Ad: Soyad: Fakültə: İxtisas: Qrup: Fənn: Mövzu



Yüklə 164,1 Kb.
səhifə9/10
tarix02.01.2022
ölçüsü164,1 Kb.
#40160
1   2   3   4   5   6   7   8   9   10
Çuqun

Aqlomerasiya ya kəsəkləşdirmə. Aqlomerasiya prosesində tərkibində dəmir filizi (40-50%), koks xırdaları (4- 6%) və əhəngdaşı (15-20%) olan şixtə qalıq aqlomerat xırdaları ilə (20-30%) qarışdırılaraq su (5-6%) ilə nəmləndirilir və aqlomerat şixtəsi alınır. Şixtəni kamerli sobada hərəkət edən transportyorun səthinə tökərək 250-300 mm qalınlığında şixtə layı yaradılır. Bu lay qaz alov vasitəsilə 1200- 13000C-dək qız- dırılır. Yüksək temperatur şəraitində şixtə sürətlə posalaşır və

―bişərək kəsəyəbənzər məsaməli kütləyə çevrilir. Bu kütlə mürəkkəb tərkibli kimyəvi birləşmələrdən ( nFeO . m SiO2 . n CaO. m SiO2 və s. ) ibarət olur. Filiz xırdalarının flüs və yana- caqla birlikdə bişərək kəsəkləşməsinə aqlomerasiya, kəsək şəklində alınan məhsula isə aqlomerat deyilir.

Domna sexinin işləmə sxemi şəkil 2.1-də verilmişdir. Donma prosesi bərpaedici əksaxınlı prosesdir. Prosesin mahiy-

yəti şixtə adlanan təşkiledicilərin- aqlomerat, flüs və koksun ayrı-ayrı payları qat şəklində sobaya yüklənməsi, onun aşağı hissədən üfürülən qızmar havanın verilməsi ilə maye çuqun al- maqdan ibarətdir. Koksun yanması hesabına şixtə qızdıqda so- bada mürəkkəb fiziki-kimyəvi proseslər gedir və şixtə tədriclə yuxarı qalxan qızmar qazların əks istiqamətində aşağı hərəkət edir. Nəticədə şixtənin təşkiledicilərinin qazlarla qarşılıqlı təsi- rindən sobanın kürə adlanan aşağı hissəsində ayrılmış qatlar şəklində maye çuqun və posa yığılır.

Şəkil 2.2-də domna sobasının sxemi göstərilmişdir. Özü asan tutum ilə aqlomerat, koks və başqa əlavələr ikimaili qaldı- rıcı ilə domna sobasının yuxarı hissəsində yerləşən və ardıcıl açılıb-bağlanan konuslardan ibarət qurğuya doldurulur.

Kürə hissənin yuxarısında sobaya təzyiqlə qızdırılmış hal- da oksigenlə zənginləşdirilmiş hava vermək üçün furma deşik- ləri yerləşir. Şixtənin ərimə müddəti şixtənin tərkibindən, veri- lən havanın miqdarından və temperaturundan asılıdır. Maye çu- qun və posan müəyyən fasilələrlə novça ilə sobadan daşıyıcı çalovlara boşaldılır.

Sobanın örtüyü polad təbəqədən hazırlanmışdır və su ilə soyudulur. Domna sobası şaxt tipli qurğu olub, əsasən koloşnik, şaxta, buxarlıq, çiyinlik, kürə və dib hissələrdən ibarətdir.

Soba daxildən şamot kərpicindən hörülmüşdür, onun ayrı- ayrı hissələri preslənmiş, şamotqrafitli elementlərdən yığılır. Sobanın divarlarının qalınlığı bəzi yerlərdə 1,5 m-dən çox, dib hissəsində isə 4 m olur. Faydalı həcmi 2700 m3 olan sobanın hündürlüyü 80 m, mexanizmlərlə birlikdə kütləsi 200000 tondur. Soba fasiləsiz olaraq 4-8 il işləyir.






Yüklə 164,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin