Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ



Yüklə 440,37 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix02.01.2022
ölçüsü440,37 Kb.
#1941
1   2   3
DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCAN ALİMİ 

157 


Milli Onkologiya Mərkəzi adlandırıldı). Bu vəzifə-

də çalışdığı qısa müddətdə gənc alim özünü yetkin 

professional  tədqiqatçı,  bacarıqlı  həkim,  səriştəli 

təşkilatçı  kimi  göstərdi  və  bu  keyfiyyətlərinə  görə 

1980-ci ildə ona direktorun elmi işlər üzrə müavini 

vəzifəsi etibar edildi.  

1990-cı  ildə  C.Ə.Əliyev  Səhiyyə  Nazirliyinin 

indiki  Milli  Onkologiya  Mərkəzinin  baş  direktoru 

vəzifəsinə təyin edildi və o, artıq  26 ildir ki, bu çə-

tin  və  məsuliyyətli  vəzifəni  şərəflə  və  yorulmadan 

yerinə  yetirir. 

C.Ə.Əliyev təkcə respublikamızda  deyil, onun 

hüdudlarından  kənarda  da  onkologiya    sahəsi  üzrə 

bacarıqlı  və  nüfuzlu  mütəxəssis  kimi  tanınır.  Alim 

süd  vəzisi,  dəri  və  dayaq-hərəkət  aparatı  və  digər 

orqanların  şişləri  zamanı  ehtiyac  duyulan  bütün 

mürəkkəb cərrahi əməliyyatları bilavasitə özü yeri-

nə  yetirir  və  xəstələrin  fəal  əməyə  qayıtmalarına  

həkim həssaslığı ilə yaxından köməkliklər göstərir. 

Cəmil müəllim süd vəzisi şişləri zamanı yerinə ye-

tirdiyi  operativ  müdaxilələrdə,  xüsusilə  də  süd  və-

zisinin rezeksiyası və mastektomiyalarında müxtəlif 

modifikasialar  təklif  etmiş  və  onların  cərrahlıq 

praktikasında  həyata  keçirilməsində  mühüm  rolu  

olmuşdur. Onun rəhbərliyi altında və bilavasitə  iş-

tirakı ilə Azərbaycanda daha çox rast gəlinən bəd-

xassəli şişlərdən süd vəzisi, dəri, qırtlaq və digər or-

qanların  xərçəngi  üzrə  silsilə  elmi-tədqiqat  işləri 

aparmışdırvə hazırda da bu elmi istiqamət müvəffə-

qiyyətlə  davam  etdirilir.  Cəmil  müəllimin  əməliy-

yatönü  müalicənin  aparılmasında  yeni  metodlar  iş-

ləyib  hazırlaması  və  onları  səhiyyə  praktikasında 

geniş  tətbiq  etməsi  travmatik  əməliyyatlara  göstə-

rişləri  məhdudlaşdırmağa  imkan  vermiş,  orqansax-

layıcı  əməliyyatların  istifadə  imkanlarını  xeyli  ge-

nişləndirmişdir. Süd vəzisi xərçəngi zamanı işlənib 

hazırlanmış  reabilitasiya-bərpa  müalicə  kompleksi 

və orqansaxlayıcı əməliyyatlarda istifadə edilən ori-

jinal aparatların yaradılması belə xəstələrin əksəriy-

yətinin tamdəyərli həyata və ictimai-faydalı əməyə 

qayıtmalarına imkan vermişdir. Akademik C.Ə.Əli-

yevin  bilavasitə  rəhbərliyi  altında  bu  kompleksin 

praktikaya tətbiqi nəticəsində əlil xəstələrin sayı 2,5 

dəfə  azalmışdır.  Eyni  zamanda,  alimin  süd  vəzisi 

xərçəngi xəstəliyinin inkişaf mərhələlərinin Beynəl-

xalq  Təsnifatına  etdiyi  düzəliş  dünya  miqyasında 

həmin səviyyədə qəbul edilərək, xəstələrin müalicə 

taktikasının yenidən qurulmasına şərait yaratmışdır. 

Akademik  C.Ə.Əliyevin  və  onun  rəhbərlik  et-

diyi  kollektivin  apardığı  elmi-tədqiqat  işlərinin  bir 

hissəsi  də  süd  vəzisinin  bədxassəli  və  xoşxassəli 

şişləri olan  xəstələrdə hepatit  B və C viruslarının  

yayılmasına aiddir. Bu tədqiqatların nəticələri  dün-

yada  ilk  dəfə  sübut  etmişdir  ki,  gizli  keçən  hepatit 

B  süd  vəzisi  xərçəngi  olan  xəstələrin  müalicəsinin 

nəticələrinə  mənfi  təsir  göstərir.  Belə  tədqiqatların 

nəticələri  1996-cı  ildə  çapdan  çıxmış  “Süd  vəzisi 

xərçəngi  və  qaraciyərin  funksional  vəziyyəti”  və 

2006-cı  ildə  çap  olunmuş  “Onkoloji  xəstələrdə  qa-

raciyərin subklinik patologiyası” adlı  monoqrafiya-

larda öz əksini tapmışdır.  

1988-ci ildə SSRİ Ali Attestasiya Komissiyası 

tərəfindən  Cəmil  müəllimə  professor  elmi  adı  ve-

rilib.  Onun  rəhbərliyi  altında  40  nəfərdən  çox    na-

mizədlik  və  8  nəfər  doktorluq  dissertasiyası  müda-

fiə edib. Hazırda o, daha  bir neçə doktorluq və na-

mizədlik dissertasiyasının məsləhətçisi və elmi rəh-

bəridir.  Gənc  elmi  kadrların  yetişdirilməsindəki 

fəaliyyətini  fəal  surətdə  davam  etdirir.  Onun  elmi 

məktəbinin  yetirmələri  təkcə  Azərbaycanda  deyil, 

xarici  ölkələrdə  də  onkologiyanın  kliniki,  eksperi-

mental və nəzəri sahələri üzrə çalışır, elmi axtarış-

larını davam etdirirlər.  

Akademik  Cəmil  Əliyev  600-dən  çox  elmi 

işin, 17 monoqrafiya və 14 metodiki göstərişin, 10 

ixtira  üzrə  müəlliflik  şəhadətnaməsinin,  2  patentin 

müəllifidir. O, həmmüəlliflərlə birgə yazdığı “Dəri-

nin  bədxassəli  şişlərində  plastik  operasiyalar”  adlı  

monoqrafiyasına görə 1980-ci ildə SSRİ Tibb Elm-

ləri  Akademiyasının  akademik  N.N.Petrov  adına  

mükafatına  layiq  görülüb.  Rusiyada,  Almaniyada, 

ABŞ-da, İngiltərədə, Fransada, Yaponiyada, Avstri-

yada, Türkiyədə, Özbəkistanda və digər xarici ölkə-

lərdə  keçirilən  beynəlxalq  qurultay,  simpozium, 

konqres və konfranslarda təqdim etdiyi  elmi məru-

zələri çox yüksək  qiymətləndirilmişdir. 

Cəmil müəllim 1994-cü ildə Əziz Əliyev adına 

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İns-

titutunun onkologiya kafedrasının müdiri vəzifəsinə 

seçilmiş və bu günə qədər də həmin vəzifədə peda-

qoqluq fəaliyyətini yorulmadan davam etdirir. 

C.Ə.Əliyevin 2001-ci ildə Rusiya Tibb Elmləri 

Akademiyasının,  bir  qədər  sonra  isə  Azərbaycan 

Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş-

dir. 

İngiltərənin Xammersmitt Kral Universitetinin 



fəxri professoru, Avropa Tibbi Onkologiya Cəmiy-

yətləri Assosiasiyasının üzvü, MDB ölkələri Onko-

loji Cəmiyyətləri Assosiasiyasının üzvü, Nyu-York 

Elmlər Akademiyasının, Beynəlxalq Ekoenergetika 

Akademiyasının həqiqi üzvü seçilmiş, “Azərbaycan 

onkologiya  və  həmmərz  elmlər  jurnalının  baş  re-

daktoru, “Biomedisina” jurnalının redaksiya şurası-

nın  üzvü,  respublika  Səhiyyə  Nazirliyinin  onkolo-

giya üzrə Attestasiya Komissiyasının sədri, respub-

lika  Elmi-Tibbi  Onkoloqlar  Cəmiyyətinin  sədri, 

onkologiya  üzrə  doktorluq  və  namizədlik  disserta-

siyalarının  Müdafiə  şurasının  sədri  vəzifələrini 

uğurla  yerinə  yetirir.  O,  həmçinin  “Dünya  həkim-

ləri nüvə müharibəsinə qarşı” Beynəlxalq Təşkilatı-

nın Azərbaycan Komitəsinin sədridir. Cəmil müəl-

lim  uzun  müddət  Azərbaycan  Respublikası  Prezi-

denti  yanında  Ali  Attestasiya  Komissiyasının  Tibb 

üzrə Ekspert Şurasına rəhbərlik etməsi, onkologiya 




Ə.T. ƏMİRASLANOV 

158 


üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

baş mütəxəssisi vəzifəsində uğurla çalışır. 

Akademik  C.Ə.Əliyev  Azərbaycan  Respubli-

kasının “Şöhrət” ordeninə, “Səhiyyə əlaçısı” döş ni-

şanına, Y.Məmmədəliyev adına mükafata, Azərbay-

can  Respublikası  Səhiyyə  Nazirliyinin  “M.Topçu-

başov  mühazirələri”  mükafatına,  AMEA-nın  akade-

mik  M.Mirqasımov  adına  mükafatına,  eləcə  də  bir 

sıra  nüfuzlu  beynəlxalq  təltif  və  mükafatlara  layiq 

görülüb. O, Beynəlxalq  Ekoenergetika Akademiya-

sının Böyük qızıl medalı ilə təltif olunub. 

 

 



Zənginliklərlə  dolu  məhsuldar  yaradıcılığının 

müdriklik dövrünü yaşayan və gənclərə örnək olan 

görkəmli  alimimizi  yubileyi  münasibətilə  ürəkdən 

təbrik edir, Sizə Azərbaycan onkologiya elminin və 

səhiyyəsininn gələcək inkişafı naminə uzun illər sə-

mərəli fəaliyyət arzulayırıq. 



 

Akademik ƏHLİMAN ƏMİRASLANOV, 

 

AMEA Biologiya və Tibb Elmləri 

Bölməsinin akademik-katibi, AR Milli 

Məclisinin Səhiyyə Komitəsinin  sədri 

 

Yüklə 440,37 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin