Ali-İmran surəsi, 114 harun yəhya



Yüklə 0,69 Mb.
səhifə2/8
tarix05.05.2017
ölçüsü0,69 Mb.
#16975
1   2   3   4   5   6   7   8

KAMİL İMAN



GİRİŞ
Allah Quranı insanlara yol göstərici olaraq endirmişdir. Quran əxlaqının tam mənada yaşanması yalnız ayələrin hamısının birdən tətbiq olunması ilə mümkündür.

Bu əhəmiyyətli həqiqəti dərk edə bilməyən bəzi insanlar Quranın bəzi hökmlərini yerinə yetirməyə diqqət göstərərkən, bəzi hökmlərinə lazım olan əhəmiyyəti verməzlər. Söz gəlişi bəzi ibadətləri dəqiqliklə yerinə yetirərkən, Allahın Quranda təfsilatı ilə verdiyi gözəl əxlaqı yaşamaq üçün eyni dərəcədə diqqətli davranmazlar.

Bu insanlar "Mən onsuz da Allaha inanıram" deməyin kifayət edəcəyini zənn edirlər. Halbuki Allah Quranda "İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?" (Ənkəbut surəsi, 2) ayəsi ilə insanları bu mövzuda xəbərdar etmişdir. Bu ayədən aydın olur ki, bir insan "mən iman etdim" dedikdən sonra Allahı razı etmək üçün yaşamalı, Onun xoş gördüyü əxlaqı hərəkəti ilə də göstərməlidir. Qarşısına çıxan hər cür vəziyyətdə Allahın məmnun olacağı gözəl əxlaqı yaşamalı, əksinə bir rəftar göstərməkdən də şiddətlə çəkinməlidir. Əsl dindar olmağın yolu məhz budur. Adamın səmimiyyəti Allahın gözəl gördüyü əxlaqı həyata keçirmək səyi ilə müəyyən olunur.

Bu mövzuda xalq arasında olduqca məşhur olan bir yanlış fikir vardır. Bir çox insan gözəl əxlaq və təqvanın ancaq Quranda nümunə olaraq göstərilən peyğəmbərlər, əshabələr kimi üstün əxlaqlı insanlar tərəfindən yaşana biləcəyinə inanır. Halbuki Allah bu insanların əxlaq nümunələrini digər insanların da həmin rəftar və davranışları, həmin əxlaqı göstərmələri üçün vermiş və bütün insanları Quranda bildirilən hökmlərə uymağa, İslam əxlaqını əksiksiz şəkildə yaşamağa dəvət etmişdir.

İnsan vicdanının səsini dinləyib səmimiyyətdən uzaqlaşmadığında, Quran əxlaqını Quranda nümunə göstərilən saleh möminlər kimi ən gözəl şəkildə yaşaya bilər.

Allah bir ayədə belə bildirir:
Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. (Fatır surəsi, 32)
Ayədə açıqlandığı kimi, bəzi insanlar Allahın çağırdığı doğru yola uymayıb zərərə uğrayarlar, ancaq bəziləri də yaxşı işlərdə yarışıb önə keçər və qurtulanlardan olmağı ümid edərlər. Qüvvətli imana sahib olan hər mömin gücünün yetdiyi ən üstün əxlaq səviyyəsinə çatmağa çalışar. Çünki Allahın sevgisini və məmnuniyyətini ancaq bu şəkildə qazanacağını bilir, onun yaranmasının əsl məqsədi də budur. Rəbbimizi haqqı ilə təqdir edib Onun sevgisini, rizasını və cənnətini qazana bilmək...

Hər bir insan bu əxlaqı hədəfləməklə və buna cəhd göstərməklə məsuldur. Bu mövzuda insanların önünə hər hansı bir sərhəd qoyulmamışdır. Allaha qəlbən iman edən, ONA səmimiyyətlə yaxınlaşmağa çalışan hər mömin bu əxlaqı qazana bilər və "imani yetkinliyə" çata bilər.

Bu kitabın yazılmasındakı məqsədlərindən biri də, hər işdə Allaha yönəlməyin, daim Allahın razılığını və dostluğunu qazanmaq üçün qeyd-şərtsiz gözəl bir əxlaq göstərməyin nəticəsində yaranan "imani yetkinliyi", "kamil iman"ı təyin etmək, dinə səmimiyyətlə sarılan hər insanın bu üstün əxlaqı yaşamasına vəsilə olmaqdır.

Bu kitabın yazılmasındakı başqa məqsəd isə dərin bir Allah qorxusuna sahib olunduğunda və səmimiyyətlə yaxınlaşdıqdan sonra "peyğəmbər əxlaqı"na çata bilməyin qarşısında heç bir maneə olmadığını bildirməkdir. Ən əhəmiyyətlisi isə Allah Qatında qəbul olunan davranış formasının axirət üçün "ciddi" bir səy göstərmək olduğunu vurğulamaqdır. Allah bununla əlaqədar olaraq bir ayədə belə buyurmuşdur:
Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)


KAMİL İMAN NƏDİR?

Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)
"Kamil" sifəti yetkin, əksiksiz, mükəmməl mənalarını ifadə edir. Bu kitabın mövzusu olan "kamil iman" da bir insanın çatdığı imani yetkinliyin və dərinliyin ən üstün, ən mükəmməl dərəcəsini bildirir. Yaxşı, bir insanın imanının yetkinləşməsi, mükəmməlləşməsi necə reallaşır?

"Allaha iman etmək" - insanın Allahın hər şeyin yeganə yaradıcısı, yeganə sahibi və yeganə hakimi olduğunu qavramasıdır. Hər insanın ONA möhtac olduğunu bilib, Allahın heç bir şeyə ehtiyacı olmadığını və hər işi bir qədər (tale) ilə yaratdığını anlayaraq, həyatın hər anında ONA təslim olmasıdır. "Allaha təslim olmaq" isə Allahdan çox qorxmaqla və ONA hər şeydən və hər kəsdən çox bağlanıb, ONU çox sevməklə mümkün olur. Allaha əsl mənada təslim olan bir insan özünə yalnız Allahı dost və vəli edir. Həyatı boyunca qarşısına çıxan hər hadisənin Allahın izni ilə reallaşdığını və bütün bunların xüsusi hikmətlərlə yaradıldığını bilir. Bu səbəblə də nə olursa-olsun, təslimiyyətli rəftarından dönmədən hər zaman Allaha qarşı boyun əyici, şükr edici və itaətli davranır.

Kamil mənada bir imana sahib olmaq üçün Allahın Özünü tanıtdığı və qullarından istədiklərini bildirdiyi Qurana əksiksizcə riayət etmək lazımdır. Bu səbəblə mömin həyatının sonuna qədər Allahın bütün əmr və qadağaları mövzusunda son dərəcə diqqətli davranır. Allahın bəyəndiyi əxlaq modelini də usanmadan ölənə qədər səbrlə tətbiq edir. "Kamil iman" sahibi olan bir möminin göstərdiyi gözəl əxlaqda səbr olduqca əhəmiyyətli və təyinedici bir xüsusiyyətdir. Çünki kamil iman sahibi bu xüsusiyyətilə insanlar arasında önə çıxır. Daha əvvəl də bəhs etdiyimiz kimi, Quranda bu şəkildə Allahın rizasını qazanmaq məqsədilə "yaxşı işlərdə öndə gedənlər"dən (Fatir surəsi, 32) danışılır. Ancaq Quranda "İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir..." (Həcc surəsi, 11) ayəsində ifadə edildiyi kimi, imanı gərəyi kimi yaşamayanlardan da bəhs edilir.

Kamil imanın fərqi də bu məqamda ortaya çıxır. İmanı tam olaraq mənimsəyə bilməyənlər bir ucundan dinə yönələrkən, kamil iman sahibləri Quranı həyatlarının hər anında özlərinə rəhbər edərlər. Eyni şəkildə bu səmimiyyətsiz insanların imanları müəyyən şərtlərə bağlı ikən, kamil iman sahibləri qeyd-şərtsiz iman edərlər. Şərtli iman edənlər ancaq nemət içində olduqlarında və bütün hadisələr onların istədiyi kimi baş verdiyində dinə sadiq qalar və gözəl əxlaqı təqlid edə bilərlər. Ancaq nemətlərdə bir azalma olduğunda, ya da hər hansı bir çətinliklə qarşılaşdıqlarında asanlıqla din əxlaqından uzaqlaşa bilər və sədaqətlərini poza bilərlər. Kamil iman sahibləri isə Allaha olan inanclarında və sədaqətlərində daimidirlər. Bunun əsl səbəbi onların "qəti bir məlumatla" iman etmələridir. "Qəti bir məlumatla iman etmək" adamın Allahın və axirətin varlığına, ağlı, qəlbi və vicdanı ilə qəti olaraq qərara gəlməsidir. Qurandakı "O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar" (Bəqərə surəsi, 4) ayəsi ilə də iman edənlərin bu xüsusiyyəti vurğulanır.

Kamil imanın fərqliliyi özünü tamamilə vicdanın səsini dinləməklə müəyyən edir. "Vicdan" hər zaman Allahın əmrləri istiqamətində adamı həmişə doğruya dəvət edən səsdir. Kamil iman sahibi hər vəziyyətdə vicdanının səsini dinləyir. Bu da onun daim Qurana uyğun və Allahın məmnun olacağı əxlaq və rəftarları ortaya qoymasını təmin edir.

Qarşısına çıxan alternativlərdən ən doğrusunu, Allahın bəyənəcəyini ümid etdiyi rəftarı seçir. Heç bir zaman aza qane olmur. Gözəl olan rəftarı tətbiq edərkən önünə çıxan çətinliklər qarşısında ümidsizliyə qapılmır. Nəfsinin istək və ehtiraslarına məğlub olaraq doğru və gözəl olandan vaz keçmir.

Bu mövzunu gündəlik həyatdan bir misal verərək açıqlaya bilərik: Böyük bir fabrikdə yanğın baş verdiyini düşünək. Belə bir vəziyyətdə fabrik sahibinin qarşısına bir çox alternativ çıxır: fabrikin yanmasının qarşısını almaq üçün içəridə qalıb işçiləri də səfərbər edərək yanğını söndürməyə çalışa bilər; canını qurtarmaq üçün digər işçilərə xəbər vermədən fabriki tərk edə bilər; yanğın baş verdiyini eşitdirərək bütün fabrik işçilərinin dərhal çölə çıxmasını təmin edib, bir tərəfdən də vəziyyətdən çıxmaq üçün kömək istəyə bilər.

Bu alternativlərin hamısı da müəyyən dərəcəyə qədər məqbul görünə bilər. Vicdan insana içində olduğu şəraitə uyğun, bunların arasından hansının həqiqətən də ən doğru və ən ağıllı qərar, "Allahın rizasını qazanmağa" ən uyğun davranış şəkli olduğunu göstərər. Kamil iman da vicdanın göstərdiyi doğru rəftar və davranışı nəfsinə heç möhlət vermədən, qeyd-şərtsiz və içində heç bir büdrəmə və peşmanlıq duymadan tətbiq edən adamın imanıdır.

Peyğəmbərimiz (s.ə.v.) bir hədisində Allaha iman ilə əlaqədar olaraq belə buyurmuşdur:

Allahdan başqa ilah yoxdur, o təkdir, heç bir şəriki yoxdur. Göylərin və yerin mülkü Onundur. Bütün həmdlər ONA aiddir, O hər şeyə qadirdir"... Daşlanmış şeytandan Allaha sığın. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, s. 311)


KAMİL İMAN SAHİBİNİN

ALLAH İNANCI



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin