Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə101/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   95   96   97   98   99   100   101   102   103
Otuz səkkizinci fəsil 
247 Mə'mun—Abbasilərin 8-ci xəlifəsi. 813-833-cü illərdə 
hakimiyyət başında olmuşdur. 
248 Əbdülməlik Ükbəri—Mə'munun nədimi. 
Otuz doqquzuncu fəsil 
249 Səc'—Qafiyəli nəsr, ritmli nəsr. 
250 Mənşur—Fərman, əmr. 
251 Əbu Müslim—Əbu Müslim Xorasani nəzərdə tutulur. 
Əbu Müslimin Xorasanda qaldırdığı üsyan nəticəsində xilafət 
Əməvilərin  əlindən çıxaraq Abbasilərin  əlinə keçir (750-ci il). 
Əbu Müslim bir müddət özü Xorasanda əmirlik edir. 137/754-5-
ci illərdə Abbasi xəlifələrindən Mənsur tərəfindən aldadılaraq 
xəyanətlə öldürülür. 
252 Darülxilafə—Xilafət evi. Abbasilərin dövründə 
Bağdada verilən ad. Sonralar xilafətin paytaxtı harada olurdusa, 
oraya da Darülxilafə adı verilirdi. 
253 Mansura—Xüsusi kağız formatının adı. 
218 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
254 Bunəsr Müşkan—Soltan Mahmudun dəftərxana rəisi, 
gözəl xəttat və  ədəbiyyatşünas olmuşdur. 1039-40-cı illərdə 
vəfat etmişdir. Məşhur Beyhəqi onun şagirdi olmuşdur. 
255
 
ﻢﻟا
 
— Qur'an ayəsinin  əvvəlini göstərən söz
"məgər,yoxsa" mə'nasını verir. Qədim zamanda sirləri 
çatdırmaq üçün belə üsullardan çox istifadə edilmişdir. 
256  Əbubəkr Quhistan'ı—Soltan Mahmudun nədimi 
olmuşdur. Məşhur yazıçı,  ərəb  ədəbiyyatını xüsusilə yaxşı 
bilmişdir. 
257 Bu-Əli Simcur—Samani əmirlərindən olmuş  və bir 
müddət Xorasanda hakimlik etmiş, Samanilərin sipəhsaları 
olmuşdur. 378/988-385/995-ci illərə  qədər bu vəzifədə xidmət 
etmiş, 387/997-ci ildə öldürülmüşdür. 
258 Əbdülcabbar Xocani—Xocanın xətibi. 
259  Əhməd ibn Rafi əl-Yə'qubi—Əmiri-Xorasanın katibi. 
260  Əmiri-Xorasan—Samani  şahlarına verilmiş  ləqəblərdən 
biri. 
261 Rəbi' ibn Mütəhhər əl-Qəsri—Sahibin məharətli katibi. 
b a x: 262. 
262 Sahib ibn Əbbad Taləqani—Albuyelərin məşhur 
vəziri, b a x: 40. 
263 Müzəvvəri—İkimə'nalı sözdür, həm xastələrə verilən 
çolpa suyuna, həm də özgənin xəttini yamsılamaqla saxta 
düzəlmiş kağıza (ümumiyyətlə saxtakarlığa) deyilir. Sahib 
sözün iki mə'nalığından burada məharətlə istifadə etmişdir 
Qırxıncı fəsil 
264 fəxruddevlə  Əbulhəsən  Əli—Albuye  şahlarından biri 
976-997-ci illər arasında şahlıq etmişdir. 265 Sahib—b a x: 40. 
266  Əbulfəzl Bal'əmi—Samani  əmirlərindən  İsmail, 
Əhməd və Nəsrin vəziri olmuşdur. Bəl'əmi təxminən yarım əsr 
vəzirlik etmiş (892-938), ölkə dolandırmaqla bərabər  ədəbi 
yaradıcılıqla da məşğul olmuşdur. Bir sıra başqa  əsərlərlə 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
birlikdə o, "Kəlilə  və Dimnə" kitabını da ərəb dilinə  tərcümə 
etmiş və onun dünya şöhrəti qazanmasına səbəb olmuşdur. 
267 Səhl Xocəndi—Xocəndin adlı-sanlı  mə'murlarından 
biri. 
268 Süleyman ibn Yəhya-əs-Soğani (Çoğani)—Ərəblərdə 
"ç" olmadığından onu sad ilə  əvəz etmişlər. Çoğan—Termez, 
Bəlx və onlara yaxın olan yerlərə deyilərdi. 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin