5-6Travmatizm,pese xeteliyi


İstehsalat müəssisələrinin planlaşdırılmasında



Yüklə 41,74 Kb.
səhifə3/4
tarix27.12.2023
ölçüsü41,74 Kb.
#200192
1   2   3   4
kopya

İstehsalat müəssisələrinin planlaşdırılmasında
gigiyenik texniki və sanitariya normaları.İstehsalat müəssisələrinin yerləşdirilməsi texnoloji təhlükəsizlik və sanitariya-gigiyena tələbləri mütləq ödənilməlidir.Müəssisə və tikintilərin layihələndirilməsi, inşa edilməsi, yenidən qurulması “ İnşaat norma və qaydaları”, “Texnoloji layihələndirilmə normaları” və “ Sənaye müəssisələrinin layihələndirilməsində sanitariya normaları” əsasında aparılmalıdır.İş yerində tələb olunan əlverişli metereloji şərait yaradılması, zərərli və zəhərli qarışıqların havadakı qatılığının azaldılması və fəhlələrin sağlam iş şəraitinə mənfi təsir göstərən amillərin aradan qaldırılması müəssisənin ən ümdə vəzifələrindən biridir. Bu şərait sanitariya normalarında göstərilən həddə olmalıdır. Bu normalara əsasən hər bir işçiyə qapalı bina daxilində 15m3 həcm və 4.5m2-dən az olmayaraq sahə düşməlidir.Avadanlığın layihələndirilməsində texniki normalar texniki təhlükəsizlik şərtlərini təmin etməlidir. Texniki normalar konustruktiv, ölçü-planlaşdırma və parametrik normalara ayrılır.Ölçü-planlaşdırma normaları nəqliyyat yolları, keçidlər, iş yeri, avadanlıq, binalar və.s arasındakı məsafələrin ölçülərini nəzərdə tutur.

Zəhərli və zərərli maddələrNeft və kimya sənayesində zərərli sayıla bilən maddələr geniş tətbiq edilir. Zərərli maddələr o maddələr adlandırılırki, o, təhlükəsizlik qaydalarının pozulması zamanı insan orqanizminə təsir edərək, onda zədə, peşə xəstəliyi və ya səhhətində müəyyən dəyişikliklərin yaranmasına səbəb olsun.İstehsalatda istifadə edilən xammallar, aralıq və son məhsullar, eləcədə qarışıqlar, köməkçi maddələr, katalizatorlar, tullantılar zərərli və zəhərli ola bilərlər.Zəhərli istehsal amilləri insan orqanizmində təsirinə görə aşağıdakı kimi olurlar:
-zəhərləndirici, -qıcıqlandırıcı,- sensibil(hissiyat artıran),
-kanserogen, -mutagen.Sensibil maddələr orqanizmə qısa müddət təsir etdikdən sonra orqanizmdə həmin maddəyə qarşı hissiyat artır. Bu maddənin sonrakı kiçik miqdarda orqanizmə təsiri onda güclü reaksiyanın yaranmasına səbəb olur və bunun nəticəsində dəri, asma, qan xəstəliklərinin baş verməsi hallarına təsadüf edilir. Civə, platin,aldehidlər,aromatik, nitro-amin birləşmələri və.s sensibil maddələr silsiləsinə aid edilir.

Yüklə 41,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin