9 Vergi Sisteminin Quruluşu


Ödəmə Qabiliyyəti Prinsipi Üfüqi Ədalətlilik



Yüklə 1,55 Mb.
səhifə7/7
tarix25.12.2016
ölçüsü1,55 Mb.
#2919
1   2   3   4   5   6   7

Ödəmə Qabiliyyəti Prinsipi

  • Üfüqi Ədalətlilik

    • Üfüqi ədalətlilik vergi ödəmək qabiliyyətləri eyni olan vergi ödəyicilərinin eyni məbləğ ödəmələrini nəzərdə tutan fikirdir.
    • Məsələn, eyni sayda üzvləri olan və eyni gəlirə malik olan, lakin ölkənin müxtəlif hissələrində yaşayan iki ailə eyni məbləğdə federal vergi ödəməlidir.


Cədvəl 7 Üç Vergi Sistemi



Cədvəl 8 Federal Vergi Yükü



REAL HƏYATDAN MİSAL: Üfüqi Ədalətlilik və Nikah Vergisi

  • Nikahın cütlüyün vergi öhdəliyinə təsir etməsinin səbəbi vergi qanununun evli cütlüyü bir vergi ödəyicisi kimi qəbul etməsidir.

  • Kişi ilə qadın evləndikdə onlar artıq fərdi olaraq deyil ailə olaraq vergi ödəyirlər.

  • Kişi və qadın eyni gəlirlərə malik olarlarsa, evləndikdə onların vergi öhdəliyi artır.



Vergiyə Cəlb Olunma və Vergi Ədalətliliyi

  • Vergi siyasətini formalaşdırarkən üzə çıxan çətinlik səmərəlilikədalətliliyin bir-birinə əks olan məqsədlərini tarazlaşdırmaqdır.

  • Vergi yükünü kimin daşıdığının öyrənilməsi verginin ədalətliliyinin dəyərləndirilməsində vacib rol oynayır.

  • Bu araşdırma vergiyə cəlb olunma adlanır.



Vergiyə Cəlb Olunma və Vergi Ədalətliliyi

  • Vergiyə Cəlb Olunmanın Yapışqan Kağız Nəzəriyyəsi

    • Yapışqan kağız nəzəriyyəsinə görə vergi yükü, milçək yapışqan kağıza yapışdığı kimi, ilk dəfə qonduğu yerə yapışır.


Xülasə

  • ABŞ hökuməti gəlirlərini müxtəlif vergilərdən istifadə etməklə artırır.

  • Federal hökumət üçün ən vacib vergilər fərdi gəlir vergiləri və sosial sığorta üzrə əmək haqqı vergiləridir.

  • Ştat və yerli hökumətlər üçün isə ən vacib vergilər satış vergiləri və əmlak vergiləridir.



Xülasə

  • Ədalətlilik və səmərəlilik vergi sisteminin iki ən vacib məqsədləridir.

  • Vergi sisteminin səmərəliliyi onun vergi ödəyiciləri üzərinə qoyduğu məsrəflərdir.

  • Vergi sisteminin ədalətliliyi vergi yükünün əhali arasında ədalətli olub olmadığını nəzərdə tutur.



Xülasə

  • Faydalılıq prinsipinə görə insanlar üçün hökumətdən aldıqları mənfəət əsasında vergi ödəmək daha ədalətlidir.

  • Ödəmə qabiliyyəti prinsipinə görə isə insanlar üçün maliyyə yükünü daşımaq qabiliyyəti əsasında vergi ödəmək daha ədalətlidir.



Xülasə

  • Vergi yükünün bölüşdürülməsi vergi deklarasiyalarının bölüşdürülməsi ilə eyni deyildir.

  • Vergi siyasəti ilə bağlı mübahisələrin çoxu insanların bu iki məqsədə (səmərəlilik və ədalətlilik) fərqli şəkildə əhəmiyyət verməsi səbəbindən meydana çıxır.



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin