Akademik kommunikasiya anlayişI. Akademik kommunikasiyanin nöVLƏRİ Akademik kommunikasiyada niTQƏ veriLƏn təLƏBLƏR



Yüklə 23,78 Kb.
səhifə4/5
tarix29.10.2022
ölçüsü23,78 Kb.
#66791
1   2   3   4   5
Komminikasiya Serbest movzu

Aydınlıq və yığcamlıq mədəni nitqin əsas keyfiyyətlərindəndir. Uzunçuluq, eyni söz və ifadəni lüzumsuz yerə bir neçə dəfə təkrar etmək, yersiz, mənasız söz işlətmək dinləyicilərdə ikrah hissi oyatdığı kimi, danışanı da hörmətdən salır. Konkret, yığcam, aydın nitq mədəniyyətin bir formasıdır. Nitqinin aydın olması üçün danışan nitq prosesində səsləri və sözləri düzgün tələffüz etməli, bəzi nitq priyomlarına (diksiya, temp, intonasiya, vurğu, fasilə) fikir verməlidir.

Nitqin sadəliyi də əsas şərtlərdən sayılır. Anlaşılmaz, dolaşıq, lazımsız, mürəkkəb ifadələr nitqdə çətinlik yaradır, dinləyicini yorur. Ən mürəkkəb fikirləri belə sadə dillə ifadə etmək olar. Sadəlik dinləyicilərlə əlaqə və ünsiyyət vasitəsinin möhkəmliyidir. Nitqdə yersiz, həddindən ziyadə termin və arxaizmlərdən istifadə olunması nitq normalarına zidd olduğu kimi, sadəliyə də ziddir.
Əgər bu tələblərə əməl olunarsa, nitq yaxşı qavranılar, dinləyicilər yorulmaz, nitq daha təsirli və yaddaqalan olar. Məsələn, eyni bir mövzunu bir müəllimin olduqca aydın, anlaşıqlı, digərinin isə qarmaqarışıq şəkildə şərh etdiyinin şahidi oluruq. Nəticədə birinci müəllimi dinləyicilər həvəslə dinləyir, onun dərsindən yeni biliklərlə çıxırlar, ikinci müəllimin verdiyi məlumatları qavraya bilmir, onu dinləməyə həvəs göstərmirlər.
Akademik etika və plagiatçılıq
Akademik hüquqi yazıda hər kəs akademik etika qaydalarına riayət etməli olduğunu yaxşı bilməlidir. Bu etik qaydalardan biri də plagiatçılığa yol verməməkdir. Müxtəlif mənbələrdə isə plagiatçılığa qısa olaraq belə anlayış verilir:


  • başqalarının əsərlərini və ideyalarını öz əsərinizə tam rəsmi bəyanat vermədən köçürmə və ya parafraz etmə;


  • başqalarına məxsus ideyaları, anlayışları, sözləri və ya strukturları istinad etmədən birbaşa olaraq yazınızda öz adınızdan göstərmək.


Tədqiqatçılar plagiatçılığı əsasən iki səbəbə görə mühakimə edirlər. Birincisi, plagiatçılığa yol verməklə siz oxucuları bir növ aldatmış olursunuz. Siz hər hansı mövzu barədə tədqiqat apardıqda (məqalə yazdıqda) orada öz mövqeyinizi ortaya qoymalısınız. İkincisi, siz plagiatçılığa yol verməklə oxucuların inamını itirmiş olursunuz. Bir tərəfdən onlara öz yaradıcılıq qabiliyyətinizi göstərmək istəyirsiniz, digər tərəfdən isə məqalənizi oxuyarkən burada plagiatçılığa yol verildiyini görən oxucularda sizin barənizdə mənfi düşüncələr yaratmış olursunuz.


Plagiatçılığın – sözbəsöz plagiatçılıq, maskalanmış və ya ört-basdır edilmiş plagiatçılıq, struktur və ideya plagiatçılığı – formalarını fərqləndirirlər.
Plagiatçılığın qarşısını almaq üçün başlıca tələb isə istinad formasına riayət etməyinizdir. Hər hansı bir kitaba istinad etdikdə bu zaman müəllif, kitabın tam adı, istinad etdiyiniz səhifə, nəşr olunduğu il dəqiq olaraq göstərilməlidir. Akademik etikada belə qəbul olunur ki, istinad etmək sizin məqalənizin və ya araşdırmanızın daha çox etibarlı olmasını və onun əsaslı mənbələrə dayanmasını bir növ sübut edir.

Yüklə 23,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin