bunların nəticəsində yaranır:
A) Xırda dozaların yeridilməsi

B) Oxşar struktura malik kimyəvi maddələrə yüksək həssaslıq olduqda

C) Böyük dozaların yeridilməsi

D) 2-dən artıq dərman preparatının eyni zamanda yeridilməsi

E) Dərman preparatı dəri altına yeridildikdə
Ədəbiyyat: Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Аллергические болезни. Диагностика и лечение. Москва. Гэотар. Медицина. 2000
636) Göy öskürək/difteriya/tetanus peyvəndinə mütləq əks-göstəriş hansı deyil?
A) Əvvəlki vaksinlərə güclü reaksiya və ya ağırlaşmalar

B) Ağır allergik xəstəliklər (anafilaktik şok, residivləşən Kvinke ödemi, zərdab xəstəliyi)

C) Anamnezdə afebril qıcolmalar

D) Qanın bədxassəli xəstəlikləri

E) Uşağın çəkisinin az olması
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г. s. 167
637) Əvvəlki vaksinlərə güclü reaksiya hansı sayılır?

A) Vaksin yeridilən yerdə diametri 4mm olan ödem

B) Temperaturun 40°C ya daha yüksək artması; anafilaksiya

C) Vaksin yeridilən yerdə diametri 6 mm olan hiperemiya

D) Vaksin yeridilən yerdə diametri 5mm olan hiperemiya

E) Sadalananların hamısı


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г. s. 168

638) Antigenlərin əsas tiplərindən biri olan haptenin xarakteristikası:

A) İmmun sistemi ilə ilk kontakt zamanı onun reaksiyalarının qarşısını alır, bu da sonralar tolerantlığı induksiya edir

B) Spesifik hüceyrə reaksiyalarına təkan verir

C) İmmun cavabın müstəqil induksiyası imkanına malik deyillər. Amma proteinlə birləşdikdə immun cavab inkişaf edir

D) İmmun cavabı müstəqil induksiya etmək imkanına malikdirlər

E) Anticismlərin əmələ gəlməsinə səbəb olur


Ədəbiyyat: Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Аллергические болезни. Диагностика и лечение. Москва. Гэотар. Медицина. 2000
639) Mərkəzi limfoid orqanlara nə aiddir?
A) Damaq badamcıqları

B) Limfa düyünləri

C) Dalaq

D) Peyer piləkləri

E) Timus
Ədəbiyyat: Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Аллергические болезни. Диагностика и лечение. Москва. Гэотар. Медицина. 2000
640) Uşaqlarda allergik xəstəliklərə meyillik yaradan faktor hansıdır?
A) Te-tez soyuqlama

B) IgЕ aşağı səviyyəsi

C) Anamnezdə raxit xəstəliynin olması

D) Valdeyinlərdə allerqik xəstəliklərin olması

E) IgЕ normal səviyyəsi
Ədəbiyyat: Р.М.Хаитов «Клиническая аллергология» (Руководство для практических врачей) М. «Медпресс-инфорум» 2002.,623 с.
641) Allerqen məhsullarla birlikdə alkoqol qəbul etdiкdə nə baş verir?
A) Allerqik reaksiyanın kliniki təzahürünü maskalaya bilər

B) Allerqik reaksiyanın baş verməsini sürətləndirir

C) Sadalananlardan heç biri

D) Allerqik reaksiyanın baş verməsiniə təsir etmir.

E) Allerqik reaksiyanın baş verməsini ləngidir
Ədəbiyyat: Р.М.Хаитов «Клиническая аллергология» (Руководство для практических врачей) М. «Медпресс-инфорум» 2002.,623 с.
642) Əgər xəstədə requlyar olaraq iyulun sonu sentyabrın ortalarınadək övrə ilə birgə allergik rinit baş verirsə hansı bitkinin tozunna qarşı sesiblizаsiya daha çox güman olunur?
A) Yovşan otu , sirkən otu

B) Şam


C) Cökə

D) İydə


E) Küknar
Ədəbiyyat: Р.М.Хаитов «Клиническая аллергология» (Руководство для практических врачей) М. «Медпресс-инфорум» 2002.,623 с.
643) Aşağıdakı hüceyrələrdən hansı immunoqlobulin ifraz edir?

A) Makrofaq

B) CD4+ T-limfosit

C) NK (normal killer) hüceyrəsi

D) CD8+ T-limfosit

E) Plazma hüceyrəsi


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
644) Xəstədə Kvink ödemi quru balıq yemi (dafniya) ilə kontakt zamanı baş verir. Bu xəstədə hansı variant çarpaz qida allergiyasını gözləmək olar?
A) Qurumuş balığa qarşı

B) Soyutma balığa qarşı

C) Yod preparatlarına qarşı

D) Ətə qarşı

E) Xərçəng və kraba qarşı
Ədəbiyyat: Р.М.Хаитов «Клиническая аллергология» (Руководство для практических врачей) М. «Медпресс-инфорум» 2002.,623 с.
645) Uşaqlarda inək südünün pis keçirilməsi zamanı hansı qarışıq məqsədə uyğundur?
A) Sadalananların heç biri

B) Semilak

C) Hidrolizat və ya aminturşular əsasında hazırlanmış qarışıqlar

D) Detolaktvə Semilakt

E) Detolakt
Ədəbiyyat: Детская аллергология. Под ред. Баранова А. А., Балаболкина И. И. М., 2006. 687 с.
646) Atopik bronxial astma zamanı hansı antitelin istehsalı artır?
A) Sadalananların heç biri

B) IgE


C) IgA

D) IgG


E) IgM
Ədəbiyyat: Р.М.Хаитов «Клиническая аллергология» (Руководство для практических врачей) М. «Медпресс-инфорум» 2002.,623 с.
647) Qida alerqiyasının müalicəsində sadalananlardan hansı əsasdır?
A) Eliminasion pəhriz

B) Sanator-kurort

C) Dərman və fitoterapiya

D) Balneoloji

E) İynəbatırma
Ədəbiyyat: Р.М.Хаитов «Клиническая аллергология» (Руководство для практических врачей) М. «Медпресс-инфорум» 2002.,623 с.
648) Ev heyvanlaına qarşı allergiya klinik əlamətlərinə aitdir?
A) Rinokonyuktival sindrom

B) Sadalananlardan hamısı

C) Bronxial astma

D) Allerqik rinit

E) Allrgik konyuktivit
Ədəbiyyat: Р.М.Хаитов «Клиническая аллергология» (Руководство для практических врачей) М. «Медпресс-инфорум» 2002.,623 с.
649) Aşağıdakı hansı iltihab mediatoru qarşısında göstərilən təsiri etmir?
A) Prostaqlandinlər- vazodilatasiya

B) Bradikinin-ağrı

C) Xemokinlər- leykositlərin aktivlənməsi

D) Oksigen metabolitləri- vazokonstriksiya

E) İnterleykin I- endotelinin aktivlənməsi
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
650) Ev heyvanlaına qarşı allergiyanın ən effektiv müalicə üsulu hansıdır?

A) Allerqovaksinasiya

B) Qlukokortikoidlər

C) Heyvanlarla kontaktı aradan qaldırmaq

D) Spesifik immunoterapiya

E) Antihistaminlər


Ədəbiyyat: Балаболкин И. И., Гребенюк Н. В. Атопический дерматит у детей.
651) Ağır atopik dermatitin müalicəsində sadalananlardan hansı əsasdır?
A) Dietoterapiya

B) Sadalananlardan hamısı

C) Xarici müalicılır (antihistamin terapiya, qlükokortikoidlər, qeyri steroidlər)

D) İmmunsupressiv terapiya

E) Sistem farmakoterapiya (sistem qlukokortikoidlər, antihistaminlər, enterosorbentlər)
Ədəbiyyat: Балаболкин И. И., Гребенюк Н. В. Атопический дерматит у детей. М.: Медицина, 1999, 240 с.
652) Ağır allergik dermatitin müalicəsində işlədilən siklosporin A-nın ən çox rast gələn yan təsiri hansıdır?

A) Mədə-bağırsaq qanaxması

B) Yuxunun pozulması

C) Miokardodistrofiya

D) Arterial hipertenziya

E) Mədə-bağırsaq pozuntuları


Ədəbiyyat: Балаболкин И. И., Гребенюк Н. В. Атопический дерматит у детей. М.: Медицина, 1999, 240 с.
653) Plasentadan keçən immunoqlibulin hansıdr?

A) İgD


B) İgE

C) İgA


D) İgM

E) İgG
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)


654) Salbutamol (ventolin) bronxları hansı yolla genişləndirir:
A) histaminin blokadası

B) azan sinirin tonusunun azaldılması

C) bronxial ağacın α-reseptorlarını blokada etməklə

D) mukosiliar transportu azaltmaqla

E) bronxların β2-adrenoreseptorlarının selektiv oyandırılması
Ədəbiyyat: ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
655) Astmatik statusun birinci mərhələsini bronxial astma tutmasından fərqləndirən əsas kliniki əlamət hansıdır:
A) b2-aqonistlərə qarşı refrakterlik

B) ekspirator boğulmanın ağırlığı

C) xəstənin məcburi vəziyyəti

D) öskürəyin fiziki gərginlik fonunda yaranması

E) nəzərə çarpan sianoz
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
656) Sadalanan örə formalarindan hansı fiziki faktorlarla əlaqəsi yoxdur?
A) Akvagen örə

B) Soyuqdan yaranan örə

C) Xolinergik orə

D) Günəşin təsirindən yaranan örə

E) Təzyiqdəın yaranan örə
Ədəbiyyat: «Иммунопатология и аллергология. Стандарты диагностики и лечения». Под ред. Акад. РАМН, проф. Хаитова Р.М. Москва, 2001.
657) Ağ ciyər eozinofiliyasının hansı forması müalicə tələb etmir7
A) Eozinofiliya-mialgiya sindromu

B) Kəskin eozinofil pnevmoniya

C) Xroniki eozinofil pnevmoniya

D) Tropik ağ ciyər eozinofiliyası

E) Çerc-Stros sindromu
Ədəbiyyat: «Иммунопатология и аллергология. Стандарты диагностики и лечения». Под ред. Акад. РАМН, проф. Хаитова Р.М. Москва, 2001.

658) Fəsilli allergik rinit zamanı hansı kliniki əlamət qeyd olunmur?
A) Fəsil kəskinləşmələri

B) Konyuktivit

C) Müsbət dəri sınaqları

D) Qızdırma

E) Anamnezdə allergiya
Ədəbiyyat: «Иммунопатология и аллергология. Стандарты диагностики и лечения». Под ред. Акад. РАМН, проф. Хаитова Р.М. Москва, 2001.
659) Hansı allergik xəstəliklər zamanı H1 – blokatorlar istifadə olunur?
A) Kəskin övrə

B) Hamısı

C) Dərman allergiyası

D) Zərdab xəstəliyi

E) Xroniki övrə
Ədəbiyyat: «Иммунопатология и аллергология. Стандарты диагностики и лечения». Под ред. Акад. РАМН, проф. Хаитова Р.М. Москва, 2001.
660) Rinitlərin hansı forması zamanı H1 – blokatorların effektivliyi daha yüksəkdir?
A) Fəsilli allergik rinit

B) Vazomotor rinit

C) Bütün il boyu davam edən allergik rinit

D) Eozinofil allergik rinit

E) İnfeksion rinit
Ədəbiyyat: «Иммунопатология и аллергология. Стандарты диагностики и лечения». Под ред. Акад. РАМН, проф. Хаитова Р.М. Москва, 2001.
661) Allergik rinit zamanı sadalanan allergoloji müayinələrdən hansı vacibdir?
A) Ümumi zərdab İgE-nin təyin olunması

B) Provokasion burun testlərin aparılması

C) İgA, İgM, İgG–nin təyin olunması

D) Atopik allergenlərlə keçirilən dəri testləri

E) Spesifik İgE-nin təyin olunması
Ədəbiyyat: «Иммунопатология и аллергология. Стандарты диагностики и лечения». Под ред. Акад. РАМН, проф. Хаитова Р.М. Москва, 2001.
662) Hansı xəstəliklərlə allergik kontakt dermatiti differensə etmək lazımdır?
A) Fotokontaktlı dermatit

B) Hamısı

C) Atopik dermatit

D) Seboreyli dermatit

E) Kontaktlı örə
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000.
663) Hansı faktorlar anafilaktik şokun ağırlığını gücləndirir?
A) Hamisi

B) AÇF-inhibitorlarla müalicə

C) Xəstədə bronxial astmanın olması

D) Yanaşı gedən ürək-damar xəstəlikləri

E) Beta-adrenoblokatorlarla müalicə
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000.
664) Hiperhəssas pnevmonitin xroniki formasına sadalanan kliniki əlamətlərdən

hansı xarakter deyil?
A) Üşütmə, qızdırma

B) Öskurək

C) Təngənəfəslik

D) Arıqlamaq

E) Ağciyərlərdə krepitasiya
Ədəbiyyat: «Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г. s. 586
665) 17 yaşlı bronxoektaz olan xəstədə sadalanan hansı əlavə faktorlar mukovissidoz diagnozu üçün şübhə yaradar?
A) Residivləşən örə

B) Dekstrakardiya

C) Zərdabda A İg-nin səviyyəsinin azalması

D) Arterial hipertoniya

E) Xroniki polipoz rinosinusit
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000.
666) Dərman allergiyasının diagnostikası üçün sadalanan hansı in vivo və in vitro usulları dürüsdür?
A) Heç biri

B) Applikasion dəri testi

C) Hamısı

D) Dilaltı test

E) Limfositlərin lizisi
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000.
667) Qirtlağın allergik ödemi zamanı sadalanan hansı təxirə salınmaz tədbirlər məqsədə uyğun deyil?
A) Laziksin parenteral yeridilməsi

B) Qlükokortikoidlərin venadaxili yeridilməsi

C) Adrenalinin parenteral yeridilməsi

D) Antihistamin preparatların daxilə qəbulu

E) İzadrinin, novodrinin inqalyasiyası
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000.
668) Pnevmoyalı xəstədə anamnezində benzilpenisillinə qarşı allergik reaksiya olduğu zaman sadalanan hansı antibiotiklərin təyinatı daha məqsədə uyğundur?
A) Amoksiklav

B) Sefazolin

C) Amoksisiklin

D) Ampisillin

E) Siprofloksasin
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000.
669) 63 yaşlı xəstədə ÜİX, hipertoniya və aspirin formalı bronxial astma olduğu zaman arterial təzyiqin nəzarəti üçün sadalanan hansı preparatdan istifadə etmək məsləhət deyil?
A) Eufillin

B) İzosorbid dinitrat

C) Propranolol

D) Kaptopril

E) Nifedepin
Ədəbiyyat: «Аллергические болезни. Диагностика и лечение» Рой Паттерсон, Лесли К. Грэммер, Пол А. Гринбергер. Москва, 2000.

670) Hansı hüceyrələr həqiqi LE-hüceyrlələr kimi hesab olunur?
A) monositlərin eritrositlərlə birləşməsi

B) hemotoksilin cisimlər

C) monositlərlə faqositoz olunmuş müxtəlif hüceyrələrin nüvələri

D) müxtəlif hüceyrələrin faqositoz olunmuş neytral leykositlər

E) neytrofillərlə faqositoz olunmuş limfositlər
Ədəbiyyat: В.И.Маколкин, С.И.Овчаренко. «Внутренние болезни».М., 1999 г.
671) Hansı xəstəliklərdə hemolitik anemiya müsbət Kumbs reaksiyası ilə müşahidə olunur?
A) sistemli sklerodermiyada

B) düyünlü periarteriitdə

C) dermatomiozitdə

D) sistemli qırmızı qurd eşənəyində

E) trombositopenik purpurada
Ədəbiyyat: В.И.Маколкин, С.И.Овчаренко. «Внутренние болезни».М., 1999 г.
672) Dağlarda yay istirahətindən sonra 25 yaşlı qızda qayıdarkən üzdə, əlin xırda oynaqlarında eritematoz səpgilər yarandı və subfebril hərarət baş verdi. Antinuklear faktor aşkar olundu. Müalicənin taktikası hansı düzgundur?
A) plazmaferez

B) prednizolon 40 mq/sut

C) prednizolon 15mq/sut

D) azatioprin 150 mq/sut

E) indometasin 150 mq/sut
Ədəbiyyat: В.И.Маколкин, С.И.Овчаренко. «Внутренние болезни».М., 1999 г.
673) Allergik Kvinke ödemi nəyin nəticəsində baş verir?

A) yüksək hidrostatik təzyiqin

B) elektrolit mübadiləsinin pozulması

C) kapillyar və arteriolların keçiriciliyinin artması

D) yüksək onkotik təzyiq

E) toxuma faktoru


Ədəbiyyat: «Иммунопатология и аллергология. Стандарты диагностики и лечения». Под ред. Акад. РАМН, проф. Хаитова Р.М. Москва, 2001.

674) Anafilaktik şokda təcili yardım nədən başlayır?
A) oksigen ilə inqalyasiya

B) antihistamin dərmanlardan

C) adrenalinin hər hansı məhlulda damardaxili yeritməkdən

D) 2-4 ml laziksi yeritməkdən

E) çox miqdarda məhlulları yeritməkdən
Ədəbiyyat: «Лечение внутренних болезней».Справочник., под редакцией Г.П.Матвейкова, Минск, 1997
675) Layyel – sindromu hansi tip allergik reksiyasına aiddir?
A) immunokompleksli

B) Allergik reaksiyalara aid deyil

C) reagin

D) Autoimmun

E) Sitotoksik və hüceyrəvi təhmin edilir
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 524

676) Atopik dermatitin neçə klinik forması var?

A) 2


B) 4

C) 8


D) 7

E) 5
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 440


677) Zərdab xəstəlik – hansı tipli allergik reaksiyasına aiddir?
A) sitotoksiki

B) immunokompleksli

C) hüceyrəvi

D) qarışıq

E) reagin
Ədəbiyyat: «Лечение внутренних болезней».Справочник., под редакцией Г.П.Матвейкова, Минск, 1997
678) Pollinoz hansı tipli allergik reaksiyasına aiddir?
A) reagin

B) sitotoksik

C) immunokompleksli

D) qarışıq

E) hüceyrəv
Ədəbiyyat: «Лечение внутренних болезней».Справочник., под редакцией Г.П.Матвейкова, Минск, 1997


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin