26 fevral 1992-ci il. Taleyin və zamanın Azərbaycan xalqına bəxş etdiyi ən dəhşətli və



Yüklə 207,22 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix01.04.2017
ölçüsü207,22 Kb.
#13049
1   2   3

Obstruktiv yuxu apnoe 

sindromunun əsas əlamətlərindəndir

Xoruldama səhhətiniz üçün təhlükəlidir!

Mərkəzi Klinikada 2010-cu ildən etibarən 

bu xəstəliklərin müalicəsi ilə məşğul olan 

Azərbaycanda ilk Yuxu Laboratoriyası fəaliyyət 

göstərir. Almaniya mütəxəssislərinin köməyi 

ilə qısa zamanda laboratioriyamız Yuxu 

Mərkəzinə çevrilərək müayinə və müalicələr 

tibb elmləri doktorunun rəhbərliyi altında 

ekspert səviyyəsində aparılır. 


21  iyul  1983-cü  ildə  Şuşa  şəhərində  anadan  olmuşdur. 

2000-ci  ildə  Azərbaycan  Dövlət  Tibb  Universitetinin  2-ci 

Müalicə Profilaktika fakültəsinə daxil olmuş, 2006-cı ildə həmin 

Universiteti bitirmişdir. 2006-2007-ci illərdə Ə. Məlikov adına 

6 saylı Xəstəxanada ümumi cərrahiyyə ixtisası üzrə internatu-

ra keçmişdir. 2009-2010-cu illərdə Türkiyənin Bursa şəhərinin 

Uludağ Universitetində 1 il müddətində plastik, rekonstruktiv 

və  əl  cərrahiyyasi  kursunu  keçmişdir.  Kurs  keçdiyi  müddətdə 

xəstələrin əməliyyata hazırlanması, müayinə və müalicə üsul-

ları ilə də yaxından tanış olmuşdur. 2000-ə yaxın əməliyyatda 

iştirak  etmişdir.  Eyni  zamanda  yanıq  şöbəsində  və  yanıqdan 

sonrakı rekonstruktiv əməliyyatlar üzrə təkmilləşmişdir. Türkiyə 

Cümhuriyyətində kursda olduğu müddətdə 2009-cu ildə yara 

baxımı kursu, 2009-cu ilin dekabr ayında İstanbul  şəhərində 

estetik cərrahiyyə kursunda və 2010-cu ilin may ayında İzmir 

şəhərində estetik rinoplastika kurslarında iştirak etmişdir. 2010-cu ildə Bakıda “Aptos və 

Endopeel” kursu keçmişdir.

2011-ci  ildə  Avstriyanın  Vyana  şəhərində  yerləşən  Allgemeines  Krankerhaus 

xəstəxanasında Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası üzrə 3 aylıq təkmilləşmə kursu, 

2012- ci ildə eyni xəstəxanada 3 aylıq Üz-Çənə cərrahiyyəsi ixtisası üzrə kurs keçmişdir.

2013 cü ildə Bakıda Hilton oteldə "Addım-addım" rinoplastika kursunda iştirak etmişdir.

Hər il mütəmadi olaraq müxtəlif elmi konfrans və konqreslərdə iştirak edir.

Azərbaycan  Plastik  Cərrahlar  Assosiasıyası  və  Türk  Plastik  Rekonstruktiv  Cərahiyyə 

Dərnəyinin üzvüdür. 2009-ci ildən etibarən Mərkəzi Klinikada Cərrahiyyə şöbəsində  plas-

tik  və rekonstruktiv cərrah kimi fəaliyyət göstərir.

3 sentyabr 1977-ci ildə Tbilisi şəhərində 

anadan  olmuşdur.  2000-ci  ildə  Azərbaycan 

Tibb  Universitetinin  Pediatriya  fakultəsinə 

daxil  olmuş,  2006-cı  ildə  həmin  universite-

ti  fərglənmə  diplomu  ilə  bitirmişdir.  2006-

2007-ci illərdə Ə. Qarayev adına 2 saylı Uşaq 

xəstəxanasında  internatura    keçmiş,  oranı 

həkim-pediatr ixtisası üzrə bitirmişdir.

2011-ci  ildə  Ə.  Əliyev  adına  Həkimlərin 

Təkmilləşdirmə  İnstitutunda  "Kardiologiya" 

üzrə təkmilləşmə kursu keçmişdir. 

2007-ci ildə  Mərkəzi klinikada uşaq kar-

dioloqu kimi işə başlamışdır.

2008-ci ildə Uludağ Universiteti Pediatrik 

Ana bilim Dalı Çocuk kardioloji bölümündə 

uşaq kardiologiyası üzrə 6 aylıq ixtisaslaşma 

kursunu bitirmişdir. Türkiyə Cümhuriyyətində kursda olduğu müddətdə 

Yenidoğan  rezüstasyon  kursu,  Pediatrik  EKQ  dəyərləndirmə  kursu  və  s. 

mövzular üzrə təkmilləşmə kursları keçmişdir.

2012-ci ilin mart ayından Hacettepe Universitetinin İhsan Doğramacı adı-

na Çocuk Hastanesi Pediatrik Ana Bilim Dalı Çocuk kardioloji bölümündə in-

vaziv uşaq kardiologiyası üzrə 1 il müddətində təkmilləşmə kursu keçmişdir. 

2013-cü ilin mart ayından Mərkəzi Klinikada Pediatriya Şöbəsində 

uşaq kardioloqu kimi fəaliyyətini davam etdirir. O, fetal exokardioq-

rafiya,  invaziv  uşaq  kardiologiyası  sahələri  üzrə  sərbəst    mütəxəsis  

kimi fəaliyyət göstərir. 

MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-4 | FEVRAL 2015

4

Azərbaycan  Respublikasında  elmi 



cərrahiyyənin  əsasını  qoyanlardan  biri 

olan  Xudadat  bəy  Rəfibəyli  1877-ci 

ildə  Gəncədə  anadan  olmuşdur.  Orta 

təhsilini  Gəncə  klassik  gimnaziyasında 

başa  çatdırdıqdan  sonra  1898-ci  ildə 

Xarkov  Tibb  Universitetinin  cərrahlıq 

şöbəsinə  daxil  olur.  1903-cü  ildə  uni-

versiteti  bitirən  Xudadat  bəy  Xar-

kov  Universiteti  hospital  klinikasının 

cərrahiyyə  şöbəsinə  ştatdankənar  or-

dinator vəzifəsinə təyin olunur. Burada 

3  il  təctübə  topladıqdan  sonra  1907-

ci  ildə  o,  təcrübəli  həkim-cərrah  kimi 

Gəncəyə  qayıdır  və  Yelizavetpol  şəhər 

idarəsinin təqdimatı ilə 6 nömrəli şəhər 

müalicəxanasının  direktoru  vəzifəsinə 

təyin olunur. 

O  dövrdə  Gəncədə  ilk  ali  təhsilli 

azərbaycanlı  həkim-cərrah  olan  Xuda-

dat  bəy  çoxsaylı  cərrahi  əməliyyatlar 

həyata  keçirməklə  yanaşı,  kütləvi  qa-

rın yatalağı, xolera, dizenteriya və baş-

qa yoluxucu xəstəliklərə qarşı da ciddi 

mübarizə aparmışdır.

İşinin  keyfiyyətini  nəzərə  alan 

hökümət  vaxtaşırı  Xudadat  bəyin 

rütbəsini  artırır,  təltiflərə  layiq  görür, 

dövlət  qulluğunda  pillə-pillə  yüksəlir. 

Əvvəlcə  titulyar  müşavir  (1909),  kol-

lej  assesoru  (1910),  saray  müşavi-

ri  (1912)  təyin  edilir.  1909-cu  ildə  o, 

3  illik  müddətə  Yelizavetpol  Mahal 

Məhkəməsində  fəxri  barışıq  hakimi 

(mirovoy  sudya)  təyin  edilir,  1912-ci 

ildə isə daha 3 illiyə bu vəzifəyə təsdiq 

edilir.


O,  1912-1913-cü  illərdə  Sankt-

Peterburqa  gedir  və  yarım  il  Knyagina 

Yelena  Petrovna  adına  İmperator  Kli-

nik  İnstitutunda  məşhur  professorla-

rın apardığı 12 ixtisas kursunu dinləyir. 

1914-cü  ildə  həmyerlisi,  Moskva  Uni-

versitetinin  tibb  fakültəsini  bitirmiş 

Həsən  bəy  Ağayevlə  birgə  «Yelizavet-

pol Tibb Cəmiyyəti»ni yaradır. 

1918-ci  ildə  Gəncədə  təşkil  edil-

miş  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

2-ci  hökumətinin  Xalq  Səhiyyəsi  və 

Sosial  Təminat  Naziri  təyin  olunur. 

Cümhuriyyət  Bakıya  köçdükdən  son-

ra  Səhiyyə  Nazirliyi  müstəqil  nazirliyə 

çevrilir  və  Xudadat  bəy  yenə  də  Xalq 

Səhiyyəsi  Naziri  vəzifəsinə  təyin  edilir. 

Bu vəzifəyə təyin edildikdən sonra onun 

bütün  diqqəti  Azərbaycanda  səhiyyə 

ocaqlarının  artırılmasına,  epidemiya 

və  digər  xəstəliklərlə  mübarizəyə  həsr 

edilir.  Nazirlikdə  5  əsas  şöbə  -  şəhər 

və  məhkəmə  tibbi  şöbəsi,  tibbi  statis-

tika,  əczaçılıq,  kənd  səhiyyəsi,  baytar-

lıq  və  sanitariya  şöbələri  təsis  olunur. 

Onun göstərişi ilə ölkə ərazisində pul-

suz müalicə aparan bir neçə xəstəxana 

açılır, kənd yerlərində yeni müalicəxana 

və  feldşer  məntəqələrinin  tikintisinə 

başlanılır, ekspertizalar üçün Bakıda ilk 

laboratoriya  təşkil  olunur.  Gəncə  ya-

xınlığındakı  Zurnabad  kəndində  taun 

əleyhinə stansiya yaradılır. 

1918-ci  ilin  dekabrında  Xoyskinin 

höküməti  istefa  verdiyi  üçün  Xuda-

dat  bəy  ölkənin  Xalq  Səhiyyə  Nazi-

ri  vəzifəsini  tərk  edir.  Onun  ədalətli, 

nəcib  adam  olduğunu,  habelə  yüksək 

peşəkarlığını,  bölgədə  böyük  nüfuzu-

nu görən Azərbaycanın milli hökuməti 

1919-cu ilin mayında onu Gəncə quber-

niyasının  qubernatoru  vəzifəsinə  təyin 

edir. Şəhər qubernatoru vəzifəsinin ic-

rasına  başlayandan  sonra  da  həkimlik 

sənəti  ilə  məşğul  olmağa  davam  edir. 

Onun  yeganə  şərti  günün  birinci  ya-

rısında  xəstələri  müalicə  etmək,  qalan 

vaxtda isə quberniyanın işləri ilə məşğul 

olmaq istəyi olur. 

1920-ci ilin aprel çevrilişindən son-

ra  hakimiyyəti  yeni  yaranmış  inqilab 

komitəsinə  təhvil  verir.  Mayın  12-də 

isə  həbs  olunaraq  Bakıya  gətirilir  və 

ermənilərə  qarşı  təzyiqlərdə  ittiham 

olunaraq  güllələnir.  Onun  ailəsi,  həyat 

yoldaşı Cəvahir xanım, üç övladı Kamil, 

Rəşid və böyük şairə Nigar Rəfibəylidən 

ibarətdir. 

Azərbaycan Respublikası Prokurorlu-

ğunun  1990-cı  il  2  iyul  tarixli  qərarı ilə 

Xudadat bəy Rəfibəyli barəsində cinayət 

işinə cinayət tərkibi olmadığına görə xi-

tam verilərək bəraət alır.

Dr. Teymuraz Rəsulov 

həkim-plastik-cərrah 



Dr. Səidə Qurbanova 

həkim-uşaq kardioloqu



Xudadat bəy Rəfibəyli (1878-1920)

Azərbaycan səhiyyəsinin tarixi

Həkimlərimizi tanıyaq

İlk diplom alanlardan biri - Xudadat bəy Rəfibəyli

MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-4 | FEVRAL 2015

5

-  Dahilərdən  biri  deyib  ki,  sağlamlıq  həkimin 

məharətindən  və  dərmanlardan  daha  çox  insanın 

vərdişlərindən və qidalanmasından asılıdır. Bu fikir nə 

qədər həqiqətə uyğundur?

-  Fikrimcə,  insanın  sağlam  olmasında  faktorların  sayı  kifayət 

qədər çoxdur. İstər qida rasiyonumuzun, istər həyat tərzimizin, 

həyat ritmimizin, istərsə də yaşadığımız mühitdə stress faktor-

larının sağlam olmağımızda ciddi rolu var. Deyərdim ki, insanın 

öz sağlamlığına qarşı diqqətli olması daha vacıb amildir. Möv-

cud bir şikayətə, hər hansı bir narazıçılığa etinasız yanaşmaq 

gələcəkdə çox ciddi problemlərə səbəb ola bilir. Bu baxımdan, 

söylədiyimiz  faktorlardan  daha  əhəmiyyətlisi  insanın  özünün 

sağlamlığına  qarşı  olan  diqqətidir.  Bu  daha  üstün  mahiyyət 

kəsb edir. 

-  Xəstəxanalara  müraciət  edən,  xüsusən  də  cərrahi 

əməliyyata ehtiyacı olan xəstələrin sayı həddən artıq 

çoxdur . Xəstələr ən çox nədən şikayətçidir? 

- Təbii ki, ümumi cərrahiyyə bölümü böyük bir cərrahi spektri 

əhatə  edir.  Yəni  bir  çox  orqanların  xəstəliklərinə  aid  olan 

problemlərin  cərrahi  müalicəsi  ilə  məşğuldur.  Bizə  daha  çox 

müraciət edənlər həzm sisteminin xəstəlikləri – istər xoşxassəli, 

istər onkoloji, istərsə də travma xəstələri olurlar. 



-  Sadaladığınız  bu  xəstəliklərin  hər  birinin  tam 

müalicəsi  mümkündürmü?  Bəzən  eşidirik  ki,  adi  bir 

xəstəlikdən insanlar dünyasını dəyişir. 

-  Təbii  ki,  bütün  xəstəliklərin  tam  aradan  qaldırılması,  insan-

ların  xəstəliyindən  asılı  olmayaraq  tam  sağlamlığına  qovuş-

masını  həmişə  təmin  etmək  qeyri-mümkündür.  Lakin  bu-

günkü  gündə  tibbin  inkişafı,  tibb  aləmində  olan  elmi-texniki 

tərəqqinin  istifadəsi  bir  çox  xəstəliklərin  müalicəsində    daha 

yaxşı  nəticələr  almaq  üçün  şərait  yaradır.  Bu  gün  ölkəmizdə 

yeni-yeni xəstəxanalar qurulur və müasir avadanlıqlarla təchiz 

olunur. Ölkəmizdə olan rezidentura sisteminin tətbiq edilməsi 

nəticəsində ümid edirik ki, perspektivdə savadlı yerli kadrların 

yetişdirilməsində yaxşı nəticələr əldə olunacaq. Eyni zamanda, 

Türkiyədə, Avropada təhsil alıb qayıdan və aramızda fəaliyyət 

göstərən  həkimlər  də  bizim  yerli  mütəxəssislərlə  bərabər 

vətəndaşlarımıza günü-gündən yüksək səviyyədə tibbi xidmət 

göstərməkdədirlər.  Təbii  ki,  qüsursuz  bir  sahə  olmadığı  kimi, 

bu sahədə də tam mükəmməllikdən bir qədər uzağıq. Amma 

aparılan işlər gələcək üçün ümidverici yol göstərməkdədir. 

-  Tibb  sahəsində  elmi-texniki  tərəqqi  Mərkəzi  Klini-

kada hansı cərrahi əməliyyatların həyata keçirilməsi 

üçün imkanlar açır?

- Təbii ki, hər bir cərrahi əməliyyat orqanizm üçün travmadır, 

cərrahi aqressiyadır. Zaman keçdikcə, yeni texnoloji vasitələrin 

kəşfi ilə əlaqəli cərrahi əməliyyatların da imkan daxilində daha 

az travmatik yollarla aparılması istiqamətində bir çox işlər aparı-

lıb. Bunların sırasında bu gün özünü ümumi cərrahiyyədə daha 

çox  doğruldan  endoskopik,  yəni  kəsiksiz,  xırda  dəliklərdən  

aparılan  cərrahi əməliyyatlardır. Bunlar artıq yeni deyil, uzun 

müddətdir ki, bütün dünyada aparılır. Gündən-günə bu üsul-

la  aparılan  əməliyyatların  çeşidləri  və  həcmləri  artmaqdadır. 

Bizim xəstəxanada öd daşı xəstəliyi, yoğun bağırsağın cərrahi 

xəstəlikləri,  yırtıqlar,  bir  çox  təcili  əməliyyatlar  və  bir  sıra  gi-

nekoloji əməliyyatlar  məhz bu üsulla həyata keçirilir. Təbii ki, 

bu üsulların da nəticələri xəstələr üçün daha çox məqbuldur. 

Onlar  əməliyyatdan  sonrakı  dövrdə  daha  tez  normal  həyat 

tərzinə  qayıdırlar.  Kosmetik  olaraq  qarın  üzərində  kəsik  izləri 

qalmır. Əməliyyatdan sonra daha az ağrının olması da bu üsul-

ların  ürəkaçan  nəticəsidir.  Bununla  yanaşı  son  zamanlar  tək 

bir dəlikdən aparılan əməliyyatların say və çeşidi artmaqdadır. 

Təbii ki, bu işlər davamlı xarakter daşıyır. 



-  Ölkəmizdə  müxtəlif  orqanların  transplantasiyası 

həyata keçirilir. Ancaq donorların çatışmazlığı ilə bağ-

lı şikayətlər eşidilir. Problem nədədir?

- Bu sahə ölkəmizdə nisbətən yeni olduğu üçün təbii ki,  donor-

la  bağlı  problemlər  yaşamaqdayıq.  Mərkəzi  Klinikada  böyrək 

köçürülməsi əməliyyatı həyata keçirilir. Donor problemi doğ-

rudan  da  bu  işin  aparılmasına  ciddi  əngəllər  yaradır.  Əvvəla, 

beyin  ölümü  olan  xəstələrdə  orqan  alınma  proseduru  tətbiq 

olunmamaqdadır. Bu əhali üçün də bir qədər yeni olduğu üçün 

ciddi  çətinliklər  yaradır  və  bu  gün  Azərbaycanda  da  bu  işin 

həyata keçirilməsi hələ icra olunmur. Söhbət canlı donorlardan 

gedir. Donorların seçimi və əməliyyat nəticələri haqqında əhali 

az məlumatlıdır. Cəmiyyətdə tez-tez rast gəlirik: xəstə gəlir, ən 

yaxın qohumu, ailə üzvü belə təhlillər, nəticələr uyğun olmasına 

baxmayaraq donor olmaqdan imtina edir. Təbii ki, bəlli risklər 

var. Amma əməliyyat öncəsi aparılan ətraflı müayinələr donor 

üçün istər əməliyyat risklərini, istərsə də əməliyyatdan sonra-

kı yaşam müddətində ortaya çıxa biləcək problemləri minimal 

səviyyədə  saxlamağa  imkan  verir.  Donorların  seçimində  cid-

di kriteriyalar mövcuddur. Təbii ki, donorun əməliyyat öncəsi 

gələcək  həyatı  üçün  az  da  olsa  risklər  mövcuddursa,  o  do-

norların  əməliyyata  alınması  dayandırılır.  Bu  kriteriyaların  da 

ictimaiyyətə geniş təbliğ olunması lazımdır ki, gələcəkdə insan-

lar bu işdə daha aktiv iştirak edə bilsinlər. Ona görə bu işin daha 

geniş yayılmasında KİV-in, ziyalı təbəqələrin üzərinə vəzifələr 

düşür. İnsanların öncə bunun nə qədər faydalı olduğuna inan-

ması üçün bu işin təbliğatı lazımdır. 

- Bəzən xarici ölkələrdə insanlar sağ ikən «müəyyən 

orqanlarımı bağışlayıram» deyə elan edirlər. Bizdə bu 

cür faktlara rast gəlinirmi?

- Son vaxtlar bir neçə kampaniyalar aparıldı və bu sahədə bir 

qədər  hərəkətlik  yarandı.  Amma  təəssüf  ki,  bu  qısa  müddət 

çəkdi.  Bilirsiniz  ki,  təbliğat  olmayınca,  insanlar  da  unutmağa 

doğru gedir. Məncə bu işlərin bir müddət davamlılığını təmin 

etmək lazımdır. Bir çox ölkələrdə bu prosedur qaydaları var. Av-

ropanın bir çox  ölkələrində əgər insan sağlığında orqanların-

dan donor kimi istifadə olunmasına etiraz etdiyini rəsmi bəyan 

etməmişsə, beyin ölümü ilə qarşı-qarşıya qalarsa, birbaşa do-

nor olmağa razı olmuş kimi qəbul olunur. Yəni, əgər sağlığında 

belə bir müraciət imzalamamışsa, hər hansı bir qəza nəticəsində 

xəstə xəstəxanaya düşürsə, beyin ölümü təsdiqlənirsə, soruş-

durulmadan onun daxili orqanları donor kimi istifadə olunur. 

Təbii  ki,  bizim  cəmiyyət  üçün  bu  cür  təbliğatların  aparılması 

üçün uzun zaman lazımdır.

- Evtanaziya ilə bağlı fikirləriniz də mənə maraqlıdır. 

Bəzi ölkələrdə “yüngül ölüm” həyata keçirilir.  Bizdə 

isə evtanaziya ilə bağlı fikirlərə münasibət birmənalı 

deyil. 

- Təbii ki, bizim işimiz xəstələrin sağlamlığı uğrunda mübarizəyə 

bağlı  olduğu  üçün  mən  ölüm  haqqında  düşünməməyə  ça-

lışıram.  Amma  təəssüf  ki,  bu  da  bizim  işimizin  bir  parçasıdır. 

İstər-istəməz cərrah üçün hər bir xəstəsinin itkisi ağır bir trav-

madır. Mən bir həkim kimi, evtanaziyanın əleyhinəyəm. İnsanı 

biz yaratmadıq ki, Allahın verdiyi canı da onun əlindən alaq. 

Bu  baxımdan,  mən  psixoloji  olaraq  evtanaziyanı  qəbul  edə 

bilmirəm. Lakin mən ümidsiz bir mərhələyə çatmış və perspek-

tivi  olmayan  xəstələrə  tibbi  xidmətin  dayandırılmasının  daha 

çox  tərəfdarıyam.  Yəni,  tutaq  ki,  xəstə  onkoloji  xəstədir,  ter-

minal bir mərhələdədir, artıq bütün resurslar tükənib. Həmin 

xəstənin  yerdə  qalan  zamanında  da  süni  tənəffüs  aparatına 

qoşub  nəticəsi  olmayan  dava-dərmanla  onu  yükləməkdənsə, 

sadəcə  göstərilən  tibbi  xidmətin  dayandırılması  məncə  daha 

düzgün yanaşma olardı. Təbii ki, bu işdə əsas qərar xəstənin 

ailəsindən asılıdır.

-  Bu  gün  insanların  şikayətləndiyi  problemlərdən 

biri də piylənmə və onun fəsadları ilə bağlıdır. İnsan 

sağlam  olması  üçün  nələrə  riayət  etməlidir  ki,  onda 

piylənmə, şəkər xəstəliyi, hipertoniya və s. xəstəliklər 

baş verməsin. 

- Təəssüf ki, artıq çəki günümüzdə problem olaraq qəbul olu-

nur və zaman keçdikcə  çox yayılmış bir hala çevrilir. Amerikada 

və Qərb ölkələrində statistik olaraq parametrlər Azərbaycandan 

daha ciddi şəkildə özünü göstərir. Bu insanların çox yüksək ka-

lorili qida qəbul etmələri ilə əlaqədardır. Üstəlik oturaq həyat 

tərzi, insanın aldığı kaloriləri xərcləməməsi artıq çəkinin yaran-

masına  səbəb  olur.  Nəticədə  bir  sıra  həyati  təhlükəli  halların 

– şəkərli diabet, hipertoniya, ürək-qan damar problemi, beyin-

qan  dövranının  pozulması  ilə  nəticələnən  çox  ciddi  fəsadlar 

yarana bilir. Artıq çəki ilə mübarizə aparmaq üçün ilk növbədə 

qida faktoruna ciddi riayət etmək, aktiv həyat tərzi sürmək la-

zımdır. Əgər bunlar kömək etmirsə, cərrahi müdaxilə ilə artıq 

çəki probleminin aradan qaldırılması tətbiq olunur.  Artıq bü-

tün dünyada piylənmə ilə bağlı aparılan cərrahi əməliyyatların 

sayı ildən-ilə artmaqdadır. Bu əməliyyatların bir neçə çeşidləri 

var. Bəziləri sadəcə mədəni kiçiltməyə yönəlidir. Yəni mədənin 

həcmi kiçilir və insan az qida qəbul edərkən onda artıq doyma 

hissi yaranır. Bu əməliyyatlar artıq çəkinin bir ildə 75 faizə qədər 

azalmasına imkan yaradır. Bu gözəl bir nəticədir. Bundan əlavə, 

bağırsaq mənfəzində əmilmə prosesini də azaldan əməliyyatlar 

var ki, bunlar  super kökəlmələrdə geniş istifadə olunmaqdadır. 

Biz ötən ilin dekabr ayında Strasburqda, Avropa Telecərrahiyyə 

İnstitutunda  bununla  bağlı  ixtisasartırma  kurslarından  keçdik 

və  hal-hazırda  xəstəxanamızda  da  bu  əməliyyatlar  aparılma 

ərəfəsindədir.



- İndi insanlar həmçinin mədə xoraları, qastrit, mədə 

xərçəngi  kimi  xəstəliklərdən  əziyyət  çəkirlər.  Bu 

xəstəliklərin yaranmasının əsas səbəbləri nədir?

- Bu gün xəstəliklərin tam təsdiq olunmuş  səbəblərindən təkcə 

infeksion  xəstəliklərin  səbəbi  aydındır.  İnsanın  orqanizminə 

hər  hansı  infeksion  agent  -  bakteriya,  virus  düşür  və  bunun 

nəticəsində bir xəstəlik yaranır. Digər xəstəliklərin - istər ürək-

damar, istər həzm sistemi, istərsə də onkoloji xəstəliklərin və s. 

əmələ gəlməsində bir çox faktorlar rol oynayır. Son zamanlar 

xəstəliklərin artması fikrinə gəlincə, zənnimcə bu xəstəliklərin 

artması səbəbi yox, diaqnostikanın mükəmməlləşməsi ilə bağ-

lıdır.  Yəni  əvvəllər  bu  qədər  təfərrüatlı  müayinələr  aparılmır, 

diaqnozlar vaxtında qoyulmurdu. İndi müayinələr daha erkən 

mərhələdə xəstəlikləri üzə çıxarır. Həzm sistemi, mədə xorası və 

onkoloji xəstəliklərinin yaranmasında irsiyyət faktoru ilə yanaşı 

alimentar faktor da var. Yəni elmi olaraq sübut olunub ki,  bu 

faktorların bəlli xəstəliklərin inkişafında rolları böyükdür.

-  Sizə  elə  gəlmirmi  ki,  bu  gün  efirdə,  internet  sayt-

larıda,  elə  sosial  medianın  özündə  belə  həkim 

məsləhətlərindən  daha  çox  klinikaların,  dərmanların 

və həkimlərin öz reklamları yer alır?

- Bu, ağrılı bir məqamdır. Xəstəxanaların, sağlıq qurumlarının, 

həkimlərin, dərmanların efirdə reklamını çox da alqışlamıram. 

Həkimin reklamı onun gördüyü iş olmalıdır. Həkimin peşəkarlığı, 

xəstələrlə ünsiyyəti - əsas faktorlar bu olmalıdır. Hətta indi şad-

lıq  sarayları  ilə  müqayisə  olaraq  “filan  xəstəxanada  endirim 

oldu”- deyə reklamlar gedir. Digər tərəfdən, qeyri-peşəkar tiblə 

məşğul olan həkimlərin reklamları olur ki, bu da ciddi fəsadlara 

səbəb olur. İnsanlar  reklama aldanaraq qeyri-peşəkar insanla-

rın müalicəsi ilə qarşı-qarşıya qalırlar. Nəticədə həm xəstəliyin 

diaqnostikası gecikir, həm də yanlış istiqamətdə müalicə  ge-

dir.  Bunun  özü  də  əlavə  fəsadlar  yaradır.  Xəstəliyin  müalicəsi 

düzgün  yolla  getməlidir.  Müalicəni  yanlış  yoldan  düz  yola 

istiqamətləndirmək sonradan biz mütəxəssislər üçün də çətin 

olur. Yaxşı olar ki, bu cür hallar da bəlli bir nəzarət altında olsun 

ki, insanlar yanlış informasiyaya aldanmasınlar.



- Sonuncu sualım bəlkə bir qədər obrazlı səslənəcək: 

sizcə cərrahın skalpeli, yoxsa dili xəstəni sağaltmalı-

dır? Axı, el arasında belə bir məşhur söz var:  “Həkimin 

dili həkim olmalıdır”.

- Məncə, hər iki faktor çox əhəmiyyətlidir. Biz cərrahlar təbii ki, 

skalpeli bir kənara qoyub xəstənin cərrahi problemini yalnız da-

nışmaqla aradan qaldıra bilmərik. Digər tərəfdən, xəstəni yaxşı 

əməliyyat edib ondan sonra acılasaq, bu da xəstənin ciddi psi-

xoloji travma yaşamasına və aparılan cərrahi əməliyyatdan son-

rakı reablitasiyada mənfi faktor ola bilər. Xəstənin müalicəsində 

ilk növbədə həkimin yüksək peşəkarlığı  rol oynasa da hesab 

edirəm ki, cərrah üçün “skalpel” qədər, xəstə ilə münasibət də 

əhəmiyyətlidir. İnsan gördüyü işə nə qədər hakimdirsə, bir o 

qədər də aldığı nəticə yaxşı olacaq. Cərrah üçün öz imkanla-

rını  doğru  dəyərləndirmək  çox  vacibdir.  “Mən  hansı  xəstəni 

əməliyyat edə bilərəm”- onu seçməyi bacarmalısan. Yəni çox 

böyük bir işin altına girib xəstənin həyatını riskə atmaq haqqını 

heç kim heç kimə verməyib.

Leyla Mirzəzadə

T.e.n., Dr. Zaur Xəlilov: "Cərrah üçün «skalpel» qədər, 


Yüklə 207,22 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin