22 sentyabr 2016-cı il №1(106)36/2016 Şirvan şəhəri



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix26.02.2017
ölçüsü0,98 Mb.
#9869
1   2   3   4   5   6   7   8
 dəyişikliklər  edilməsi 

haqqında”06  may  2016-cı  il  tarixli  230-VQD  nömrəli  Azərbaycan  Resublikası  Qanunu 

(“Azərbaycan”  qəzeti,  25  may  2016-cı  il,  №  112)  ilə  Azərbaycan  Respublikası  Cinayət 

Məcəlləsinin  177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində “min manatdan yeddi min 

manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə  yeddi” sözləri “üç min manatdan  yuxarı, 

lakin  on  min  manatdan  artıq  olmayan  məbləğ,  “külli  miqdar”  dedikdə  on”  sözləri  ilə  əvəz 

edilmişdir.  Yəni  Azərbaycan  Respublikası  CM-nin  177—187,  189  və  189-1-ci 

maddələrində  «xeyli  miqdar»  dedikdə  üç  min  manatdan  yuxarı,  lakin  on  min  manatdan 

artıq  olmayan  məbləğ,  “külli  miqdar”  dedikdə  on  min  manatdan  artıq  olan  məbləğ  başa 

düşülür.  Lakin  sözügedən  epizoddan  görünür  ki,  mənimsənilməsinə  cəhd  olunan  1.186 

(min yüz səksən altı) manat artıq «xeyli miqdar» təşkil etmir. 

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  10.1-ci  maddəsinə  əsasən,    əməlin 

(hərəkət  və  ya  hərəkətsizliyin)  cinayət  sayılması  və  həmin  əmələ  görə  cəza,  bu  əməlin 

(hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən 

edilir.  Törədildiyi  zaman  cinayət  sayılmayan  əmələ  görə  heç  kəs  cinayət  məsuliyyətinə 


 

68

cəlb oluna və cəzalandırıla bilməz. 



Həmin  Məcəllənin  10.3-cü  maddəsinə  görə,  əməlin  (hərəkət  və  ya  hərəkətsizliyin) 

cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud 

cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi 

vardır,  yəni  həmin  qanunun  qüvvəyə  minməsindən  əvvəl  müvafiq  əməli  (hərəkət  və  ya 

hərəkətsizliyi)  törətmiş  şəxslərə,  habelə  cəza  çəkən,  yaxud  cəzasını  çəkmiş,  lakin 

məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir.  

Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən,  dövlət ittihamçısı məhkəmədə cinayət 

təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən 

imtina edilməsini bildirməlidir.  

Azərbaycan  Respublikası  CPM-nin  318.1-ci  maddəsində  göstərilir  ki,  məhkəmə 

baxışı  nəticəsində  məhkəmə  təqsirləndirilən  şəxsin  əməlini  ağır  cinayətdən  daha  yüngül 

cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri 

çıxartmaq hüququna malikdir. 

Odur ki, 25 may 2016-cı il tarixdən əməlin xeyli miqdarda mənimsəmə və israf etmə 

kimi tövsif edilməsi üçün,  vurulmasına cəhd edilmiş zərərin  məbləğinin  üç  min  manatdan 

yuxarı  həddə  müəyyən edilməsi  nəzərdə tutulduğundan, eləcə  də dövlət  ittihamçısı  həmin 

hissədə  cinayət  təqibindən  imtina  etdiyindən  Azərbaycan  Respublikası  CPM-nin  41.3  və 

397-ci  maddələrinin  tələblərinə  uyğun  olaraq,  sözügedən  epizod  üzrə  “xeyli  miqdarda” 

müddəası ittihamdan və hökmdən xaric edilməlidir.  

Bundan  başqa  hazırkı  vəziyyətdə  Azərbaycan  Respublikası  CM-nin  75.1.1  və 

Azərbaycan  Respublikası  CPM-nin  39.1.3  və  44.2.1-ci  maddələrinin  tələblərinə  əsasən, 

Hüseynov  Sahib  Şahlar  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  313-cü  maddəsi  ilə  1 

(bir)  il  müddətə  dövlət  və  yerli  özünüidarə  orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə 

tutma  hüququndan  məhrum  edilməklə    1  (bir)  il  6  (altı)  ay  müddətə  azadlıqdan  məhrum 

etmə  cəzasına  məhkum  edilməsinə  dair  müddəalar  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin  13  avqust  2015-ci  il  tarixli,  1(089)-09/2015  nömrəli  hökmündən  xaric 

edilməklə həmin hökm dəyişdirilməlidir. 

 

Belə  ki,  iş  materiallarından  görünür  ki,  “vəzifə  saxtakarlığı”(CM-nin  313-cü 



maddəsi)  cinayəti      2013-cü  ilin  oktyabr  ayından  2014-cü  ilin  fevral  ayına  kimi  olan 

müddətdə  baş vermiş, hadisənin baş verdiyi vaxtdan hazırda iki ildən artıq vaxt keçmişdir. 

Hüseynov  Sahib  Şahlar  oğlunun  törətmiş  olduğu  cinayətlərdən  biri,  yəni  Azərbaycan 

Respublikası  Cinayət  Məcəlləsinin  313-cü  maddəsində  nəzərdə  tutulmuş  cinayət  böyük 

ictimai  təhlükə  törətməyən  cinayətdir.  Çünki  Azərbaycan  Respublikası  CM-nin  15.2-ci 

maddəsinə  görə,  qəsdən  və  ya  ehtiyatsızlıqdan  törədilməsinə  görə  bu  Məcəllə  ilə 

azadlıqdan  məhrum  etmə  ilə  bağlı  olmayan  cəza  nəzərdə  tutulmuş  əməllər,  yaxud  qəsdən 

və  ya  ehtiyatsızlıqdan  törədilməsinə  görə  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  azadlıqdan 

məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə 

törətməyən cinayətlər  hesab olunur. Azərbaycan Respublikası CM-nin 313-cü  maddəsinin 

sanksiyasında  da  beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  bir  ildən  iki 

ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən 

fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  iki  ilədək  müddətə  azadlıqdan 

məhrum etmə cəzası  nəzərdə tutulmuşdur. 

 

Azərbaycan  Respublikası  CM-nin  75.1.1-ci  madəsinə  görə,  böyük  ictimai  təhlükə 



törətməyən  cinayətin  törədildiyi  gündən  iki  il  keçdikdə,  şəxs  cinayət  məsuliyyətinə  cəlb 

edilə bilməz. 



 

69

 



Həmin Məcəllənin 75.2-ci  maddəsinə əsasən,  müddətlər, cinayətin törədildiyi  gündən 

ittiham  hökmünün  qanuni  qüvvəyə  mindiyi  anadək  hesablanır.  Şəxs  yeni  cinayət 

törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. 

 

Azərbaycan 



Respublikası 

CPM-nin 


39.1.3-cü 

maddəsinə 

əsasən, 

cinayət 


məsuliyyətinə  cəlbetmə  müddətləri  keçdikdə  (cinayət  məsuliyyətinə  cəlbetmə  müddətinin 

dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət 

təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət 

işi üzrə icraata isə xitam verilməlidir). 

 

Həmin  Məcəllənin  44.2.1-ci  maddəsinə  görə,  bəraət  hökmü  və  ya  cinayət  təqibinə 



xitam  verilməsi  barədə  qərar  çıxarılması  üçün  müvafiq  olaraq  bu  Məcəllənin  42  və  43-cü 

maddələrində  göstərilən  əsaslar  mövcud  olmadıqda,  məhkəmə  bu  Məcəllənin  39.1.3-cü 

maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə, ittiham 

hökmü çıxarır. 

 

Həmin  Məcəllənin  43.3-cü  maddəsinə  əsasən,    məhkəmə  baxışının  gedişində 



təqsirləndirilən  şəxsə  qarşı  cinayət  təqibinə,  həmçinin  bu  Məcəllənin  39.1.3,  39.1.12  və 

40.2-ci  maddələrində  nəzərdə  tutulmuş  hallarda  müdafiə  tərəfinin  razılığı  ilə  xitam 

verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 

 

Lakin  müdafiə  tərəfinin  apellyasiya  şikayətindən,  habelə  müdafiəçlərin  məhkəmə 



çıxışından,  eləcə  də  məhkum  edilmiş  şəxsin  son  sözündən  görünür  ki,  müdafiə  tərəfi 

məhkum edilmiş şəxsin barəsində bəraət hökmünün çıxarılması üçün israr edirlər.  Odur ki, 

məhkəmə  kollegiyası  hesab  edir  ki,  belə  olan  halda  Hüseynov  Sahib  Şahlar  oğlunun 

barəsində  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  313-cü  maddəsi  ilə  cinayət 

təqibinə  xitam  verilə  bilməz.  Ancaq  məhkəmə  kollegiyasının  qənaətincə,  Lənkəran  Agır 

Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015  nömrəli hökmündən 

”Hüseynov  Sahib  Şahlar  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  313-cü  maddəsi  ilə  1 

(bir)  il  müddətə  dövlət  və  yerli  özünüidarə  orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə 

tutma  hüququndan  məhrum  edilməklə    1  (bir)  il  6  (altı)  ay  müddətə  azadlıqdan  məhrum 

etmə cəzasına məhkum edilməsinə”  dair müddəalar xaric edilməlidir.   

  Eyni  zamanda  məhkəmə  kollegiyası  hesab  edir  ki,  Ağayev  Mahir  Fərhad  oğlu  və 

Şirinov  Yusif    Əli  oğlu  hazırkı  hökmdən  apellyasiya  şikayəti  verməsələr  də  Azərbaycan 

Respublikasının CPM-nin 397-ci maddəsinə  və eləcə də yuxarıda qeyd olunanlara əsasən, 

ittihamdan  və  hökmdən  Ağayev  Mahir  Fərhad  oğlunun  və  Şirinov  Yusif    Əli  oğlunun  öz 

qulluq  mövqeyindən  istifadə  edərək  onlara  etibar  olunmuş  xeyli  miqdarda  özgə  əmlakını 

mənimsəmə  yolu  ilə  talamağa  cəhd  etmələrinə  (yuxarıda  göstərilən  epizod  üzrə), 

Azərbaycan  Respublikası  CM-nin  29,179.2.4-cü  maddəsi  ilə  təqsirli  bilinmələrinə  və 

Azərbaycan  Respublikası  CM-nin  29,179.2.4  və  313-cü  maddələri  ilə  cəza  təyin 

edilməsinə  dair  müddəalar  xaric  edilməli,  Ağayev  Mahir  Fərhad  oğluna  və  Şirinov  Yusif  

Əli  oğluna  Azərbaycan  Respublikası  CM-nin  29,179.2.1  və  29,179.2.3-cü  maddələri  ilə 

yenidə cəza, habelə Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü  maddələrinə əsasən 

cinayətlərin  məcmusu  üzrə    qəti  cəza  təyin  edilməli,  həmçinin    Lənkəran  Agır  Cinayətlər 

Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015  nömrəli hökmü ilə Azərbaycan 

Respublikası  CM-nin  70-ci  maddəsi  tədbiq  olunmaqla  2  (iki)  il  sınaq  müddəti  müəyyən 

edilməklə şərti hesab olunmuş cəzaların həddi müəyyənləşdirilməlidir.  

 

Eyni  zamanda  məhkəmə  kollegiyası  məhkum  edilmiş  şəxs    Hüseynov  Sahib  Şahlar 



oğluna  birinci  instansiya  məhkəməsi  tərəfindən  təyin  edilmiş  cəzanın  cinayətin  ağırlığına 

və  məhkum  edilmiş  şəxsin  şəxsiyyətinə  uyğun  olub-olmaması  məsələsini  də  müzakirə 



 

70

edərək hesab edir ki, birinci instansiya  məhkəməsi bu  məsələnin həlli zamanı Azərbaycan 



Respublikasının  Cinayət  Məcəlləsinin  58-ci  maddəsinin  tələblərinə  əməl  etməklə 

törədilmiş  cinayətlərin  xarakterini  və  ictimai  təhlükəlilik  dərəcəsini,  təqsirkarın 

şəxsiyyətini,  habelə  cəzanı  yüngülləşdirən  və  ağırlaşdıran  halları  lazımınca  nəzərə 

almamış,  ona  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin  41.2-ci  maddəsinin 

tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etməmişdir. 

Belə  ki,  Azərbaycan  Respublikası  CM-nin  58.1-ci  maddəsinə  əsasən,  cinayət 

törətməkdə  təqsirli  bilinən  şəxsə,  bu  Məcəllənin  Ümumi  hissəsinin  müddəaları  nəzərə 

alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza 

təyin  edilir.  Törədilmiş  cinayətə  görə  nəzərdə  tutulmuş  cəzalardan  daha  ciddi  cəza  növü 

yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 

Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri 

və  ictimai  təhlükəlilik  dərəcəsi,  təqsirkarın  şəxsiyyəti,  o  cümlədən  cəzanı  yüngülləşdirən 

və  ağırlaşdıran  hallar,  habelə  təyin  olunmuş  cəzanın  şəxsin  islah  olunmasına  və  onun 

ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 

Həmin  Məcəllənin  2.1-ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının  Cinayət 

Məcəlləsinin  vəzifələri  sülhü  və  bəşəriyyətin  təhlükəsizliyini  təmin  etməkdən,  insan  və 

vətəndaş  hüquq  və azadlıqlarını,  mülkiyyəti,  iqtisadi  fəaliyyəti,  ictimai qaydanı  və  ictimai 

təhlükəsizliyi,  ətraf  mühiti,  Azərbaycan  Respublikasının  konstitusiya  quruluşunu 

cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 

Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında 

tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin 

xarakterinə  və  ictimai  təhlükəlilik  dərəcəsinə,  onun  törədilməsi  hallarına  və  cinayəti 

törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 

Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, 

məhkumun  islah  edilməsi  və  həm  məhkumlar,  həm  də  başqa  şəxslər  tərəfindən  yeni 

cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 

Həmin Məcəllənin 59.1.9-cu maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna alma, 

cinayətin  açılmasına,  onun  digər  iştirakçılarının  ifşa  edilməsinə,  cinayət  nəticəsində  əldə 

edilmiş əmlakın axtarışına  və tapılmasına  fəal kömək etmə, 59.1.10-cu  maddəsinə əsasən, 

cinayətin  törədilməsindən  bilavasitə  sonra  zərərçəkmiş  şəxsə  tibbi  və  ya  digər  yardım 

göstərilməsi,  cinayət  nəticəsində  dəymiş  maddi  və  mənəvi  zərərin  könüllü  olaraq 

ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, 

zərərçəkmiş  şəxsə  dəymiş  zərərin  azaldılmasına  yönəldilmiş  digər  hərəkətlərin  edilməsi 

cəzanı yüngülləşdirən hallar hesab edilir. 

Həmin  Məcəllənin  59.2-ci  maddəsinə  əsasən,  cəza  təyin  edilərkən  bu  Məcəllənin 

59.1.1—59.1.10-cu  maddələrində göstərilməmiş başqa hallar da cəzanı  yüngülləşdirən  hal 

qismində nəzərə alına bilər. 

   Həmin  Məcəllənin  60-cı  maddəsinə  əsasən,  bu  Məcəllənin  59.1.9  və  59.1.10-cu 

maddələrində  göstərilən  cəzanı  yüngülləşdirən  hallar  olduqda  və  əgər  cəzanı  ağırlaşdıran 

hallar  yoxdursa,  təyin  olunan  cəzanın  müddəti  və  ya  həcmi  bu  Məcəllənin  Xüsusi 

hissəsinin  müvafiq  maddəsində  nəzərdə  tutulmuş  daha  ciddi  cəza  növünün  son  həddinin 

dörddə üçündən artıq ola bilməz. 

 “Məhkəmələr  tərəfindən  cinayət  cəzalarının  təyin  edilməsi  təcrübəsi  haqqında” 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  25  iyun  2003-cü  il  tarixli  4  №-li 

Qərarının  1-ci  bəndinə  görə  hər  bir  konkret  halda  məhkəmələr  təqsirləndirilən  şəxslərə 


 

71

cəzaların  təyin  edilməsinə  fərdi  yanaşılmalı,  cinayət  qanunun  vəzifələri  və  cəzanın 



məqsədindən  bəhs  edən  CM-nin  2  və  41-ci  maddələrinin  müddəalarının  həyata 

keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən 

CM-nin  8-ci  maddəsinə  görə  cinayət  törətmiş  şəxs  haqqında  tətbiq  edilən  cəza  cinayətin 

xarakterinə  və  ictimai  təhlükəlilik  dərəcəsinə,  onun  törədilməsi  şəraitinə,  təqsirkarın 

şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. 

Həmin  Qərarın  2-ci  bəndinə  görə,  cəzaların  tətbiqi  məsələsi  müzakirə  edilərkən 

cəzanın növü və  miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə 

təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 

Həmin  Qərarın  4-cü  bəndinə  görə,  CM-nin  59-cu  maddəsi  ilə  cəzanı  yüngülləşdirən 

halların  sayı  məhdudlaşdırılmadığından  cəza  təyini  zamanı  həmin  maddədə  nəzərdə 

tutulmamış hallar da cəzanı yüngülləşdirici hal kimi nəzərə alına bilər. 

Həmin  Qərarın  5-ci  bəndinə  görə,  CM-nin  60-cı  maddəsində  müəyyən  olunan 

qaydalar 59.1.9  və 59.1.10-cu  maddələrində göstərilən cəzanı  yüngülləşdirən  hallardan ən 

azı birinin olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq oluna bilər. 

Cəzanı  ağırlaşdıran  hallar  dedikdə  CM-nin  61-ci  maddəsində  sadalanan  hallar  başa 

düşülməlidir. 

Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və 

dəyişikliklər  edilməsi  barədə»  11  iyun  2004-cü  il  tarixli  688-İİQD  nömrəli  Azərbaycan 

Respublikası  Qanununun  3-cü  hissəsinin  9-cu  bəndinin  və  4-cü  hissəsinin  7-ci  bəndinin 

Azərbaycan  Respublikası 

Konstitusiyasının  130-cu 

maddəsinin  9-cu 

hissəsinə 

uyğunluğunun  yoxlanılmasına  dair»  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi 

Plenumunun  25  yanvar  2005-ci  il  tarixli  Qərarının  izahına  əsasən  «istənilən  məhkəmə 

aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, 

çünki  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  ilə  bərabər,  ədalətin  bərqərar  edildiyi  də 

aydın görünməlidir». 

Ümumiyyətlə,  ədalətli  məhkəmə  araşdırması  hüququ  ilə  bağlı  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsinin  formalaşdırdığı  hüquqi  mövqe  ondan  ibarətdir 

ki,  «ədalət  mühakiməsi  mahiyyət  etibarilə  ədalət  anlayışına  cavab  verməli  və  hüquqların 

təsirli  şəkildə  bərpa  olunmasını  təmin  etməlidir»  («Azərbaycan  Respublikası  Cinayət-

Prosessual  Məcəlləsinin  420.3-cü  maddəsinə  dair»  Konstitusiya  Məhkəməsi  Plenumunun 

19 aprel 2002-ci il tarixli qərarı). 

Avropa  İnsan  Hüquqları  Məhkəməsi  də  özünün  bir  çox  qərarlarında  (Delcourt 

Belçikaya qarşı  iş  üzrə 17  yanvar 1970-ci  il  tarixli qərar; Piersack  Belçikaya qarşı  iş üzrə 

01 oktyabr 1982-ci il tarixli qərar; De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il 

tarixli  qərar  və  s.)  ədalətin  bərpasını  belə  ifadə  etmişdir:  «Ədalət  mühakiməsinin  həyata 

keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». 

Birinci  instansiya  məhkəməsinin  hökmündən  görünür  ki,  Azərbaycan  Respublikası 

CM-nin  59  və  61-ci  maddələrinə  əsasən,  təqsirləndirilən  şəxs  Sahib  Hüseynovun  cəzasını 

yüngülləşdirici və ağırlaşdırıcı halları müəyyən edilməmişdir. 

Lakin  iş  materiallarında olan,  Ağcabədi rayon Əhalinin  Sosial Müdafiəsi Mərkəzinin 

15 dekabr 2014-cü  il tarixli 3397  nömrəli  arayışından  görünür ki,   Bağırova  Sahibə  Əvəz 

qızının qəyyumluğunda Hüseynov Mustafakamal Sahib oğlu adında əlil uşaq olmaqla ona 

sosial müavinət verilir. 



 

72

İş  materiallarında  olan,  Ağcabədi  rayon  Əhalinin  Sosial  Müdafiəsi  Mərkəzinin  15 



dekabr 2014-cü il tarixli 3126 nömrəli arayışından görünür ki,  Bağırova Sahibə Əvəz qızı 

II qrup əlil olmaqla daimi pensiya alır. 

İş  materiallarında  olan,  Ağcabədi  rayon  İcra  Hakimiyyəti  Başçısının  Ağcəbədi  şəhər 

inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəliyinin  12  yanvar  2015-ci  il  tarixli  193  nömrəli 

arayışından görünür ki, Hüseynov Sahib Şahlar oğlu ailə üzvləri; anası Həcər Hüseynova, 

arvadı  Sahibə  Bağırova,  qızı  Jalə  Hüseynli,  oğlanları  Bəhrəm  Hüseynli  və  Mustafakamal 

Sahib  oğlu  olmaqla  hal-hazırda  Ağcabədi  şəhəri,  Nəsimi  küçəsi,  29  nömrəli  ünvanda 

yaşayırlar. 

İş  materiallarında  olan,  Yeni  Azərbaycan  Partiyası  Ağcabədi  rayon  təşkilatının  12 

yanvar  2015-ci  il  tarixli  04  nömrəli  arayışından  görünür  ki,  Hüseynov  Sahib  Şahlar  oğlu 

01.05.2002-ci il tarixdən YAP-ın üzvü olmuşdur. 

İş  materiallarında  olan,  Gəncə  Dövlət  Universitetinin  20  yanvar  2015-ci  il  tarixli  20 

nömrəli  arayışından  görünür  ki,  Hüseynov  Sahib  Şahlar  oğluna  Aərbaycan  Respublikası 

Prezident  yanında  Ali  Attestasiya  Komissiyasının  18  iyul  2011-ci  il  tarixli  21  nömrəli 

qərarı ilə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir

.  


İş materiallarından görünür ki, Hüseynov Sahib Şahlar oğlu “Mircəlal Paşayevin elmi-

pedaqoji fəaliyyəti” mövzusunda dissertasiyanın müəllifidir. 

İş materiallarından görünür ki, Hüseynov Sahib Şahlar oğlu Azərbaycan Respublikası 

Təhsil  Nazirliyinin  ilk  peşə  və  orta  ixtisas  təhsili  şöbəsinin  rəhbərliyi  tərəfindən  müsbət 

xarakterizə edilir.  

Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya 

məhkəməsi Hüseynov Sahib Şahlar oğluna Azərbaycan Respublikası CM-nin 29, 179.3.2, 

308.1,  311.3.2,  311.3.3  və  311.3.4-cü  maddələri  ilə  cəza  təyin  edərkən  Azərbaycan 

Respublikası  CM-nin,  Azərbaycan  Respublikası  CPM-nin,  Azərbaycan    Respublikası  Ali 

Məhkəməsi  Plenumunun  «Məhkəmə  hökmü  haqqında»  27  dekabr  1996-cı  il  tarixli  4 

nömrəli,  «Məhkəmələr  tərəfindən  cinayət  cəzalarının  təyin  edilməsi  təcrübəsi  haqqında» 

25  iyun  2003-cü  il  tarixli  4  nömrəli,  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi 

Plenumunun  «Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına  əlavələr  və 

dəyişikliklər  edilməsi  barədə»  11  iyun  2004-cü  il  tarixli  688-İİQD  nömrəli  Azərbaycan 

Respublikası  Qanununun  3-cü  hissəsinin  9-cu  bəndinin  və  4-cü  hissəsinin  7-ci  bəndinin 

Azərbaycan  Respublikası 

Konstitusiyasının  130-cu 

maddəsinin  9-cu 

hissəsinə 

uyğunluğunun  yoxlanılmasına  dair»  25  yanvar  2005-ci  il  tarixli  qərarlarının  yuxarıda 

sadalanan normalarının tələbləri, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda 

göstərilən  presedentləri  nöqteyi-nəzərindən  törədilmiş  cinayətlərin  xarakterini  və  ictimai 

təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs Hüseynov Sahib Şahlar oğlunun şəxsiyyətini, o 

cümlədən  cəzasını  yüngülləşdirən  və  ağırlaşdıran  halları,  habelə  təyin  olunmuş  cəzanın 

onunn islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini lazımınca nəzərə almamışdır.  

Beləliklə,  məhkəmə  kollegiyası  Hüseynov  Sahib  Şahlar  oğlunun  əvvəllər  məhkum 

olunmamasını,  ilk  dəfə  cinayət  törətməsini,  pedaqogika  üzrə  fəlsəfə  doktoru  olmasını,  iş 

yeri  üzrə  müsbət  xarakterizə olunmasını,  himayəsində II qrup əlil arvadının, əlil  uşağının, 

yaşlı  anasının  olmasını  nəzərə  alır,  lakin  onun  azadlıqdan  məhrum  etmə  cəzası  çəkmədən 

islah  olunmasını  mümkün  hesab  etmir.  Eyni  zamanda,  məhkəmə  kollegiyası  yuxarıda 

göstərilən  yüngülləşdirici  halları,  onun  ailə  vəziyyətini,  habelə  şəxsiyyətini  iş  üzrə 

yüngüləşdirici hallar hesab edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-

ci il tarixli, 1(089)-09/2015 nömrəli hökmü ilə Hüseynov Sahib Şahlar oğluna Azərbaycan 


 

73

Respublikası  CM-nin  29,  179.3.2-ci  maddəsi  ilə  təyin  edilmiş  cəzanı  1  (bir)  il  müddətə 



dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan 

məhrum  edilməklə  7(yeddi)  il  müddətə  azadlıqdan  məhrum  etmə  cəzası,  Azərbaycan 

Respublikası  CM-nin  311.3.2,  311.3.3  və  311.3.4-ci  maddələri  ilə  təyin  edilmiş  cəzanı  1 

(bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul 

vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum 

etmə  cəzası  həddinədək  azaldılması,  Azərbaycan  Respublikası  CM-nin  66.3  və  66.4-cü  

maddələrinə  əsasən  hazırkı  qərarla  təyin  edilmiş  cəzaları  və  Lənkəran  Agır  Cinayətlər 

Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015  nömrəli hökmü ilə Azərbaycan 

Respublikası CM-nin 308.1-ci maddəsi ilə təyin edilmiş (1 (bir) il müddətə dövlət və yerli 

özünüidarə  orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə  tutmaq  hüququndan  məhrum 

edilməklə 2( iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını cinayətlərin məcmusu üzrə 

qismən  toplamaq  yolu  ilə  ona  qəti  olaraq  2(iki)  il  müddətinə  dövlət  və  yerli  özünüidarə 

orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə  tutmaq  hüququndan  məhrum  edilməklə,    8 

(səkkiz) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını mümkün 

sayır. 

Azərbaycan  Respublikası  CPM-nin  398.1.4-cü  maddəsinə  görə,  apellyasiya 



şikayətinin  və  ya  apellyasiya  protestinin  baxışı  nəticəsində  apellyasiya  instansiyası 

məhkəməsi  birinci  instansiya  məhkəməsinin  hökmünün  və  ya  qərarının  dəyişdirilməsi 

barədə qərar qəbul etməyə  haqlıdır. 

Azərbaycan  Respublikası  CPM-nin  399.1.5-ci  maddəsinə  əsasən,  təyin  edilmiş 

cəzanın  cinayətin  ağırlığına  və  ya  məhkumun  şəxsiyyətinə  uyğun  olmaması  birinci 

instansiya  məhkəməsinin  hökm  və  ya  qərarının  ləğv  edilməsi  və  ya  dəyişdirilməsi  üçün 

əsasdır. 

Həmin  Məcəllənin  404-cü  maddəsinə  görə,  cinayət  qanununun  müvafiq  maddəsi  ilə 

müəyyən  edilmiş  hüdudlardan  kənara  çıxmasa  da,  həm  sərtliyinə,  həm  də  yüngüllüyünə 

görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına  və  məhkumun şəxsiyyətinə  uyğun 

olmayan cəza hesab edilir. 

Həmin  Məcəllənin  405.1.1-ci  maddəsinə  əsasən,  apellyasiya  instansiyası  məhkəməsi 

cəzanın  öz  sərtliyinə  görə  cinayətin  ağırlığına  və  məhkumun  şəxsiyyətinə  uyğun 

olmadığını  hesab  edərək  təyin  edilmiş  cəzanı  yüngülləşdirdikdə  birinci  instansiya 

məhkəməsinin hökmünü dəyişdirir. 

Həmin  Məcəllənin  399.3-cü  maddəsinə  görə,  işin  bütün  hallarının  araşdırılması 

nəticəsində  çıxarılmış  və  mahiyyətcə  düzgün  olan  birinci  instansiya  məhkəməsinin  hökm 

və  ya  qərarı  yalnız  bu  Məcəllənin  tələblərinin  pozulması  səbəbindən  formal  mülahizələrə 

əsaslanaraq ləğv edilə bilməz. 

Bununla  da,  məhkəmə  kollegiyası  iş  üzrə  toplanmış  və  birinci  instansiya 

məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, 

həm  də  yuxarıda  qeyd  edilən  hallara,  həmçinin  apellyasiya  şikayətləri  üzrə  apellyasiya 

instansiyasında  aparılmış  qismən  məhkəmə  istintaqının  nəticələrinə  əsaslanıb,  eyni 

zamanda  onlara  obyektiv  hüquqi  qiymət  verərək  Hüseynov  Sahib  Şahlar  oğlunun 

əməllərinin  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin  digər  maddəsinə 

(maddələrinə)  tövsif  edilməsi,  birinci  instansiya  məhkəməsinin  hökmünü  ləğv  edərək 

cinayət  işi  üzrə  icraata  xitam  verilməsi  barədə  qərar  qəbul  edilməsi,  yaxud  birinci 

instansiya məhkəməsinin hökmünü ləğv edib yeni hökm çıxarmaqla məhkum edilmiş şəxsə 

bəraət  verilməsi  üçün  əsas  görmür,  lakin  itthamdan  və  hökmdən  məhkum  edilmiş  şəxs 


 

74

Sahib  Hüseynova  münasibətdə  yuxarıda  göstərilmiş  epizod  üzrə  “xeyli  miqdarda” 



müddəası,  habelə    Azərbaycan  Respublikası  CM-nin  313-cü  maddəsi  ilə  cəza  təyin 

edilməsinə  dair  müddəaları  xaric  edilməklə  ona  CM-nin  29,  179.3.2-ci  maddəsi  ilə  təyin 

edilmiş cəzanın 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-

məsul  vəzifə  tutmaq  hüququndan  məhrum  edilməklə  7(yeddi)  il  müddətə  azadlıqdan 

məhrum  etmə  cəzası,  Azərbaycan  Respublikası  CM-nin  311.3.2,  311.3.3  və  311.3.4-cü 

maddələri ilə təyin edilmiş cəzanın 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə 

orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə  tutmaq  hüququndan  məhrum  edilməklə  8 

(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılması, Azərbaycan 

Respublikası  CM-nin  66.3  və  66.4-cü    maddələrinə  əsasən  hazırkı  qərarla  təyin  edilmiş 

cəzaları  və  Lənkəran  Agır  Cinayətlər  Məhkəməsinin  13  avqust  2015-ci  il  tarixli,  1(089)-

09/2015    nömrəli  hökmü  ilə  Azərbaycan  Respublikası  CM-nin  308.1-ci  maddəsi  ilə  təyin 

edilmiş (1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul 

vəzifə tutmaq hüququndan məhrum edilməklə 2( iki) il müddətə azadlıqdan məhrum etmə 

cəzasını  cinayətlərin  məcmusu  üzrə  qismən  toplamaq  yolu  ilə  ona  qəti  olaraq  2(iki)  il 

müddətinə  dövlət  və  yerli  özünüidarə  orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə  tutmaq 

hüququndan  məhrum  edilməklə,    8  (səkkiz)  il  6(altı)  ay  müddətinə  azadlıqdan  məhrum 

etmə  cəzası  təyin  etməklə  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  13  avqust  2015-ci  il 

tarixli, 1(089)-09/2015  nömrəli hökmündən məhkum edilmiş şəxs Hüseynov Sahib Şahlar 

oğlu,  onun  müdafiəçiləri  Əhmədova  Ulduzə  Mehdi  qızı  və    Həsənov  İmamqulu  Vəliqulu 

oğlu  tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya  şikayətlərinin  qismən  təmin  edilməsini 

və  həmin  apellyasiya  şikayətlərinə  əsasən  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  13 

avqust  2015-ci  il  tarixli,  1(089)-09/2015  nömrəli  hökmünün  dəyişdirilməsini 

məqsədəuyğun hesab edir. 

Məhkəmə  kollegiyası  həmçinin  Azərbaycan  Respublikasının  CPM-nin  397-ci 

maddəsinə əsasən, ittihamdan və hökmdən Mahir Ağayev və Yusif Şirinovun Azərbaycan 

Respublikası  CM-nin  29,179.2.4-cü  maddəsi  ilə  təqsirli  bilinmələrinə  və  Azərbaycan 

Respublikası  CM-nin  29,179.2.4  və  313-cü  maddələri  ilə  cəza  təyin  edilməsinə  dair 

müddəaların  xaric  edilməsini,  Ağayev  Mahir  Fərhad  oğluna  və  Şirinov  Yusif    Əli  oğluna 

Azərbaycan Respublikası CM-nin 29,179.2.1 və 29,179.2.3-cü maddələri ilə yenidən cəza, 

habelə Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü  maddələrinə əsasən cinayətlərin 

məcmusu  üzrə    qəti  cəza  təyin  olunmasını,  həmçinin    Lənkəran  Agır  Cinayətlər 

Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015  nömrəli hökmü ilə Azərbaycan 

Respublikası  CM-nin  70-ci  maddəsi  tədbiq  olunmaqla  2  (iki)  il  sınaq  müddəti  müəyyən 

edilməklə  şərti  hesab  olunmuş  cəzaların  həddinin  müəyyənləşdirilməsini  məqsədəuyğun 

saymaqla  hökmü  Mahir  Ağayev  və  Yusif  Şirinova  münasibətdə  də  dəyişdirməyi  zəruri 

hesab edir.   

 

Şərh olunanları və Azərbaycan Respublikasının CPM-nin 324-341, 397-399, 404, 405, 



407-410  və  412-ci  maddələrini  rəhbər  tutaraq  Şirvan  Apellyasiya  Məhkəməsinin  Cinayət 

Kollegiyası 

 

     Q Ə R A R A    A L D I: 



 

  Hüseynov  Sahib  Şahlar  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  29,  179.3.2, 

308.1,  311.3.2,  311.3.3,  311.3.4  və  313,  Ağayev  Mahir  Fərhad  oğlunun  və  Şirinov  Yusif  

Əli oğlunun Azərbaycan Respublikası CM-nin 29, 179.2.1, 29, 179.2.3, 29, 179.2.4, 308.1 



 

75

və  313-cü  maddələri  ilə  məhkum  olunmaları  barədə  Lənkəran  Ağır  Cinayətlər 



Məhkəməsinin  13  avqust  2015-ci  il  tarixli,  1(089)-09/2015  nömrəli  hökmündən  məhkum 

edilmiş  şəxs  Hüseynov  Sahib  Şahlar  oğlu,  onun  müdafiəçiləri  Əhmədova  Ulduzə  Mehdi 

qızı  və  Həsənov  İmamqulu  Vəliqulu  oğlu  tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya 

şikayətləri qismən təmin edilsin. 

Lənkəran  Agır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015   

nömrəli hökmü məhkum edilmiş şəxs Hüseynov Sahib Şahlar oğlunun, onun  müdafiəçiləri 

Əhmədova  Ulduzə  Mehdi  qızının  və  Həsənov  İmamqulu  Vəliqulu  oğlunun  apellyasiya 

şikayətlərinə əsasən dəyişdirilsin. 

İttihamdan  və  hökmdən  Hüseynov  Sahib  Şahlar  oğlunun  “Ağcabədi  şəhər  sakinləri  - 

Abbasova  Sənubər  Nazim  qızı  və  Cavadova  Afərim  Köçəri  qızının,  paltarsaxlayan 

vəzifəsinə  isə  Əliyeva  Leyla  Səməd  qızının  təyin  olunmasını  rəsmiləşdirməklə,  həmin 

şəxslərin faktiki olaraq işləmədikləri, öz xidməti işlərini yerinə yetirmədikləri halda, tamah 

niyyətilə  müvafiq  rəsmi  sənədə  bilə-bilə  yalan  məlumatları  daxil  etməklə  “Kapital  bank” 

ASC-nin  Ağcabədi  rayon  filialından  adlarına  hazırlanmış  plastik  bankomat  kartlarını 

götürüb  özündə  saxlamaqla  və  baş  mühasib  Ağayev  Mahir  Fərhad  oğluna  2013-cü  ilin 

oktyabr  ayından  2014-cü  ilin  fevral  ayına  kimi  guya  işdə  olmalarına  dair  tabelin  tərtib 

edilməklə  təqdim  olunub  adlarına  əmək  haqqı  hesablatdıraraq,  özünün  ehtiyaclarına  sərf 

etmək  üçün  cəmi  1.186  (min  yüz  səksən  altı)  manat  məbləğində  pulun  həmin  şəxslərin 

bank  hesablarına  müvafiq  saxta  cədvəllər  tərtib  olunmaqla  əmək  haqqı  üzrə  ödənişlərin 

köçürülməsini  təmin  etmiş,  lakin  aparılmış  əməliyyat-axtarış  tədbirləri  zamanı  həmin 

plastik  kartlar  götürüldüyündən,  bilavasitə  həmin  cinayəti  törətməyə  yönəldilmiş  qəsdən 

edilən əməlini iradəsindən asılı olmayan göstərilən səbəblərə görə başa çatdıra bilməyərək, 

öz  qulluq  mövqeyindən  istifadə  edərək  ona  etibar  olunmuş  xeyli  miqdarda  özgəəmlakını 

mənimsəmə  yolu  ilə  talamağa  cəhd  etmə”  epizodu  üzrə    “xeyli  miqdarda”  müddəası,  

habelə  Azərbaycan  Respublikası  CM-nin  313-cü  maddəsi  ilə  1  (bir)  il  müddətə  dövlət  və 

yerli  özünüidarə  orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə  tutma  hüququndan  məhrum 

edilməklə

   


1  (bir)  il  6  (altı)  ay  müddətə  azadlıqdan  məhrum  etmə

 

cəzası



 

təyin  edilməsinə 

dair müddəalar xaric edilsin. 

Lənkəran  Agır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015  

nömrəli  hökmü  ilə  Hüseynov  Sahib  Şahlar  oğluna  Azərbaycan  Respublikası  CM-nin  29, 

179.3.2-ci  maddəsi  ilə  təyin  edilmiş  cəza  1  (bir)  il  müddətə  dövlət  və  yerli  özünüidarə 

orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə  tutmaq  hüququndan  məhrum  edilməklə 

7(yeddi)  il  müddətə  azadlıqdan  məhrum  etmə  cəzası,  Azərbaycan  Respublikası  CM-nin 

311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə təyin edilmiş cəza 1 (bir) il 6 (altı) ay müddətə 

dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan 

məhrum  edilməklə  8  (səkkiz)  il  müddətinə  azadlıqdan  məhrum  etmə  cəzası  həddinədək 

azaldılsın. 

Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü  maddələrinə əsasən hazırkı qərarla 

təyin  edilmiş  cəzaları  və  Lənkəran  Agır  Cinayətlər  Məhkəməsinin  13  avqust  2015-ci  il 

tarixli,  1(089)-09/2015    nömrəli  hökmü  ilə  Azərbaycan  Respublikası  CM-nin  308.1-ci 

maddəsi ilə təyin edilmiş (1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər 

və  maddi-məsul  vəzifə  tutmaq  hüququndan  məhrum  edilməklə  2(  iki)  il  müddətə 

azadlıqdan  məhrum  etmə cəzasıı  ilə cinayətlərin  məcmusu  üzrə qismən toplamaq  yolu  ilə 

Hüseynov  Sahib  Şahlar  oğluna  qəti  olaraq  2(iki)  il  müddətinə  dövlət  və  yerli  özünüidarə 


 

76

orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə  tutmaq  hüququndan  məhrum  edilməklə,    8 



(səkkiz) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 

Azərbaycan  Respublikasının  CPM-nin  397-ci  maddəsinə  əsasən,  ittihamdan  və 

hökmdən Ağayev Mahir Fərhad oğlunun öz qulluq mövqeyindən istifadə edərək ona etibar 

olunmuş  xeyli  miqdarda  özgə  əmlakını  mənimsəmə  yolu  ilə  talamağa  cəhd  etməsinə, 

Azərbaycan  Respublikası  CM-nin  29,179.2.4-cü  maddəsi  ilə  təqsirli  bilinməsinə  və 

Azərbaycan  Respublikası  CM-nin  29,179.2.4  və  313-cü  maddələri  ilə  cəza  təyin 

edilməsinə dair müddəalar xaric edilsin. 

Ağayev  Mahir  Fərhad  oğluna  Azərbaycan  Respublikası  CM-nin  29,179.2.1  və 

29,179.2.3-cü  maddələri  ilə  1  (bir)  il  müddətə  dövlət  və  yerli  özünüidarə  orqanlarında 

rəhbər  və  maddi-məsul  vəzifə  tutmaq  hüququndan  məhrum  edilməklə  3  (üç)  il  müddətə 

azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 

Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü  maddələrinə əsasən hazırkı qərarla 

təyin  edilmiş  cəzanı  və  Lənkəran  Agır  Cinayətlər  Məhkəməsinin  13  avqust  2015-ci  il 

tarixli,  1(089)-09/2015    nömrəli  hökmü  ilə  Azərbaycan  Respublikası  CM-nin  308.1-ci 

maddəsi ilə təyin edilmiş (1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər 

və  maddi-məsul  vəzifə  tutmaq  hüququndan  məhrum  edilməklə  1(bir)  il  müddətə 

azadlıqdan  məhrum  etmə  cəzasını  cinayətlərin  məcmusu  üzrə  qismən  toplamaq  yolu  ilə 

Ağayev  Mahir  Fərhad  oğluna  qəti  olaraq  1(bir)  il  3(üç)  ay  müddətinə  dövlət  və  yerli 

özünüidarə  orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə  tutmaq  hüququndan  məhrum 

edilməklə,  3 (üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 

Lənkəran  Agır  Cinayətlər  Məhkəməsinin  13  avqust  2015-ci  il  tarixli,  1(089)-

09/2015    nömrəli  hökmü  ilə  Azərbaycan  Respublikası  CM-nin  70-ci  maddəsi  tədbiq 

olunmaqla Ağayev Mahir Fərhad oğluna 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti 

hesab olunmuş cəza 3 (üç) il 6(altı) ay azadlıqdan məhrum etmə cəzası həddində  müəyyən 

edilsin.  

Azərbaycan  Respublikasının  CPM-nin  397-ci  maddəsinə  əsasən,  ittihamdan  və 

hökmdən  Şirinov  Yusif  Əli  oğlunun  öz  qulluq  mövqeyindən  istifadə  edərək  ona  etibar 

olunmuş  xeyli  miqdarda  özgə  əmlakını  mənimsəmə  yolu  ilə  talamağa  cəhd  etməsinə, 

Azərbaycan  Respublikası  CM-nin  29,179.2.4-cü  maddəsi  ilə  təqsirli  bilinməsinə  və 

Azərbaycan  Respublikası  CM-nin  29,179.2.4  və  313-cü  maddələri  ilə  cəza  təyin 

edilməsinə dair müddəalar xaric edilsin. 

Şirinov Yusif Əli oğluna Azərbaycan Respublikası CM-nin 29,179.2.1 və 29,179.2.3-

cü  maddələri  ilə  1  (bir)  il  müddətə  dövlət  və  yerli  özünüidarə  orqanlarında  rəhbər  və 

maddi-məsul  vəzifə  tutmaq  hüququndan  məhrum  edilməklə  3  (üç)  il  müddətə  azadlıqdan 

məhrum etmə cəzası təyin edilsin. 

Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü  maddələrinə əsasən hazırkı qərarla 

təyin  edilmiş  cəzanı  və  Lənkəran  Agır  Cinayətlər  Məhkəməsinin  13  avqust  2015-ci  il 

tarixli,  1(089)-09/2015    nömrəli  hökmü  ilə  Azərbaycan  Respublikası  CM-nin  308.1-ci 

maddəsi ilə təyin edilmiş (1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər 

və  maddi-məsul  vəzifə  tutmaq  hüququndan  məhrum  edilməklə  1(bir)  il  müddətə 

azadlıqdan  məhrum  etmə  cəzasını  cinayətlərin  məcmusu  üzrə  qismən  toplamaq  yolu  ilə 

Şirinov Yusif Əli oğluna qəti olaraq 1(bir) il 3(üç) ay müddətinə dövlət və yerli özünüidarə 

orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə,  3 (üç) 

il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 



 

77

Lənkəran  Agır  Cinayətlər  Məhkəməsinin  13  avqust  2015-ci  il  tarixli,  1(089)-



09/2015    nömrəli  hökmü  ilə  Azərbaycan  Respublikası  CM-nin  70-ci  maddəsi  tədbiq 

olunmaqla Şirinov Yusif Əli oğluna 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab 

olunmuş  cəza  3  (üç)  il  6(altı)  ay  azadlıqdan  məhrum  etmə  cəzası  həddində    müəyyən 

edilsin.  

Lənkəran  Agır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015 

nömrəli  hökmü  məhkum  edilmiş  şəxs  Hüseynov  Sahib  Şahlar  oğlu,  onun  müdafiəçiləri 

Əhmədova  Ulduzə  Mehdi  qızı  və  Həsənov  İmamqulu  Vəliqulu    oğlunun  apellyasiya 

şikayətlərinə əsasən qalan hissədə dəyişdirilməsin. 

Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. 

Qərardan  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinin  410-cu 

maddəsində  nəzərdə  tutulmuş  müddətlərdə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 

Cinayət  Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. 

 

 

 



 

      Sədrlik edən:                                      Amil Dosiyev     

  

 

      Hakimlər:                                           Zəki Babayev 

 

 

                                                  Ələsgər Novruzov 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin