90 Tarix və onun problemləri, №2 2013



Yüklə 78.53 Kb.
Pdf просмотр
tarix01.06.2017
ölçüsü78.53 Kb.

272                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

 



ARIF MƏMMƏDOV 

Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı, 

professor, tarix elmləri doktoru 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

SUMQAYITDA NOVRUZ ƏNƏNƏLƏRI 

(Etnoqrafik materiallar əsasında) 

 

Açar sözlər: Novruz, bayram, tonqal, çərşənbə , üzərlik 



Ключевые слова: Новруз, праздник, костер, вторник, рута 

Keywords: Novruz, holiday, bonfire, Tuesday, bot.rue 

 

Hələ  XX  əsrin  II  yarısında  Sumqayıt  ərazisində  aparılan  arxeoloji  qazıntılar  zamanı 



burada  e.ə  III-II  minilliklərə  aid  böyük  bir  nekropolun  tapılması,tarixi  etibarilə  Dərbənd  və 

Şamaxı məcidlərindən sonra 3-cü hesab edilən, VIII əsrə aid Corat məscidinin varlığı Azərbay-

canın bu bölgəsinin də qədim sivilizasiya mərkəzlərindən biri olduğunu söyləməyə əsas verir. 

Təqdim olunan məqalə Azərbaycan xalqının qədim bayramlarından biri olan Novruzun Sumqa-

yıtda keçirilməsindən bəhs edir. Arxeoloji və etnoqrafik tədqiqatlar zamanı əldə olunmuş elmi 

nəticələr bir daha milli bayramımız olan Novruzun qədimliyini göstərir. Yazılı mənbələrdə veril-

miş məlumatlar da məqalədə analiz olunmuş və yeni elmi nəticələrə gəlinmişdir.  

 

Azərbaycan ərazisində aparılan arxeoloji və etnoqrafik tədqiqatlar, eləcə də dövrümüzə 



gəlib  çatan  yazılı  mənbələr  bu  qədim  diyarda  müxtəlif  bayramların  keçirildiyi,  lakin  onların 

hamısının  dövrümüzə  qədər  gəlib  çatmadığı  haqqında  fikir  söyləməyə  əsas  verir.  Müxtəlif 

tarixi şəraitlərdə ayrı-ayrı hökmdarların şərəfinə keçirilmiş bayramlardan fərqli olaraq, “Nov-

ruz bayramı” hətta işğallar dövründə belə heç bir hökmdarın diqqətindən kənarda qalmamış, 

əsl xalq bayramı kimi yüksək səviyyədə qeyd edilmişdir. Bu da ilk növbədə Novruz bayramı-

nın daha qədim köklərə bağlı olması ilə əlaqələndirilməlidir.  

Hələ lap qədim zamanlardan yazın gəlişi Azərbaycanın əkinçi-maldar tayfaları tərəfin-

dən, şadlıq, sevinc mənbəyi olaraq bayram kimi qeyd edilmişdir. Bu həmdə qışla yazın müba-

rizəsində yazın (xeyirin) qış (şər)- işığın zülmət üzərində qələbəsi kimi başa düşülürdü. 

İlk insanlar hələ daş dövründə yazın gəlişi ilə əlaqədar məhsul bolluğunu bayram kimi 

qeyd edirdilər. Bu haqda ən dolğun məlumatlar mezolit (orta daş) dövrünə aid Qobustan qaya-

üstü təsvirlərindən məlumdur və 13-14 min il bundan əvvəlki dövrə aid edilir. Qayaüstü “Yal-

lı” rəqslərində məhz yazın gəlişi ərəfəsindəki bayram şənliklərindən bəhs edilir. Sonrakı dövr-

lərdə  isə  Novruz  bayramının  keçirilməsi  ənənəvi  hal  alır.  Gecə  ilə  gündüzün  bərabərləşməsi 

(martın 20-dən 21-nə keçən gecə) və yeni günün gəlişi insanlar tərəfindən sevinclə qarşılanır. 

 

Novruz gəldi, yaz gəldi, 

Bir əlində saz gəldi. 

Bir əlində xonçası, 

Açıb gülün qönçəsi 

 

Söyləyərək şadyanalıq edirlər. Ümumilikdə, yazın gəlişi dərd bəladan qurtuluşa, ərzaq 



bolluğuna ümid yaradır. El arasında da təsadüfi deyilmir: “Mart çıxdı, dərd çıxdı”. 

Ümummilli lider Heydər Əliyev – 

90                                                

273

 

Tarix və onun problemləri, № 2 2013 

 

Sumqayıt və onun ətraf qəsəbələrində Novruz bayramının gəlişinə ilk hazırlıq işləri ki-



çik çillənin çıxması ilə başlanr, həm təsərrüfat işlərinə,əkin-biçinə hazırlıq görüb, həm də ev-

eşik təmizlənib səhmana salınır, hər şey təzələnirdi. Bununla da, bütün dərd-bəla evdən uzaq-

laşdırılmış olurdu. Sumqayıt və onun ətraf qəsəbələrində Novruz bayramının gəlişi ilə əlaqə-

dar bir sıra oyun və əyləncə xarakterli ayin və mərasimlər də icra olunur. Məsələn axır çərşən-

bədə hər bir həyətdə qalanan tonqalla yanaşı, hamının görə biləcəyi hündür bir yerdə məhəllə, 

kənd tonqalı da qalanır. Əsas şənliklər də ümumi tonqalın ətrafında keçirilir. 

Hamı tonqal üstündən hoppanır. Ötən ilin ağrı-acılarını tonqala atır. Gənc cavan qızlar 

gün çıxmamış axar suyun üstündən hoppanaraq oxuyarlar: 

 

“Atıl-matıl çərşənbə

Ayna təkin bəxtim açıl çərşənbə”. 

 

Novruz şənliklərinin keçirilməsi ilə bağlı məlumatlar XII əsr dahi Azərbaycan şair və 



filosofu Nizami Gəncəvinin əsərlərində də vardır:  

 

 



 

 

 

Novruz ilə sədə bayramlarında, 

 

 

 

 

Ayinlər yenidən olurdu bərpa. 

 

 

 

 

Ər üzü görməmiş gəlinlər-qızlar, 

 

 

 

 

Evindən sevinclə dışarı çıxar. 

 

 

 

 

Əllər al hənalı, üzlər bəzəkli, 

 

 

 

 

Hər yandan gəlirdi coşğun ürəkli. 

 

 

 

 

Hər bir qıvrım saçlı, gəlişi gözəl, 

 

 

 

 

Ayaq yerə döyər, şappıldadar əl. 

 

 

 

 

Əlində sərv kimi güldən bir dəstə, 

 

 

 

 

Sərv də bənzəyərdi çiçəkpərəstə. 

 

 

 

 

Hər il qızlar bu gün axır hər yandan, 

 

 

 

 

Verərlər bu geniş işrətə meydan (2). 

 

S.Vurğun isə Sumqayıt və ətraf qəsəbələri də daxil olmaqla bütün Azərbaycanda axır 



çərşənbənin keçirilməsini bu cür təsvir edir: 

 

 



 

 

 

“Axır çərşənbədir il tamam olur, 

 

 

 

 

Uşaqlar hoppanır od-alov üstdən, 

 

 

 

 

Od da yandırmayır heç kəsi qəsdən

 

 

 

 

Elə bil odun da ürəyi vardır. 

 

 

 

 

Baxın hər qapıda bir tonqal yanır, 

 

 

 

 

Göyə şölə düşür, yer işıqlanır, 

 

 

 

 

Od da mehribandır bu gun insana. 

 

 

 

 

Elə bil onunda qəlbində yanan 

 

 

 

 

Müqəddəs arzular, xoş əməllər var. 

 

 

 

 

Bu gün nə şaxsey var, nə də ki vaxsey 

 

 

 

 

Nə zəncir vuran var, nə də baş yaran. 

 

 

 

 

Ötür hər ürəkdə sevdalı bir ney. 

 

 

 

 

Baharın eşqiylə xoşbəxtdir insan. (1) 

 


274                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

Axır  çərşənbə  günündə  ailəni  dərd  bəladan  uzaqlaşdırmaq,  pis  gözü  yandırmaq 



məqsədilə tonqal şənliklərində adətən oda üzərlik atırdılar.  

Üzərliyə  inamla  bağlı  dahi  Azərbaycan  şairi  Nizami  Gəncəvinin  “Sirlər  Xəzinəsi” 

poemasında (İqbalnamədə) da məlumat verilir. 

 

 



 

 

 

Üzərlik yandırırlar göz dəyən üçün, 

 

 

 

 

Od yaxıb-yandırır dərdi büsbütün. 

 

 

 

 

Əfsunçu bu sirri belə şərh edir, 

 

 

 

 

Üzərlik alovla göyə qalxanda

 

 

 

 

Onun tüstüsü fələyə çatanda, 

 

 

 

 

Fələk özü yoldan qaytarır bəlanı. 

Üzərliklə bağlı xalq arasında söylənilən bayatılar da vardır. 

 

 

 

 

Üzərliksən havasan, 

 

 

 

 

Cəmi dərdə davasan, 

 

 

 

 

Hər yerdə sən yanarsan, 

 

 

 

 

Qada bala apararsan. 

Yaxud; 

 

 

 

 

Üzərliksən havasan, 

 

 

 

 

Min bir dərdə davasan, 

 

 

 

 

Səni oda salaram, 

 

 

 

 

Qada bala sovasan. 

 

Ümumiyyətlə,  Novruz  bayramına  qədər  dörd  çərşənbə  qeyd  edilir.  Əzəl  çərşənbə, 



yaxud  yalançı  çərşənbə  adı  ilə  tanınan  “Su  çərşənbəsi”,  ikincisi  oda  inam  və  mifoloji 

təsəvvürlərlə  bağlı  keçirilən  “Od  çərşənbəsi”,  üçüncüsü  ağacların  tozlanması  ilə  əlaqədar 



“Yel  çərşənbəsi”,  sonuncusu  isə  torpağın  oyanışı  ilə  bağlı  qeyd  olunan  “İlaxır  çərşənbə”, 

yaxud “Torpaq çərşənbəsi”dir.  

Sumqayıt və ətraf qəsəbələrində Novruz bayramında icra edilən adətlər içərisində “bəxt 

açma  falı  ”,”qulaq  falı”,”kuzə  falı”,”qıfıl  və  düyünaçma”  və  s.kimi  ayinlər  də  vardır.  Bu 

ayinlərin hər birinin  yozumu ilk rast  gəlinən adamın edəcəyi  hərəkət və  ya  deyəcəyi cavabla 

müəyyənləşdirilirdi. 

Novruz şənliklərində ”kasa çalma”, ”baca-baca”, ”şal sallamaq” adətləri də icra olunur. 

Sumqayıt  və  ətraf  qəsəbələrində  də  icra  olunan  bu  ayinlər  S.Vurğunun  şeirlərində  aşağıdakı 

kimi xatırlanır: 

Gələndə hər bahar novruz bayramı, 

Hərənin başında bir keçə papaq, 

Düşüb qapılara gəzərdi hamı, 

Hər çıxan tüstüdən bir pay umaraq (1). 

 

Azərbaycanda  “Şal  sallama”  adəti  Məhəmməd  Hüseyn  Şəhriyarın  “Heydərbabaya 



salam” adlı əsərində bu cür qələmə alınır: 

 

Bayram idi,gecə quşu oxurdu, 



Adaxlı qız bəy corabı toxurdu, 

Hər kəs şalın bir bacadan soxurdu

Ay nə gözəl qaydadı şal sallamaq, 

Ümummilli lider Heydər Əliyev – 

90                                                

275

 

Tarix və onun problemləri, № 2 2013 

 

Bəy şalına bayramlığın bağlamaq (3. 41). 

 

Evə və ya həyətə atılan şala, bayram şirniyyatı, boyanmış yumurta, araqçın corab, əlcək 



və s. qoyulurdu. Adətən hər kəs ünsiyyəti olan qapılara şal atmaq istəyirdi. Bu cür hadisələri 

qələmə alan Şəhriyar yazırdı: 



Şal istədim, mən də evdə ağladım, 

Bir şal alıb tez belimə bağladım. 

Qulamgilə qaçıb şalı salladım, 

Fatma xala mənə corab bağladı. 

Xan nənəmi yada salıb ağladı (3. 41). 

 

Azərbaycanda  Novruz  şənliklərinin  keçirilməsi  haqqında  fransız  səyyahı  Şardenin 



qeydlərində də məlumatlar vardır. Hamının Novruzda təzə paltar geydiyini görən Avropa səy-

yahları “Novruz bayramını” həm də “Təzə paltar” bayramı adlandırırdılar.  

Novruz adət - ənənələri ilə bağlı keçirilən mərasimlər xalq şairi İsmayıl Şıxlının “Dəli 

Kür” romanında, S.Vurğunun “Komsomol” poemasında geniş təsvir edilir.  

Novruz  bayramında  qız  gəlinlərin  “Xınayaxdı”  adəti  haqqında  “Qurbani”  dastanında 

məlumat var: 



Bayram olur xına yaxır dəstinə, 

Gül göndərir həmdəminə,dostuna. 

Bu adəti S.Vurğun belə ifadə edir: 

Bəzənib-düzənib gəlinlər,qızlar, 

Xına da qoyurlar öz əllərinə (1). 

 

M.Şəhriyarda isə Novruz bayramındakı “Xınayaxdı” adəti haqqında belə deyilir: 



 

Bayram olub qızıl palçıq əzərlər, 

Naxış vurub otaqları bəzərlər, 

Taxçalarda düzmələri düzərlər, 

Qız-gəlinin fındıqçası, hənası 

Həvəslənər anası, qaynanası (3. 42). 

 

Novruz bayramı günlərində nişanlı qızlara bəzəkli bayram xonçaları aparılırdı. 



Novruz bayramı ərəfəsində Sumqayıtda bazar və dükanlar ağardılır,güllərlə bəzədilirdi.  

Novruz  bayramının  ən  yaxşı  ənənələrindən  biri  də  Bayram  günündə  küsülülərin 

barışmasıdır. Əks halda onlar “7 (yeddi) il küsülü qalar” deyərlər.  

Bayram günlərində buğdanı qovurub kirkirədə çəkərək “qovut” hazırlanır, samovar qa-

lanır, hər bir evdə bayram plovu bişirilir, masanın üstünə güc, qüvvət rəmzi olan qoz, fındıq, 

şabalıd,  şirniyyatlardan şorqoğal,  şəkərbura və  s.  qoyurlar. Gənc  qızlar  olan evlərdə  “sevgi” 

sözünün  baş  hərfi  ilə  başlanan  7  adda  nemət  süfrəyə  düzülür.  Məsələn,  sünbül,  səməni,  su, 

sirkə,  səbzi,  süd,  sarıkök.  Ümumilikdə  süfrəyə  yeddi  adda  yemək  düzülməli,  evdə  olan  hər 

adamın adına bir şam yandırılmalıdır.  

Adətən, Novruz hədiyyələri içərisində soğan qabığından qırmızı boyanmış yumurta da 

aparılırdı  ki,  bu  da  bir  növ  həyatın  əmələ  gəlməsi  və  canlıların  simvolu  kimi  qəbul  edilirdi. 

Adətən boyanmış yumurtaların sayı evdəki uşaqların sayı qədər olmalı idi. 



276                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

Novruz  bayramında  “Qodu-qodu”  mərasimi  icra  olunur.  Bu  mərasim  vaxtı  bu  cür 



oxuyurlar:  

Qodu-qodunu gördünmü? 

Qoduya salam verdinmi? 

Qodu burdan ötəndə, 



Qırmızı günü gördünmü? 

Yaxud,  

Qoduya qaymaq gərək

Qablara yaymaq gərək, 

Qodu gün çıxarmasa, 

Gözlərin oymaq gərək. 

 

Novruz bayramında icra olunan ən mühüm ayinlərdən biri də “Kosa-Kosa” oyunudur. 



Bu oyun əvvəllər “Mir Novruz” adı ilə tanınmışdır. Kosa və keçəl qapı qapı gəzər, insanları 

şənləndirər və bayram payı toplayardılar. Kosanı və keçəli qarşılayan insanlar oxuyardılar: 

 

A kosa-kosa gəlsənə, gəlib salam versənə, 

Çömçəni doldursana, kosanı yola salsana. 

Novruz Novruz bahara ,güllər güllər bahara, 

Bağçalarda gül olsun, gül olsun, bülbül olsun. 

Bayram gəlir, qohum-qardaş sağ olsun. 

Şadlıq olsun, ləzzət olsun, dad olsun. 

Tanış-biliş, uzaq-yaxın, yad olsun. 

Qoy düşmənin canı çıxsın, fəğan dad olsun. 

Bircə qismət verin, kosa şad olsun. 

 

Nəğmənin sonrası belə oxunurdu: 



 

Qadınlar evə getsin, kosanın payın gətirsin. 

Kosa və keçəl isə pay alıb gedəndə oxuyardılar: 

Bahar gəldi, xoş gəldi, 

Xəstə könül onu görcək dincəldi, 

Sizin bu təzə bayramınız mübarək! 

Ayınız, iliniz, gününüz, həftəniz mübarək! 

 

Novruz  bayramı  günlərində  gənclər  yaşlarından  asılı  olaraq,  müxtəlif  oyunlar  yerinə 



yetirirdilər. Belə əyləncəli oyunlar içərisində Molla mindi (Ənzəli), A tərxana-tərxana, Qara-

qazan, Xan-Vəzir, Əlim səndə, Siçan-pişik, Mozadaş, Artırma, Addım bastı, Ovuçda gizlətmə, 

Yeləncək,  Moru-moru,  Dirədöymə  (Turadöydü),  Qoz-qoz,  Qatar  (Yumurta  döyüşmə)  ,  Qaz-

lar-qazlar,  Hündürə  çıxdı,  Yeddi  şüşə,  Qoşuldu,  Yaylıq  atdı,  Kosa-kosa,  Çiling  ağac,  Ortada 

qaldı, Gizlənpaç, Çiləmə (müçük-müçük), Top ağacı (Dozu mərə), Cıdır yarışları və s. xüsu-

silə  seçilir.  Sumqayıt  və  onun  ətraf  qəsəbələrində  “Novruz  bayramı”  və  onunla  bağlı  ayinlər 

indi də yüksək formada qeyd edilir və bütün el bayramları içərisində özünəməxsusluğu ilə se-

çilir. Sumqayıtda Novruz bayramının keçirilməsinin fərqləndirici xüsusiyyəti ondan ibarətdir 

ki, şəhər ətrafı qəsəbələrdə qədim ənənələr saxlanılmaqla, ölkəmizin və dünyamızın müxtəlif 


Ümummilli lider Heydər Əliyev – 

90                                                

277

 

Tarix və onun problemləri, № 2 2013 

 

yerlerindən gələn soydaşlarımızın bir  məkanda cəmləşdirən “Müasir Gənclər şəhəri” bu bay-



rama aid olan yerli xüsusiyyətləri də özündə cəmləşdirir. 

 

ƏDƏBIYYAT 

 

1.Səməd Vurğun «Seçilmiş əsərləri», Bakı 2005  



2.Nizami Gəncəvi «İsgəndərnamə», Bakı 2005  

3.Məhəmməd Hüseyn Şəhriyar // Seçilmiş əsərləri, «Heydərbabaya salam», Bakı 2005, (478 s.) 

4.Dadaşzadə D.A. Azərbaycan xalq bayramları,oyun əyləncələri, Bakı, Elm nəşriyyatı, 1986 

5.Novruz adət-ənənələri (tərtibçı Ruziyyə Quliyeva), AMEA, GREM, Gəncə 2011 

6.Məmmədov A.M. Gəncə-Qarabağ bölgəsində xalq oyunlarına dair (arxeoloji-etnoqrafik 

materiallar əsasında), Qarabağın tarixi, arxeologiyası, etnoqrafiyası və Bərdə şəhərinin 3000 

illiyi (Elmi-praktik konfrans), Bərdə 2009, səh.107-111  

7.Məmmədov A.M., Əyyubova Ş.Ə. Goranboyda aşıq yaradıcılığı-Bisavad Teymur (1901 – 

1984), (Etnoqrafik materiallar əsasında), Azərbaycan Arxeologiyası və Etnoqrafiyası, Bakı 

2007, № 2, səh. 182 – 191  

8.Məmmədov A.M. Arxeologiyası və Etnoqrafiya, (Ali məktəblər üçün dərslik), Bakı 2008, 

səh. 203 – 209. 

 

АРИФ МАМЕДОВ 

Доктор исторических наук, профессор,  

Сумгаитский филиал Азербайджанского Учительского Института 

 

ТРАДИЦИИ НОВРУЗ В СУМГАИТЕ 

(на основе этнографических материалов) 

 

Праздник Новруз, ежегодно проводимый в нашей стране с древних времѐн до на-

ших  дней, имеет древние  корни. В Азербайджане,  в первую очередь, он  проводился  в 

виде  праздника  земледельце-скотоводческими  племенами  как  источник  радости,  свя-

занный с приходом весны. Это также понималось как победа Света над Тьмой. В Азер-

байджане самые древние видения, связанные с этим праздником известны наскальными 

изображениями Гобустана и относятся к 13-14 тыс.годам до нашей еры. 

Сведения  о  правилах  проведения  праздника  Новруз  имеются  в  произведениях 

Азербайджанского поэта и философа ХII века Низами Гянджеви, Самеда Вургуна, Му-

хамеда Хусейна  Шахрияра  и  др. В Сумгаите  и  в его окраиных посѐлках  на  празднике 

Новруз среди обычаев выполняются такие обряды как "бяхт ачма фалы", "гулаг фалы", 

"гыфыл вə дуйуначма"; обычаи: "баджа-баджа", "шал саллама"; церемонии: "году-году", 

а также игры: "коса-коса", "юмурта дѐюшдурма", "чылынг агадж, "дозу мере" и т.д. В 

Сумгаите  и  в  его  окраиных  посѐлках  праздник  Новруз,  и  связанные  с  ним  обряды  до 

сих пор прводятся в высокой форме и отличаются оригинальностью. 

 

 



 

 

 



 

278                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

 



ARIF MEMMEDOV 

professor, the doctor of history sciences, 

Sumgayit branch of the Azerbaijan Teachers Institute 

 

NOVRUZ CUSTOMS IN SUMQAYIT 

(by the ethnographical basis)  

 

Novruz  holiday  has  owner  ancient  roots  which  celebrated  every  year  in  our  country. 



Initially that celebrated as a holiday like that the source of gladness and joy of the farmer and 

cattle-breeder kins of Azerbaijan which associated with coming of spring. It was clear like that 

victory of «the good» over the «the harm». The ancient views which associated with this holi-

day are known from the Gobustan rock art descriptions in Azerbaijan and that's belong to 13-

14 thousand years ago.  

It was given the information about the rule of celebration in the works of Nizami Gan-

javi  –  poet  and  philosopher  of  XII  century,  Samed  Vurghun,  Muhammed  Husein  Shehriyar 

and others.  

The customs like that «bekht achma fali», «gulag fali», «gifil ve duyunachma», «baja-

baja»,  «shal  sallama»  and  games like  that  «godu-godu»,  «kosa-kosa»,  «yumurta doyushdur-

me», «chiling aghaj», «dozu mere» and others are performed at Novruz holiday in Sumgayit 

and surrounding settlements.  

Novruz  holiday  and  the  ceremonies  which  associated  with  it  are  celebrated  with  high 

content and are distinguished oneself by special.  



 

 

Rəyçilər: t.e.d.N.M.Quliyeva, t.e.d.Q.S.İsmayılov 



Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı İctimai fənlər kafedrasının 15 

fevral 2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №2). 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə