Akademik kommunikasiya anlayişI. Akademik kommunikasiyanin nöVLƏRİ Akademik kommunikasiyada niTQƏ veriLƏn təLƏBLƏR



Yüklə 23,78 Kb.
səhifə3/5
tarix29.10.2022
ölçüsü23,78 Kb.
#66791
1   2   3   4   5
Komminikasiya Serbest movzu

Akademik yazılar nə öyrədir?
∙ Yazı işləri mövzu üzrə daha dərin anlayışa sahib olmağınıza yardımçı olur.
∙ Bu işlər hər hansı bir mövzunu daha dərindən və analitik şəkildə araşdırmaq imkanı yaradır.
∙ Yazı işləri daha fəal öyrənməyə təşviq edir.
∙ Onlar bilik və anlayışınızı, o cümlədən mühakimə etmək və akademik şəkildə yazmaq bacarığınızı oxucunuza nümayiş etdirmək üçün bir vasitədir. Lakin ...
∙ Akademik yazı işləri son dəqiqədə icra edilməli tapşırıqlar deyil.
∙ Onlar düşünmə və planlaşdırma tələb edir.
Onlar ədəbiyyata əsaslanaraq və ondan istiqamət götürərək, öz rəylərinizi formalaşdırmağa imkan verir.
∙ Onlar həmçinin, öz fikirlərinizi aydın şəkildə təqdim edə biləcəyiniz arqumentlərə çevirməyi tələb edir.
∙ Eyni zamanda, onlar cümlələrinizin mümkün qədər aydın yazıldığına əmin olmağınızı tələb edir, çünki yazı dili asanlıqla yanlış anlaşılmaya səbəb ola bilir.
Nəhayət, yazı işləri düşünmə, yazma və qiymətləndirmə bacarıqlarınızı gücləndirmək imkanı yaradır
Akademik kommunikasiyada bir sıra tələblərə əməl olunmalıdır ki, bu da kommunikasiya mədəniyyətinin mühüm hissəsini təşkil edir. Bunlar, əsasən, aşağıdakılardır:

  1. Ünsiyyət zamanı dil normalarını gözləmək. Dildə norma dedikdə, ədəbi dil başa düşülür. Ədəbi dil fonetik, leksik və qrammatik qaydaları əhatə edir ki, kommunikasiya prosesində bu, ən vacib şərtlərdəndir. Ünsiyyət zamanı sözlərin düzgün tələffüzü, kobud sözlərdən, dialektlərdən və jarqondan istifadə edilməməsi, cümlənin düzgün qurulması, düzgün söz sırası və s. norma hesab olunur.

    2. Mədəni nitqin tələblərinə əməl etmək. Mədəni nitqin tələbləri içərisində bir neçə istiqaməti- anlaşıqlılığı, ifadəliliyi, sadəliyi, yığcamlığı və s. göstərmək olar.

Nitqin təmizliyi. Ədəbi dil normalarına uyğun, yad ünsürlərdən uzaq olan nitq təmiz nitq hesab edilir. Bir sıra söz qrupları - vulqarizmlər (kobud sözlər), varvarizmlər (dilimizdə qarşılığı olan alınma sözlər), dialekt sözlər nitqin təmizliyinə xələl gətirir. Məs.: yenə-genə, niyə-nöş, soyad-familiya, vəzifə-missiya, , sənəd-dokument. Nitqdə şeydi, zaddı, adı nədi, və s. tüfeyli sözlər istifadə də yolverilməzdir. Mədəni nitq onların istifadə olunmasını qəbul etmir.

Nitqin düzgünlüyü.Bu, mədəni nitqin əsas tələbidir. Düzgünlük onunla ölçülür ki, söz fonetik (orfoqrafik-orfoepik), leksik-semantik, qrammatik (morfoloji və sintaktik), eləcə də üslubi baxımdan düzgündür , yoxsa yox? Bunun üçün nitqdə ədəbi dilin qayda-qanunları pozulmamalıdır. Məsələn, “ondan” əvəzinə “onnan” yazılması səhv olduğu kimi, “saxlıyın” tələffüzünü “saxlayın” şəklində etmək də səhvdir, birincidə orfoqrafik, iknicidə orfoepik norma pozulur, deməli nitqin düzgünlüyünə riayət edilmir. Nitq həm məna, həm də qrammatik cəhətdən düzgün qurulmalıdır. Əgər nitq düzgün qurulmazsa, öz ünsiyyət funksiyasını yerinə yetirə bilməz.

Nitqin dəqiqliyi. Dəqiqlik zəngin söz ehtiyatı hesabına başa gəlir. Söz ehtiyatı zəngin olan insanın nitqi də dəqiq olar. Dəqiq nitq odur ki, sözlər ifadə olunan nitqə uyğun seçilsin. Bunun üçün dilin leksik tərkibinə dərindən bələdlik, sinonimlikdən düzgün istifadə bacarığına malik olmaq lazımdır. Natiq hər hansı bir sinonimdən istifadə edərkən cərgədən elə bir söz götürməlidir ki, qulaqda yad səslənməsin. Məsələn, söyləmək, demək, bəyan etmək, şərh etmək və s. sinonim sözlər olsa da. onların hər birinin özünəməxsus məna incəliyi vardır.

Yüklə 23,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin