92 / июнь 2015 Главный редактор: Вусал Аскеров



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix25.03.2017
ölçüsü1,12 Mb.
#12638
1   ...   4   5   6   7   8   9   10   11   12

RSS

: ixtiyari RSS kanalını qoşmaq;



HTML

: HTML məzmun əlavə etmək;



YouTube

: YouTube kanalı qoşmaq;



Flickr

: Flickr-də olan fotoşəkillər arasında hashtag 

(məsələn, #açarsöz) axtarışının nəticəsini və 

ya hansısa istifadəçi hesabında nəşr olunana 

fotobloqu qoşmaq;

Bing

: Bing axtarış sistemini istifadə etməklə 

təyin etdiyimiz müəyyən açar sözlərlə axtarışın 

nəticələrini qoşmaq;



Facebook

: Facebook sosial şəbəkəsini inteqrasiya 

etmək və oradakı postları izləmək;

Instagram

: Instagram-da olan fotoşəkillər 

arasında hashtag (məsələn, #açarsöz) axtarışının 

nəticəsini və ya hansısa istifadəçi hesabında nəşr 

olunana fotobloqu qoşmaq;

Twitter

: Twitter sosial şəbəkəsini inteqrasiya 

etmək və oradakı tvitləri tətbiqinizin  

istifadəçiləri hesabları olmadan müəyyən  

hashtag (məsələn, #açarsöz) və ya xronologiya 

əsasında izləmək;



Menu

: tətbiqə menyu əlavə etmək;



Collection

: tətbiqin daxilində qalan və onunla 

birlikdə saxlanılan məlumat toplusunu hazırlamaq 

və hazırlayacağınız tətbiqə qoşmaq;



TouchDevelop

: skript, kod yazmaqla tətbiqinizi 

daha da geniş imkanlı edə bilərsiniz (Qeyd edək 

ki bu, artıq daha peşəkarca yanaşmadır).

Developing

Kompüter biliklərini qazanca 

çevirmək üçün ilk addım:

proqramlaşdırma dilindən istifadə 

etmədən mobil telefon və kompüter 

üçün tətbiq yaz, Microsoft şirkətinin 

mağazasında yerləşdir və pul qazan!

48

/

6



/

2015


İndi isə işə addım-addım tətbiq yazmağa 

başlayaq.



1-ci addım. Tətbiq üçün ideyanın 

müəyyənləşdirilməsi və adın seçilib 

qeydiyyatdan keçirilməsi.

Ümumiyyətlə hər bir tətbiqin arxasında 

müəyyən ideya dayanır. Hansısa bir 

məsələni yaradacağınız tətbiq vasitəsilə 

həll etməyi düşünürsünüz. İlk növbədə 

həmin məsələnin nədən ibarət olduğunu 

müəyyənləşdirin. Proqramlaşdırma 

dilindən istifadə etmədiyimiz üçün 

yuxarıdakı imkanlarla kifayətlənməli 

olacağımızı da unutmayın. Əlbəttə, 

proqramlaşdırma dilini (məsələn C#, 

Java, Object C və s.) bilməklə siz 

istənilən ideyanı çətinlik çəkmədən 

kompüterdə, mobil telefonda, televizorda, 

müxtəlif robotlarda, ya da Xbox-da 

və s.-də tətbiq edə bilərsiniz. Buna 

baxmayaraq məsləhət görürük ki, 

özünüzü belə şeylərlə qorxutmayasınız. 

Proqramlaşdırma əslində çox maraqlı, 

faydalı, asan, həm də gəlirli işdir. Əgər 

siz güclü məntiqi düşüncəyə və riyazi 

təfəkkürə maliksinizsə, proqramlaşdırma 

bacarığını rahatlıqla mənimsəyə 

bilərsiniz.

Nümunə olaraq bu dəfə sadə ideya 

əsasında düşünülən bir tətbiq 

yaradacağıq. Bu tətbiq müxtəlif 

Azərbaycandilli mənbələrdən xəbərləri 

RSS vasitəsi ilə toplaylıb özündə 

cəmləşdirəcək. Belə sadə nümunə 

ilə başlamağın daha məqsədəuyğun 

olduğunu düşünürük. Tətbiqi 

ideyaya uyğun olaraq «RSS Xəbərlər» 

adlandırmağı təklif edirik.

İdeyanı müəyyən etdikdən sonra 

tətbiqimizin adını mağazada 

qeydiyyatdan keçirib unikal App 

İD (Package identity name) əldə 

etməliyik. Bu, bizə növbəti mərhələlərdə 

lazım olacaq. Qeydiyyat prosesi 

Windows Dev Center  

(https://dev.windows.com) portalında 

həyata keçirilir. Qeydiyyat uğurla 

başa çatdıqdan sonra bizə aşağıdakı 

məlumatlar təqdim edilir:

2-ci addım. Boş tətbiqin yaradılması 

və ona adın verilməsi.

  

http://appstudio.windows.com/ portalına 



keçid alın və Microsoft hesabınızla 

portala daxil olun (Sign in).

Müəllif: Qaçay Mirzəyev -  

Strateji həllər üzrə mütəxəssis / 

Microsoft Azərbaycan,  

gachay@microsoft.com



Kompüter biliklərini qazanca 

çevirmək üçün ilk addım:

proqramlaşdırma dilindən istifadə 

etmədən mobil telefon və kompüter 

üçün tətbiq yaz, Microsoft şirkətinin 

mağazasında yerləşdir və pul qazan!

6

/



2015

/

49



Uğurlu giriş həyata keçirdikdə pəncərənin 

yuxarı sağ tərəfində Microsoft hesabınızı 

görəcəksiniz. İşə başlamaq üçün 

Start new project düyməsini basın 

və variantlar arasında Empty App 

seçin. Açılan nümayiş pəncərəsində 

olduqca sadə görünüşlü ilk tətbiqinizi 

nəzərdən keçirin və Greate düyməsini 

basın. Bu addımın sonunda tətbiqinizə 

ad verməlisiniz. Ad unikod şriftləri 

dəstəkləyir (RSS Xəbərlər adını 

məqsədəuyğun gördüyümüzdən indi 

onu seçirik). Windows App Studio-

da hər addımdan sonra mütləq Save 

düyməsini basmaq lazımdır. Əks təqdirdə 

davam etmək mümkün olmayacaq (və ya 

dəyişikliklər itirilə bilər).

Qeyd etmək istərdik ki, Windows App 

Studio vasitəsi ilə hazırlayacağınız 

tətbiq yeni nəsil UniversalApp, yəni 

müxtəlif qurğular və platformalar 

(Windows telefon və kompüter) üzərində 

işləyə bilən universal tətbiqlər sinfinə 

aiddir. Bu, mükəmməl imkandır! 

Artıq fərqli kodlar yazmağa, eyni işləri 

təkrarlayıb icra etməyə ehtiyac qalmır. 

Ümumiyyətlə Microsoft şirkəti .Net 

paketini iOS və Linux platformalarında 

əlçatan edib. Eyni zamanda Windows 

10 əməliyyat sistemində iOS və Android 

üçün yazılmış tətbiqləri də rahat 

işlətmək mümkün olacaq.



3-cü addım. Tətbiqə məzmunun və 

funksionallığın əlavə edilməsi.

İdeyanızı reallaşdırmaq üçün tətbiqə 

yuxarıda qeyd etdiyimiz elementlərin 

köməkliyi ilə məlumat mənbələrini (Data 



source) əlavə edib sazlamaq lazımdır.

Adətən ilk növbədə HTML elementindən 

istifadə edərək «Tətbiq haqqında» 

bölməsi yaratmaq məqsədəuyğun 

hesab olunur. Tətbiqi ilk dəfə işə 

salan istifadəçi bu məlumatı oxumaqla 

proqramla tanış olub ondan necə 

faydalana biləcəyini öyrənir. Bunun 

üçün HTML elementinin üzərində klik 

etmək və açılan pəncərədə tətbiqiniz 

haqqında məlumat daxil etmək lazımdır. 

İşi bitirdikdən sonra Confirm düyməsini 

basıb bu əməliyyatı təsdiqləyin.  

Artıq tətbiqinizdə ilk element əlavə 

edilmişdir.

Nəticəni dərhal ekranın sol tərəfində 

olan Preview (Nümunə) qismindən 

görmək olacaq.

Sonradan fikrinizi dəyişməli olsanız, 

əlavə etdiyiniz HTML elementin aşağı 

hissəsindəki Edit düyməsini basmaqla 

daxil etdiyiniz məlumatları dəyişə 

bilərsiniz. Bütün dəyişikliklər edildikdən 

sonra Save düyməsini basıb son 

vəziyyəti saxlamaq lazımdır.

İndi isə RSS elementi vasitəsi ilə 

məzmunu aktivləşdirəcəyik. Bunun üçün 

RSS üzərində klik etmək kifayətdir. Açılan 

pəncərədə bizi maraqlandıran xəbərin 

səhifəsinin RSS keçidini tətbiqimizə əlavə 

edirik və Confirm (təsdiq et) düyməsini 

basırıq. Bundan sonra etdiyimiz dəyişiklik 

dərhal qüvvəyə minir. Artıq tətbiqimizin 

ekranında müvafiq RSS-dən daxil olan 

xəbərləri görmək mümkündür. Save 

düyməsini basmaqla son dəyişiklikləri 

yadda saxlayırıq.

Artıq tətbiqimizin iki pəncərəsi hazırdır.

Daha sonra biz RSS vasitəsilə gələn 

xəbər başlıqlarının üzərinə toxunub 

növbəti pəncərənin hansı formada 

açılmasını və xəbərin necə əks 

olunacağını təyin etməliyik. Bunun 

üçün əlavə etdiyimiz RSS elementinin 

altında Edit düyməsinə basırıq və təklif 

olunan seçimlərin arasından bizə uyğun 

görünüşü ayırıb Save edirik.

Əlavə görünüşün sazlanma pəncərəsində 



Data (məlumatlar) bölməsinə keçib daxil 

etdiyimiz RSS keçidi ilə gələn məlumatların 

5 nümunəsinə baxa və sahələrin adları 

ilə tanış ola bilərik. Bindings (bağlantı) 

hissəsində lazım bildiyimiz sahəni qeyd 

edilən bölmələrlə əlaqələndirmək, ya da 

ləğv etmək mümkündür. Məsələn, əgər 

şəkil görünmürsə, onu göstərmək üçün 



Image bölməsinin altındakı sətrin sağ 

tərəfində yerləşən menyu işarəsinə klik 

edib açılan menyudan ImageUrl seçin. 

Amma bundan sonra da şəkil görünməyə 

bilər, çünki RSS keçidində bəzən şəkil 

ümumiyyətlə olmur.

Tətbiqin içindəki məlumatları digər 

istifadəçilərlə paylaşmaq imkanını 

aktivləşdirmək üçün ShareText 

elementini aktivləşdirmək olar.

Dəyişikliyi yadda saxlamadan əvvəl 

Windows Preview funksiyasından 

faydalanıb tətbiqimizin planşetdə və 

Developing

50

/

6



/

2015


ya kompüterdə necə görünəcəyini 

yoxlamaq olar:

Bundan sonra Close düyməsini basıb 

geri qayıdın və Save düyməsi vasitəsilə 

son dəyişiklikləri yadda saxlayın. Hər 

hansı yeni məzmun elementini əlavə 

etmək üçün isə Edit Section bölməsinin 

sol tərəfindəki ox işarəsinin üzərində klik 

etmək lazım gələcək.

Eyni qaydada hərəkət edib Windows App 



Studio-da eyni tətbiqdə ən çox 6 element 

yerləşdirə bilərsiniz. Bu, kifayət qədərdir. 

Gələcəkdə professional proqramçı 

mütəxəssis bacarıqlarına yiyələndikdən 

sonra Visual StudioWindows Phone 

Development Kit və bunun kimi digər 

alətlərdən istifadə edib istədiyiniz qədər 

element əlavə edə bilərsiniz.

Tətbiqimizə dinamika gətirmək, onu 

rəngarəng və maraqlı etmək üçün daha 

bir element - Bing elementini əlavə 

edək. Bu element müəyyən etdiyimiz 

açar sözlərə görə Bing axtarış sistemində 

nəticələri tapıb bizim tətbiqdə nümayiş 

etdirir. Sadə olsun deyə, biz dəyişikliklərin 

aşağıdakı kimi aparılmasını tövsiyə edirik:

Confirm düyməsini 

basdıqdan dərhal 

sonra tətbiqin 

pəncərəsində 

axtarışın nəticələrini 

görmək olar. Açar 

sözləri elə seçmək 

lazımdır ki, məhz 

arzu etdiyiniz 

nəticələri əldə 

edəsiniz. Bing 

yazdığınız açar 

sözlər əsasında  

ən yaxşı nəticələri 

seçib təqdim edəcək. Save düyməsini 

basıb son dəyişiklikləri yadda  

saxlayırıq.

Artıq tətbiqimiz, demək olar ki, məzmun 

baxımından hazırdır. İndi qaldı tərtibat 

işləri.


4-cü addım. Tətbiqin tərtibatı.

Tərtibat işlərinə başladıqda ilk növbədə 

tətbiqimiz üçün loqotip seçmək lazımdır. 

Bunu iş sahəsinin sol üst güşəsindəki 



App title yazısının sol tərəfinə klik 

etməklə həyata keçirə bilərik. Loqotipi 

hər hansı ölçülü şəkildən asanlıqla 

düzəltmək olar.

Loqotipi hazırlayıb onu Save edirik. 

Artıq loqotipimiz hazırdır, onu ekranda 

görə bilirik.

Digər tərtibat işləri Themes və Tiles 

qismindən həyata keçirilir. Burada 

tətbiqinizin bütün elementlərinin 

rənglərini dəyişmək, arxa fona şəkil 

yerləşdirmək, eləcə də digər tərtibat 

işlərini həyata keçirmək olar. Tiles 

qismindəki Splash bölməsindən istifadə 

etməklə tətbiq işə salındıqda arxa fonda 

ilk göstəriləcək şəkli seçib yerləşdirmək 

mümkündür. Tərtibat işlərini bitirdikdən 

sonra yenə də Save düyməsini basıb 

etdiyimiz son dəyişiklikləri yadda 

saxlayırıq.



5-ci addım. Tətbiqin Windows 

Store və Windows Phone Store 

mağazalarında yerləşdirilməyə 

hazırlanması.

Tətbiqi hazırladığınız zaman siz 

əvvəlcədən Windows Dev Center-də 

(https://dev.windows.com) qeydiyyatdan 

keçməli və Dev Account yaratmalısınız. 

İndi isə tətbiqiniz hazırdır və siz öz 

məhsulunuzun tərtibatını, verdiyi 

imkanları və s. yoxladıqdan sonra onu 

kütləvi istifadəyə çıxarda bilərsiniz.

Tətbiqi kütləvi istifadəyə vermədən  

əvvəl onun adını mağazadan keçirib 

Package identity name əldə 

etdik. Bu ad bizə tətbiqi mağaza 

ilə əlaqələndirdikdə lazım olacaq. 

Məlumatları aşağıdakı xanalara 

daxil edirik. Bundan sonra əgər biz 

gələcəkdə tətbiqimizdə yeniləmə, ya da 

dəyişikliklər etsək, həmin dəyişiklikləri 

mağazada da əks etdirə biləcəyik. 

Tətbiqimizdən istifadə edənlər isə yeni 

versiya haqqında avtomatik olaraq 

məlumat alacaqlar və arzu etsələr tətbiqi 

yeniləyə biləcəklər. Müvafiq sahələrə 

düzgün məlumatları əlavə etdikdən 

sonra Confirm düyməsini basıb aparılan 

dəyişikləri təsdiqləyirik.

Qeyd edək ki, Azərbaycanlı proqramçı 

mütəxəssislər pulsuz tətbiqlərlə yanaşı 

2014-cü ilin iyun ayından etibarən 

ödənişli tətbiqləri də Microsoft 

mağazalarında yerləşdirmək hüququna 

malikdirlər.

Bütün bu əlaqələndirmə işlərini bitirdikdən 

sonra növbəti addıma keçə bilərik. İndi 

də tətbiqi xüsusi formada qablaşdırmaq, 

sertifikatlaşdırmaq və mağazaya 

yükləmək lazımdır. Tətbiqimizin ödənişli 

və ya pulsuz olacağını, hansı ölkələrin 

mağazalarında təqdim olunacağını 

onu müvafiq mağazaya yüklədikdə 

müəyyənləşdirəcəyik.

Developing

6

/



2015

/

51



Developing

Beləliklə, App Studio-da tətbiqin 

üzərində işləri yekunlaşdırmaq üçün 

Finish düyməsini basırıq. Bundan sonra 

tətbiqimiz qablaşdırılmağa hazırdır. 



Generate vasitəsilə Universal app tipli 

tətbiqimizin versiyasını, bu versiyada 

olan dəyişiklikləri və s. qeyd edirik. Sonra 

isə tətbiqi hər iki mağazada (Windows 

və Windows Phone) quraşdırmaq üçün 

xüsusi paketləri, eləcə də tətbiqimizin 



Source Code-nu əldə edirik.

Bu prosesə ümumilikdə 3-5 dəqiqə vaxt 

gedə bilər. Artıq tətbiqimizin paketi 

hazırdır. Biz onu dərhal kompüterimizə 

endirib yoxlaya bilərik. Yeri gəlmişkən, 

əgər sizin proqramlaşdırma bacarığınızın 

varsa Source Code əldə edib (kod 

şəklində yazılmış halda) üzərində 

müvafiq təkmilləşmələr apara bilərsınız. 

Bu, əla imkandır!

QR kodundan istifadə edib tətbiqi 

Windows Phone 8.1 əməliyyat sistemilə 

işləyən telefonda da yoxlamaq olar. 

Bu yoxlama əməliyyatına başlamadan 

əvvəl həm mobil telefonunuza, həm 

də kompüterinizə xüsusi sertifikatlar 

yükləməlisiniz. Proses çox asandır: 

həmin sertifikatların yükləmə faylı 

və təlimatlar mövcuddur. Fayl arxiv 

şəklindədir. Onu açdıqdan sonra 

içindəki *.ps1 (PowerShell) skriptinin 

üzərində sağ düymə ilə klik edirik, 

açılan menyudan Run with PowerShell 

seçib ekranda çıxan mesajları diqqətlə 

oxuyuruq və onları cavablandırırıq.

Sertifikat uğurla quraşdırıldıqdan 

sonra tətbiqi öz kompüterimizə 

yerləşdirə bilərik. Bunun üçün daha 

əvvəl endirdiyimiz StoreApp paketinin 

içindəki *.ps1 (PowerShell) skriptini 

tapıb işə salmalıyıq.

Bu halda bizə Developer License lazım 

olacaq ki, sizin Developer hesabınız 

olduğu təqdirdə Microsoft şirkəti onu da 

avtomatik olaraq təqdim edəcək.

Bu addımları uğurla başa çatdırdıb 

tətbiqi mağazaya yükləmədən əvvəl 

onu öz kompüterinizdə sınaqdan 

keçirməyinizi məsləhət görürük.

Təbrik edirik! Siz bir sətr belə kod yazma-

dan Universal app tipli tətbiq yaratdınız!

İndi isə onu telefonda da sınaqdan 

keçirdikdən sonra mağazaya yükləyə 

bilərsiniz. Bunu müvafiq QR kod vasitəsi 

ilə etmək mümkündür.



6-cı addım. Tətbiqimizin  

Windows Store və Windows  

Phone Store mağazalarında 

yerləşdirməsi.

Mağazaya yerləşdirmə olduqca 

asandır. Artıq bizdə tətbiqi mağazaya 

yerləşdirmək üçün 2 xüsusi 

qablaşdırılmış fayl var. Bunlardan biri 

Windows Phone Store üçün, digəri isə 

Windows Store üçündür. Windows 

10 çıxdıqdan sonra isə böyük ehtimalla 

vahid bir mağaza yaranacaq.

Endirilən fayllara nəzər salaq:

Bu arxiv fayllar vasitəsilə məhsulumuzu 

mağazaya yerləşdirə bilərik. Nümunə 

kimi biz yalnız Windows Phone Store 

üçün yükləməni həyata keçirəcəyik 

(Windows Store üçün yükləmə analoji 

qaydada aparılır). Mağazalara yükləmə 

əməliyyatı Windows Dev Center-

də həyata keçirilir. Ora daxil olub 

Dashboard bölməsində aşağıdakı ekranı 

görəcəksiniz:



52

/

6



/

2015


Developing

Windows Phone Store düyməsini  

basıb yükləmə əməliyyatına başlayın. 

Proses Submit App düyməsindən 

başlayır:

Daha sonra sizə verilən sualları bir-bir 

cavablandırın. Qiyməti təyin edin. 

Satışlarınızın əhatə etdiyi ölkələri seçin. 

Bundan sonra tətbiqiniz Mağazada 

satışa çıxacaq. Yerləşdirmədən əvvəl 

və yerləşdirmə zamanı bir neçə 

məsələdə diqqətli olmaq lazımdır. 

Məsələn, tətbiqin adı unikal olmalıdır, 

yəni, mağazada eyni adlı başqa tətbiq 

olmasın. Əks təqdirdə tətbiqinizi 

yerləşdirə bilməyəcəksiniz. Bunu da 

nəzərə alın ki, tətbiqin kateqoriyasını 

və axtarış üçün açar sözləri düzgün 

seçmədikdə istifadəçilər sizin tətbiqi 

tapmaqda çətinlik çəkəcəklər.

Publish ediləcək paketin içərisində 

adətən aşağıdakı fayllar olur:



*.appxupload mağazaya yüklənən 

fayldır. Bununla yanaşı bizə tətbiqimiz 

haqqında qısa məlumat və ekran 

görüntüləri lazım olacaq ki, onu da 

mağazaya əlavə edək. Bu məlumatlar 

tətbiqimizi ilk dəfə görən istifadəçilər 

üçün nəzərdə tutulur.

Birinci mərhələni uğurla bitirdikdən 

sonra ikinci mərhələdə tətbiqimizi 

mağazaya təqdim edirik.

Tətbiqimizi ödənişli etmək və bundan 

pul qazanmaq üçün daha bir addıma 

ehtiyac var. Bu da vergi və bank 

hesablarının qeyd olunmasından 

ibarətdir. Əgər mənfəət əldə edirsinizsə, 

deməli təbii ki, vergi ödəməlisiniz. Bu 

məlumatları daxil etmədən tətbiqinizi 

ödənişli edə bilməyəcəksiniz. Bunu 

aşağıdakı keçid vasitsilə edə bilərsiniz:

Sizin tətbiqinizi satın alan istifadəçilərin 

ödənişləri göstərdiyiniz bank hesabına 

köçürüləcək.

Bank məlumatlarını daxil edərkən 

xidmətlərindən istifadə etdiyiniz 

bankla əlaqə saxlamağı və verdiyiniz 

məlumatların tam olduğunu 

dəqiqləşdirməyi tövsiyə edirik. Vergi 

üçün xüsusi forma var. Bu forma sizin 

ABŞ vətəndaşı olmadığınızı, vergi 

ödəməyəcəyiniz təqdirdə məsuliyyət 

daşıyacağınızı və cərimələrlə üzləşə 

biləcəyinizi bildirən sadə formadır. Onu 

diqqətlə oxuyub və doldurub Submit 

düyməsini basmaq lazımdır. Vergi 

formasının təsdiqlənməsi bir 

neçə dəqiqə çəkə bilər.

Bu mərhələni də uğurla keçdikdən 

sonra Account summary bölməsində 

bank hesabınızı, bankınızın adını, vergi 

qeydiyyatınızın detallarını görmək 

olacaq. Tətbiqinizin qiymətini yalnız 

bu mərhələni keçdikdən sonra təyin 

edə bilərsiniz. Bütün məlumatları 

düzgün daxil etsəniz bu mərhələ cəmi 

5 dəqiqə vaxt aparacaq. Mərhələ 

tamamlandıqdan sonra daxil etdiyiniz 

bütün məlumatlar qarşınıza çıxan 

pəncərədə öz əksini tapmalıdır.

Tətbiqimiz üçün münasib gördüyümüz 

qiyməti sərbəst şəkildə özümüz 

müəyyən edirik. Tövsiyə edirik ki, 

qiyməti minimal səviyyədə təyin edib 

daha çox istifadəçi toplamaq modeli 

üzərində düşünəsiniz. Ancaq yenə də 

qiymət məsələsi sizin öz qərarınıza 

bağlıdır və bu qərarı qəbul etməkdə 

sərbəstsiniz.

Test tətbiqimiz üçün 0.99 USD qiymətini 

seçərək onu mağazada ödənişli tətbiq 

kimi yerləşdirəcəyik. Bu mərhələdə 

qarşımıza bir çox əlavə imkanlar 

çıxır. Məsələn, tətbiqimizi kütləvi 

satışa çıxarmadan əvvəl onu beta test 

rejimində məhdud sayda istifadəçiyə 

e-mail yolu ilə göndərə bilərik. Amma 

nümunə kimi yaratdığımız tətbiqi 

minimal sayda addımlarla həyata 

keçirmək niyyətimizi nəzərə alaraq 

əlavə imkanları burada 

diqqətə almırıq.

6

/

2015



/

53

Developing

Arzu etdiyiniz halda 242 ölkədən 

istədiyinizi, ya da hamısını seçib hər 

birində tətbiqiniz üçün xüsusi qiymət 

də təyin edə bilərsiniz. Misal kimi biz 

tətbiqin qiymətini Azərbaycandakı 

istifadəçilər üçün 0 USD (yəni pulsuz)

digər ölkələr üçün isə ödənişli təyin 

edəcəyik (Qeyd: tətbiqinizin əsas bazarı 

üçün daha münasib qiymətləri təklif 

etmək məqsədəuyğundur).

Son addım bütün daxil etdiyimiz məlu-

matları nəzərdən keçirib tətbiqi kütləvi 

istifadəyə təqdim etməkdən ibarətdir:

Məlumatlar düzgündürsə, Submit 

düyməsini, redaktə etməyə ehtiyac varsa 



Go Back and edit düyməsini basırıq:

Sizi təbrik edirik!

 Bir sətr də olsun kod 

yazmadan hazırladığımız tətbiqi Windows 



Phone marketə ödənişli şəkildə daxil 

etmək üçün uğurla təqdim etdik. Bunu 

təsdiqləyən mesajı aşağıda görürsünüz:

Bu addımdan sonra tətbiqimiz 

sertifikatlaşdırma üçün 

avtomatlaşdırılmış sistemə daxil olur. 

Bu mərhələdə tətbiqimizdə zərərli 

kod olmadığı, onun məzmunu və s. 

yoxlanılır. Yoxlama uğurla başa çatdıqda 

biz bu barədə e-mail alacağıq. Bundan 

sonra tətbiqi Windows Phone store-da 

yerləşdirə bilərik. Bunu Dev Center 

portalında Submit to Store düyməsini 

basmaqla həyata keçiririk.

Artıq bütün mərhələlərdən uğurla keçib 

tətbiqimizi Windows Phone Store-

da yerləşdirdik. İndi istənilən ölkədən 

istifadəçilər tətbiqimizi satın ala bilərlər. 

Bu isə məhsulumuzu qlobal bazara bu 

qədər asan və sadə bir şəkildə çıxarmaq 

deməkdir!

Bu, proqramçı karyeranızın 

başlanğıcı ola bilər. Sonra isə daha 

maraqlı, daha faydalı və daha geniş 

imkanlara malik tətbiqlər yaratmaq 

üçün proqramlaşdırma sənətinə 

yiyələnməlisiniz.

İndi siz maraqlı 

ideyalar əsasında 

müxtəlif tətbiqlər 

hazırlamaqla 

əlavə qazanc əldə 

etməyə daha çox 

yaxın oldunuz. Elə 

isə, xeyirli olsun!

Məqalə ilə əlaqədar 

rəy və təkliflərinizi 

müəlliflə paylaşsa-

nız məmnun olarıq.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin