Amlovas 5 mq, 10 mq tabletlər amlovas beynəlxalq patentləşdirilməmiş adı



Yüklə 243,34 Kb.
Pdf görüntüsü
tarix12.02.2017
ölçüsü243,34 Kb.
#8290

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 

 

 

AMLOVAS     5 mq, 10 mq tabletlər 

AMLOVAS 


 

Beynəlxalq patentləşdirilməmiş adı: Amlodipine 

 

 

Tərkibi 

Amlovas 5 mq tabletlər 

Təsiredici maddə: hər tabletin tərkibində 6.935 mq amlodipin-bezilata ekvivalent olan 5 mq amlodipin vardır. 

Köməkçi maddələr: mikrokristallik sellüloza və susuz kolloidal silisium 4-oksid, mannitol, natrium nişasta 

qlikolatı, qliserol dibehenat, maqnezium stearat. 



Amlovas 10 mq tabletlər 

Təsiredici maddə:  hər tabletin tərkibində  13.870 mq amlodipin-bezilata ekvivalent olan 10 mq amlodipin 

vardır. 


Köməkçi maddələr: mikrokristallik sellüloza və susuz kolloidal silisium 4-oksid, mannitol, natrium nişasta 

qlikolatı, qliserol dibehenat, maqnezium stearat. 

 

Farmakoterapevtik qrupu 

Kalsium kanallarının blokatoru 



ATC kodu: C08CA01 

 

Farmakoloji xüsusiyyətləri 



Farmakodinamikası 

Amlodipin dihidropiridin törəməsi olub, ləng kalsium kanallarının blokatorudur. Antianginal və antihipertenziv 

təsirlərə malikdir. O dihidropiridin reseptorları ilə birləşir, kalsium kanallarını blok edir, kalsium ionlarının 

hüceyrələrə (daha çox damarların saya əzələ hüceyrələrinə, nəinki kardiomiositlərə) transmembran 

keçməsini aşağı salır. 

Antianginal təsir koronar və periferik arteriya və arteriolların dilatasiyasına əsaslanır: stenokardiya hallarında 

preparat miokard işemiyasının dərəcəsini aşağı salır, periferik arteriolaları genişləndirir və bununla da, 

ümumi periferik damar müqavimətini aşağı salır, ürəyə ilkin yüklənməni azaldır və miokardın oksigenə olan 

tələbatını azaldır. 

Miokardın dəyişilməmiş və işemik sahələrində əsas koronar arteriya və arteriolaları genişləndirərək, preparat 

oksigenin miokarda daxil olmasını artırır (xüsusən vazospastik stenokardiyada); koronar arteriyalarda 

daralmaların inkişafının (o cümlədən siqaret çəkmə hesabına yaranan) qarşısını alır. Stenokardiya olan 

xəstələrdə birdəfəlik günlük doza fiziki yüklənmənin müddətini artırır, stenokardiyanın proqressivləşməsinin 

və ST seqmentinin depressiyasının qarşını alır, stenokardiya tutmalarının tezliyini və nitroqliserin istifadəsini 

aşağı salır. 

Amlovas

 

uzun müddətli dozadan asılı hipotenziv təsirə malikdir. Amlodipinin antihipertenziv təsir mexanizmi 

damarların saya əzələlərinə birbaşa zəiflədici təsir göstərməsi ilə əlaqədardır. Arterial hipertenziya hallarında 

birdəfəlik günlük doza 24 saat müddətində (həm uzanmış, həm də oturaq vəziyyətdə) AT-nin enməsinə 

səbəb olur. Ləng başlanma təsirinə görə amlodipin AT-nin kəskin enməsinə səbəb olmur. 

Amlovas

 

maddələr mübadiləsinə  və plazma lipidlərinə heç bir mənfi təsirə malik deyil. Amlodipin 

trombositlərin aqreqasiyasını ingibə edir, yumaqcıq filtrasiyasının sürətini artırır, zəif natriumuretik təsirə 

malikdir. Diabetik nefropatiya hallarında mikroalbuminuriyanın dərəcəsini artırmır. Preparatın təsiri 24 saat 

müddətində başlayır və təsir müddəti 24 saat təşkil edir. 

Farmakokinetikası 

Sorulması və paylanması 

Daxilə  qəbul edildikdən sonra amlodipin mədə-bağırsaq traktından yaxşı absorbsiya olunur. Orta mütləq 

biomənimsənilmə 64-80% təşkil edir və 6-8 saatdan sonra C

max


 olur. Qida preparatın absorbsiyasına təsir 

göstərmir. 

Paylanmanın orta həcmi (V

d

) təxminən 20 l/kq təşkil edir. Plazma zülalları ilə birləşməsi təxminən 97.5%-dir. 



Amlodipin HEB-dən keçir. 

Preparatın mütəmadi qəbulunda 7-8 gündən sonra stasionar qatılığa (C

ss

) çatır. 



Metabolizmi və xaric olunması 

Amlodipin qeyri-aktiv metabolitlərin  əmələ  gəlməsi ilə qaraciyərdə biotransformasiya olunur. Peroral 

birdəfəlik dozadan sonra, yarımçıxma dövrü (T

1/2


) təxminən 35-50 saat təşkil edir. Ümumi klirens 0.43 l/s/kq-

dır. 


10% dəyişilməmiş aktiv maddə və 60% metabolit sidiklə xaric olunur. 

Qaraciyər çatışmazlığı  ağır xroniki ürək çatışmazlığı olan xəstələrdə T

1/2 


56-60 saata qədər artır. 

Böyrək çatışmazlığı olan xəstələrdə T

1/2 


60 saata qədər artır. 

Yaşlı və daha gənc şəxslərdə qan plazmasında amlodipin üçün C

max

 olması üçün lazım olan vaxt demək



 

olar 


ki, eynidir. 

 

İstifadəsinə göstərişlər 

- arterial hipertenziya (həm monoterapiya şəklində, həm də digər antihipertenziv preparatlarla birlikdə); 

- stabil stenokardiya və angiospastik stenokardiya (Prinsmetal stenokardiyası) (həm monoterapiya şəklində, 

həm də digər antianginal preparatlarla birlikdə). 

 

Əks göstərişlər 

- amlodipinə və ya preparatın istənilən digər komponentlərinə qarşı yüksək həssaslıq; 

- digər dihidropiridin törəmələrinə qarşı yüksək həssaslıq; 

- arterial hipotenziya. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 



Amlovas

 

eyni zamanda simetidin ilə istifadə edildikdə amlodipinin farmakokinetikası dəyişmir. 

Digər kalsium kanalı blokatorlarından fərqli olaraq eyni zamanda QSİƏP ilə, xüsusən də indometasin ilə 

istifadə olunduqda əhəmiyyətli qarşılıqlı təsir aşkar olunmamışdır. 

Kalsium kanalı blokatorlarının tiazid və «ilgək» diuretikləri, verapamil, AÇF ingibitorları, beta-

adrenoblokatorlar və nitratlar ilə eyni zamanda istifadəsi zamanı antianginal və hipotenziv təsirinin; həmçinin 

alfa

1

-adrenoblokatorlar, neyroleptiklər ilə eyni zamanda istifadəsi zamanı hipotenziv təsirinin güclənməsi 



mümkündür 

Kalsium kanalı blokatorlarının litium ilə eyni zamanda istifadəsi zamanı onların neyrotoksik təzahürləri 

(ürəkbulanma, qusma, ishal, ataksiya, tremor, qulaqlarda küy) güclənə bilər. 

Amlodipin in vitro diqoksinin, fenitoinin, varfarinin və indometasinin qanın plazma zülalları ilə birləşməsinə 

təsir göstərmir. 

Alüminium/maqnezium tərkibli antasidlərin bir dəfəli qəbulu amlodipinin farmakokinetikasına əhəmiyyətli təsir 

göstərmir. 

10 mq dozada amlodipinin və 80 mq dozada atorvastatinin təkrari istifadəsi atorvastatinin farmakokinetik 

göstəricilərinin əhəmiyyətli dəyişikliyi ilə müşahidə olunmur. 

Amlodipin varfarin hesabına yaranan protrombin müddətinin dəyişməsinə təsir etmir. 

Amlodipin siklosporinin farmakokinetikasında əhəmiyyətli dəyişikliklər yaratmır. 

 

İstifadə qaydası və dozası 

Arterial hipertenziya və stenokardiya zamanı orta başlanğıc doza gündə 1 dəfə 5 mq təşkil edir, xəstənin 

fərdi reaksiyasından asılı olaraq gündəlik dozanı 10 mq olan maksimal dozaya qədər artırmaq olar. 

Tabletlər gündə 1 dəfə, lazım olan miqdarda (100 ml-ə qədər) su ilə qəbul olunur. 

Amlovas eyni zamanda tiazid diuretiklər, beta-adrenoblokatorlar və ya AÇF ingibitorlar ilə  təyin edildikdə 

dozalanma rejiminin dəyişilməsi tələb olunmur. 



Yaşlı  şəxslərdə  preparatı orta terapevtik dozalarda qəbul etmək məsləhət olunur, preparatın dozasının 

dəyişilməsi tələb olunmur. 



Qaraciyər funksiyasının pozğunluqları olan xəstələrdə digər bütün kalsium kanalı blokatorları kimi 

amlodipin üçün də  T

1/2

-nin artmasına baxmayaraq, bu xəstələrdə preparatın dozasının hər hansı bir 



dəyişikliyi tələb olunmur. 

Böyrək çatışmazlığı zamanı Amlovası adi dozalarda qəbul etmək məsləhət olunur, lakin T

1/2


-nin mümkün 

əhəmiyyətsiz artmasını nəzərə almaq lazımdır. 

 

Xüsusi göstərişlər 

Qaraciyər funksiyasının pozğunluğu, qeyri-işemik mənşəli xroniki ürək çatışmazlığı (NYHA klassifikasiyasına 

görə III-IV funksional sinif), aortal stenoz, kəskin miokard infarktı (və ondan 1 ay sonra müddətində) olan 

pasientlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır. 



Pediatriyada istifadəsi 

Bu qrup pasientlərdə istifadənin effektivliyi və təhlükəsizliyi dəqiq müəyyən olunmamışdır. 

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik və laktasiya (ana südü ilə qidalandırma) dövründə istifadəsinin təhlükəsizliyi müəyyən 

olunmamışdır, buna görə də hamiləlik zamanı istifadə yalnız o zaman mümkün ola bilər ki, analar üçün fayda 

döl və yenidoğulmuşlar üçün riskdən üstün olsun. 

Amlodipinin südlə xaric olunması ilə bağlı  məlumatlar yoxdur, buna görə  də ana südü ilə qidalandırma 

dövründə preparatın qəbulunu dayandırmaq lazımdır. 

 

 

 



Əlavə təsirləri 

Əlavə təsirlərin tezliyinin müəyyən olunması: tez-tez rast gələn: (> 1%), bəzən (<1%), nadir hallarda (<0.1%), 

çox nadir hallarda (<0.01%). 

Ürək-qan damar sisteminə 

Tez-tez rast gələn: periferik ödemlər (topuq və ayaq), ürəkdöyünmə; 

Bəzən: AT-nin hədsiz enməsi, ortostatik hipotenziya, vaskulit; 

Nadir hallarda: ürək çatışmazlığının inkişafı və ya ağırlaşması; 

Çox nadir hallarda: ürək ritminin (bradikardiya, mədəcik taxikardiyası  və qulaqcıq səyriməsi daxil olmaqla) 

pozulması, miokard infarktı, döş qəfəsində ağrılar, miqren. 



Sümük-əzələ sisteminə 

Bəzən: artralgiya, əzələ qıcolmaları, mialgiya, beldə ağrı, artroz; 

Nadir hallarda: miasteniya. 

MSS və periferik sinir sisiteminə 

Tez-tez rast gələn: istilik və üz dərisinə qan "gəlmə" hissi, yüksəlmiş yorğunluq, başgicəllənmə, baş ağrısı, 

yuxululuq; 

Bəzən: halsızlıq, huşun itməsi, yüksəlmiş  tər ifrazı, asteniya, paresteziya, periferik nevropatiya, tremor, 

yuxusuzluq, əhvalın dəyişkənliyi, qeyri-adi yuxugörmələr, əsəbilik, depressiya, həyəcan; 

Nadir hallarda: qıcolmalar, apatiya; 

Çox nadir hallarda: ataksiya, amneziya. 

Həzm sisteminə 

Tez-tez rast gələn: qarın nahiyəsində ağrı, ürəkbulanma; 

Bəzən: qusma, qəbizlik, meteorizm, dispepsiya, ishal, anoreksiya, ağızda quruluq, susuzluq; 

Nadir hallarda: diş ətinin hiperplaziyası, iştahanın artması; 

Çox nadir hallarda: qastrit, pankreatit, hiperbilirubinemiya, sarılıq (adətən xolestatik), qaraciyər 

transaminazalarının fəallığının artması, hepatit. 



Qanyaranma sisteminə 

Çox nadir hallarda: trombositopenik purpura, leykopeniya, trombositopeniya. 



Maddələr mübadiləsinə 

Çox nadir hallarda: hiperqlikemiya. 



Tənəffüs sisteminə 

Bəzən: təngənəfəslik, rinit; 

Çox nadir hallarda: öskürək. 

Sidikçıxarıcı sistemə 

Bəzən: sidik ifrazının tezləşməsi, ağrılı sidik ifrazı, nikturiya, impotensiya; 

Çox nadir hallarda: dizuriya, poliuriya. 

Allergik reaksiyalar 

Bəzən: qaşınma, səpgi; 

Çox nadir hallarda: angionevrotik ödem, çoxformalı eritema, övrə. 

Digər 

Bəzən: alopesiya, qulaqlarda küy, ginekomastiya, bədən çəkisinin artması/azalması, görmənin pozulması, 

diplopiya, akkomodasiyanın pozulması, kseroftalmiya, konyuktivit, gözlərdə ağrı, dad hissiyyatının dəyişməsi

titrəmə, burun qanaxması; 

Nadir hallarda: dermatit; 

Çox nadir hallarda: parosmiya, kserodermiya, soyuq tər, dəri piqmentasiyasının pozulması. 

 

Doza həddinin aşılması 

Simptomları: mümkün reflektor taxikardiyanın və periferik vazodilatasiyanın inkişafı ilə AT-nin nəzərə çarpan 

enməsi. 



Müalicəsi:  aktivləşdirilmiş kömürün təyini (xüsusən doza həddinin aşılmasından sonra ilk 2 saat), mədənin 

yuyulması,  ətraflara yüksəlmiş  vəziyyətin verilməsi, ürək-damar sistemi funksiyasının fəal dəstəklənməsi, 

ürək və  ağciyər göstəricilərinin monitorinqi, DQH-yə  və diurezə  nəzarət.  Əgər  əks göstərişlər olmazsa, 

damarların tonusunun və AT-nin bərpası üçün damardaraldıcı preparatların istifadəsi mümkündür. V/d 

kalsium qlükonat istifadə edirlər. Belə ki, amlodipin əhəmiyyətli dərəcədə qan plazması zülalları ilə birləşir. 

Hemodializ qeyri-effektivdir. 

 

Buraxılış forması 

10 tablet PVX/Al blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 



 

Saxlanma şəraiti 

Orijinal qablaşdırmada, 25ºС-dən aşağı temperaturda saxlamaq lazımdır. 

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

 


Yararlılıq müddəti 

3 il. 


Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti 

Resept əsasında buraxılır. 

 

 



İstehsalçı 

Antibiotice SA 

1, Valea Lupului, 707410 İasi, Rumıniya, AŞ 

 

                          Azərbaycanda rəsmi distribyutor 



                         «TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.:(+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

                          Е-mail: info@tetrada-az.com 

                          www.tetrada-az.com 



Yüklə 243,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin