96 Nizami Street, 4 th Floor Landmark Building



Yüklə 12,35 Kb.
tarix23.02.2017
ölçüsü12,35 Kb.
#9515


96 Nizami Street, 4th Floor

Landmark Building

Baku AZ1000, Azerbaijan

Tel + 994 12 496 58 00





AIB Azərbaycanda Quş Qripinin Qarşısının Alınması və Nəzarət Edilməsinə Yardım Edir


Bakı, Azərbaycan (27 yanvar 2006) – Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan Hökuməti bu gün quş qripi təhlükəsinə, habelə aşkara çıxarılma üçün avadanlıq və təchizatlar, testlərin keçirilməsi və dezinfeksiya əməliyyatlarına yönəldilən təxirəsalınmaz tədbirlərin görülməsinə yardım etmək məqsədilə 50 000 ABŞ dolları məbləğində qrantın verilməsi haqda razılaşmanı imzaladılar.

Qrant, qarşısıalınma və nəzarətetmə fəaliyyətlərinə cəlb edilmiş işçiləri qorumaq və onlara yardım etmək məqsədilə əlcəklər, qoruyucu geyimlər, respiratorlar və avadanlıqlar kimi zəruri qoruyucu vasitələrin alınmasının mümkün olmasını təmin edəcəkdir. Quş qripi ilə mübarizə aparmaq üçün Hökumətin fəaliyyət planına və strategiyasına birbaşa yardım kimi nəzərdə tutulan qrant yardımın birinci mərhələsidir, xüsusi fövqəladə hallar nəzərə alınaraq daha uzunmüddətli yardım zəruriyyəti kimi əlavə qrant yardımı göstəriləcəkdir.


“AİB-ə, quş qripinin yaratdığı riskin ciddiliyini nəzərə alaraq Azərbaycanda buna tez bir zamanda cavab vermək həvalə edilir” Metyu Vestfol, AİB-in Azərbaycan üzrə ölkə direktoru dedi. “Qlobal, regional və ölkə təşəbbüsləri ilə birgə işləyərək AİB bizim üzv ölkələrdə quş qripi pandemiyası ilə bağlı H5N1-ə rast gəlinməsi ehtimalının aşağı salınması məqsədi güdən hərtərəfli strategiya işləyib hazırlayır”.
Quş qripinə nəzarət edilməsi və pandemik insan qripinin qarşısının alınması məqsədilə qlobal strategiya, mənbədə infeksiyaya nəzarət edilməsi və quş qripinin yayıldığı yerlərin effektiv şəkildə nəzarətə alınması ilə fəaliyyətə başlamışdır. Quş qripi epidemiyası aşkara çıxarsa, o, kiçik miqyaslı quşçuluq fermerlərinə nəzərəçarpacaq iqtisadi ziyan vuracaq və bir çox kasıb və kasıblığa yaxın vəziyyətdə yaşayan ev təsərrüfatı ilə məşğul olan insanların yaşayış mənbələrinə təhlükə yaradacaq.
Müvafiq pandemik insan qripi insan sağlamlığına və region boyu yoxsulluğun azaldılmasına böyük şəkildə mənfi təsir göstərəcək. Kasıb, ev təsərrüfatı ilə məşğul olan insanların əksəriyyəti pandemik qrip nəticəsində həm iqtisadi, həm də sağlamlıq cəhətdən risk altında qalacaqlar. Səhiyyə sistemindən onların istifadə etmələri məhduddur və ehtimal olunur ki, səhiyyə xidmətlərindən istifadə etməkdə onlar ləngiyə bilərlər, bu da onları yoxsulluğun daha dərin qatlarına aparacaq faciəli xəstəliyə gətirib çıxara bilər. Bu, həm də bir çox ev təsərrüfatı ilə məşğul olan insanları səhiyyə xidmətini ödəmək üçün istehsal aktivlərini satmağa məcbur edə bilər.
Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baytarlıq Xidməti qrantı alan təşkilatlar olacaqlar.

AİB-nin Azərbaycanda həyata keçirdiyi layihə və proqramlar haqda məlumat almaq üçün http://www.adb.org/azrm saytına baxa bilərsiniz.



****

Manilada yerləşən AİB özünü yoxsul təbəqələrin vəziyyətini davamiyyətli iqtisadi artım, sosial inkişaf və yaxşı idarəçilik vasitəsilə yaxşılaşdırmaqla Asiya və Sakit Okean – bunlardan 46-sı regiondandır. 2004-cü ildə o, müvafiq olaraq ümumi məbləği 5.3 milyard və 196.6 milyon ABŞ dolları olan kredit və texniki yardımı təsdiq etmişdir.




Yüklə 12,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin