Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə18/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   14   15   16   17   18   19   20   21   ...   103
288
 -
270
 
  Nişabura, Qəznəvilərə 
pənah apararaq orada sürgün kimi yaşamağa məcbur olur, yalnız 
 -
388
 ci ildə  Qəznəvilərin köməyi ilə yenə hakimiyyət başına 
qaytarılır və öz torpağı Gürgan ona verilir. 
Buyə hökmdarı  Əzüdəddövlə ilə Qabus arasındakı 
düşmənçiliyin səbəbi "Qabusnamə" kitabında yaxşı  təsvir 
edilmişdir. Bu, tam mə'nasında daxili saray çəkişmələri, şahlıq, 
torpaq və hakimlik üstə doğma qardaşlar arasında gedən faciəli 
mənsəb düşmənçiliyi idi. 
Əzüdəddövlə öz qardaşı  Fəxrüddövləni mirasdan məhrum 
etdikdə o, qaçıb yeznəsi Qabusun yanına gəlir.  Əzüdəddövlə 
məktub yazaraq, Qabusdan Fəxrüddövlənin geri göndərilməsini 
və ya zəhər verib öldürülməsini tələb edir. Qabus bu təklifi 
qəbul etmir, üstəlik öz qızını ona ərə verib ikibaşlı qohum olur. 
Əzüdəddevlə ilə Qabus arasında düşmənçilik  əmələ  gəlir, 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
müharibə başlayır. Qabus məğlubiyyətə  uğrayaraq Nişabura 
qaçmalı olur. Qabus, görünür burada, Nişaburda sürgündə 
olarkən öz yaradıcılıq işinə başlayır.  Ərəb dilində gözəl, səlis, 
əsrinin tələblərinə uyğun əsərlər yazmağa başlayır, alim, yazıçı, 
münəccim,  şair və müdrik adamlarla görüşərək o zamanın 
görkəmli  şəxsiyyətləri ilə ünsiyyət saxlayır və yenidən 
hakimiyyət başına gəldikdə öz sarayını  qəznəvilər kimi, elm, 
şe'r və mədəniyyət ocağına çevirməyə çalışır. 
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, IX-XII əsrlərdə 
Şərq ölkələrində dövlətin hansı  qəbilə  və hansı tayfa əlində, 
xilafət və ya yerli feodallar əlində toplanmasından asılı 
olmayaraq, ölkənin ağıllı  və müdrik alimləri hakimiyyət 
mərkəzini həm də  mədəniyyət mərkəzinə çevirməyə çalışır, bu 
vasitə ilə həm qılıncın şöhrətini artırmaq, həm elmin hörmətini 
qaldırmaq, həm fanatizmə qarşı mübarizə aparmaq, həm 
müxtəlif xalqların hüququnu müdafiə etmək, bir sözlə  həm 
hakim təbəqəni tə'rifləmək, həm də ifşa edib pisləmək kimi bir-
birinə zidd olan iki məqsəd üçün istifadə edirdilər. Ona görə bu 
əsrlərdə alim və  şairlərin saraya toplanması  təsadüfi və 
təəccüblü deyildi. Həmin dövrdə bir sıra  şahlar və hökmdarlar 
özləri də elmi, bədii və dini əsərlər yazırdılar. Bunlardan biri də 
Qabus idi. Qabusun yazdığı əsərlərin əksəriyyəti ərəb dilindədir. 
Qabusun  ərəb dilini çox yaxşı bildiyini, ərəbcə  qısa, yığcam, 
səlis, dolğun məzmunlu  əsərlər yazdığını  tə'rifləyir, onun 
hikmətli sözlərinin dillər əzbəri olduğunu deyirlər. Qabusun üç 
əsəri mə'lumdur. Onların  ən məşhurları  İmam  Əbülhəsən  Əli 
ibn-Yəzdadi tərəfindən "Qəraini-Şəmsülməali" və ya "Kəmaləl-
bəlağe" adı altında bir kitab şəklinə salınmışdır. 
Qabusun qələminin qüdrətini, sözlərinin kəskin, qısa və 
tutarlı olduğunu sübut etmək üçün həmin məcmuədə çoxlu 
misallar gətirilir, Y. E. Bertels də 1958-ci ildə çap etdirdiyi 
"Kabus-namə" kitabının müqəddiməsində ondan geniş surətdə 
istifadə etmişdir
1
. Biz də Bertelsin gətirdiyi bir-iki misaldan 
                       
 
 
 
 
 
 
 
1
 
Е. Э. Бертельс. "Кабус-намэ", М., 1958, сəһ. 10-20.
 
18 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
istifadə etməklə Azərbaycan oxucularını Qabusun yaradıcılığı 
ilə tanış etmək istəyirik. 
Oufi Qabusun fikirləri yığcam yazmaqda mahir olduğunu 
göstərmək üçün belə bir əhvalat danışır.  İki  əmir Qabusun 
hökmünə tabe olmaq istəmir, Qabus katibə deyir ki, onlara 
xəbərdarlıq məktubu yazıb müti olmalarını  məsləhət görsün. 
Dəbir (katib) məktubu yazıb qurtardıqdan sonra Qabus onun 
oxunmasını  əmr edir. Məktub ona uzun və sözçülüklə dolu 
gerünür. Qələm, kağız istəyir və özü bu iki misranı yazır: 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin