Ad: Nahid Soyad: Tağıyev Qrup: M203 Fənn: Mühasibat Uçotu Mövzu: Mühasibat uçotunda sənədləşmə və uçot



Yüklə 67,84 Kb.
səhifə1/2
tarix25.12.2023
ölçüsü67,84 Kb.
#194235
  1   2
Nahid muhasibat





Ad: Nahid
Soyad:Tağıyev
Qrup:M203
Fənn:Mühasibat Uçotu
Mövzu:Mühasibat uçotunda sənədləşmə və uçot
Mühasibat uçotunun metodu və onun əsas ünsürləri
Mühasibat uçotunun metodu onun araşdırılması və öyrənilməsi qay­da­larıdır. Elmi araşdırmalarda metod ter­­mini öyrəniləcək əşyanın təmi­na­tını araşdırmaq üçün müxtəlif üsul və prinsiplərdən istifadə olunmasını nə­zər­də tutur. Mühasibat uçotunun metodu öz predmetinin hansı üsullar və prinsiplər vasitəsilə öyrənilməsini yerinə yetirir.
G östərilən metodoloji sistemdə mühasibat uçotu­nun hansı vasitələrlə tə­sərrüfat-maliyyə əməliyyatlarını icra etməsini müəyyənləşədirmək əsas sayılır.
Məlum olduğu kimi təsərrüfat vəsaitləri, onların əmə­lə gəlmə mənbə­lə­ri müxtəlifdir. Bütün əməliyyatları düzgün əks etdirmək üçün ayrı-ayrı və­sait növlərinin hə­rə­kəti və onun icrası üzərində nəzarəti həyata ke­çirmək çox vacibdir. Burada sənədləşmə və inventarlaşma
mü­hüm nəza­rət metodu kimi xüsusi əhəmiyyətə malikdir.
Mühasibat uçotunun metodu onun icra fəaliy­yə­tin­də mühüm əhə­miy­­yətə malik olan ünsürləri vasitəsilə ye­rinə yetirilir. Bu ünsürlər sə­nəd­ləş­­mə və invertarlaşmadan, qiymət və kalkulyasiyadan, hesablar sis­te­min­dən, ikitə­rəf­li yazılış, mühasibat balansı və hesabatdan ibarətdir.
Sənədləşdirmə - təsərrüfat əməliyyatının müəyyən sə­­nədlərlə əmə­liy­ya­tın ic­ra olunduğu yerdə rəsmiy­yətə salınmasıdır. Mühasibat uçotunda sənədləşmə ən vacib əməliyyatlardan biri olmaqla, icra olunan təsərrüfat əmə­­liyyatları üzə­rində müşahidəni təmin edir. Sənəd­ləş­mə müəssisədə icra olunan təsərrüfat əməliyyatlarının hü­quqi şəkildə yazılı icra olun­ma­sı­dır. İstehsalat, ma­liy­yə və tə­sərrüfat əməliyyatlarının sənədlərlə rəs­miy­yə­tə sa­lınması sənədləşdirmə adlanır.
Təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi mü­ha­sibat uçotunun əsas prinsiplərindən hesab olunmaqla, baş vermiş əməliyyatların sənədlər əsa­sında tərtibini tə­min etməklə, uçot obyektlərinin hərəkəti üzrə daimi in­formasiya əldə olunmasına şərait yaradır. Hər bir təsər­rü­fat əməliyyatı üz­rə tərtib olun­muş sənədlər əsasında məlumatlar sistemi yaranır və bu isə nəticə olaraq cəm­lən­miş informasiyaların tərtib olunmasına şərait ya­ra­dır. Hər bir mühasibat uçotu sənədində əks olunmuş gös­tə­ricilər sistemi onun rekvizitləri (sənədin nömrəsi, tarixi, əməliyyatın məzmunu və sair) ad­lanır. İlkin sənədlər tə­sə­rrüfat əməliyyatlarının və onların aparılmasını təs­diq edən yazılı şəhadətnamədir.


T ərtib olunmuş bütün ilkin sənədlər özündə aşa­ğı­dakı zəruri rek­vi­zit­lə­ri əks etdirməlidir: sənədin adı, nöm­rəsi, kodu, tərtib edilmə yeri və ta­ri­xi, sənəd tərtib edilən müəssisənin adı, təsərrüfat əməliyyatlarının məz­mu­­nu və ölçüləri (natural və pul ifadəsində), təsərrüfat əmə­liy­yat­la­rının baş verməsi, tamam­lan­ması və onun rəs­miləş­di­ril­mə­sinin düzgünlüyü üçün məsul şəxslərin və­zifələri, so­y­adı, adı, atasının adı, şəxsi imzaları və baş­qa göstəricilər əks olunmalıdır.
Əməliyyatların xarakterindən və uçot məlu­mat­la­rı­nın işlənməsi tex­no­logiyasında asılı olaraq ilkin sənədlər əlavə rekvizitlər də daxil edilə bi­lər. İlkin sənədlər əmə­liy­yatların baş verdiyi, bu mümkün olmadıqda isə əmə­liyyatlar bilavasitə qurtardıqdan sonra tərtib edilməlidir.
Sənədlərin keyfiyyətli tərtibatına, onların vaxtında mü­hasibat uço­tun­­da əks etdirilməsi üçün müəyyən edil­miş müddətlərdə təqdim edil­mə­si­nə, sənəd­lərdəki məlu­mat­ların doğruluğuna və etibarlılığına mə­suliy­yəti hə­min sənədləri hazırlamış və imza etmiş şəxslər daşıyırlar.
Ona görə də təsərrüfat əməliyyatlarının sənəd­ləş­di­ril­məsində hər bir vəzifəli şəxs tərtib etdiyi sənədin qa­nun­çuluqda müəyyən olunmuş norma və standartlara uy­ğun olmasını təmin etməyə borcludur.
İlkin sənədlərə əsasən məlumatları işləyib qaydaya salmaq və onlara nəzarət etmək üçün icmal sənədləri hazırlanmalıdır.
Pul və hesablaşma sənədlərini, maliyyə və kredit öhdəliklərini müəs­si­­sənin rəhbərinin təsdiq etdiyi si­ya­hı­ya əsasən imza etmək hüququ olan ən azı iki şəxs imza­la­malıdır. Birinci imza müəsisədə ümumi rəhbərlik funk­siyasını icra edən şəxsə mənsub olur.
Pul vəsaitlərinin, maddi sərvətlərin və başqa əm­la­k­la­rın qəbul-təhvili ilə əlaqədar əməliyyatlar ilkin sənədlər əsasında həyata keçirilən zaman iştirak edən hüquqi şəx­sin nümayəndələrinə və ya fiziki şəxslərə sənəd­ləş­mənin bir nüsxəsi verilir. Əməliyyatda iştirak edənləri sənəd­lə­rin surətləri ilə təmin etmək müəssisədə bu əməliyyatı rəs­miləşdirənin öhdəsinə düşür.
Mühasibat uçotunda əks etdirilməsi zəruri olan uço­t­da qəbul olun­muş ilkin sənədlərdəki məlumatlar Azər­baycan Respublikasının Maliyyə Nazirliyi tərə­fin­dən təklif edilmiş, yaxud nazirlik və baş idarələr tərə­fin­dən ümumi prinsiplərə riayət edilməklə işlənib hazır­lan­mış uçot re­gistrlərində yığılır və sistemləşdirilir. Müəssisə tərəfindən müəyyən dövr ərzində aparılmış təsərrüfat əməliyyatları haqqında məlumatlar uçot registrlərindən qruplaşdırılmış şəkildə mühasibat uçotu hesablarına kö­çü­rülür.
İlkin sənədlərdə və uçot registrlərində qeydsiz dü­zə­liş­lərə yol ve­ril­mir. Səhvlərin düzəlişi həmin sənədi imza etmiş şəxslərin imzası ilə dü­zəl­miş tarixi göstərilməklə təsdiq edilməlidir. Kassa və başqa sənədlərdə heç bir dü­zə­lişə yol verilmir.
İnvertarlaşma - müəssisə mühasibat uçotunda əks olun­muş əmlakın faktiki yoxlanması və müəyyən olun­ma­sı formasıdır. İnvertarlaşdırma bütün təsərrüfat əmə­liy­yatlarının və onun düzgün icra olunmasını müəy­yənləşdirir.
İnvertarlaşdırma Azərbaycan Respublikasının «Mü­­­­­ha­sibat uçotu haq­qında» 24 mart 1995-ci il tarixi qa­nunu və əsas vəsaitlərin, əmtəə-ma­te­rial dəyərlərinin, pul vəsaitinin və hesablaşmaların inver­tar­laş­dırıl­ma­sı­na dair olan təlimat əsasında aparılır. Həmin sənədlər əsa­sın­da müəssisə mü­hasibat uçotu və hesabatının doğru, düzgünlüyünü təsdiq etmək üçün dövrü olaraq öz əm­la­kının, kapitalının və sair maddi sərvətlərinin və ümumi­y­yətlə mühasibat balansının bütün aktiv və passiv mad­də­lərinin invertarlaşmasını aparmalıdır.
İnvertarlaşdırılmanın qarşısında aşağıdakı vəzifələr qoyulur:
-əsas vəsaitlərin, əmtəə-material dəyərinin, pul və­sa­itinin, qiymətli kağızların və bitməmiş isteh­sa­lın fak­tiki qalığının müəyyən edilməsi;
-material dəyərləri və pul vəsaitlərinin qorunub sax­­lanması üzərində nəzarət;
-tam və qismən öz keyfiyyətini itirmiş, forması və modası köhnəlmiş əmtəə-material dəyərinin mü­əy­­yən­ləş­dirilməsi;
-gələcək satışını təmin etmək üçün normadan ar­tıq qalıqda olan maddi dəyərin müəyyənləş­di­ril­məsi;
-material dəyəri və pul vəsaitinin saxlanması qay­da­­larının yoxlan­ma­sı və eyni zamanda maşın, avadanlıq, digər əsas vəsaitlərin saxlanması və istifadə olunmasına nəzarət;
-müəssisə balansında əks olunmuş obyektlərin re­al vəziyyətini yox­lamaq.
İnvertarlaşmanın aparılması nəticəsi aktla rəsmiy­yə­tə salınır. İnver­tar­laş­ma nəticələri sənədləşdirildikdən sonra, nəticə göstəriciləri mü­­­hasibatlığa təq­dim olunur və mühasibat uçotu göstəriciləri əsasında qarşılıqlı yox­lamalar apa­rılır. Qarışılıqlı yoxlama əsasında invertar­laş­­dırmanın son nəticəsi müəy­yən olunur.
Azərbaycan Respublikasında mövcud olan qa­nun­ve­riciliyə görə in­ver­­tarlaşdırmanın aparılması məcburi olan hallardan başqa, hesabat ilin­də onla­rın aparılma sa­yı, tarixi, yoxlanmış əmlakın siyahısı müəssisə rəh­bər­liyi tərəfindən müəyyən edilir.
Müəssisə əmlakının xarakterindən asılı olaraq kon­k­ret invertarlaş­dır­­ma vaxtı müəyyən olunmalıdır. Möv­cud qaydalara görə təcrübədə in­ver­tarlaş­dır­ma apa­rıl­ması üçün aşağıdakı vaxtlar müəyyən olunur:
-əsas vəsaitlər üçün üç ildən bir;
-kitabxana fondu 5 ildən bir;
-anbarlarda olan hazır məhsullar, illik mühasibat (ma­liyyə) hesa­ba­tı­nın hazırlanma qabağı, oktya­br ayı­nın 1-dən tez olmamaqla;
-anbar və bazalardakı mallar-ərzaq malları üzrə il­də iki dəfə, qeyri-ər­zaq malları üzrə ildə bir dəfə;
-azqiymətli və tezköhnələn əşyalar ildə bir dəfə;
-pul vəsaiti, pul sənədləri ayda bir dəfə;
-debitor və kreditorlarla hesablaşmalar ildə iki də­fə­dən az olma­ya­raq.
Müəssisə rəhbərləri əmtəə-material dəyərlərinin və pul vəsaitini in­ver­tar­laş­dırılmasının düzgün, vaxtında ke­­çirilməsinə cavabdehdirlər. Müəs­sisənin baş mühasibi isə invertarlaşdırılmanın mövcud olan qanun­çu­luq tə­lə­b­lə­rinə uy­ğun keçirilməsinə və onun nəticələrinin mü­ha­si­bat uço­tunda əks etdiril­mə­si­nə borcludur.
İnventarlaşdırma nəticəsində müəyyən olunmuş əm­təə-material də­yər­ləri ilə mühasibat uçotu qalıq­la­rın­da əmələ gəlmiş fərqlər mühasibat uçotu hesab­la­rında aşa­ğıdakı qaydada əks olunur:
- mövcud qanunçuluğa uyğun olan norma da­xi­lin­də itkilər müəssisə rəh­bərinin sərəncamı əsasında istehsal və tədavül xərclərinə aid olan 20«Əsas istehsalat», 26«Ümumtəsərrüfat xərcləri», 44«Tədavül xərc­ləri» hesablarının de­betinə və 84«Sərvətlərin əs­kik gəlməsi və xarab olmasından itkilər» hesa­bının kreditinə yazılış aparılır. Təbii itki norması inven­ta­ri­za­si­ya nəticəsində əksik gəlmə müəyyən olduğu halda he­sab­lanır.
- normadan artıq əskik gəlmə və əmlakın xarab ol­ma­­sı ilə əlaqədar mü­əyyən olunmuş əmlakın dəyərləri təq­­sirkar şəxslərdən tutulmaqla 73/3 «Mad­di zərər­lə­­rin ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmalar» he­sa­bı­nın debetinə və 84 «Sərvətlərin əskik gəlməsi və xa­rab olmasından itkilər» hesabının kreditinə yazılış apa­rı­lır. Əgər məhkəmə qərarı ilə iddia imtina edilərsə, belə hal­da əmələ gəlmiş itkilər müəssisə maliyyə nəti­cə­lə­ri­nə si­linir və bu halda 80 hesabın de­be­ti­nə və 84 he­sabın kreditinə yazılış aparılır.
Mühasibat uçotu üzrə əməliyyatların yazılışları in­ver­tarizasiya apa­rı­lan ayın hesabında əks olunmalıdır.
Qiymət və kalkulyasiya. Müəssisələrdə mövcud olan təsərrüfat və­sait­ləri və təsərrüfat əməliyyatları öz xa­rakterinə görə müxtəlif məzmuna malikdir. Bununla əla­qədar olaraq vəsait və əməliyyatlarda ümumi gös­tə­ri­ci­nin müyyən olunmasına ehtiyac vardır. Bunun üçün isə qiymətdən istifadə olunması çox vacibdir. Qiymətin kö­məyi ilə müəssisədə mövcud əmlakın bütün çeşid­lə­ri­nin ümumiləşdirilmiş həcmi müəyyən olunur. Yəni bü­tün natural və digər göstəricilər pul ölçüsünə çevrilir və bu əsasda müəssisə təsərrüfat vəsaitinin qiyməti onların hə­qiqi maya dəyərinə əsas­la­naraq müəyyənləşdirilir. Mü­əssisə əmlakının və onun mənbəələ­ri­nin real qiymət­lən­dirilməsi mühasibat uçotunun bütün sisteminin nor­mal fəaliyyətində xüsusi əhəmiyyətə malikdir.
Müəssisə təsərrüfat fəaliyyətinə nəzarətin təmin olun­masında isə sərf olunmuş məsrəflər və onların yekun göstəriciləri müəyyənləşdirilməlidir. Bu hesabla sərf olun­­muş bütün məsrəflər üzrə maya dəyərinin hesab­lan­ması çox vacib göstəricidir. Məhsulun maya dəyəri isə kor­kulyasiya əməliyyatının aparılması ilə müəyyən edi­lir. Kalkulyasiya eyni zamanda hər bir məhsul növü üz­rə qiymətlərin müəyyən olunmasına şərait yaradır.
Beləliklə, mühasibat uçotu obyektlərini ümumi­ləş­di­rilmiş şəkildə ifadə et­mək üçün qiymət və kor­kul­ya­si­ya­dan istifadə edilir. Sərbəst bazar iqtisadiyyatı şərai­tin­də həmin göstəricilərin təsir dairəsi daha da genişlənir və daha geniş əhəmiyyət kəsb edir.
Hesablar sistemi və ikitərəfli yazılış. Mü­ha­si­bat uçotunun təsərrüfat əmə­liy­yatlarının informasiya sis­­temi əsas elementlərindən biri mühasibat hesab­ları he­sab olunur. Hesablar sistemi vasitəsilə mühasibat uço­tun­da əks olunmuş əməliyyatlar iqtisadi cəhətdən qrup­laş­dırılır. Mü­ha­sibat hesabları təsərrüfat əmə­liy­­yat­la­rı­nın ifadə olunduğu mə­lumat­ları ümu­miləşdirir və on­la­rın yekun­laş­masına şərait yaradır.
Bir sıra xarici ölkələrdə, o cümlədən İngiltərə-Ame­ri­ka uçot siste­min­də mühasiblər hesab planını özləri tər­tib tərtib edir və onlara şərti kodlar verirlər. Azərbaycan Respublikasında Mühasibat Uçotu Hesablar planı Mər­kə­zləşmiş qaydada Respublika Maliyyə Nazirliyi tə­rə­fin­dən tərtib olunmuş və hesabların adları və şifrələri mü­əy­yən olunmuşdur.
Mövcud olan qaydalara görə təsərrüfat əməliy­yat­la­rının mühasibat uço­tu hesablarında əks etdirilməsi iki­tərəfli yazılışın köməyi ilə həyata keçirilir.
Mühasibat balansı və hesabat. Mühasibat uçotu ün­sür­ləri içərisində mü­ha­si­bat balansı və hesabat mühüm yer tutur. Mühasibat balansında müəs­sisənin özünə­məx­sus və cəlb olunmuş vəsaitlərinin iqtisadi cəhətdən qrup­laş­dırılması, onların yerləşdirilməsi və pul şəklində ifa­də­si bir qayda olaraq hər ayın 1-i tarixində əks olunur.
Balansda bütün təsərrüfat vəsaitlərinin ümumi ye­ku­nu həmin vəsait­lə­rin əmələ gəlmə mənbələrinin ye­ku­nu­na bərabər olmalıdır. Beləliklə, müəsssə balansı müəs­sisənin təsərrüfat vəsaitinin və onların istifadə edil­mə­si üzərində nəzarətin həyata keçirilməsinə imkan verir.
Müəssisə və idarələrin mühasibat hesabatı müəyyən dövr üçün (ay, r
üb, il) istehsalat-təsərrüfat və maliyyə fəa­­liyyətini xarakterizə edən gös­tə­ricilər sistemidir.
« Mühasibat uçotu haqqında Azərbaycan Res­pub­li­ka­sının Qanunda» mühasibat hesabatı müəssisə maliyyə və əmlak vəziyyətinin vahid qəbul olun­muş göstəricilərin özündə əks etdirməklə mühasibat uçotu gös­tə­ri­ci­ləri əsa­sın­da vahid formada tərtib olunmaqla, maraqlı hüquqi və fiziki şəxs­lərin müəssisənin əmlak və maliyyə vəziy­yəti, mənfəət və zərəri haqqında müqayisə edilə bilən məlu­mat­larla təminatından ibarətdir. Müəssisə və təş­ki­lat­ların təsərrüfat-maliyyə fəaliyyətinin hərtərəfli təhlili ancaq balans və hesabata əsasən şərh olunur.
Mühasibat uçotunun bütün göstərilən metodoloji prinsip və qaydaları bir-birilə sıx surətdə əlaqədardır. Təc­rübədə həmin metodiki prinsiplər əlaqədar ardı­cıl­lı­q­la icra olunur. Göstərilən prinsiplərin icrası ilə mühasi­bat uçotunda fasiləsiz, ardıcıl və sənədlər əsasında təsər­rüfat-ma­liy­yə əməliyyatları pul, miqdar və əmək ölçü­lə­ri­nə uyğun olaraq ümu­mi­ləşdirilmiş formada əks olunur. Bütün bu əməliyyatların qarşılıqlı şə­kil­də mühasibat uço­tunda əks olunması ilə etibarlı, sistemləşdirilmiş ye­kun hesabat göstəricilərinin əldə olun­masına imkan ve­rir.
Bütün bunlar mühasibat uçotu sistemini yaradır və onun idarə olun­ma­sını təmin edir.



Yüklə 67,84 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin