Asılılıq yaradan maddələr və onların insan orqanizminə zərərli təsirləri



Yüklə 108,42 Kb.
Pdf görüntüsü
tarix14.01.2017
ölçüsü108,42 Kb.
#5602

 



Asılılıq yaradan maddələr və onların insan  



orqanizminə zərərli təsirləri 

 

 

Müasir  dünyada  bəşəriyyət  qarşısında  duran  həlli  çətin  və  dolaşıq 



problemlərdən  biri  addiktiv  (asılı)  davranış    problemidir.  İnsanların  əksəriyyəti 

şirniyyatlardan  tutmuş,  nikotin,  alkoqol,  narkotika,  toksikomaniya  kimi  kimyəvi 

tərkibli  müxtəlif  məhvedici  maddələrdən    asılılıqdan-yəni  kimyəvi  addiksiyadan 

əziyyət  çəkirlər.  Yaşadığımız  istehlakçı  cəmiyyətin  standartları  reklamlar  vasitəsi 

ilə asılılıq və alışqanlıq yaradan məhsulların dəstəklənməsini həyata keçirirlər. 

 

Bu  gün  bəşəriyyəti  böyük  təhlükə  qarşısında  qoyan  və  başlıca  çevrilmiş 



ciddi  problemlərdən  biri  olan  narkomaniya  sürətlə  genişlənməkdədir.  Inasn 

orqanizminə,  səhhətinə,  sağlamlığa  və  mənəviyyata  ağır  zərbə  vuran,  çirkin  və 

ikrah doğuran bu zərərli vərdiş, narkotika aludəçiliyinə qarşı dünyanın bütün sivil 

ölkələrində ciddi mübarizə aparılır. Ümummilli Lider Heydər Əliyev prezidentliyi 

dövründə  Narkomanlığa  və  narkotik  vasitələrin  qanunsuz  dövriyyəsinə  qarşı 

mübarizəni  ümumdövlət  vəzifəsi  hesab  edərək  26  avqust  1996-cı  ildə  bu  barədə 

fərman  imzalanmış,  Azərbaycan  Respublikasının  Milli  Məclisi  18  iyun  1999-cu 

ildə  “Narkotik  vasitələrin,  psixotrop  maddələrin  qanunsuz  dövriyyəsinə  qarşı 

mübarizə haqqında” Qanun qəbul etmişdir. 

Azərbaycan  Respublikasının  Prezidenti  Cənab  İlham  Əliyev  narkomanlığa 

qarşı  mübarizə  tədbirlərinin  gücləndirilməsi  zərurətini  nəzərə  alaraq  iki  dəfə  28 

iyun 2007-ci il tarixdə 2007-2012-ci illər üçün və 24 iyun 2013-cü ildə isə 2013-

2018-ci  illər  üçün  “Narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların 

presurserlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 

Dövlət Proqramını təsdiq etmişdir. 

Azərbaycanda  narkomaniyaya  qarşı  aparılan  maarifləndirici,  proflaktik  və 

cəza  tədbirlərinə  baxmayaraq  bu  faciəni  bəlanın  nəinki  kökünü  kəsmək  mümkün 

olmuş,  əksinə  narkotika  istifadəçilərinin  sayının  artımı  və  onun  yeniyetmə  və 

gənclər  arasında  da  yayılması  güclənməkdədir.  Statistikaya  görə  hazırda 

Azərbaycanda  rəsmi  qeydiyyatda    olan  narkotik  istifadəçilərinin  sayı  40  min 



 

nəfərdən  çoxdur.  Onların  sırasında    15-17  yaşlı  yeniyetmə  və  gənclərin  sayı  isə 



1344 nəfərdir.  

 

Zərərli vərdiş və asılılıq yaradan maddələr mərkəzi sinir sitemində, yəni  baş 



və  onurğa  beyində,  beyincikdə  əhəmiyyətli  dəyişikliklərin    yaranmasına,  beyin 

hüceyrələrində  oksidləşmə-bərpa  prosesinin  pozulmasına  səbəb  olur.  Bunların 

təsiri nəticəsində insanın emosional vəziyyətində depressiv fon-əhval düşkünlüyü, 

intellektual fəaliyyətində, yəni təfəkkürü və zehni qabiliyyətlərində, habelə hafizə, 

iradəsi və davranışında müxtəlif pozğunluqlar meydana gəlir.  

Alkoqol  və  narkotika  kimi  maddələr  həm  də  insanda  psixoloji  və  fiziki  

asılılıqlara yol açır. Məsələn, alkoqol və ya narkotika aludəçisi olan şəxsdə onları 

davamlı şəkildə qəbul etmək arzusunun yaranması psixoloji asılılıq əlaməti hesab 

edilir.  Əgər  alkoqol  və  ya  narkotika  audəçisi  həmin  maddələri  təlabat  hiss  etdiyi 

zamanda tapa, əldə edə  bilməzsə və ya istifadəsi üçün əlverişli şərait olmazsa, bu 

zaman  onda  ruhi  narahatlıq,  məyusluq,  əsəbilik  və  ya  aqrossivlik  kimi 

psixoemosional dəyişikliklər meydana gəlir. 

Davamlı  və  mütəmadi  olaraq  spirtli  içkiyə  və  narkotikaya  mübtəda  olmuş 

şəxsdə  tədricən  “fiziki  asılılıq”  adlanan  yeni  asılılıq  halı  yaranır.  O,  bu 

maddələrdən o dərəcədə asılı vəziyyətə düşür ki, bədənin hüceyrə və toxumalarının 

normal  fəaliyyətdə    olması  müəyyən  zamanlarda  alkoqol  və  ya  narkotikanın 

qəbulundan asılı olur. Alkoqol və ya narkotikanın kəsilməsi bunlara mübtəla olmuş 

şəxslərdə “məhrumiyyət mənzərəsi” (Abstinens sindromu) adlandırılan vəziyyətin 

yaranmasına səbəb olur.  Belə  şəxslərdə müxtəlif  aqnoziya  və  hallüyüsünasiyalar, 

qarabasmalar, illüziyalar baş verir, gözünə müxtəlif xəyali mənzərələr görünür. 

Alkoqol  sərxoşluğunun  ilkin  mərhələsində  insanda  əhvalın  yüksəlməsi, 

bütün bədəni bürüyən  xoş istilik duyğusunun təsiri altında məstolma, rahatlıq hissi 

yaranır.  Belə  halda  olan  şəxslər  yad  adamlarla  asanlıqla  tanışlıq  yarada  bilir, 

zarafatcıl,  şən  və  çox  danışan  olurlar.  Spirtli    işkinin  qəbulu  artdıqca  sərxoşluq 

halının  yaranması riski də artır. Bu zaman hərəkətlərin qeyri-dəqiqliyi, özünə və 

ətrafdakı  adamlara  qarşı  tənqidi,  münasibətin  zəifləməsi  baş  verir.  Orta  dərəcəli 

alkoqol sərxoşluğu zamanı müvazinətin pozulması, hərəkətlərin koordinasiyasının 


 

itməsi  halı  yaranır.  Sərxoş  adamda  tədricən  xoş  əhvali-ruhiyyə,  qıcığa  qarşı 



həssaslığın  artması,  mənasız  yerə  əsəbiləşmək,  qaş-qabaq  sallamaq,  mübahisəyə 

meyllilik və müxtəlif affektiv reaksiyalar meydana gəlir ki, bu da bir sıra davranış 

pozğunluqlarına  yol  açır.  Alkoqol  sərxoşluğu  zamanı  nitqin  dəyişməsi,  sözlərin 

qeyri-səlis tələffüzü və anlaşılmazlığı halları özünü göstərir. 

Ağır dərəcəli alkoqol sərxoşluğu zamanı düşüncənin keyləşməsindən koma 

halına  düşməyə  qədər  müxtəlif  ağır  kliniki  əlamətlər  yarana  bilər.  Bu  zaman 

əzələlərin  atoniyası, hipoteriya, reflekslərin itməsi, tənəffüs və ürək fəaliyyətinin 

pozulmaları  və  hətta  epilepsiyayabənzər  ləngolma  tutmaları-qıcolma  halları  baş 

verə bilər. 

Narkotik  maddələrə  hərislik  üzaq  keçmişdən  məlumdur.  Qədimdə  təbiblər 

narkotik  tərkibli  maddələrdən  bəzi  xəstələri  sakitləşdirmək,  ağrıları  azaltmaq  və 

yuxugətirici məqsədlərlə istifadə edirdilər. Bir çox ölkələrdə, xüsusən Şərqdə XIX 

əsrdə morfi, həşiş, kafein və onların törəmələrindən istifadə halları geniş yayılmış, 

XX əsrin əvvəllərindən etibarən narkomaniya ayrıca bir xəstəlik kimi öyrənilməyə 

başlanılmışdır. XX əsrin 80-90-cı illərindən başlayaraq dünyanın əksər ölkələrində 

narkotikadan  istifadə  sürətlə  genişlənməyə,  yeni-yeni  narkotik  tərkibli  bitkilər  və  

pereparatlardan,  o  cümlədən  marixuana,  həşiş,  kokain,  heroin,  fensiklidin,  habelə 

psixotrop,  andidepressant  və  psixostimulyatorlardan  istifadə  hallarının  miqyası 

genişlənmişdir. Son illərdə bəzi toksiki maddələrin özündən və buxarından (efirli 

yağlar,  benzin,  aseton,  məişət  kimyasında  istifadə  edilən  müxtəlif  aerozollar  və 

inqalyantlar) istifadə halları artmışdır. 

Müşahidələr göstərir ki, psixopatik, mənəvi cəhətdən davamsız, zəif iradəli, 

təlqinə həssas, psixi və mənəvi cəhətdən yetkin olmayan, intellektcə zəif olan və 

kəskin  duyğular  axtaran  şəxslər  daha  tez  narkotik  və  psixotrop  tərkibli 

maddələrdən  istifadə  meyl  edir,  narkoman  olurlar.  İctimai  mühitin  qeyri-sağlam, 

ailə  tərbiyəsinin  qeyri-qənaətbəxş  olması  narkomaniyaya  şərait  yaradır.  Bəzi 

gənclər  sadəlövhlük  göstərərək  “bir  dəfə  dadına  baxmaq”  nəticəsində  get-gedə 

asılılığa  düşür  “ağ  ölüm”ün  girdabına  yuvarlanırlar.  Bu  zərərli  vərdişin 

yaranmasında irsi meyllilik amilinin rolu da vardır.  


 



LSD (Lizerjik turşusu dietilamidi) buğdada əmələ gələn bir göbələkdən əldə 

edilir.  Rəngsiz,  dadsız,  qorxusuz  bir  maddə  kimi  tanınır  və  çox  təsirli  olduğu 

göstərilir.  LSD-ni  qəbul  edən  bir  şəxsin  gözünə  gözəl  xəyallar  və  parıldayan 

işıqların  göründüyü  bildirilir.  Bununla  belə,  aparılan  təcrübələr  nəticəsində  LSD-

nin  az  miqdarda  qəbul  edilən  dozalarının  belə,  insanın  irsiyyətlə  əlaqədar  olan 

xromosomlarını  dağıtdığı  sübut  olunmuşdur.  Xüsusilə də hamiləlik  zamanı  LSD-

nin  qəbul  olunması  anadan  olacaq  uşaqlarda  müxtəlif  fiziki  qüsurların  əmələ 

gəlməsinə səbəb olur. 

Fensiklidin  adlı  zərərli  maddə  də  insanda  LSD  kimi  xəyali  hisslər  oyadır. 

“Mələk  tozu” (angel dust) deyə  adlandırılan  maddə  1963-cü ildə anesteziya  kimi 

cərrahiyyə  əməliyyatlarında  işlədilmiş,  ancaq  zərərli  xüsusiyyətləri  müşahidə 

edilincə,  tibbi  istifadəsi  dərhal  dayandırılmış,  1970-ci  illərdən  isə  narkotik 

maddələr qrupuna daxil edilmişdir. Bu maddə qəbul edilən vaxtdan illər keçəndən 

sonra da  bir çox xəstəliyə səbəb olması tibb elmində təsdiq olunmuşdur. 



Uçucu  (solvent)  tipli  maddələr  bəzi  yapışqanlarda,  boyaq  maddələrində, 

mebel laklarında olan aseton, benzin kimi uçucu, maye halındakı üzvi maddələrin 

tənəffüs vasitəsilə qəbul edilməsi zamanı baş verir. Göstərilən maddələr də alkoqol 

sərxoşluğuna  oxşar  bir  vəziyyət  əmələ  gətirir  və  sonu  ölümlə  nəticələnə  bilən 

zəhərlənmələrə  səbəb  olur.  Bu  gün  tibbdə  çox  geniş  istifadə  edilən  bəzi 

dərmanların  həkim  nəzarəti  olmadan  qəbul  edilməsinin  də  müəyyən  alışqanlıq 

əmələ  gətirdiyi  açıq  bir  həqiqətdir.  Bu  cür  dərmanlar,  əsasən,  aşağıdakılardan 

ibarətdir. 

1.

 

Stimülanlar  (təlqinedicilər; məsələn:amfetaminlər) 



2.

 

Hipno-sedatitlər (sakitləşdirici dərmanlar) 



A.

 

Benzodiazepinlər: məsələn; diazepam, xlopdiazepoksid, oksazepam və s. 



B.

 

 Barbitüratlar  (yuxu  dərmanları).  Məsələn;  fenobarbital,  pentobarital, 



sekobarbital və tiyopental. 

Stimülanlar  mərkəzi  sinir  sisteminə  təlqinedici  təsir  gücünə  malikdir. 

Bunlardan bir qrupu Amfetaminlərdir. Amfetaminlərin idmançılar tərəfindən qəbul 

edilməsi  dopinq  olaraq  adlandırılır.  Göstərilən  dərmanlardan  tibbdə  diqqətsizlik, 


 

yuxusuzluq,  yorğunluq,  halsızlıq  hallarının  müalicəsində  istifadə  edilir.  Iştaha 



kəsici xüsusiyyətlərinə görə, göstərilən dərmanlar kökəlməyə qarşı  da işlədilir. Bu 

dərmanlardan diqqətsiz istifadə olunması asılılığın əmələ gəlməsinə səbəb olur. 



Benzodiazepinlər  gündüzləri  sakitləşdirici,  gecələri  isə  yuxugətirici  bir 

vasitə  olaraq  istifadə  edirlər.  Ümumiyyətlə,  həmin  dərmanlar  əsəbilik,  ruhi 

gərginlik, yuxusuzluq hallarında işlədilir. 

Tibbdə  olduqca  geniş  bir  şəkildə  istifadə  edilən  bu  dərmanın  müxtəlif 

qrupları, yuxarıda da göstərdiyimiz kimi, ikitərəfli kəskin bir qılınc kimidir. Daha 

doğrusu, həmin dərmanın bütün qrupları asılılıq əmələ gətirir. Morfinin, heroinin, 

kokainin  adı  çəkildiyi  zaman  diksinən  insanlar  bu  dərmanların  da  onlar  kimi 

alışqanlıq (asılılıq) yarada biləcəyini unutmamalıdırlar.  

Dərman alışqanlığı nəticəsində insanlarda müxtəlif   ruhi pozuqluqlar, fiziki 

rahatsızlıqlar,  cinayət  və  intihar  təşəbbüsləri,  hətta  ölüm  hadisələri  də  müşahidə 

edilir.  Məsələn,  bir  qutu  yuxu  dərmanının  hamısını  birdən  atıb,  intihar  edənlər 

haqqında məgər azmı eşitmişik?! 

Bəşəriyyətin  qorxunc  bəlası  olan  narkomaniya    narkotik  tərkibli 

maddələrdən  bir  və  ya  bir  neçə  dəfə  istifadə  nəticəsində  asılılıq  yaradaraq 

istifadəçini  narkomana  çevrilir.  Öz  orqanizmini  narkotik  maddələrlə  zəhərləyən 

insan  ilk  növbədə  öz  sağlamlığına  ziyan  vurur.  Narkomaniya  orqanizmin  

zəifləməsinə,  bədənin  taqətdən  düşməsinə,  fiziki  və  psixi  enerji  potensialının 

tükənməsinə  səbəb  olmaqla  yanaşı  “Hepatit  B”  adlandırılan  qaraciyər  iltihabı 

xəstəliyinə  yol  açır,  “HİV”  və  QİÇS”  kimi  yoluxucu  xəstəliklərə  düçar  olurlar. 

Müsair tibbi statistikaya görə “QİÇS”-li xətələrin 64% -i məhz narkomanlardır. 

Narkotika aludəçiliyinə mübtəla olmuş, cəmiyyətdə narkoman kimi tanınan 

şəxslər  öz  sosial  əhatə  dairələrini  itirirlər.  Ətrafdakı  hətta  ən  yaxın  insanlar  belə 

onlardan  uzaqlaşır,  ailədə  onlara  qarşı  münasibətin  dəyişməsi  isə  tez-tez 

təkrarlanan ailə konfliktlərinə səbəb olur, boşanmalara və cinayətlərə yol açır.   



 

 

 



 

Elmi işlər üzrə direktor  

                               müavini, dos: 

 

 

N.Z.Çələbiyev 

Yüklə 108,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin