Azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akdemiyasi “İdman farmakologiyası və dopinq nəzarəti” fənnindən 2023/2024-cü tədris ILI



Yüklə 88,84 Kb.
tarix25.12.2023
ölçüsü88,84 Kb.
#193977
Pərviz Məmmədzadə (4) (1)


AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKDEMİYASI
İdman farmakologiyası və dopinq nəzarəti” fənnindən
2023/2024-cü tədris ili

Qrup:111A16


Tələbə:Məmmədzadə Pərviz
Mövzu: İdmanda dopinq nəzarətinin inkişaf tarixi
Fakültə:Kütləvi-tətbiqi idman
İxtisas:Məşqçilik
Bölmə(tədris dili):Az
Təhsilalma forması:əyani
Təhsil forması:Bakalavriat
Müəllim:Şükürova Pərvanə

XX əsrin əvvəllərindən fiziki işgörmə qabiliyyətini yuksəltmək, bərpa prosesini sürətləndirmək, idman nəticələrini yaxşılaşdırmaqdan ötrü müxtəlif stimullaşdırıcı maddələrdən geniş istifadə olıınmağa başlamışdır. Bura müxtəlif hormonal, farmakoloji və fizioloji preparatlar - dopinq adlanan maddələr aiddir. Dopinq – təlim – məşq və ya yarış prosesində orqanizimin iş qabiliyyətini süni məcburi olaraq artiran dərman maddələridir.Beynalxalq idman təşkilatlarının məlumatlarına əsasən,dopinq demək olar ki,bütün ölkələrin idmançıları tərəfindən qəbul edilir.2001-ci ilin yanvarın 1-dən 20 oktyabra kimi İAAF 2830 dopinq yoxlama keçirmişdir.Bunlardan 1742 yarışdan kənar,1008 yarış vaxtı aparılmışdır.41 halda dopinqdən istifadə aşkar edilmişdir.Beynalxalq Olimpiya komitəsinin və beynalxalq federasiyalarin dopinqdən istifadəyə qarşı apardıqları mübarizəyə baxmayaraq müxtəlif miqyaslı yarışlarda dopinqdən istifadə halları aşkar edilir.Bunun birinci səbəbi yarışlarda idmançının tutdugu yerin şöhrətidirsə,başqa səbəb mükafatçılara verilən pul məbləğinin həcmidir.Dünya 226 birinciliklərində və Qrand-Pri yarışlarında qaliblərə verilən məbləğ 80-120 min ABŞ dolları həcmindədir.Dopinqlərin qəbul olunması nəinki idman mübarizəsində qeyri-bərabər şərait yaradır, həm də idmançıların səhhətinə mənfi təsir göstərir. Dopinqlərin qəbulu orqanizmdə bir sıra xoşa gəlməyən dəyişikliklər yaratmaqla yanaşı, insanın ölümünə də səbəb ola bilir. Dopinqlərin müntəzəm qəbul olunması (xüsusilə də hormonal preparatların) orqanizmin bir sıra fizioloji funksiyalarında pozğunluqlar yaradır:


- ürək-damar;
- daxili sekresiya (xüsusilə də vezilərin atrofiyası) və hipofızin funksiyalarına təsir edir, doğuş funksiyasının pozulması, qadınlarda ikincili kişi cinsiyyətinin (virilizasiya) meydana gəlməsi, kişilərdə süd vəzilərinin böyüməsi (ginekomastiya) və s. kimi hallar baş verir;
- qara ciyərin serrozuna, sətəlcəm və hepatit (sarılığın) yaranmasına səbəb olur; - immun sistemin zəiflənməsinə, tez-tez soyuqdəyməyə, viruslarla xəstələnməyə səbəb olur;
- sinir sisteminin psixoloji pozğunluqları (aqressivlik, depressiya, yuxusuzluq); - borulu sümüklerin böyüməsinin dayanması (inkışafda olan orqanizmlər üçün daha təhlükəlidir) və s;
Dopinqlərin qəbulundan sonra pozğunluq dərhal baş vermir. Pozğunluq 10-20 il ötdükdən sonra, bəzən də oyunçunun nəslində özünü büruzə verə bilər. Ona görə də 1967-ci ildə BOK xüsusi tibbi komissiya yaradaraq, idmanda qəbul oluna biləcək zərərli preparatların adlarını tərtib etmiş, dopinq əleyhinə yoxlamaların aparılmasını təşkil edir və bütün beynəlxalq yarışlarda həyata keçirir. Hər bir idmançı, məşqçi, həkim qəbulu qadağan olunmuş preparatları bilməlidir. İdmanda işgörmə qabiliyyətinin yüksəldilməsi üçün istifadə olunan vasitələrə aiddir: dopinqlər, dopinq metodları, psixoloji metodlar, mexaniki amillər, istifadə olunması məhdudlaşdırılan farmakoloji vasitələr, qida əlavələri və maddələr. İnsan orqanizminə xüsusi zərər vuran və nəzarətə ehtiyacı olan vasitələrə dopinqlər və dopinq metodları (manipulyasiya) aid edilir. Farmakoloji təsirinə görə dopinqlər 5 sinfə bölünür:
1. psixostimulyatorlar (amfetamin, efedrin, kofein, kokain və s.);
2. narkotik vasitələr (morfin, alkoloidlər - opiatlar, promedol, fentanil və s.);
3. anabolik steroidlər (testosteron və onun törəmələri, metan-drostenolon, retabolil, androdiol və s.), həmçinin anabolik peptid hormonallar (somatotropin, qonadotropin, eritropoetin);
4. betta-blokatorlar (anaprimin, propranolol, oksprenalol, nadolol, atenolol və s.);
5. diuretiklər (novurit, dixlotiazid, mrosemid (laziks), klopamid, diakarb, veroşpiron və s.).
Dopinqlər bioloji fəal maddələr olub, heyvan və bitki orqanizmlərdən alınır və ya süni surətdə sintez olunur (təbii dopinqlərin analoqu şəklində). Bir çox dopinqlər qrip, soyuqdəymə və s. xəstəliklərin əleyhinə dərmanların tərkibində olur, ona görə də idmançılar dərman qəbul edən zaman komandanın həkimi ilə hökmən məsləhətləşməlidirlər (xüsusilə de beynəlxalq yarışlar ərəfəsində). Dopinq metodlara müxtəlif manipulyasiyalarda qan dopinqləri aid edilir (qadınlarda ovulyasiyanın sıxışdırılması və s.). Ayrı-ayrı siniflərə aid dopinqlərin orqanizmdə bioloji təsiri müxtəlifdir. Belə ki, psixostimulyatorlar idman işgüzarlığım MSS-nin, ürək-damar və tənəffüs sisteminin fəaliyyətini aktivləşdirmək yolu ilə yüksəldir. Bu zaman skelet əzələlərinin təqəllüs aktivliyi, energetikası yüksəlir, idmançının öz gücünə inamı artır, yorğunluq aradan götürülür, nəticədə bu orqan və sistemlərin funksiyaları həddən artıq gərginləşir, enerji ehtiyatları tükənir. Narkotik maddələr ağrı hissini sıxışdırır, yorğunluğun baş verməsini uzaqlaşdırır. Anabolik steroidlər zülalların sintez prosesini gücləndirir, parçalanmasını isə azaldır. Ona görə də bu, əzələlərin inkişafına təkan verir, eritrositlərin miqdarının artmasına, fiziki yükə qarşı orqanizmin adaptasiyasının sürətlənməsinə, bərpa proseslərinin yüksəlməsi və bədənin kompozisiya tərkibinin yaxşılaşmasına səbəb olur. Beta - blokiatorlar adrenalin və noradrenalin hormonlarının effektinin əksinə təsir göstərir, idmançını sakitləşdirir, fiziki yükə qarşı orqanizmin adaptasiyasmı yüksəldir. Diuretik hormonlar və ya sidikqovucu vasitələr orqanizmdən suyun, duzların və digər kimyəvi maddələrin qovulmasını gücləndirir, bədən kütləsini azaldır və qadağan olunmuş maddələrin orqanizmdən qovulmasına şərait yaradır. Qeyd etmək lazımdır ki, sadalanan dopinq sinifləri arasında ən çox anabolik steroidlər qəbul olunur. Ağır atletikada, pauerliftinqdə, bodibildinqdə onları kişilərin 90%-i, qadınların isə 20%-i qəbul edir. Digər idman növlərində bunlar nisbətən az dərəcədə qəbul olunur (futbolçular 78%, sprinterlər 40%). Bu zaman qəbul olunan dozalar dəfələrlə artırılır və 5-10 mqr əvəzinə, 300 mqr, hətta 2 qr çatdırıla bilər. İdmanda dopinq nəzarəti Beynəlxalq Olimpiya Komitəsinin, qitə assosiasiyalarının və ayrı-ayrı idman növləri üzrə beynəlxalq federasiyaların “Dopinq nəzarəti qaydalarına” uyğun olaraq həyata keçirilir. Dopinq və ondan istifadə bütün beynəlxalq federasiyalar və idman təşkilatları tərəfindən qadağan edilmişdir. Dopinq maddələrin təsiri müxtəlif müddətli olduğu üçün onlardan istifadəni aşkar etmək məqsədi ilə həm yarış zamanı, həm də yarışdan kənar nəzarət mövcuddur. Bu nəzarətin həyata keçirilməsinin hüquqi əsasını Atletika Federasiyalarının Beynəlxalq Assosiasiyasının (İAAF) “Dopinq nəzarəti qaydaları” təşkil edir. Bu qaydalara görə:
1. İdmançının orqanizmində, qanında və ya mayesində qadağan olunmuş maddə aşkar edikdikdə;
2. Qadağan olunmuş texnikadan (üsul, fənd) istifadə və ya bu texnikanın üstünlüklərindən istifadə etdikdı;
3. İdmançı, qadağan olumuş maddə və ya texnikadan istifadəni etiraf etdikdə, dopinqdən istifadə olunmuş hallar hesab olunur. Atletika üzrə aşağıdakı yaraşlarda İAAF dopinq nəzarəyin keçirilməsi üçün məsuliyyət daşıyır:
- Dünya çempionatlarında;
- Dünya kubokunda;
-Qızıl liqa,Qrand-Pri, Qrand-Pri II;
- İAAF keçirdiyi və onun dəvəti ilə keçirilən yarışlarında
- Qitə çempionatlarında ( qitə çempionatlarında İAAFya tam dopinq sınaq yoxlamaları, ya da püşkatma yolu ilə dopinq nəzarəti yoxlamaları keçirir). Yuxarıda qeyd olunan yarışlarında İAAF nümayəndəsi və ya qitə assosiasiyasının nümayəndəsi iştirak etməlidir. Milli Federasiyalar keçirdikləri bütün yarışlarda dopinq-nəzarəti üçün məsuliyət daşıyırlar. Bu zaman aid olduqları idman növünü Beynəlxalq Federasiyasının və ya Assosiasiyasının qüvvədə olan “Dopinq nəzərəti qaydalarına” uyğun fəaliyyət göstərməlidirlər. Dopinq qaydalarının pozulmasına görə verilən qərarlar üç mərhələ üzrə həyata keçirilir;
- yarışda iştirakdan kənarlaşdırma;
- araşdırmalar, dinləmələr
- yarışda iştirak hüququnda məhrum etmə.Aşağıdakı hallar. Dopinq-nəzarəti qaydalarının pozulması hesab edilir.
1. İdmançının qanında və ya mayesində qadağan olunmuş maddə aşkar edildikdə;
2. Qadağan olunmuş texnikadan istifadə və ya bunun hesabına üstünlük qazandıqda;
3. Qadağan olunmuş maddə və ya texnikadan istifadəni etiraf etdikdə;
4. Dopinq-nəzarətə gəlməmək və ya bundan imtina etmək;
5.Laboratoriya təhlili üçün qan verməkdən imtina etmək və yə gəlməmək 6.Qadağan olunmuş maddə və ya texnikadan başqalarının istidadə etməsinə kömək göstərmək, həvəsləndirmək və ya bunu etiraf etmək;
7. İstənilən qadağan olunmuş maddələrin yayılması, satışı, qaçaqmalçılığı. İdmançı dopinq-nəzarətinin yuxarında göstərilən bəndləri üzrə günahkar hesab olunduqda aşağıdakı müddətlərə yarışda iştirakdan məhrum edilir. 1 ci və 3-cü bənddə göstərilən qanun pozuntusu hallarında istifadə edilən maddə “Qadağan olumuş maddələrin” siyahısında 1-ci hissədə göstərilən maddələrə aid olduqda: - birinci dəfə qadağan olunmuş maddədən istifadəyə görə-ən azı iki il yarışda iştirak hüququndan məhrum etmə.
- ikinci dəfə ömürlük yarışda iştirak hüququndan məhrum etmək. 1-ci və 3-cü bənddə göstərilən qanun pozuntusu istifadə olunan maddə əlavə 1-də göstərilən siyahının II hissəsinə aid olduqda:
- birinci dəfə idmançı dopinq-nəzarətə götürüldüyü yarışdan kənarlaşdırılır;
- ikinci dəfə-iki illiyə yarış hüqüqundan məhrum etmə
- üçüncü dəfə-ömürlük yarış hüququndan məhrum etmə. 7-ci bəndə görə (maddə Əlavə 1-də verilən siyahının I hissənə aiddirsə)- ömürlük yarış hüququndan məhrum etmə. 5-ci bənddə verilən qayda pozuntusuna görə idmançı yalnız dopinq nəzarəti keçirənlərin “Dopinq nəzarət qaydalarında” göstərilən qaydaları pozduqları halda qan verməkdən imtina edə bilər.Qalan hallarda isə bu qanun pozulması 1, 3 bəndlərə müvafiq sürətdə cəzalandırılır.Yarış zamanı dopinq-nəzarət üçün idmançılar aşağıdakı şəkildə seçilirlər; 1.Yarış nəticələrinə görə (mükafat almış idmançılar, məsələn 1,2,3 yerləe) 2.Püşkatma yolu ilə (mükafar almış bütün yerlər püşkatmaya daxil edilir). Bu yolla seçilmiş yerlərin sayı yarışın miqyasından asılıdır. Məsələn: qitə çempionatında ən azı 3-12 yer, İAAF yarışlarında isə ən azı 10 yer bu üsulla dopinq-nəzarətə daxil edilir. 3.İdmançı İAAF-n və ya onun dopinq-nəzarət üzrə səlahittətli nümayəndəsi tərəfindən dopinq-nəzarətə cəlb edilə bilər. 4.Qitə və ya dünya rekordunu təkrar edən və ya yeni rekordu müəyyən edən bütün idmançılar dopinq-nəzarətdən keçməlidirlər. Təcrübə göstərir ki, yalnız yarış zamanı keçirilən dopinqnəzarət qadağan olunmuş maddələrdən idmançıların istifadə etmələrinin qarşısını almaq üçün heç də kifayət etmir. Bu ilk növbədə anabolik steroid və başqa hormon maddələrin istifadəsinə aiddir. Yarışdan kənar dopinq-nəzarət məhz bu zərurətdən yaranmışdır. Bu nəzarət üçün idmançılar aşağıdaki yollarla seçilir: 1 İAAF dopinq-nəzarət şurasında saxlanılan siyahıya əsasən;
1 Ayrı-ayrı idmançılar və ya idmançılar qrupu İAFF tələbi ilə yarışdankənar dopinq-nəzarətə cəlb edilə bilər;
2 Mövcud siyahıdan püşkatma yolu ilə dopinq-nəzarətə götürələcək idmançılar müəyyən olunur. Məşq zamanı keçirilən dopinq-nəzarət yarış prosesində keçirilən nəzarətdən fərqlənir. Bu tədbirin ardıcıllığı aşağıdakı şəkildə həyata keçirilir:
- dopinq-nəzarətdə iştirak edən atletlər püşkatma yolu ilə müəyyən olunur. Bu püşkatma assosiasiyanın üzvü olan müstəqil qrup tərəfindən həyata keçirilir;
- müəyyən olunmuş atletlərə dopinq-nəzarətin keçirilməsinə çox az vaxt qaldıqda məlumat verilir. Dopinq nəzarətin keçirilmə yeri, vaxtı idmançıya telefon və poçt vasitəsi ilə bildirilir və bu protokolda qeyd olunur;
- dopinq – nəzarəti yalnız xidməti vəsiqəsi olan, zəruri avadanlığa malik və İAAF tərəfindən bu işi yerinə yetirməyə səlahiyyət verilmiş şəxslər həyata keçirə bilər. Dopinq nəzarəti həyata keçirən tədbirin məxfi saxlanması üçün bütün tədbirləri görməlidir. Əgər idmançı dopinq-nəzarətində iştirak etməkdən imtina edirsə, onun bu hərəkəti dopinq əleyhinə kodeksin qanunlarının pozulması kimi təsfir olunur və müvafiq cəza ilə cəzalandırılır. Dopinq nəzarətin keçirilməsi ardıcıllığı:
- idmançı və nəzarətçi öz sənədlərini təqdim edirlər;
- idmançı istifadə olunmamış stəkanlardan birini götürür;
- nəzarətçinin iştiraki və bir başa baxdığı şəraitdə idmançı stəkana həcmi 75-100 ml. olan sidik nümunəsini təhvil verir.
- idmançı yenidən iki təmiz stəkan götürür və bu stəkanlar eyni kodlarla kodlaşdırılır. Onlardan birinin üzərinə A, o birinə isə B hərfləri yazılır;
- nəzarətçi və idmançı götürülmüş sidik nümunəsini 2/3 hissəsini A stəkana, 1-3 hissəsini B stəkanına tökürlər;
- idmançının iştiraki ilə nəzarətçi hər iki stəkanı bağlayır və möhürləyir;
- idmançı xüsusi blankda son 72 saat ərzində qəbul etdiyi bütün maddələri yazır:
- idmançı dopinq-nəzarətin qanun pozuntuları olmadan keçirilməsi haqqında blankda qeyd edir və imza edir. Əgər idmançının, keçirilən dopinq-nəzarət zamanı qayda pozulmasına, etirazı varsa, o bu haqda blankda xüsusi bölmədə qeyd edir. Baş verən pozuntular haqqında ətraflı yazır;
- nəzarətçi bağlanmış və möhürlənmiş hər iki stəkanı laboratoriyaya çatdırılmasına məsuliyyət daşıyır. İstənilən məşq yükünün idmançı orqanizmə təsiri özü özlüyündə müəyyən qıcıqlandırıcı xüsusiyyət daşımaqla orqanizmin bir sıra funksional sistemlərinin adi tarazlığını pozur. Məşq yükü kimi qıcıqlandırıcının təsiri ilə yaradılan yeni şəraitdə orqanizmin uyğunlaşmasını bir sıra funksional, morfoloji, psixoloji dəyişikliklərin baş verməsinə səbəb olur. Beləliklə fizioloji adaptasiya orqanizmin daimi və ya dəyişən mühitin şəraitinə tarazlığını bərpa edən fizioloji proseslərin məcmuyu kimi başa düşülməlidir. Orqanizmin xarici mühitin şəraitinə uyğunlaşması müxtəlif mərhələlərlə gedir. Adaptasiya prosesinin gedişində orqanizmdə baş verən dəyişikliyin ardıcıllığı, əvvəlcə qeyri adekvat, sonra isə xüsusi, uyğun dəyişikliklərlə müşahidə olunur.
Adaptasiya prosesi iki: dinamik və statik istiqamətdə öyrənilə bilər. Dinamik vəziyyətdə adaptasiya prosesinin öyrədilməsi idman nailiyyətlərinin əldə olunması üçün çox mühüm rol oynaya bilər. Hazırda məşq metodikasının əksər qanunauyğunluqlarının işlənib hazırlanmasına baxmayaraq adaptasiya prosesinin uzun müddətli dinamik qıcığa-məşq yükünə uyğunlaşması prosesinə aid bir sıra məsələlər problem olaraq qalmaqdadır. Adaptasiya prosesində iki mərhələ ilkin-təcili, lakin tam olmayan, sonra isə tam uzun müddətli mərhələ nəzərə çarpır. İstənilən qıcıqlandırıcıya qarşı orqanizmin cavab reaksiyası (məsələn məşq yükü, idmançının bir sıra kontinentdən başqasına uçuşu, orta dağlıq səviyyədə məşq və s.) ilk mərhələdə qeyri-adekvat olur. Bunun ilk əlamətlərini orqanizmin funksional, ürək-damar, tənəffüs, ifrazat və başqa sistemlərin işinin pozulmasında müşahidə etmək+- olar. Lakin bununla yanaşı adaptasiyanın ilk mərhələsində orqanizmin müdafiə uyğunlaşma mexanizmində fəallaşma nəzərə çarpır. Qana qida və tikinti materialları çıxır, işçi üzvlərdə damar sisteminin genişlənməsi qeyri-işçi üzvlərdə daralma müşahidə olunur. Belə bölüşdürülmə nəticəsində enerji sutstratları, oksigen, tikinti materialları əsasən işçi orqanlara əzələlərə çatdırılır. Adaptasiya özünün fizioloji və biokimyəvi mahiyyəti ilə ekstremal təsirə (intensiv məşq yükünə) qarşı orqanizmin daha yüksək dayanıqlığını əks etdirən keyfiyyətcə yeni vəziyyətidir. Adaptasiya prosesinin bütöv orqanizm səviyyəsində təzahürü maddələr mübadiləsinin intensivliyini optimal səviyyədə saxlanmasında iştirak edən nizamlanma mexanizminin fəaliyyətinin təkmilləşdirilməsində öz əksini tapır. Bu həm sinir, hormonal və müxtəlif fermentlər sisteminə aiddir. Sinir sistemində bu oyanma və tormozlanma proseslərinin gücünün və mütəhərrikliyinin artması ilə xarakterizə olunur. Adaptasiya prosesi nəticəsində orqanizmin hüceyrə daxili energetik metobolik proseslərin istiqamətini və sürətini nizamlayan enzim (ferment) sistemi əhəmiyyətli dəyişikliyə uğrayır. Bu isə öz növbəsində daha çox kapilyarların fəallaşmasına, mioqlobinin konsentrasiyasının artmasına, əzələ liflərinin hipertodeyasına səbəb olur. Enerji sutstratlarının mitoxondriyaya daşınmasına məsul olan fermentlərin fəallığı yüksəlir. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunan dəyişikliklər uzunmüddətli dayanıqlı prosesi əks etdirən əlamətlərdir. Yüksək idman nəticələrinin əldə olunması planlı, mərhələlərlə, məqsədyönlü məşq yükünün təsiri ilə orqanizmdə daha yüksək adaptasiya imkanlarının yaradılması və formalaşması ilə mümkündür. Beləliklə, adaptasiya prosesi orqanizmə təsir göstərən hər hansı qıcıqlandırıcıya (müxtəlif istiqamətli məşq yükü, dəyişən mühit, bir saat qurşaqlarından o birinə keçid) və ya şəraitə uyğunlaşmaq üçün keyfiyyətcə yeni funksional vəziyyətdir. Yuxarıda qeyd olunan amillərin təsiri bu və ya başqa şəkildə adaptasiya prosessinin müddətini, funksional dəyişikliyin səviyyəsini müəyyənləşdirir. Müəyyən olunmuşdur ki, məşq yükünün yaratdığı şəraitə uyğun orqanizmdə gedən adaptiv proseslərə bir sıra başqa amillər də təsir göstərir ki, onların nəzərə alınması qeyd olunan prosesin daha tez və müvəfəqiyyətlə başa çatmasına imkan yaratmış olar. Adaptasiya prosesinə təsir göstərən bütün amilləri iki qrupa bölmək olar:
1. Daxili (endogen) amillər. Bu amillər sırasına orqanizmin daxili vəziyyətini nizamlayan adaptiv mexanizmin mütəhərrikliyi, orqanizmdə hərəkət fəaliyyətinin enerji ilə təchiz edən əsas enerji substrartlarının (ATF,KF) və onların resintezi üçün istifadə olunan əsas komponentlərin miqdarı və s. daxildir.
2. Xarici (ekzogen) amillər. Buraya gündəlik, aylıq və illik bioritmlər, bir saat qurşağından başqasına uçuş, orta dağlıqşəraitində məşq, məşq intensivliyinin dəyişdirilməsi(xüsusən artırılması) və s. daxildir.
Adaptasiya-idman nailiyyətlərinin əldə olunması mexanizmidir. Ona görə də birinci qrupa daxil olan amillər adaptasiya prosesinə nisbətən qeyri-fəal, ikincilər isə daha fəal təsirə malikdirlər. Orqanizmin məşq yükünün təsiri nəticəsində baş verən dəyişikliklərə adaptasiya olunması tezliyi müəyyən mənada birinci qrupa daxil olan amillərdən, ilk növbədə isə enerji substratlarından asılıdır. Buna görə də adaptasiya prosesinin sürətləndirilməsinə yönəlmiş bütün tədbirlərin – məşq prosesinin farmakoloji təminatı, bərpa vəaitlərində istifadə və s. əsasında orqanizmin enerji sutstratları ilə təchizinin yaxşılaşdırılması durur.
Yüklə 88,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin