Ad: Soyad: Fakültə: İxtisas: Qrup: Fənn: Mövzu



Yüklə 164,1 Kb.
səhifə4/10
tarix02.01.2022
ölçüsü164,1 Kb.
#40160
1   2   3   4   5   6   7   8   9   10
Çuqun

Təbii qaz tərkibində 90-98% karbohidrogenlər(CH4 və C2H6) və 1 % N olan yanacaqdır.

Mazut tərkibində 84-8% karbon, 10-12% hidrogen, az miq- darda kükürd və oksigen olan yanacaqdır.O, neft emalından alınır.

Domna və ya koloşnik qazı domna istehsalatında əlavə məhsul kimi alınır.



Odadavamlı materiallar şərti olaraq metallurgiyada ərimə temperaturu 15000C-dən az olmayan materiallardır. Odada- vamlı materiallar aşağıdakı xassələrə malikdir:

  1. yüksək odadavamlılıq; odadavamlılıq materialların yüksək temperaturda əriməyə müqaviməti ilə xarakterizə edilir;

  2. termiki davamlılıq: odadavamlı materialların kəskin temperatur dəyişməsinə dözümlülüyü ilə, yəni tez-tez qızıb so- yuduqda çatlar əmələ gətirməməsi və dağılmaması ilə xarakte- rizə olunur;

  3. mexaniki möhkəmlik; odadavamlı materialların yüksək temperaturda mexaniki xassələrin saxlama qabiliyyəti nəzərdə tutulur;

  4. kimyəvi davamlılıq; odadavamlı materialların, yüksək temperaturda maye metal, posa və soba qazlarının dağıdıcı kimyəvi təsirinə müqaviməti ilə xarakterizə olunur.

  5. həcmi sabitliyi; odadavamlı materialların qızdırılıb soyu- dulduqda həcmlərini saxlama qabiliyyətidir. Həcm tez-tez də- yişdikdə odadavamlı materialdan hazırlanmış qurğu tez dağılır.

Odadavamlı materiallar toz, kərpic və çeşidli məmulat (tı- xaclar, tökmə qıfları, stakanlar və s.) şəklində tətbiq edilir. Odadavamlı kərpiclər daha çox işlədilir. Onlar kimyəvi xassələ- rinə görə aşağıdakı qruplara bölünür: turş( dinas) xassəlı, yarımturş xassəli (gilli kvars); əsas xassəlı( maqnezitli, dolomitli, maqnezit-xromitli); neytral xassəli(şamot, alüminium oksidi ilə zəngin olan materiallar,xrom maqnezit, karbonlu materiallar)


Yüklə 164,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin