313news net/forum velayet wordpress com manzilat wordpress com



Yüklə 155.93 Kb.
tarix07.01.2017
ölçüsü155.93 Kb.

313news.net/forum velayet.wordpress.com manzilat.wordpress.com


Bismillahir Rəhmanir Rəhim

Əlhəmdulillahi Rəbbil aləmin

Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd
amma bəd... son zamanlarda nasibilərin tez-tez ortalığa atdıqları və özləri üçün böyük və ya cabanının verilməyinin mümkün olmadığı kimi gördükləri Abu Zeyd künyəsi ilə məşhur olan şeyxləri Şahinin “Səqəleyn hədisinin şərhi” məqaləsi ortalıqda çox görünür, əldən ələ gəzir. Mən bu məqalə ilə ilk dəfə qarşılaşanda cavab verib verməmək haqqında çox fikirləşdim. Çünkü bizim məzhəbin əhli bu cür bəsit şeylərə dəyər vermir, əksinə sadəcə elmi bəhslərə, elmi münazirələrə üstünlük verir. Ona görədə belə cızma-qaralara cavab verməyi əksər hallarda lazım görmürü. Necə ki, Əllamə Hilli r.a ibni Teymiyyə əl-Hərraninin “Minhac əs-Sünnə” adlı cızma-qarası haqqında demişdi:
الحسين بن يوسف بن المطهر الحلي عالم الشيعة وإمامهم ومصنفهم وكان آية في الذكاء شرح مختصر بن الحاجب شرحا جيدا سهل المآخذ غاية في الإيضاح واشتهرت تصانيفه في حياته وهو الذي رد عليه الشيخ تقي الدين بن تيمية في كتابه المعروف بالرد على الرافضي وكان بن المطهر مشتهر الذكر وحسن الأخلاق ولما بلغه بعض كتاب بن تيمية قال لو كان يفهم ما أقول أجبته ومات في المحرم سنة ست وعشرين وسبع مائة عن ثمانين سنة وكان في آخر عمره انقطع في الحلة الى أن مات

Hüseyn b. Yusif b. Mutəhhər əl-Hilli, şiələrin alimi, onların imamı və müsənnifidir. Və o, zəmanəsində ağıl üçün nişanə idi. ibni Hacibin "əl-Müxtəsər" əsərini gözəl şəkildə şərh etmişdir... ibni Teymiyyə ona rəddiyə yazmışdır, bu kitab "Rəd əl-Rəfavid" kimi tanınır. ibn Mutəhhər dərrakə cəhətdən cəmiyyətdə məşhur idi və gözəl əxlaq sahibi idi. ibni Teymiyyənin kitabının bəzi cildləri ona gəlib çatanda demişdi: “Əgər mən dediyimi qanacaqsa, cavab verərəm”1


Ancaq mən sonraları bəzi qardaşlarımızın və elm əhli olmayan şəxslərin bu cızma-qaralara görə şübhəyə düşəcəyini düşündüyüm üçün bir neçə kəlmə ilə buna cavab verməyi lazım bildim. Ona görədə inşaAllah bu kiçik məqalədə əvvəlcə nasibi şeyx Şahinin sözlərini bir-bir nəql edəcək, daha sonra isə cavablarını heç bir şübhəyə yer qoymadan verəcəyik.
1. Səqəleyn hədisi, onun sihhəti, dəlaləti və şübhələrə cavab: nasibi şeyx deyir:
Hörmətli oxucu! Bu risaləni qələmə almağımın səbəbi şiə məzhəbinin bir hədis ətrafında ortaya atdıqları şübhələrlə dolu yalan iddiaları olmuşdur. Həmin hədisin mətni belədir: "Mən sizə iki şeyi: Allahın kitabını və əhli-beytimi tərk edib gedirəm. Siz onlardan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız.” (Tirmizi: 3786)
Şiələr bu hədisi dəlil gətirərək iddia edirlər ki, onlar (yəni şiələr) əhli-sünnətdən fərqli olaraq əhli-beytə tabe olmağı vacib bilirlər. Guya ki, onların məzhəbi əhli-beytin məzhəbidir. Bu səbəbdən də onlar özlərini əhli-beytdən olan İmam Cəfərə nisbət edərək "Cəfəri” adlandırırlar.
Şübhəsiz ki, bu hədis şiələrin leyhlərinə yox, əleyhlərinə dəlildir. Mən bunu bir nəçə yöndən izah etməyə çalışacam.
və mən cavab olaraq deyirəm: həqiqətdə isə “Səqəleyn hədisi” adı ilə məşhur olan bu hədis müxaliflərin nasibi olduqlarının açıq dəlilidir. Çünkü siz əgər onlara “bu hədis “sizə Kitabullahı əmanət qoyuram” şəklindədir” desəniz onlar əsla buna etiraz etməzlər; həmçinin əgər onlara “bu hədis “sizə Kitabullah və Sünnəti əmanət qoyuram” şəklindədir” desəniz yenədə etiraz etməzlər ancaq əgər “bu hədis “Kitabullah və İtrətim Əhli Beytimi əmanət qoyuram” şəklindədir” desəniz onlar mütləq ya buna etiraz edəcəklər, ya hədisin zəif olduğunu isbat etməyə çalışacaqlar yada hədisi təvil etməyə çalışacaqlar. Necəki nasibilərin şeyxi və məqalənin müəllifi Şahin deyir: “Mən bunu bir nəçə yöndən izah etməyə çalışacam.”
Bəli, sən çalışmısan ancaq bacarmamısan, necəki səndən öncəki nasibilər, ibni Teymiyyə, Osman əl-xamis və digərləri bacarmadılar. Məgər siz Allah c.c-ın bu kəlamını eşitmədinizmi?
يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

Onlar Allahın nurunu öz ağızlarından (çıxanlarla) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.2


nasibi belə davam edir:
Birincisi: Hədisin məhz bu formada Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) səhih sənədlə nəql olunmasında alimlər ixtilaf etmişdirlər. Çünki bu hədisin sənədində Zeyd adlı bir rəvayətçi vardır. O, daima nəql etdiyi hədislərdə özündən daha etibarlı sayılan rəvayətçilərə muxalif olur. Bu hədisi İmam Müslim daha etibarlı bir sənədlə bu formada rəvayət etmişdir: "Mən sizə iki ağır əmanəti qoyub gedirəm. Bunların birincisi Allahın kitabıdır. Onda hidayət və nur vardır. Siz də Allahın kitabına bağlanın və ondan möhkəm tutunun... (İkinci tövsiyəm) Əhli-beytimdir. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram.” (Müslim: 2408). Hədisin bu mətnindən aydın olur ki, Peyğəmbər (saləllahu aleyhi və səlləm) Qurana tabe olmağı əmr etmişdir. Əhli-beytinə qarşı isə nəvaziş göstərməyi və onların haqlarını ödəməyi tövsiyə etmişdir. Tirmizinin rəvayətindən fərqli olaraq burada əhli-beytə tabe olmaqdan söhbət getmir. Tabeçilik yalnız Quran barədə əmr edilmişdir. Bunu, Müslimin Cabir ibn Abdullahdan (radiyallahu anh) rəvayət etdiyi digər bir hədis də təsdiqləyir. Hədisdə deyilir: "Mən sizə bir şeyi, Allahın kitabını qoyub gedirəm. Siz ondan tutunsanız, məndən sonra heç vaxt yolunuzu azmazsınız.” (Müslim: 1218) Bu hədisdə də Peyğəmbər (saləllahu aleyhi və səlləm) Allahın kitabına tabe olan insanın haqq yoldan azmayacağını demiş, amma əhli-beytini qeyd etməmişdir.
İkincisi: Tirmizinin rəvayət etdiyi hədisi Şeyx Əlbani (rahiməhullah) səhih saymışdır. Bu hədisin səhihliyi barədə olan ixtilafı bir kənara qoyaraq deyirəm: "Bu hədis səhih olsa da, şiələrin zənn etdikləri mənadan təmamilə uzaq və onların leyhlərinə yox, əleyhlərinə dəlildir.
və mən cavab olaraq deyirəm: həqiqətən nasibilər ağıl baxımından qüsurludurlar. Bu məsələdə başqa bir dəlilə ehtiyac yoxdur sadəcə nasibinin öz mənbələrindən nəql etdiyi hədislər kifayətdir. O nə düşünür? Bu məqaləni nə məqsədlə yazmışdır? Şiələrə cavab üçün? Yoxsa nasibilərin başını qatmaq üçün? əgər bu məqalə Şiələrə cavab olaraq yazılmışdırsa onda mən deyirəm: müxalifə müxalifin mənbələrindən deyil öz mənbələrindən dəlil gətirmək yeni bir münazirə üsuludur? Maraqlıdır, görəsən mən və ya başqa bir Şiə bu nasibiyə qarşı Şiə mənbələrindən dəlil gətirsək qəbul edəcəkmi? əgər qəbul edəcəksə o zaman buyursun ixtilaf etdiyimiz bütün məsələləri Şiə mənbələri ilə danışaq, yox əgər qəbul etməyəcəksə o zaman hansı ağıl ilə bizə öz mənbələrindən dəlil gətirir? Biz “nasibinin dilindən nasibi anlayar” deyə düşünürük və bunun üçün də ona öz imamı ibni Həzmin sözlərini nəql edirik:
لا معنى لاحتجاجنا عليهم برواياتنا ، فهم لا يصدّقونها ، ولا معنى لاحتجاجهم علينا برواياتهم فنحن لا نصدّقها ، وإنّما يجب أن يحتجّ الخصوم بعضهم على بعض بما يصدقّه الذي تقام عليه الحجّة به

Şiələrə qarşı öz hədislərimizi dəlil gətirmənin mənası yoxdur, çünki şiələr bu hədisləri qəbul etmirlər. Şiələrində bizə qarşı öz hədislərini dəlil gətirmələrinin mənası yoxdur. çünki bizdə o hədisləri qəbul etmirik. bu səbəbdən müxaliflər ilə münazirə edərkən müxalifin qəbul etdiyi və müxalif üçün höccət sayılan mənbələrdən dəlil gətirmək lazımdır.3
daha münazirə qaydasını bilməyən birinin “Səqəleyn hədisi” mövzusunda məqalə yazmağına nə demək mümkündür? amma onun “Hədisin məhz bu formada Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) səhih sənədlə nəql olunmasında alimlər ixtilaf etmişdirlər.” sözünə gəlincə bu sadəcə yalandır, bu hədisi Əhməd, Nəsai, Tirmizi, Hakim, Təbərani, Suyuti və daha başqa əhli sünnə alimləri müxtəlif sənədlərlə nəql etmiş, Hakim, Zəhəbi, ibni Kəsir, ibni Hacər, Suyuti, Heysəmi, əl-Albani kimi böyük mühəddislərdə səhihliyini təsdiq etmişdirlər.4
nasibi deyir:
İstər Müslimin nəql etdiyi hədisdə "haqlarının qorunması” əmr edilən və istərsə də Tirmizinin nəql etdiyi hədisdə "tabe olunmaları” əmr edilən əhli-beytdən məqsəd, şiələrin iddia etdikləri kimi yalnız Əli (radiyallahu anh) və onun övlad-ları deyil. Əvvəla, əhli-beyt dedikdə Peyğəmbərin zövcələri nəzərdə tutulur. Bu, həm Quran, həm Sünnət baxımından və həm də dilçilik və adət baxımından bu cürdür.
Qurandan dəlil əl-Əhzab/33-cü ayədir. Uca Allah buyurur:
{ وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلاَ تَبَرَّجْنَ تَبَرُّجَ الجَاهِلِيَّةِ الأُولَى وَأَقِمْنَ الصَّلاَةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللهَ وَرَسُولَهُ إِنَّمَا يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ البَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا وَاذْكُرْنَ مَا يُتْلَى فِي بُيُوتِكُنَّ مِن ءَايَاتِ اللهِ وَالحِكْمَةِ إِنَّ اللهَ كَانَ لَطِيفًا خَبِيرًا }.

Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır, hər şeydən Xəbərdardır. (əl-Əhzab/32-34)


Ancaq burada əhli-beytə olan xitabın kişi cinsində olması şiələrin iddia etdikləri kimi Peyğəmbər (saləllahu aleyhi və səlləm) zövcələrinin əhli-beytdən sayılmayacağına dəlalət etmir. Çünki evin kişisi ev əhlinin rəisi olduğundan ötrü, ev əhlinə (yəni zövcələrə) müraciət də kişi cinsində olmuşdur. Bu, ərəb dilçiliyində məlum olan bir qaydadır. Necə ki, mələklər İbrahimin (aleyhissəlam) zövcəsinə övlad müjdəsi verərkən, ona kişi cinsində xitab etmişdirlər. Uca Allah buyurur:
{قالوا أتعجبين من أمر الله رحمة الله وبركاته عليكم أهل البيت إنه حميد مجيد}

Onlar dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun!.. (Hud/73)


Bu ayədə də Uca Allah İbrahimin (aleyhissəlam) zövcəsini əhli-beyt adlandırır.
Sünnətdən dəlil isə Peyğəmbərin namazlarında oxuduğu salavat duasının belə bir formasıdır: "Allahım! İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və onun zövcələrinə, zürriyətinə də bərəkət ver!” (Buxari və Müslim 1/306) Həmçinin sədəqə almaq da Peyğəmbərin zövcələrinə haram idi. Bu da, onların Muhəmmədin (saləllahu aleyhi və səlləm) əhli-beytindən olduğunun açıq bir isbatıdır. Çünki sədəqə insanların mallarının çirki sayılır və bu, Peyğəmbərin əhlinə haram idi. İbn Əbi Müleykə nəql edir ki, Xalid ibn Səid sədəqə malından bir inəyi Aişəyə göndərir. Aişə (radiyallahu anhə) isə onu geri qaytararaq deyir: "Bizə, Muhəmmədin əhlinə sədəqə haramdır.” (İbn Əbi Şeybə "Musənnəf” 3/214 səhihdir.)
Ərəb dilçiliyi baxımından da bu belədir. Məhşur ərəb dilçiləri və ən möhtəşəm ərəb-dili izahlı lüğətlərinin müəllifləri demişdirlər: Əhli-beyt dedikdə, o evin sakinləri nəzərdə tutulur. Əhlur-rəcul (kişinin əhli) dedikdə, ona ən yaxın olan adamlar nəzərdə tutulur. Peyğəmbərin əhli-beyti dedikdə, onun zövcələri, qızları və yaxın qohumları nəzərdə tutulur. (Bax! İbn Mənzur "Lisanul-arab” 11/28, "əl-Qamusul-muhit” səh.1245 ləm hərfi bölümü, "əs-Sihah” 4/1628, "Mucəm Məqayis əl-lüğə” 1/161)
Adət baxımından bu məsələyə yanaşsaq, yenə də zövcənin kişinin əhli sayıldığını görəcəyik. Uca Allah Musanın (aleyhissəlam) zövcəsinin onun əhlindən olduğunu bəyan edərək buyurur:
{ إذ رأى نارا فقال لأهله امكثوا إني آنست نارا لعلي آتيكم منها بقبس أو أجد على النار هدى}

O zaman o, bir od görüb ailəsinə demişdi: "Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!” (Taha/10)


Bütün bu dəlillər göstərir ki, Peyğəmbərin zövcələri əhli-beytdən sayılır. Hətta şiə alimlərindən bəziləri əl-Əhzab/33-cü ayəyə qarşı bir cavab tapa bilmədiklərindən ötrü, iddia etmişdirlər ki, ayənin əhli-beyt ilə əlaqəli hissəsi səhabələr tərəfindən qəsdən əl-Əhzab/33-cü ayənin içərisinə daxil edilmişdir ki, bu ayəni oxuyan hər kəs elə bilsin ki, Peyğəmbərin zövcələri də əhli-beytdəndir. Bunu şiə məzhəbinin ən asas səkkiz kitabın-dan birinin müəllifi olan Məclisi[1] "Biharul-ənvər” (c.35 səh.234) adlı əsərində demişdir. Bu da Quranın təhrif edildiyinə etiqad etməkdir ki, belə bir etiqadın sahibi İslam dairəsindən kənara çıxmış olur.
və mən cavab olaraq deyirəm: əslində nasibilərin bu hədisdəki “Əhli Beyt” ifadəsi haqqında tərəddüd etmələrini səbəbi hədisdəki “Əhli Beyt” sözü ilə kimlərin qəsd edildiyindən qaynaqlanmaqdadır. çünkü hamıya bəllidir ki, nasibilər Nəbi s.a.a-in soyundan olan imamlara a.s düşmənçilik edir, onlara kin bəsləyir və mümkün olduğu qədər onlar haqqındaki hədisləri inkar və ya təvil etməyə çalışırlar. Sırf bu səbəbdən də onlar ya bu hədisi inkar edirlər yada isbat etməyə çalışırlar ki, hədisdəki “Əhli Beyt”dən məqsdə Hz. Əli, Hz. Fatimə, Hz. Həsən və digər imamlar a.s deyil Nəbi s.a.a zövcələridir.
Mövzumuzun “Əhli Beytin kimlər olduğunu araşdırmaq” olmasada biz burada nasibinin ortaya atdığı şübhələrə cavab verəcəyik. Nasibi burada Qurandan bir neçə ayədən dəlil gətirmək ilə isbat etməyə çalışıb ki, Nəbi s.a.a-in zövcələri də Əhli Beytdəndir. Biz isə deyirik, məgər biz zövcələrin Əhli Beytdən olmadığını deyirik ki? Bizim dediyimiz sadəcə budur ki, “Əhli Beyt” sözü iki anlamdadır:
1. örfi mənada

2. xüsusi mənada


örfi mənada budur ki, Peyğəmbərin s.a.a zövcələri, övladları yəni ailəsi onun "əhli Beyti" yəni ev əhlidir. xüsusi mənada budur ki, yanlızca 12 imam və Hz. Fatimə s.a Rəsulullahın s.a.a Əhli Beytidir. bunu daha asan anlamağınız üçün belə misal verim: İslamda sözlərin istilahi və lüğəvi mənaları vardır. məsələn "səlat" sözü. "səlat" lüğəvi mənada "dua" istilahi mənada isə bizim anlayışımızda fərqli bir ibadətdir hansı ki ona "namaz" deyirik. "Əhli Beyt" sözüdə belədir, lüğəvi (örfi) və istilahi (xüsusi) mənalarda işlədilibdir. bu sadəcə bizim Peyğəmbərimiz s.a.a haqqında deyil digər nəbi və rəsullar a.s haqqında da belədir və bu Şiənin inancıdır. bu inancın dəlilləri isə həm Quranda və həmdə sünnədə mövcuddur. Qurandan bir neçə misal:
أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَىٰ مَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ ۖ فَقَدْ آتَيْنَا آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُمْ مُلْكًا عَظِيمًا

Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik.5


kim iddia edə bilər ki, Allah c.c Hz. İbrahimin a.s bütün soyuna kitab və hikmət verib? heç kim! deməli "İbrahim soyu" sözü ilə İbrahimin a.s soyunun hamısı deyil, bizim dediyimiz kimi seçilmişləri, yəni xüsusi, dar mənada soy nəzərdə tutulub. bu sadəcə İbrahim a.s soyunada aid deyil, yenə Allah c.c buyurur:
إِنَّ اللَّهَ اصْطَفَىٰ آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ

Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini seçib aləmlərdən üstün etdi.6


maraqlıdır, Allah c.c burada adı keçən bütün nəbi və rəsulların bütün ailələrini, zövcə, oğul və s. hamısını seçmişdi? daha bunun kimi Quranda çoxlu ayə var ki, hamısı açıqca üstünlüyü, seçilmişliyi, kitab və himəti miras olaraq almağı bildirir. axı heç kimi çıxıb deyə bilməz ki, fılan peyğəmbərin bütün nəslinin hamısı kitab, hikmət aldı, hamısı aləmlərə üstün oldu. bizdə bunu deyirik. necə ki, bu ayələrədə bu peyğəmbərlərin a.s "ailə"si, "soyu" dar mənada işlədilib eyni şəkildə ayə və ittifaqla gələn hədislərdə də deyildiyi kimi Muhəmməd s.a.a"ailə"si, "soyu", "əhli Beyti" də dar mənada, xüsusi mənada işlədilmişdir. İndi mövzunu iki bölüm halında incələyəcəyik:
A) Əhzab 33-cü ayədə “Əhli Beyt” ifadəsi ilə nəzərə tutulanlar kimdir: Əhzab surəsi 33-cü ayədə Allah c.c-ın tərtəmiz etdiyini, hər cür çirkdən təmizlədiyini bildirdiyi “Əhli Beyt” örfi (lüğəvi) mənada deyil xüsusi (istilahi) mənadadır. Bunun dəlili isə hər iki tərəfin ittifaq ilə nəql etdiyi səhih hədislərdir. Bu ayənin təfsirində nasibilərin böyük təfsir alimi Təbəri deyir:
اختلف أهل التأويل في الذين عنوا بقوله (أهل البيت) فقال بعضهم : عني به رسول الله - صلى الله عليه وسلم - وعلي وفاطمة والحسن والحسين ضوان الله عليهم

əhli təvil bu məsələdə ixtilaf etmişdirlər. onlardan bəziləri deyiblər ki "Əhli Beyt" Rəsulullah s.a.a, Əli, Fatimə, Həsən və Hüseyindir.


ذكر من قال ذلك

bu deyənlər:


حدثني محمد بن المثنى قال : ثنا بكر بن يحيى بن زبان العنزي قال : ثنا مندل ، عن الأعمش ، عن عطية ، عن أبي سعيد الخدري قال : قال رسول الله - صلى الله عليه وسلم -: نزلت هذه الآية في خمسة : في وفي علي رضي الله عنه وحسن رضي الله عنه وحسين رضي الله عنه وفاطمة رضي الله عنها: إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا

...Əbu Səid əl-Xudri dedi: Rasulullah s.a.a buyurdu: "bu ayə (Əhzab 33) 5 nəfər haqqında nazil olub. onlar mən, Əli, Fatimə, Həsən və Hüseyindir"


حدثنا ابن وكيع قال : ثنا محمد بن بشر ، عن زكريا ، عن مصعب بن شيبة ، عن صفية بنت شيبة قالت : قالت عائشة : خرج النبي - صلى الله عليه وسلم - ذات غداة ، وعليه مرط مرجل من شعر أسود ، فجاء الحسن ، فأدخله معه ثم قال: إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا

...Aişə dedi: Peyğəmbər s.a.a üzərində naxışlı qara yundan əba olduğu halda evdən çıxdı. bu zaman Hasan gəldi (Rəsul s.a.a) onu əbası ilə örtdü. sonra Hüseyin gəldi o da qardaşının yanına girdi. Sonra Fatimə gəldi Rəsul s.a.a onu da əba ilə örtdü, daha sonra Əli gəldi. Rəsul s.a.a onu da əba ilə örtdükdən sonra "Ey Əhli Beyt! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir." ayəsini oxudu.


حدثنا ابن وكيع قال : ثنا محمد بن بكر ، عن حماد بن سلمة ، عن علي بن زيد ، عن أنس أن النبي - صلى الله عليه وسلم - كان يمر ببيت فاطمة ستة أشهر ، كلما خرج إلى الصلاة فيقول: الصلاة أهل البيت إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا

...Ənəs b. Malik dedi: Rəsulullah s.a.a sübh namazına çıxdığı zaman 6 ay qədər Fatimənin evinin qapısında durar və "ey Əhli Beyt namaza" deyər, daha sonra isə bu ayəni oxuyardı: "Ey Əhli Beyt! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir."


حدثني موسى بن عبد الرحمن المسروقي قال : ثنا يحيى بن إبراهيم بن سويد النخعي ، عن هلال ، يعني ابن مقلاص ، عن زبيد ، عن شهر بن حوشب ، عن أم سلمة قالت : كان النبي - صلى الله عليه وسلم - عندي ، وعلي وفاطمة والحسن والحسين ، فجعلت لهم خزيرة ، فأكلوا وناموا ، وغطى عليهم عباءة أو قطيفة ، ثم قال : " اللهم هؤلاء أهل بيتي ، أذهب عنهم الرجس وطهرهم تطهيرا

...Ümmü Sələmə r.a dedi: Rəsulullah s.a.a Əli, Fatimə, Həsən və Hüseyini əba ilə örtdü və "Allahım bunlar mənim əhli beytimdir onlardan ricsi apar və Onları tərtəmiz et" deyə dua etdi.


حدثنا ابن وكيع قال : ثنا أبو نعيم قال : ثنا يونس بن أبي إسحاق قال : أخبرني أبو داود ، عن أبي الحمراء قال : رابطت المدينة سبعة أشهر على عهد النبي - صلى الله عليه وسلم - ، قال : رأيت النبي - صلى الله عليه وسلم - إذا طلع الفجر ، جاء إلى باب علي وفاطمة ، فقال: الصلاة الصلاة إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا

...Əbu Həmrə dedi: mən Mədinədə Rəsulullahın s.a.a 7 ay Sübh namazına gedərkən Fatimənin evinə gedərək "namaza-namaza" dediyini və "Ey Əhli Beyt! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir." ayəsini oxuduğuna şahid oldum.


حدثني أحمد بن محمد الطوسي قال : ثنا عبد الرحمن بن صالح قال : ثنا محمد بن سليمان الأصبهاني ، عن يحيى بن عبيد المكي ، عن عطاء ، عن عمر بن أبي سلمة قال : نزلت هذه الآية على النبي – صلى الله عليه وسلم – وهو في بيت أم سلمة ( إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا ) فدعا حسنا وحسينا وفاطمة فأجلسهم بين يديه ، ودعا عليا فأجلسه خلفه ، فتجلل هو وهم بالكساء ثم قال : ” هؤلاء أهل بيتي ، فأذهب عنهم الرجس وطهرهم تطهيرا ” . قالت أم سلمة : أنا معهم؟ مكانك ، وأنت على خير

...Ömər b. Ümmü Sələmə dedi: Əhzab surəsinin 33-cü ayəsi Ümmü Sələmənin evində nazil olmuşdu. ayə nazil olduğu zaman Rəsulullah s.a.a Fatimə, Həsən və Hüseyini çağırdı, onları bir örtük ilə örtdü, Əli də Rəsulullahın s.a.a arxasında durmuşdu onu da bir başqa örtük ilə örtdü və belə dua etdi: "Allahım bunlar mənim əhli Beytimdir. bunlardan pislik və çirkinliyi yox et və onları tər-təmiz et"


Ümmü Sələmə dedi: "ey Rəsulullah s.a.a məndə onlardanam?" Rəsulullah s.a.a dedi: "sən yerində dur, sən mənə xeyirli şəxslərdənsən!"
حدثنا ابن المثنى قال : ثنا أبو بكر الحنفي قال : ثنا بكير بن مسمار قال : سمعت عامر بن سعد قال : قال سعد : قال رسول الله – صلى الله عليه وسلم – حين نزل عليه الوحي ، فأخذ عليا وابنيه وفاطمة ، وأدخلهم تحت ثوبه ، ثم قال : ” رب هؤلاء أهلي وأهل بيتي

...Səd b. Əbu Vəqqas dedi: Rəsulullah s.a.a özünə vəhy nazil olduğu zaman Əli, Fatimə və oğullarını yanına çağırdı və dedi: "Rəbbim! bunlar mənim əhlim və Əhli Beytdimdir"7


Təbərinin burada nəql etdiyi hədislərdən Əbu Səid əl-xudri r.a-ın hədisi Təbərani “Mucəm əs-Sağir” adlı kitabında; möminlərin anası Aişənin hədisini Müslüm “əs-Səhih” kitabında; Ənəs b. Malik, Ümmü Sələmə və Ömər b. Ümmü Sələmənin hədislərini Tirmizi “Sünən” adlı kitabında; Səd b. Əbu Vəqqasın hədisini isə Nəsai “xəsaisi Əli” kitabında nəql etmişdir.
Bu nasibilərin öz kitablarından Əhzab 33-cü ayənin təfsiri ilə bağlı olan hədislərin bir qismi idi. Bu ayənin təfsiri haqqında onların mənbələrində başqa səhih hədislərdə var ancaq biz bu qədəri ilə kifayətlənirik. Bunlar Nəbi s.a.a, səhabə r.a sözləridir və bunu onlardan sizin öz alimləriniz səhih sənədlər ilə nəql etmişdirlər. Daha nə üçün inad edirsiniz ki? Siz iddia edirsiniz ki, bu ayənin hökmünə zövcələr də daxildir yaxşı məndə sual verirəm, Şiə mənbələrindən demirəm heç sizin öz mənbələrinizdən bir dənə olsun səhih hədis varmı ki zövcələr də bu ayənin hökmünə daxildirlər?
nasibilərin bu ayənin təfsiri haqqında heç bir nəqli dəlili yoxdur, onların dəlili sadəcə “Əhli Beyt” sözünün lüğəvi mənasıdır. Çünkü biz başlanğıcda demişdik ki, “Əhli Beyt” sözü iki mənada işlədilir:
a) örfi (lüğəvi)

b) xüsusi (istilahi)


örfi (lüğəvi) mənada budur ki, bir şəxsin “Əhli Beyti” onun evində yaşayan kəslərdir, oğlu, zövcəsi, bir sözlə ailəsi, xüsusi (istilahi) mənada isə sadəcə 14 məsum a.s-dır. biz bu ayədəki “Əhli Beyt” ifadəsi ilə məhz xüsusi (istilahi) mənanın nəzərdə tutulduğunu onların öz kitabları ilə nəql etdik. Bəs görəsən onlar bu ayədəki “Əhli Beyt” ifadəsinin örfi (lüğəvi) mənada olduğuna dair bir dənə dəlil gətir bilərlər? əgər dəlilləri yoxdursa və sadəcə öz ağıllarına görə Quranı təfsir etmək istəyirlərsə onda öz mənbələrinə görə onlar cəhənnəmlikdirlər. Çünkü onların hədis imamı Tirmizi belə nəql etmişdir:

حدثنا محمود بن غيلان حدثنا بشر بن السري حدثنا سفيان عن عبد الأعلى عن سعيد بن جبير عن ابن عباس رضي الله عنهما قال قال رسول الله صلى الله عليه وسلم من قال في القرآن بغير علم فليتبوأ مقعده من النار



...ibni Abbas r.a dedi: Rəsulullah s.a.a buyurdu: "kim elmsiz və qəsdən Quran ayələri haqqında danışsa və hökm versə cəhənnəmdəki yerinə hazırlaşsın"8
Biz onların mənbələrindən Nəbi s.a.a və səhabələrdən r.a bu qədər hədis nəql etdik. İndi görəsən kimdir səhabələrə tən edən? Biz yoxsa onlar? Axı səhabənin sözünü bir kənara ataraq öz beynindən bir eylər ortaya atmağa çalışan onlardır biz yox. amma bəlkədə onların nəzərində öz alimlərinin sözü Nəbi s.a.a və səhabə r.a-ın sözündən üstündür, ona görədə öz hədis imamları ibni Hacərin bu ayə haqqında dediklərini nəql edirik:
وفي ذكر البيت معنى اخر لان مرجع أهل بيت النبي صلى الله عليه و سلم إليها لما ثبت في تفسير قوله تعالى انما يريد الله ليذهب عنكم الرجس أهل البيت قالت أم سلمة لما نزلت دعا النبي صلى الله عليه و سلم فاطمة وعليا والحسن والحسين فجللهم بكساء فقال اللهم هؤلاء أهل بيتي الحديث أخرجه الترمذي وغيره ومرجع أهل البيت هؤلاء إلى خديجة لان الحسنين من فاطمة وفاطمة بنتها وعلي نشا في بيت خديجة وهو صغير ثم تزوج بنتها بعدها فظهر رجوع أهل البيت النبوي إلى خديجة دون غيرها

(ayədə) “Beyt” ləfzinin zikredilməyinin başqa mənası da vardır. Çünkü Nəbi s.a.a-in Əhli Beytinin çatdığı yer odur (Hz. Xədicə s.a-dir). Necə ki, uca Allaın "Ey Əhli Beyt! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir." (Əhzab 33) sözünün təfsiri ilə əlaqədar olaraq sabit olduğuna görə Ümmü Sələmə belə demişdir: “bu ayə nazil olduğu zaman Nəbi s.a.a Fatimə, Əli, Həsən və Hüseyini çağırdı, onların üzərinə bir örtük örtərək “Allahım! Bunların mənim Əhli Beytimdir” dedi.” Bu hədisi Tirmizi və başqaları rəvayət etmişdirlər. Bütün bu Əhli Beytin çatdığı yer isə Hz. Xədicə r.a-dır. çünkü Həsən və Hüseyin Fatimədəndir, Fatimə də onun qızıdır. Əli də xədicənin evində kiçin yaşından böyümüş, onun vəfatından sonra da qızı ilə evlənmişdir. Beləliklə Beyti Nəbəvinin əhlinin başqasında deyil yanlızca Hz. Xədicəyə raci olduğu ortaya çıxmaqdadır.9
B) Səqəleyn hədisində itaəti əmr edilən “Əhli Beyt” kimdir: biz yuxarıda nasibilərin öz mənbələrinə əsasən Əhzab surəsinin 33-cü ayəsi haqqında danışdıq və ayədə “Əhli Beyt” ifadəsi ilə nəzərdə tutulanların Nəbi s.a.a-in zövcələrinin deyil Nəbi s.a.a, Hz. Əli, Hz. Fatimə, Hz. Həsən və Hz. Hüseyin a.s olduğunu isbat etdik. Ancaq onu deməliyəm ki, Əhzab 33-cü ayənin təfsirinin Səqəleyn hədisi ilə heç bir bağlantısı yoxdur və biz sadəcə olaraq nasibi Abu Zeydin ortaya atdığı şübhələrə cavab vermək üçün bu ayənin təfsiri haqqında danışdıq. İndi isə biz Səqəleyn hədisində itaətin əmr edildiyi “Əhli Beyt”in kimlər olduğunu isbat edəcəyik. Şiənin böyük hədis alimlərindən Şeyx Səduq r.a bu hədisdəki “Əhli Beyt”in kimlər olduğu haqqında belə nəql edir:
حدثنا أحمد بن زياد بن جعفر الهمداني رضي الله عنه قال : حدثنا علي بن ـ إبراهيم بن هاشم ، عن أبيه ، عن محمد بن أبي عمير ، عن غياث بن إبراهيم ، عن الصادق جعفر بن محمد ، عن أبيه محمد بن علي ، عن أبيه علي بن الحسين ، عن أبيه الحسين بن علي عليهم السلام قال: سئل أمير المؤمنين صلوات الله عليه ، عن معنى قول رسول الله صلى الله عليه وآله : إني مخلف فيكم الثقلين كتاب الله وعترتي من العترة فقال : أنا والحسن والحسين والائمة التسعة من ولد الحسينتاسعهم مهديهم وقائمهم ، لا يفارقون كتاب الله ولا يفارقهم حتى يردوا على رسول الله صلى الله عليه وآله حوضه .

...Ğiyas b. İbrahim Cəfər b. Muhəmməd Sadiqdən, o atası Muhəmməd b. Əli (Baqir)dan, o atası Əli b. Hüseyin (Səccad)dan, o da atası Hüseyin b. Əli a.s-dan rəvayət etdi: Əmirilmöminin a.s-dan Rəsulullah s.a.a-ın "Allahın Kitabı və İtrətim, Əhli-beytim" ifadəsi barədə soruşdular. "İtrət" kimdir? imam a.s dedi: “mən, Həsən, Hüseyn və Hüseynin nəslindən 9 İmam. Onlardan 9-cusu Mehdidir və Qaimdir. Onlar Kövsər hovuzunun yanında Rəsulullahla görüşməyənə qədər Allahın kitabından ayrılmayacaqlar.”10


Bu hədisin isnadı səhihdir ancaq məlum məsələdir ki, bizi mənbələrimiz nasibilər üçün dəlil deyil. Ona görədə nasibi deyə bilər ki “bəs nə oldu? əvvəlcə mənim Müslümdən nəql etdiyim hədisi qəbul etmirdin indi özün Şiə kitabından dəlil gətirirsən?”
Cavab olaraq deyirəm: bəli bizim mənbələrimiz sizə qarşı dəlil deyil ancaq bu sözü sadəcə bizim mənbələrdən deyil sizin öz alimlərinizdə bunu doğrulamışdır. Məsələn böyük əhli sünnə müfəssiri Alusi deyir:
وأنت تعلم أن ظاهر ما صح من قوله صلى الله تعالى عليه وسلم : إني تارك فيكم خليفتين وفي روايةثقلين كتاب الله حبل ممدود ما بين السماء والأرض وعترتي أهل بيتي وإنهما لن يفترقا حتى يردا على الحوض يقتضي أن النساء المطهرات غير داخلات في أهل البيت الذين هم أحد الثقلين لأن عترة الرجل كما في الصحاح نسله ورهطه الأدنون ؤأهل بيتي في الحديث الظاهر أنه بيان له أو بدل منه بدل كل من كل وعلى التقديرين يكون متحدا معه فحيث لم تدخل النساء في الأول لم تدخل في الثاني

Nəbi s.a.a-in "sizə iki iki xəlifə -və ya səqəleyn- qoyuram göydən yerə qədər uzanan bir ip kimi olan Allah kitabı və İtrətim Əhli-beytim. Onlar Hovuzun yanında mənə qovuşmayana qədər bir-birindən ayrılmayacaqlar" səhih buyruğu əzvacı tahiratın (yəni zöcələrin) hədisdə sarılmaq əmr edilən Əhli Beytə daxil olmadıqlarını göstərir. çünkü insanın "İtrəti" nəsli, soyudur....11


Bu məsələ o qədər aşkardır ki, heç bu məsələdə Şeyx Səduq r.a-ın nəql etdiyi hədisə və ya Alusinin sözlərinə belə ehtiyac qalmır. Çünkü hədis bu şəkildədir:
حَدَّثَنَا نَصْرُ بْنُ عَبْدِ الرَّحْمَنِ الْكُوفِيُّ حَدَّثَنَا زَيْدُ بْنُ الْحَسَنِ هُوَ الْأَنْمَاطِيُّ عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ عَنْ أَبِيهِ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّتِهِ يَوْمَ عَرَفَةَ وَهُوَ عَلَى نَاقَتِهِ الْقَصْوَاءِ يَخْطُبُ فَسَمِعْتُهُ يَقُولُ يَا أَيُّهَا النَّاسُ إِنِّي قَدْ تَرَكْتُ فِيكُمْ مَا إِنْ أَخَذْتُمْ بِهِ لَنْ تَضِلُّوا كِتَابَ اللَّهِ وَعِتْرَتِي أَهْلَ بَيْتِي

...Cabir b. Abdullahdan dedi: Rəsulullah’ı s.a.a Həcdə Ərəfə günü Qəsvə adlı dəvəsinin üzərində xütbə oxuyrakən gördüm. belə deyirdi: "ey insanlar! sizə iki əmanət qoyuram ki, onlara sarıldıqca əsla azğınlığq düşməzsiniz, Allahın kitabı və İtrətim Əhli Beytim"


“İtrət” sözü isə “soy”, “nəsil” anlamına gəlir və insanın soyu, nəsli onun övladları, uşaqlarıdır, zövcələri deyil. Bunu ərəb dilindən azacıq anlayışı olan hər kəs bilər. Deməli ya nasibi şeyx cahildir ya da yalançıdır. əgər yalançıdırsa onda Allah c.c-ın kitabında yalan böyük günahdır. Allah c.c buyurur:
إِنَّمَا يَفْتَرِي الْكَذِبَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِآيَاتِ اللَّهِ ۖ وَأُولَٰئِكَ هُمُ الْكَاذِبُون

Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar.12


Yox əgər o yalan danışmırsa onda bu məsələdə cahildir. Elə isə cahil olduğu, elm sahibi olmadığı bir məsələ haqqında necə danışır? Halbuki Allah c.c buyurur:
وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۚ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَٰئِكَ كَانَ عَنْهُ مَسْئُولً

Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır.13


Nasibi daha sonra deyir:
Kimdir əhli-beyti qəbul etməyənlər? Əhli-beytə mənsub olan hər kəsi əhli-beytdən sayan və onları sevən Əhli-sünnət, yoxsa Haşim oğullarını və Peyğəmbərin zövcələrini əhli-beytdən saymayan və onları söyən şiələr?
Onlar (yəni şiələr) əhli-beytdən olan Abbasa və onun oğlu Abdullaha, həmçinin İmam Həsənin övladlarına rişxənd edirlər (Kuleyni "əl-Kəfi” 2/155 və 8/191, Kəşşi "Rical” səh.52). Onlar Abdullah ibn Abbası ağıldankəm, İmam Hüseynin nəvəsi Zeyd ibn Əlini şərabxor adlandırırlar. Həsən əl-Əskərinin qardaşı Cəfəri isə fasiq sayırlar. ("əl-Kəfi” 1/247 və 1/405, "Biharul-ənvər” 46/194)
Budurmu əhli-beytə qarşı olan hörmət və onlara tabeçilik?
və mən cavab olara deyirəm: biz yuxarıda artıq bəyan etdik ki, “Əhli Beyt” sözü iki mənadadır və Şiələr bu mənaların hər ikisini də qəbul edirlər. Ancaq itaətlərinin vacib, sevgilərinin iman və düşmənliklərinin küfür olduğu “Əhli Beyt” daha onların boş başları ilə iddia etdikləri kimi lüğəvi mənada deyil istilahi mənadadır və bunlar sadəcə 14 məsum a.s-dır. o ki, qaldı onun Şiə kitablarından -güya- Abbas, Abdullah və digər şəxslərin pisləndiyini bildirən hədislərə, bu hədislərin heç biri səhih deyildir, əksinə zəif və etibarsızdır14. məlum məsələdir ki, nasibilər özlərinin “əhli hədis” olduqlarını iddia edirlər. Mən isə deyirəm: əhli hədis olduğunu iddia edib zəif və etibarsız hədisləri dəlil kimi gətirmək təzə bir şeydir?
O ki, qaldı onun “Budurmu əhli-beytə qarşı olan hörmət və onlara tabeçilik?” sözünə, bu da sadəcə reklamdır yoxsa əslində hər kəsə bəllidir ki, onların əqidəsi və dinləri Əhli Beytə düşmənçilik üzərinə bina edilmişdir. Onların mənbələri Əhli Beyti təkfir edən xaricilərə15; Əhli Beytə a.s lənət oxuyan, Əhli Beytə söyən, kin bəsləyən nasibilərə16 və zahirən olsa belə İslamı qəbul etməmiş olan əhli kitaba17 əsaslanır. Onlara görə imam Əli a.s-ın qatili ibni Mülcəm; imam Həsən a.s-ın qatili Muaviyə; imam Hüseyin a.s-ın qatili Yezid və bu kimi digər şərəfsizlər “müçtehid”, “imam”, “xəlifə” və “səhabə”dirlər18. elə isə bunlar necə olur ki, Əhli Beyt a.s-a qarşı sevgi və hörmətdən danışırlar? Onların öz imamları Yəhya b. Səid imam Cəfər əs-Sadiq a.s haqqında demişdir:
قال يحيى بن سعيد : مجالد أحب إلى منه ، في نفسي منه شئ

Yəhya b. Səid dedi: “Mücahid mənə ondan (yəni imam Sadiq a.s-dan) daha sevimlidir. Çünkü mənim qəlbimdə Cəfərin əleyhinə hisslər mövcuddur”19


Bu onlarca misaldan sadəcə birisidir. Elə isə bu nasibinin “Əhli Beytə sevgi”dən danışmağa nə haqqı var? Və ya onun Əhli Beyt a.s sevgisindən danışmağı ikiüzlülük deyilmi?
Nasibi daha sonra deyir:
Üçüncüsü: İmam Məlik "əl-Muvatta”da və Hakim də "əl-Müstədrək”də Peyğəm-bərin (saləllahu aleyhi və səlləm) belə dediyini nəql etmişdirlər: "Mən sizə iki şey buraxdım. Siz bunlara bağlı qaldıqca azmayacaqsınız. Bunlar Allahın kitabı və Rəsulunun sünnətidir.” Bu hədis də Müslimin rəvayət etdiyi hədisi gücləndirir. Çünki burada da tabeçilik əhli-beytə yox, Quran və Sünnətə yönəldilmişdir. Bir çox halda şiələrin bu hədisi rədd etdiklərini gördüm. Bu hədisi qəbul etməyən, görəsən bu ayələrə nə cavab verəcək? Uca Allah buyurur:
"Bunlar Allahın qoyduğu hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.” (ən-Nisə/13-14);
"Onlara: "Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!"– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görürsən.” (ən-Nisə/61);
"Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: "Eşidirik və itaət edirik!"– demələridir...” (ən-Nur/51);
"Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: "Kaş biz Allaha və Onun Elçisinə tabe olardıq!"” (əl-Əhzab/66);
"Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin! (Muhəmməd/33).
Bu mənada olan ayələr Quranda çoxdur. Onların hamısında da Allaha və Rəsuluna itaət etməkdən bəhs edilir. Deməli, şəriətdə əsas olan budur. Əhli-beytə tabe olmaq və onların yolu ilə getmək də mühüm məsələlərdəndir. Çünki onların Quran və Sünnətin qorunmasında əməkləri çox böyükdür. Bu ümmət, Quranın təfsirində ibn Abbasdan faydalandığı qədər bəlkə də heç kəsdən faydalanmayıb. Həmçinin Aişə anamız da Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) ən çox hədis rəvayət edən səhabələrdən biridir. Onun rəvayət etdiyi hədislərin sayı 2000-dən artıqdır. Bu da onun dinə olan xidmətidir. Bu iki səhabə də əhli-beytin ən şərəfli simalarındandır. İbn Abbasın yüzlərlə ayəyə verdiyi şərhlər də, Aişənin rəvayət etdiyi 2000-dən artıq hədis də, Əlinin nəql etdiyi yüzlərlə hədis və onun verdiyi şəri hökmlər, bütün bunların hamısı əhli-sünnətin təfsir, hədis və fiqh kitablarında yer almışdır. Bu əhli-beytə tabeçilik deyil də, bəs nədir?
və mən cavab olaraq deyirəm: ilk olaraq, nasibinin əhli sünnə kitabları olan “Muvatta” və “Müstədrək”dən nəql etdiyi hədislər bizə qarşı dəlil ola bilməz. Çünkü biz başlanğıcada da demişdik ki, onların mənbələri bizim üçün dəyərsizdir və hətta bu məsələ haqqında onların imamı ibni Həzmin sözlərini də nəql etmişdik.
ikinci olaraq, nasibinin nəql etdiyi bu hədislər hətta onun özü üçün belə dəlil ola bilməz. Çünkü bu hədislər dəyərsiz və zəifdirlər və hətta “Muvatta”dan nəql edilən hədisin heç sənədi belə yoxdur.20 əhli hədislik iddiasında olan birinin bu cür dəliilərə sarılmağı gülünc deyilmi?
Üçüncü olaraq, nasibinin Qurandan nəql etdiyi ayələrə gəlincə, mən buna “hökm Allahındır” sözünü özlərinin dəlili etmiş olan xariclərə imam Əli a.s-ın verdiyi cavabı verirəm. imam Əli a.s onlara cavab olaraq demişdir:
كَلِمَةُ حَقٍّ يُرَادُ بِهَا بَاطِلٌ!

Söz doğrudur ancaq murad (əldə etmək istədiyiniz məna) batildir.21


Bunların nəql etdiyi ayələrdə doğrudur, ancaq əldə etmək istədikləri məna batildir. Belə ki, Nəbi s.a.a-in sünnəsinin dəlil olduğunu həm Quran və həmdə hədislər açıqca bəyan edirlər. məsələn Şeyx Kuleyni r.a “əl-Kafi”də belə bir bab açmışdır:
باب الرد إلى الكتاب والسنة وأنه ليس شئ من الحلال والحرام وجميع ما يحتاج الناس إليه إلا وقد جاء فيه كتاب أو سنة

Kitab və sünnəyə müraciət etmək; halal, haram və insanların ehtiyacı olan hər şeylə əlaqədar Kitab və Sünnədə bir hökmə mütləq vardır babı22


Həmçinin “əl-Kafi” və digər mənbələrdə imamlar a.s-dan belə nəql edilmişdir:
عدة من أصحابنا، عن أحمد بن محمد بن خالد، عن إسماعيل بن مهران عن سيف بن عميرة، عن أبي المغرا (1)، عن سماعة، عن أبي الحسن موسى (عليه السلام) قال: قلت له: أكل شئ في كتاب الله وسنة نبيه صلى اليه عليه وآله؟ أو تقولون فيه؟ قال: بل كل شئ في كتاب الله وسنة نبيه صلى الله عليه وآله

...Səmaə dedi: Əbul Həsən Musa (imam Kazım a.s)a dedim: "Dediyiniz hər bir şey Allahın Kitabında və Peyğəmbərin sünnəsindəndirmi, yoxsa öz şəxsi rəy və nəzərinizi bəyan edirsiniz?" imam a.s dedi: "Əksinə, hər nə deyirəmsə, Allahın Kitabı və Peyğəmbərin sünnəsindəndir."23


Yəni Sünnənin dəlil olduğunu onsuzda biz qəbul edirik. Bizim dediyimiz sadəcə budur ki, sünnə Əhli Beyt a.s-dan öyrənilməlidir daha Əbu Hureyrə, Əmr b. As, Muaviyə və s. kimi münafiqlərdən yox. bunun dəlili də Nəbi s.a.a-in kəlamıdır, çünkü Nəbi s.a.a sadəcə “Quran və İtrətim Əhli Beytim” demişdir.
Dördüncü olaraq, nasibinin Aişə və ibni Abbas r.a-dan nəql etdiklərini dediyi hədislərə gəlincə, nə ibni Abbas r.a və nədə Aişə Səqəleyn hədisində itaətinin vacib edildiyi Əhli Beytdən deyil. Çünkü Nəbi s.a.a “İtrətim” demişdir, İtrət isə “soy”, “nəsil”, “övlad” deməkdir, zövcə və ya əmioğlu deyil.
Nasibi daha sonra deyir:
Dördüncüsü: Peyğəmbər (saləllahu aleyhi və səlləm) demişdir: "Mənim sünnətimdən və məndən sonra gələcək, hidayətə çatmış Raşidi xəlifələrimin sünnətindən azı dişləriniz ilə yapışın!..” (Əhməd "Müsnəd” 4/126, Tirmizi 5/44-də hədis üçün həsən-səhih demişdir, Əbu Davud 5/13, İbn Məcə 1/15, Darimi "Sünən” 1/57, Hakim "Müstədrək”də hədisi səhih saymış və Zəhəbi də onunla razılaşmışdır: 1/95-96, Şeyx Əlbani də hədisi səhihləmişdir: "Mişkətul-məsabih” 1/58).
Həmçinin o (saləllahu aleyhi və səlləm): "Məndən sonra iki şəxsə Əbu Bəkrə və Ömərə tabe olun!” – demişdir. (Əhməd 5/399, Tirmizi 5/610, Hakim 3/79. Hədis səhihdir. Bax! Əlbaninin "Silsilətul-əhadis əs-sahiha” əsəri 3/233 hədis no: 1233)
Əhli-beytə tabeçiliyi əmr edən hədislər də bu cürdür. Bu hədislərə əsasən bəzi alimlər demişdir ki, Raşidi xəlifələrin[3] icması (yəni bir məsələ üzərində yekdil rəyə gəlmələri) şəriətdə hüccət (dəlil) sayılır. Alimlərdən bir qismi isə yuxarıda qeyd etdiyim ikinci hədisə əsasən: "Əbu Bəkr və Ömər bir məsələdə ittifaq etsələr, bu mənim üçün hüccət sayılar” – demişdir. Əbu Yalə də: "Tirmizinin rəvayət etdiyi hədisə əsasən Haşim övladlarının (yəni əhli-beytin) icması hüccətdir” – demişdir (Bax! "Minhəcus-sunnə” 4/85).
və mən cavab olaraq deyirəm: biz başlanğıcda nasibi mənbələrinin bizim üçün heç bir dəyərə sahib olmadığını demişdik ona görədə nə onun nəql etdiyi “raşid xəlifələrin sünnəsi” hədisi və nədə “Əbu Bəkir və Ömərə itaət edin” hədisləri bizim üçün etibarlı deyildir. Nasibinin daha asan anlamağı üçün nümunə verirəm: görəsən mən “əl-Kafi”dən Əbu Bəkir və Ömərin kafir olduğu haqqında hədis yazsam o bunu qəbul edər? əgər edərsə onda elə bu məsələni Şiə mənbələri ilə danışaq, yox əgər o şiə mənbələrini qəbul etmirsə hansı ağıl -həqiqətdə isə ağılsızlıq- ilə mənim əməvi, xarici, nasibi və əhli kitabdan ibarət olan sünnü mənbələrini qəbul edəcəyimi düşünür? amma mən bu nasibiyə sual verirəm: ay nasibi! Axı Əbu Bəkir və Ömərin tabe olunacaq nəyi var? Əbu Bəkir miras hökmünü belə bilməyən bir cahil idi, bunu nasibilərin hədis imamları da nəql etmişdirlər:
أَخْبَرَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ، حَدَّثَنَا وُهَيْبٌ، حَدَّثَنَا خَالِدٌ، عَنِ ابِي، نَضْرَةَ عَنِ ابِي، سَعِيدٍ الْخُدْرِيِّ ح وَعَنْ عِكْرِمَةَ، أَنَّ أَبَا بَكْرٍ الصِّدِّيقَ، جَعَلَ الْجَدَّ أَبًا

...Əbu Səid əl-xudri və İkrimə dedilər: həqiqətən Əbu Bəkir (miras hökmlərində) babanı ata qərar verdi.24


Əbu Bəkir sadəcə miras hökmlərini deyil, həmçinin oğrulara veriləcək hökmü də bilməyəcək qədər cahil idi. Bunu onların hədis imamı Beyhəqi nəql etmişdir:
أخبرنا أبو حازم الحافظ و أبو نصر بن قتادة الأنصاري قالا ثنا أبو الفضل بن خميرويه أنبأ أحمد بن نجدة ثنا سعيد بن منصور ثنا عبد الرحمن بن أبي الزناد عن موسى بن عقبة عن نافع عن صفية بنت أبي عبيد : : ( أن رجلا سرق على عهد أبي بكر رضي الله عنه مقطوعة يده و رجله ، فأراد أبو بكر رضي الله عنه يقطع رجله و يدع يده ، يستطيب بها و يتطهر بها و ينتفع بها ، فقال عمر : لا و الذي نفسي بيده ، لتقطعن يده الأخرى ، فأمر به أبو بكر رضي الله عنه فقطعت يده .).

...Səfiyə binti Əbu Ubeydə dedi: Əbu Bəkirin dövründə bir əli və ayağı kəsilmiş kişi oğurluq etdi. Əbu Bəkir onun o biri ayağını kəsib əlini saxlamaq istəyirdi ki, qalmış əli ilə paklansin, faydalansın və s. Bu zaman Ömər dedi: “Canım əlində olana and olsun ki, onun əli kəsilməlidir” Əbu Bəkir bu cür əmr etdi və kişinin o biri əli kəsildi.25


Həmçinin Ömərin özüdə zır cahil idi. ərəb olduğu halda Quranda ərəbcə olan bir sözün anlamını bilmirdi. ibni Kəsir “Təfsir əl-Quranil Əzim” adlı kitabında nəql edir:
رواه ابن جرير حيث قال حدثنا ابن بشار حدثنا ابن أبي عدي حدثنا حميد عن أنس قال : قرأ عمر بن الخطاب ( عبس وتولى ) فلما أتي على هذه الآية ( وفاكهة وأبا ) قال عرفنا ما الفاكهة فما الأب فقال لعمرك يا ابن الخطاب إن هذا لهو التكلف . فهو إسناد صحيح وقد رواه غير واحد عن أنس به

ibni Cərir Təbəri ibni Bəşşar yolu ilə Ənəs b. Malikdən belə nəql edir: Ömər Abəsə surəsini oxudu və "Meyvələr və otlar" ayəsinə çatanda dedi "meyənin nə olduğunu bilirik bəs ot nədir?"26


bu hədisi nəql etdikdən sonra ibni Kəsir səhihliyini təsdiq etmişdir. Həmçinin Ömər mehr haqqında verdiyi bir hökmə görə bir qadın tərəfindən susdurulmuş və bundan sonra Ömərin özü evdə oturan qadınların belə ondan daha alim olduğunu demişdir. Bunu bir çox əhli sünnə alimi nəql etmişdir və ibni Kəsir “Təfsir əl-Quranil Əzim” kitabında 3/243-də, Nisa surəsi 20-ci ayənin təfsirində bu hədislərin səhih olduğunu bəyan etmişdir. Maraqlıdır bu cür cahil olan bu iki şəxsdən nə öyrənmək mümkündür ki, onların sünnəsinə tabe olunsun?
amma nasibinin “raşid xəlifələrin sünnəsi” və “Əbu Bəkir və Ömərə itaət edin” hədislərinə işarə edərək dediyi “Əhli-beytə tabeçiliyi əmr edən hədislər də bu cürdür.” sözünə gəlincə, mən deyirəm ki, Səqəleyn hədisi ilə bu hədisləri müqyisə etmək ancaq səfeh şəxslərin işi ola bilər. Çünkü “Səqəleyn hədisi” Şiə-Sünnü bütün mənbələrin nəql etdiyi, mühəddislərin sihhətini təsdiq etdiyi mütəvatir bir hədisdir, onun nəql etdiyi “raişd xəlifələrin sünnəsi” və “Əbu Bəkir və Ömərə itaət edin” hədisləri isə Şiələr tərəfindən bilinmir, bunu sadəcə nasibilər rəvayət etmişdirlər. və hətta nasibilərin böyük mühəddisləri belə bu hədislərə etiraz etmişdirlər. Məsələn nasibilərin böyük hədis imamlarından Əbu Hatim ər-Razi, Bəzzar, Daraqtuni, ibni Həzm və digərləri “Əbu Bəkir və Ömərə itaət edin” hədisinin münkər olduğunu demişdirlər.27

1-ibn Həcər, “Lisan əl-Mizan”, 2/317, 1295-ci ravi

2-Saff surəsi 8-ci ayə

3-ibni Həzm, الفصل في الأهواء والملل والنحل ، ج4 ، ص159

4-biz bu hədisin nəql edildiyi əhli sünnə mənbələri haqqında kiçik bir araşdırma apardıq. bu araşdırmanı görmək istəyənlər linkə baxa bilərlər: http://velayet.wordpress.com/tag/sakaleyn-hadisi/

5-Nisa surəsi 54-cü ayə

6-Ali İmran surəsi 33-cü ayə

7-Təbəri, “Təfsir ət-Təbəri”, 20/263

8-Tirmizi, "Sünən", Quranın təfsiri kitabı, hədis 2950

9-ibni Hacər, “Fəthül Bari”, 7/138

10-Şeyx Səduq r.a, "Kəmaluddin", s.240

11-Alusi, "Ruh əl-Məani", 22/16

12-Nəhl surəsi 105-ci ayə

13-İsra surəsi 36-cı ayə

14-biz bu məsələ haqqındaki hədislərin hamısını incələdik və zəif olduqlarını isbat etdik, məlumat üçün linkə baxın: http://313news.net/forum/index.php?/topic/902/

15-nasibilərin mənbələrindəki xarici ravilər haqqında məlumat üçün linkə baxın: http://velayet.wordpress.com/category/sunni-kaynaklari-ve-hariciler/

16-nasibilərin mənbələrindəki nasibi ravilər haqqında məlumat üçün linkə baxın: http://velayet.wordpress.com/category/sunni-kaynaklari-ve-nasibiler/

17-nasibilərin mənbələrindəki əhli kitab ravilər haqqında məlumat üçün linkə baxın: http://velayet.wordpress.com/category/nasibi-kaynaklari-ve-ehli-kitap/

18-məlumat üçün linkə baxın: http://velayet.wordpress.com/category/nasibiler-ve-ehli-beyt-a-s-hakkinda-inanclari/

19-Zəhəbi, “Mizan”, 1/519

20-biz bu hədisləri incələdik və onların zəif olduqlarını isbat etdik, məlumat üçün bax: http://velayet.wordpress.com/2011/11/06/kitap-ve-sunnet-hadisinin-incelenmesi/

21-“Nəhcul Bəlağə”, xütbə 40

22-Kuleyni r.a, "əl-Kafi", 1/59

23-“əl-Kafi”, 1/62, hədis 10; “Bəsair”, səhifə 321, hədis 1

24-Darimi, “Sünən”, hədis 2777, 2778, 2779, 2780, 2781 və s.

25-Beyhəqi, “Sünən”, hədis 17755

26-ibni Kəsir, “Təfsir”, 8/325, Abəsə 31-ci ayənin təfsiri

27 -Seyyid Əli əl-Milani, “risalə fi hədis əl-iqtida biş şeyxeyn”, səhifə 23

səhifə




Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə