Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ


dünyanın  nüfuzlu  Onkoloji  elmi  assosiasiyaları



Yüklə 440,37 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix02.01.2022
ölçüsü440,37 Kb.
#1941
1   2   3
dünyanın  nüfuzlu  Onkoloji  elmi  assosiasiyaları 

və  elmi  cəmiyyətlərinin  üzvü,  Əməkdar elm  xa-

dimi, tibb elmləri doktoru, professor Cəmil Əli-

yevin 70 yaşı tamam olub. 

 

 

Cəmil  Əziz  oğlu  Əliyev  30  mart  1946-cı  ildə 



görkəmli ictimai və dövlət xadimi, əməkdar həkim, 

Azərbaycanın  nüfuzlu  şəxsiyyətlərindən  biri  olan 

professor  Əziz  Əliyevin  ailəsində  anadan  olub. 

C.Ə.Əliyev N.Nərimanov adına Azərbaycan Dövlət 

Tibb İnstitutunu bitirdikdən sonra bir müddət Əziz 

Əliyev  adına  Azərbaycan  Dövlət  Həkimləri  Tək-

milləşdirmə  İnstitutunun    onkologiya  kafedrasında 

baş laborant  vəzifəsində çalışıb. C.Ə.Əliyev elmi-

pedaqoji və həkimlik fəaliyyətinə başladığı ilk gün-

lərdən  onkologiya  elminə  hədsiz  həvəs  göstərmiş 

və  professor  A.Abbasovun  rəhbərliyi  altında  elmi-

tədqiqat işləri aparmağa başlayıb. Onun əməksevər-

liyi istedadının parlamasına zəmin yaradıb və o, az 

vaxt  içərisində  1973-cü  ildə  “Alt  dodağındərisinin 

və  ağız  boşluğunun  selikli  qişasının  xərçənginin 

diaqnostika və müalicəsi” mövzusu üzrə namizədlik 

dissertasiyası müdafiə edərək tibb elmləri namizədi 

elmi  dərəcəsinə  layiq  görülüb.  Bundan  sonra  gənc 

alim elmi axtarışlarını SSRİ Tibb Elmləri Akademi-

yasının    Moskva  şəhərində  yerləşən  Ümumittifaq 

Onkoloji  Elmi  Mərkəzində  (ÜOEM)  doktorantura-

da davam etdirib. 

C.Ə.Əliyev tədqiqatlarını akademik N.N.Bloxin 

və  akademik  N.N.Trapeznikovun  məsləhətçiliyi  ilə  

aparıb.  Onun  doktorluq  dissertasiyası  işi  onkologi-

yanın çox çətin sahələrindən olan onkoloji xəstələrin 

müalicəsində  dəri  plastikasının  tədbiqi  məsələlərinə 

həsr  olunmuşdu.O,  Moskvada  öz  fəaliyyətini  təkcə 

elmi işlərlə məhdudlaşdırmır, praktiki cərrahlıq işləri 

ilə də ciddi məşğul olur, bu sahəni gündən-günə tək-

milləşdirir,  praktiki  vərdişlərə  yiyələnirdi.  Praktiki 

cərrahi  əməliyyatların  əksəriyyəti  ÜOEM-in  kliniki 

bazası  olan  Podolsk  Mərkəzi  Xəstəxanasında  apa-

rılırdı.  O  dövrdə  Podolsk  Mərkəzi  Xəstəxanasında 

qazanılan  təcrübə  akademik  Cəmil  Əliyevin  virtuoz 

cərrah kimi yetişməsində böyük rol oynayır.  

Cəmil Əliyev keçmiş SSRİ-nin digər  müttəfiq 

respublikalarından  elmi-tədqiqat  işi  üçün  material-

lar toplayırdı. O, həmin dövrdə dəri xərçənginin ən 

çox  rast  gəlinən  bölgələrdən  olan  Tacikistan  Res-

publikasında  dəfələrlə  ezamiyyətlərdə  olmuş  və 

oradan elmi-tədqiqat işi üçün çox qiymətli material-

lar gətirmişdi.  

C.Ə.Əliyev 1978-ci ildə SSRİ TEA-nın Ümum-

ittifaq  Onkoloji  Elmi  Mərkəzində  böyük  müvəf-

fəqiyyətlə “Dəri xərçəngi və melanomasında  plastik 

cərrahiyyə  əməliyyatları”  mövzusunda  doktorluq 

dissertasiyası    müdafiə  edərək,  tibb  elmləri  doktoru 

elmi  dərəcəsinə  layiq  görüldü.  ÜOEM-in  direktoru 

akademik  N.N.Bloxin  və  akademik    N.N.Trapezni-

kov  ona  Moskvada  qalmağı  və  ÜOEM-in  endokri-

nologiya  şöbəsinə  rəhbərlik  etməyi  təklif  etdilər. 

Lakin Cəmil Əliyev məmnunluq doğuran təkliflərə 

minnətdarlığını bildirərək, Bakıya qayıtmaq və son-

rakı fəaliyyətini Azərbaycanda davam etdirmək is-

təyində olduğunu bildirdi.  

O,  1978-ci  ildə  Rentgenologiya,  Radiologiya 

və  Onkologiya  Elmi-Tədqiqat  İnstitutunun  ümumi 

onkologiya  şöbəsinin  rəhbəri  vəzifəsinə  seçildi 

(1988-ci  ildə  bu  institut  Respublika  Onkoloji  Elmi 

Mərkəzi, 1995-ci ildə Milli Onkoloji Mərkəz, 2004-

cü ildə isə Azərbaycan Respublikası Səhiyyə Nazir-

liyinin  Onkoloji  Elmi  Mərkəzi,  sonra  isə  yenidən 




Yüklə 440,37 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin