Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə98/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   95   96   97   98   99   100   101   102   103
Otuz beşinci fəsil 
163 Səhli-Mumtəne—Şərq poetikasında zahirən yazılması 
asan görünən, lakin o cür yazmaq çox çətin olan şe'rə deyilirdi. 
Belə  şe'rlər dərin məzmunlu, yığcam, bədii olub asan yadda 
qalan  şe'rlər idi. Hamı belə bir şe'r yazmağın "asan" olduğunu 
hiss edir, lakin yazmaq istərkən müvəffəqiyyətsizliyə uğrayırdı. 
Sə'dimin şe'rləri səhli-mümtaie sayılır. 
164 Mucanis—Cinas sözlər, cinaslar, həmcins sözlər. 
165 Mutabiq—Misrada və beytdə bir-birinin qarşılığı olan 
sözlər 
166 Mütəzad—Təzad sözlər, mə'naca bir-birinə zidd 
sözlər. 
167 Müşakil—Eyni şəkilli sözlər, omoqramlar, 
168 Mütəşabih- Oxşar sözlər, təşbihlər. 
169 Müstəar—İstiarə, istiarəli sözlər. 
170 Mukərrər—Təkrir, tə'siri gücləndirmək üçün təkrar 
edilən söz. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
171 Murəddəf—Rədiflənmlş  şe'r, qafiyədən sonra bütöv 
misralarda eyni söz işlədilən şe'r növü. 
172 Müzdəvəc—Cüt sözlər, qoşalaşmış sözlər. 
173 Müvazənə—həmvəzn, həmahəng olan sözlər. 
174 Muzmər—məcazi mə'nada işlənən sözlər, alleqorik 
sözlər 
175 Müsəlsəl—Silsiləvarı sözlər (bəhri-təvil kimi). 
176 Müsəccə- Səc'li, ritmli, qafiyəli nəsr. 
177 Müləvvən—Rəngarəng, bir necə  vəzndə oxuna bilən 
şe'r 
178 Müstəvi—Bərabər, hər tərəfdən bərabər gələn  şe'r, 
dala qabağa eyni cürə oxuna bilən şe'r. 
179 Müvəşşəh—Ərəblərdə iki qafiyəli, farslarda isə 
misraların ilk hərfləri oxunduqda mə'na verən şe'r növü. 
180 Muvəssəl—Birinci misranın sonunda sözü yarımçıq 
qoyub ikinci misranın əvvəlində onu tamamlayan şe'r növü. 
181 Müqəttə- Kəsik, mətləli olmayan şe'r, qit'ə. rəcəz 
bəhrində deyilmnş qısa şe'r. Bütün hərfləri ayrı yazılmış mətn. 
182 Müxəllə'-Xoşa gəlməyən vəzndə deyilmiş  şe'r Bəsit 
bəhrində "mustəf'ilün" əvəzinə fə Ulün işlənmnş şe'r. 
183 Mustəhil—Zahirən mə'nasız, lakin daxilən dərin 
mə'nası olan söz, şe'r. 
184 Zu-qafiyəteyn—İkiqafiyəli. Hər misrasında iki 
qafiyəsi olan şe'r. 
185 Rəcəz—Məzmunu özünü tə'rifləməkdən ibarət olan 
şe'r. 186 Məqlub—Tərsinə yazılmış, çevrilmiş, dəyişdirilmiş 
söz. Əksinə, tərsinə oxunduqda istənilən mə'nanı verən söz. 
187 Mustəar—b a x: 168. 
188 Mədhnamə—Birinin tə'rifi üçün yazılmış  şe'r. Birini 
mədh edən şe'r. 
189 Qəzəl—Birinci iki misrası  həmqafiyə, sonra ələnləri 
isə misraaşırı  həmqafiyə olan aşiqanə, həkimanə  şe'r növü. 
Qəzəldə beytlərin sayı 13-dən çox olmamalıdır. 
214 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
190  Əruzi—Burada  əruz vəzninin ağır və xoşa gəlməyən 
növləri üzərində yazılan şe'r nəzərdə tutulur. 
191  Əruz dairələri—Əruz vəznində müəyyən prinsip üzrə 
bir neçə bəhri birləşdirən dörd, beş və altı dairə. 
192 Bəhr—Bir neçə həmcins vəzn növünü birləşdirən əruz 
bəhrlərindən hər biri. 
593 Həzəc.—fars  əruzunda  əsas növu dörd məfA'İlün1 
vəznində olan bəhr. 
194 Rəcəz—fars  əruzunda  əsas növü dörd müstəf'ilün 
vəznində olan bəhr. 
195 Rəməl—fars  əruzunda  əsas növü üç fA'ilAtün bir 
fA'ilat vəznində olan bəhr. 
196 həcəzi-məkfuf—dörd məfA'İlü vəznində olan həzəc 
növü. 
197 Həzəci-əxrəb—məf'Ulü məfA'İlün məf'Ulü məfA'İlün 
vəznində olan həzəc növü. 
198 Rəcəzi-mətvi—dörd müftə'ilün vəznində olan rəcəz 
növü. 
199 Rəməli-məxbun—fA'ilAtün fə'ilAtün fə'ilAtün fə'ilün 
vəznində olan rəməl növü. 
200 Münsərih—fars  əruzunda  əsli müstəf'ilün məf'UlAtu 
iüstəf'ilün məf'UlAtü vəznində olan bəhr. 
201 Xəfif—əsli. fA'ilAtün müstəf'ilün fA'ilAtün vəznində 
olan bəhr. 
202 Müzare'—fars ərzunda  əsli məfA'İlün fA'ilAtü 
məfA'İlun fA'ilAt vəznində olan bəhr. 
203 Muzare'i-əxrzb-məf'Ulü fA'ilAtün məf'Ulü fA'ilAtun 
vəznində olan müzare növü. 
204 Müqtəzəb—əsli məf'UlAtü müstəf'ilün məf'UlAtü 
müstəf'ilün vəznində olan bəhr. 
205 Müctəs—əsli mustəf'ilün fA'ilAtün müstəf'ilün fa'il 
Atün vəznində olan bəhr.  
206 Mutəqarib—əsli dörd fə'Ulün vəznində olan bəhr. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
207 Səri'-əsli müstəf'ilün müstəf'ilün məf'UlAtü vəznində 
olan bəhr. 
208 Qəribi-əxrəb-məf'Ulü məfA'İlü , fA'ilAtün vəznində 
olan qərib növü. 
209 Münsərihi-kəbir—B a x: münsərih. 
210 Bəsit—əsli müst'əf'ilün fA'ilün müstəf'ilün fA'ilün 
vəznində olan ərəb bəhri. 
211 Mədid—əsli fA'ilAtun fA'ilün fA'ilAtün fA'ilətün 
vəznində olan ərəb bəhri. 
212 Kamil—əsli üç mütəfA'ilün vəznində olan bəhr. 
213 Vafir—əsli üç müfA'ələtün vəznində olan bəhr. 
214 Tavil—əsli fə'Ulün məfA'İlün fə'Ulün məfA'İlün 
vəznində olan ərəb bəhri. 
215 Əruz-beytin birinci misrasının son bölümü. 
216 Zərb—beytin ikinci misrasının son bölümü.  
217 Mərsiyə—ölüm, matəm və ya başsağlığı münasibəti ilə 
yazılmış kədərli, mə'yusanə şe'r. 
218 Tərkidunya—dünyadan  əl çəkmək kimi ruh 
düşkünluyü tərənnüm edən pessimistik şe'rlər. 
1 Təf'ilələr içində böyuk A, İ, U hərfləri bunların ifadə 
etdiyi səslərin uzunluğunu bildirir. 
219 Bistun—Kirmanşahla Həmədan arasında olan məşhur 
dağın adı. 
Ərəb mə'xəzlərində "Behistun", Avropa 
mə'xəzlərində "Beqistun", "Bəqstun", "Bəqstan" kimi də təsadüf 
edilir. Fərhad  Şirinin eşqi ilə bu dağı yarmışdır. RX ilə S. 
Nəfisidə  fərq var. Biz RX-dəki variantı daha düzgün hesab 
edirik. Tərcümə də bu variantdan edilmişdir. 
220 Büraq—Məhəmmədin guya me'raca getdiyi əcayib 
heyvanın (atın?) adı. 
221 Rəxş—Əfsanəvi Rüstəm pəhləvanın atının adı. 
222 Şəbdiz—Şirinin atının adı. 
216 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
223 Qəsidə—Birinci iki misrası  həmqafiyə (mətlə), sonra 
isə misraaşırı həmqafiyə olan mədh, tə'rif, həcv, hikmət, fəlsəfə, 
təbiətin təsviri və sair mövzular üzrə yazılmış şe'r növü. 
Beytlərin sayı 19-dan çox olmalıdır. 
224 Zöhd—Asketizm, tərkidünyalıq. 
225 Tövhid -- Monoteizm. təkallahlılıq. 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin