22 sentyabr 2016-cı il №1(106)36/2016 Şirvan şəhəri


Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Höseynov  Sahib  Şahlar  oğlunun  müdafiəçisi  Əhmədova  Ulduzə  Mehdi  qızı



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix26.02.2017
ölçüsü0,98 Mb.
#9869
1   2   3   4   5   6   7   8

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Höseynov  Sahib  Şahlar 

oğlunun  müdafiəçisi  Əhmədova  Ulduzə  Mehdi  qızı  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin 1(0890-09/2015 nömrəli, 13 avqust 2015-ci il hökmündən məhkum edilmiş 

şəxs,  özü  və  digər  müdafiəçi  Həsənov  İmamqulu  Vəliqulu  oğlu  tərəfindən  ayrı-ayrılıqda 

verilmiş apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdiyini bildirdi. 

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Höseynov  Sahib  Şahlar 

oğlunun müdafiəçisi Cəfərov İlqar Ağaqulu oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 

1(0890-09/2015  nömrəli, 13 avqust 2015-ci  il tarixli    hökmündən  Höseynov Sahib Şahlar 

oğlu və onun müdafiəçiləri Əhmədova Ulduzə Mehdi qızı və Həsənov İmamqulu Vəliqulu 

oğlu  tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya  şikayətlərinin  dəlillərini  müdafiə 

etdiyini bildirdi. 



 

37

Apellyasiya  məhkəməsi  iclasında  məhkum edilmiş şəxs  Höseynov Sahib Şahlar oğlu 



Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  1(0890-09/2015  nömrəli,  13  avqust  2015-ci  il 

tarixli hökmündən özü, müdafiəçiləri Əhmədova Ulduzə Mehdi qızı və Həsənov İmamqulu 

Vəliqulu  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin  dəlillərini  müdafiə  etdiyini 

bildirdi. 

 

Apellyasiya  məhkəməsi  iclasında  Azərbaycan  Respublikası  Baş  prokurorluğunun 



Dövlət  ittihamının  müdafiəsi  üzrə  idarəsinin  apellyasiya  və  kassasiya  instansiyası 

məhkəmələrində  dövlət  ittihamının  müdafiəsi  şöbəsinin  prokuroru,  kiçik  ədliyyə  müşaviri  

Əzimov  Ədalət  Adil  oğlu  məhkum  edilmiş  şəxs  Hüseynov  Sahib  Şahlar  oğlunun  özü,  

müdafiəçiləri  Əhmədova  Ulduzə  Mehdi  qızı  və  Həsənov  İmamqulu  Vəliqulu  oğlu 

tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya  şikayətlərinin  dəlillərinə  etiraz  etdiyini 

bildirdi. 

 

Apellyasiya  məhkəməsi  iclasında  Azərbaycan  Respublikası  Baş  prokurorluğunun 



Dövlət  ittihamının  müdafiəsi  üzrə  idarəsinin  apellyasiya  və  kassasiya  instansiyası 

məhkəmələrində  dövlət  ittihamının  müdafiəsi  şöbəsinin  prokuroru,  kiçik  ədliyyə  müşaviri  

Sadıqov Siyavuş  Köçəri oğlu  məhkum  edilmiş şəxs  Hüseynov Sahib  Şahlar oğlunun özü,  

müdafiəçiləri  Əhmədova  Ulduzə  Mehdi  qızı  və  Həsənov  İmamqulu  Vəliqulu  oğlu 

tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya  şikayətlərinin  dəlillərinə  etiraz  etdiyini 

bildirdi. 

Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Hüseynov Sahib Şahlar oğlu 

göstərdi ki, ixtisasca iqtisadçı olmaqla Ağcabədi Pedaqoji Kollecində 2005-ci ilin sentyabr 

ayından  müəllim  işləmişdir.  8  oktyabr  2013-cü  il  tarixə  qədər  Ağcabədi  Toxuculuq 

Kombinatının  direktoru  vəzifəsində  çalışmaqla  yanaşı,  Ağcabədi  Pedaqoji  Kollecində 

müəllim-metodist  işləmişdir.  Kollecin  direktoru  vəzifəsində  isə  qardaşı  Vaqif  Hüseynov 

işləmişdir.  09  sentyabr  2013-cü  ildə  qardaşı  Vaqif  Hüseynovun  vəfat  etməsindən  sonra 

Kollecin  direktoru  vəzifəsini  kollecdə  tədris  işləri  üzrə  direktor  müavini  işləyən  Yusif 

Şirinov icra etmişdir. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə 08 oktyabr 

2013-cü  ildə  Ağcabədi  Pedaqoji  Kolllecinin  direktor  müavini  təyin  olunmuş  və  direktor 

vəzifəsinin  icrası  ona  həvalə  edilmişdir.  Kollecdə  direktor  əvəzi  dörd  ay  işləmişdir. 

Kollecin  direktoru  vəzifəsini  icra  etdiyi  dövrdə  kollecdə  1426  tələbə  təhsil  almışdır.  515 

tələbə  qiyabi  şöbədə  təhsil  almışdır.  58  qrup  əyani,  23  qrup  isə  qiyabi  şöbədə  təhsil 

almışdır. O, 8 oktyabr 2014-cü ilə kimi Ağcabədi Pedaqoji Kollecində pedaqoji staja görə 

müəllim-metodist  işləmiş,  heç  bir  vəzifəsi  olmamışdır.  Onun  kollecdə  tələbələrə 

imtahanlardan qiymət yazdırmaq səlahiyyəti olmamışdır. Həmin dövrdə heç bir tələbədən 

pul  almamış  və  heç  bir  tələbəyə  imtahanlardan  qiymət  yazdırmamışdır.  O,  müəllim-

metodist  işlədiyi  dövrdə  pedaqoji  kollecdə  qiyabi  şöbənin  müdiri  Elmira  Cavadova 

olmuşdur.  O,  qiyabi  şöbəyə  rəhbərlik  etməmişdir.  O,  08  oktyabr  2013-cü  ildə  kollecin 

direktoru  vəzifəsini  icra  edəndən  sonra  isə  qış  imtahan  sessiyasında  imtahanları  qəbul 

etmək üçün imtahan komissiyası yaradılmışdır. İmtahanlar tələbələrdən kompüter vasitəsi 

ilə  qəbul  edilmişdir.  O,  tələbələrin  imtahan  verdikləri  otağa  girməmişdir.  Heç  bir 

tələbədən  imtahanlardan  kafi  qiymət  yazmağa  görə  pul  tələb  etməmiş  və  almamışdır. 

İbtidai  istintaq  zamanı  ona  pul  vermələri  barədə  ifadə  verən  tələbələrlə  üzləşdirilməsni 

tələb etmişdir. Lakin həmin tələbələr onunla üzləşdirilməmişlər.  Bunlar haması ona qarşı 

planlı  hazırlanmış  məsələdir.  Tələbələrdən  imtahanlardan  qiymət  almağa  görə  pul 

almamış  və  bu  barədə  göy  rəngli,  üzərində  “2013-2014  əyani”  sözləri  yazılmış  jurnalda 

qeydiyyat aparmamışdır. Həmin jurnal ona məxsus olmamış, onun iş otağında olmamışdır. 


 

38

Jurnalda  tələbələrin  adları  qarşısında  pul  məbləğləri  barədə  aparılmış  qeydlər  onun  xətti 



deyildir. Hətta həmin jurnalda tələbələirin adları qarşısında rəqəm və qeydlərin nə demək 

olduğunu  bilmir.  Gələcək  smestr  imtahanlarına  görə  tələbələrdən  pul  istəməmişdir. 

Kollecdə  ibtidai  sinif  müəllimliyi  ixtisası  üzrə  dördüncü  kurs  tələbəsi  Məmmədbağırova 

Cahan Nadir qızı 2013-2014-cü tədris  ilində bir  müddət ona  işlərində  katibə kimi kömək 

etmişdir.  Onun  imtahanlardan  kəsiri  olmuşdur.  O,  Cahan  Məmmədbağırovadan  imtahan 

qiymətlərini  yazmaq  üçün    pul  tələb  etməmiş  və  ondan  pul  almamışdır.  Cahan 

Məmmədbağırova  ona  rüşvət  verməmişdir.  Cahan  Məmmədbağırovanı  ona  qarşı 

öyrətmişlər.  Cahan  Məmmədbağırova  Tamaşa  Cəbrayılovaya  pul  verib  ki,  guya  ona 

verəcəkdir. Qabyuyan qadın kimdir ki, ondan pul alsın. Cahan Məmmədbağırova 11 fevral 

2014-cü  il  tarixdə  kollecin  həyətində  işlə  məşğul  olduğu  vaxt  ona  450  manat  pul 

gətirdiyini,  o,  isə  Cahan  Məmmədbağırovaya  oradan  gedib  işi  ilə  məşğul  olmasını 

demişdir.  Cahan  Məmmədbağırovaya  450  manat  pulu  Tamaşa  Cəbrayılovaya  verməsini 

deməmiş,  sonra  Cahan  pulu  aparıb  Tamaşaya  verib  getmiş,  o,  həmin  pulu  Tamaşadan 

qəbul  etmək  niyyətində  olmamış  və  Tamaşaya  bu  barədə  heç  bir  söz  deməmişdir.  11 

fevral  2014-cü  il  tarixdə  gizli  çəkilmiş  videogörüntüdə  Tamaşa  Cəbrayılovaya  “evdə 

götürərsən”, alarsan, mən nə vaxt desəm, onda gətirərsən” sözlərini 450 manat pul barədə 

deməmişdir. Qan təzyiqi olduğuna görə Tamaşa Cəbrayılova ona qatıq gətirmişdir. Həmin 

sözləri Tamaşa Cəbrayılovaya qatıq barədə demişdir. 11 fevral 2014-cü il tarixdə kollecin 

həyətində  olduğu  vaxt  Cahan  Məmmədbağırovanın  ona  pul  təklif  etdiyini,  lakin  Cahan 

Məmmədbağırovaya 

buradan 

rədd 


ol, 

get-deyərək 

onu 

qovduğunu, 



Cahan 

Məmmədbağırovanın  Tumaşa  Cəbrayılovanın  evində  kirayədə  qaldığını,  450  manat  pulu 

ona  saxlamaq  üçün,  digər  halda  isə  kirayə  haqqı  kimi  verdiyini  göstərmiş,  Azərbaycan 

Respublikası  Tələbə  Qəbulu  Üzrə  Dövlət  Komissiyası  tərəfindən  2013-2014-cü  tədris 

ilində  Ağcabədi  Pedaqoji  Kollecinə  qiyabi  təhsil  üçün  tələbə  qəbulu  nəzərdə 

tutulmamışdır. Lakin tələbələrin bir hissəsi onun kollecin direktoru vəzifəsini icra etməyə 

başladığı  08  oktyabr  2013-cü  il  tarixdən  əvvəl,  əvvəlki  direktor  Vaqif  Hüseynovun 

dövründə əyani şöbədən qiyabi şöbəyə keçirlməklə beş qrup yaradılmışdır. O, 08 oktyabr 

2013-cü  il  tarixdə  kollecin  direktoru  vəzifəsini  icra  etməyə  başladıqdan  sonra  əvvəlki 

direktor  Vaqif  Hüseynovun  dövrünə,  yəni  05  avqust  2013-cü  il  tarixə  tələbələrin  əyani 

şöbədən  qiyabi  şöbəyə  keçirilmələrinə  dair  saxta  əmr  hazırlatmamış  və  həmin  əmrdə 

əvvəlki  direktor  Vaqif  Hüseynovun  imzasını  faksimile  klişe  ilə  vurmamışdır.  Əyanidən 

qiyabiyə  keçmə  ildə  iki  dəfə,  05  avqustdan  25  avqusta  kimi  və  05  fevraldan  25  fevrala 

kimi  olmuşdur.  Qiyabi  qruplarda  tədris  aparılmadığı  halda  müəllimlərə  1679  manat 

qanunsuz əmək  haqqı  verilməsi  ilə razı  deyildir. Qiyabi qruplarda dərslər keçilmişdir. O, 

əlavə  pul  məsarifinə  yol  verməmişdir.  Əksinə  pula  qənaət  etmişdir.  Qiyabi  şöbəyə 

keçirilmiş  tələbələrə  hesablanmış  1781  manat  təqaüd  onların  özlərinə  verilmiş,  əvvəlki 

direktor Vaqif Hüseynovun vəfatından sonra 09 sentyabr 2013-cü ildən 07 oktyabr 2013-

cü  il  tarixə  kimi  tədris  işləri  üzrə  direktor  müavini    Şirinov  Yusif  Əli  oğlu  kollecin 

direktoru  vəzifəsini  müvəqqəti  icra  etmişdir.  O,  08  oktyabr  2013-cü  il  tarixdən  kollecin 

direktoru vəzifəsini icra etdiyi dövrdə Yusif Şirinova özünün direktor vəzifəsini icra etdiyi 

dövrə,  bir  müəllimin  iki  qrupa  rəhbərliyinin  rəsmiləşdirməsi  barədə,  köhnə  tarixə,  16 

sentyabr  2013-cü  il  tarixli,  343  saylı  saxta  əmr  hazırlayb  imza  etməsi  barədə  göstəriş 

verməmişdir.  Yusif  Şirinov  özü  direktor  vəzifəsini  icra  etdiyi  zaman  həmin  əmri 

vermişdir.  O  da  həmin  əmrə  əsasən  bir  müəllimi  iki  qrupa  rəhbər  təyin  etmişdir.  Bu  isə 

müəllim çatışmazlığı  ilə əlaqədar olmuşdur. Bir  müəllim  iki qrupa rəhbərlik edib. Onlara 



 

39

artıq hesablanan 2029,50 manat pulu avans kimi verilmişdir. Təlimata görə bir müəllim iki 



qrupa  rəhbərlik  edə  bilər.  Hər  qrupa  bir  müəllim  rəhbərlik  etsə  də,  yenə  həmin  pul  qrup 

rəhbərlərinə  ödənilməli  idi.  Artıq  pul  verilməyib.  O,  kollecin  direktoru  vəzifəsini  icra 

edəndən  sonra  Yusif  Şirinova  geri  tarixə,  özünün  direktor  işlədiyi  dövrdə,  16  sentyabr 

2013-cü  il  tarixli, 344 saylı,  fizika-riyaziyyat, ana dili-ədəbiyyat,  kimya-biologiya  fənləri 

üzrə  iki  fənn  birləşmə komissiyalarının təşkili barədə, əmr  hazırlayıb  imza etməsi barədə 

göstəriş  verməmişdir.  Saxta  əmr  hazırlatmamışdır.  Yusif  Şirinovun  kollecin  direktoru 

vəzifəsini  icra  etdiyi  dövrdə  özü  həmin  əmri  hazırlayıb  imza  etmişdir.  Bir  müəllimi  iki 

fənn birləşmə komissiyasının sədri təyin etmk də müəllim çatışmazlığından irəli gəlmişdir. 

Bir müəllim iki fənn birləşmə komissiyasının sədri olub, iki fənn birləşməsinə görə əmək 

haqqı  almışdır.  Artıq  pul  xərcləməmişdir.  Fənn  birləşmə  komissiyalarının  sədri  kimi  6 

müəllimə  442,20  manat  əmək  haqqının  verilməsi  qanunsuz  deyil,    Abbasova  Sənubər 

Nazim  qızını  və  Cavadova  Afərim  Köçəri  qızını  yarım  akladla  labarant  kimi  işə 

götürmüşdür.  Şərait  olmadığına  görə  onlar  tam  fəaliyyət  göstərə  bilməmişlər.  Lakin  işə 

gəlib  gediblər.  Əliyeva  Leyla  Səməd  qızını  paltarsaxlayan  işinə  götürmüşdür.  Lakin 

kollecin binasında paltarsaxlama yeri hazır olmadığından həmin işdə işləməmişdir. Ancaq 

işə  gəlmiş,  müxtəlif  işlərə  kömək  etmiş,  kollecdə  təmir  işi  aparan  ustalara  və  fəhlələrə 

yemək  bişirmişdir.  Onların  hər  üçü  işə  qəbul  barədə  ərizə  ilə  müraciət  etmişlər.  2013-cü 

ilin  oktyabr  ayından  2014-cü  ilin  fevral  ayına  kimi  onlara  1.186  manat  əmək  haqqı 

hesablanmışdır. Onların adlarına olan plastik kartları bankdan o özü almışdır. Lakin onun 

həmin  şəxslərin  adlarına  hesablanmış  pulu  mənimsəmək  məqsədi  olmamışdır.  Əgər  olsa 

idi,  kartlardan  istifadə  edərək  Sənubər,  Afərim  və  Leylanın  adlarına  olan  pulu  bankadan 

çıxara  bilərdi.  Lakin  kartlardan  istifadə  etməmiş,  pul  çıxarmamışdır.  Sənubər  Abbasova, 

Afərim  Cavadova  və  Leyla  Əliyevanın  kollecdə  işə  qəbul  olunmalarına  dair  01  oktyabr 

2013-cü  il  tarixli,  353  saylı  əmri  o,  direktor  vəzifəsini  icra  etməyə  başlayandan  sonra, 

ondan  əvvəl  direktor  vəzifəsini  icra  edən  Yusif  Şirinova  köhnə  tarixə  hazırlayıb  imza 

etməsi barədə göstəriş verməmişdir. Həmin əmri Yusif Şirinov özü direktor vəzifəsini icra 

edərkən  vermişdir.  O,  tələbələrin  dərslərə  davamiyyətlərinin  araşdırmaq  məqsədi  ilə 

“Kapaital  Bank”  ASC-nin  Ağcabədi  filialına  1290  saylı  məktub  yazaraq  64  tələbənin 

müavinət almaları üçün plastik kartların yenilənməsini xahiş etmişdir. Bəzi tələbələr özləri 

də  plastik  kartlarının  yenilənməsi  barədə  müraciət  etmişlər.  Həmin  məktubda  mühasibin 

imzası  olmayıb.  Yeni  plastik  kartlar  gəldikdən  sonra  tələbələrə  gəlib  plastik  kartlarını 

götürmələri  barədə  xəbər  göndərmişdir.  8  nəfər  tələbə  gəlib  plastik  kartlarını  ondan 

götürmüşdür.  Qalan  56  tələbənin  plastik    kartları  onda  qalmışdır.  Lakin  həmin  plastik 

kartların  kodlarını  açmamışdır.  Onlardan  istifadə  etməmişdir.  Tələbələrin  plastik 

kartlarında  olan  pulu  çıxarmamışdır.  Bəzi  tələbəlr  dərslərə  gəlməmişlər.  Onların  dərslərə 

davamiyyətini yoxlamaq üçün palstik kartlarını özündə saxlamışdır. Tələbələrin bir qismi 

isə istehsalat təcrübəsində olduqlarından kollecə gəlib kartlarını götürməmişdir. 

Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Ağayev  Mahir  Fərhad  oğlu 

ifadə  verərək  göstərdi  ki,  2006-cı  ilin  iyul  ayından  Ağcabədi  Pedaqoji  Kollecində  baş 

mühasib  işləyir.  Onun  vəzifəsi  kollecdə  mal-materialların  dövriyyəsi,  bank-maliyyə  

əməliyyatlarını  həyata  keçirməkdən  ibarət  olmuşdur.  2013-2014-cü  tədris  ilində  kollecdə 

qiyabi  qruplara  qəbul  nəzərdə  tutulmamışdır.  O,  2013-cü  ildə  qiyabi  qrupların  kim 

tərəfindən  yaradılmasını  bilməmişdir.  Həmin  qiyabi  qruplarda  dərs  keçilməsini 

yoxlamamışdır.  O,  baş  mühasib  olaraq  pulu  saat  hesabı  ilə  buraxmışdır.  Sahib 

Hüseynovun əvvəlki direktor Vaqif Hüseynovun adından faksimile klişe ilə imza etməklə 


 

40

05  avqust  2013-cü  il  tarixli,  421  nömrəli  saxta  əmr    əsasında  əyani  şöbədə  təhsil  alan 



tələbəbərin bir hissəsini qiyabi şöbəyə keçirməklə qiyabi şöbədə dörd ixtisas üzrə beş qrup 

yaradılmasını  rəsmiləşdirməsi  barədə  məlumatı  olmamışdır.  4  ixtisas  üzrə  5  qiyabi 

qruplarının  nə  vaxt  yarandığını  bilmir.    2013-cü  ilin  avqust-sentyabr  aylarında  4  ixtisas 

üzrə 5 qiyabi qrupda dərs keçilməsinə görə müəllimlərə əmək haqqı verilmişdir. Bununla 

yanaşı,  əyani  şöbədə  təhsil  alan  27  tələbə  2013-cü  ilin  avqust-sentyabr  aylarında  qiyabi 

şöbəyə  keçirildiyi  halda  onlara  1781  manat  təqaüd  hesablanıb  verilməsinin  səbəbini 

bilmir. Qiyabi şöbəyə keçirilmiş 27 tələbəyə 2013-cü  ilin avqust-sentyabr aylarında 1781 

manat təqaüd verilməməli idi. Həmin tələbələrə qiyabi şöbədə dərsləri tədris etməyə görə 

müəllimlərə  1679  manat  əmək  haqqı,  həm  də  tələbələrə  təqaüb  verilməsi  düz  deyildir. 

Qiyabi  şöbədə  təhsil  alan  tələbələrə  təqaüd  verilmir.  Yusif  Şirinovun  direktor  vəzifəsini 

icra etdiyi dövrdə onun adından verilən əmrlər həmin vaxt hazırlanmışdır. Yusif Şirinovun 

arxa  tarixə  əmrlərə  imza  etməsini  eşitməmişdir.  Kollecdə  dərs  bölgüsünü  Yusif  Şirinov 

aparmışdır.  Sahib  Hüseynov  direktor  vəzifəsini  icra  etdikdən  sonra  Yusif  Şirinovun  16 

sentyabr  2013-cü  il  tarixə  saxta  əmrlər  verməklə  bir  müəllimin  iki  qrupa  rəhbər  təyin 

edilməsi  və  eləcə  də  bir  müəllimin  iki  fənn  birləşmə  komissiyasının  sədri  təyin  edilməsi 

barədə  məlumatı  olmamışdır.  Təhsil  Nazirliyinin  razılığı  ilə  bir  müəllimə  iki  qrup 

rəhbərliyi  verilə  bilər.  Lakin  Təhsil  Nazirliyindən  bu  barədə  rəsmi  icazə  almamışlar.  O, 

qrupların  sayına  görə  əmək  haqqı  hesablamışdır.  Fənn  birləşmələrinə  görə  əmək  haqqını 

onların sayına görə hesablamışdır. Bir müəllim iki fənn birləşməsini apara bilər. Təlimatın 

tələbinə görə bir müəllimə bir qrup rəhbərliyinə görə əmək haqqı verilməli olması barədə 

bir söz deyə bilməz.  Azərbaycan Respublikası  Təhsil Nazirliyinə  verilən  hesabatlarda bir 

müəllimin iki qrupa rəhbərlik etməsini göstərməmişdir. Bir müəllimin bir qrupa rəhbərlik 

etməsi  barədə  hesabat  vermişdir.  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  “Orta 

ixtisas  dövlət  təhsil  müəssisələrində  fənn  (fənn  birləşmə)  komissiyaları  haqqında 

Əsasnamə”nin tələbinə görə bir müəllimin iki fənn birləşməsi komissiyalarının sədri kimi 

ikiqat  əmək  haqqı  almasının  qanunsuz  olması  barədə  bir  söz  deyə  bilməz,  artıq  pul 

məxaric etməmişdir.  Təhsil Nazirliyinə bir  müəllimin  iki  fənn birləşməsi komissiyasının 

sədri kimi fəaliyyət göstərməsi barədə hesabat verilib-verilməməsini və işçilərin işə gəlib-

gəlmədiklərini  bilməmiş,  Sənubər  Abbasova,  Afərim  Cavadova  və  Leyla  Əliyevanın  işə 

gəlmələri barədə tabellər ona  təqdim olunmuş, ona  görə də onlara 1.186  manat pul  əmək 

haqqı kimi hesablamışdır.  

     Apellyasiya  məhkəməsi  iclasında  məhkum  edilmiş  şəxs  Şirinov  Yusif  Əli  oğlu 

ifadə  verərək  göstərdi  ki,  2005-ci  ildən  Ağcabədi  Pedaqoji  Kollecində  tədris  işləri  üzrə 

direktor  müavini  vəzifəsində  işləmişdir.  Əvvəlki  direktor  Vaqif  Hüseynov  09  sentyabr 

2013-cü  ildə  vəfat etdikdən sonra  Təhsil  Nazirinin  16 sentyabr 2013-cü  il  tarixli əmri  ilə  

kollecin  direktoru  vəzifəsini    07  oktyabr  2013-cü  il  tarixədək  icra  etmişdir.  08  oktyabr 

2013-cü  il  tarixdə  isə  Kollecin  direktor  vəzifəsi  Təhsil  Nazirliyinin  əmri  ilə  Hüseynov 

Sahib  Şahlar  oğluna  həvalə  edilmişdir.  Bundan  sonra  o,  metodist  işləməyə  başlamış,  07 

oktyabr 2013-cü il tarixdə direktor müavini vəzifəsindən çıxarıldıqdan sonra bir müəllimə 

iki  qrup  rəhbərliyinin  verilməsi  barədə  16  sentyabr  2013-cü  il  tarixli,  343  saylı  və  bir 

müəllimin iki fənn birləşmə komissiyasının sədri təyin edilməsi barədə 16 sentyabr 2013-

cü il tarixli, 344 saylı əmrləri geri tarixə imzalamışdır. Həmin əmrləri faktiki olaraq Sahib 

Hüseynovun  direktor  olduğu  dövrdə,  yəni  bir  müəllimin  iki  qrupa  rəhbər  təyin  olunması 

barədə  əmri  2013-cü  il  oktyabr  ayının  10-da,  bir  müəllimin  iki  fənn  birləşmə 

komissiyasının  sədri  təyin  olunması  barədə  əmri  isə  2013-cü  il  10  oktyabrdan  sonrakı 


 

41

günlərdə  imzalamışdır.  Həmin  əmrləri  ona  görə  imzalamışdır  ki,  bu  barədə  Sahib 



Hüseynov  Təhsil  Nazirliyinin  şifahi  razılığını  almışdır.  Lakin  Sahib  Hüseynovun 

nazirlikdə  bu  barədə  razılığı  kimdən  almasını  bilmir.  Rəsmi  razılıq  olmamışdır.  O, 

vəzifədən çıxarıldıqdan sonra  imzaladığı 16 sentyabr 2013-cü  il tarixli  iki əmrlə 15 nəfər 

müəllimə  iki  qrup  rəhbərliyi  verilmiş  və  altı  nəfər  müəllim  iki  fənn  birləşməsi  üzrə 

komissiyanın sədri təyin olunmuşdur.  Düzdür, diqqətsizlik edib əmrlərə imza etmiş, səhv 

etmişdir. Ancaq fənn birləşmələri düzgün yazılmayıb, düz başa düşməyib elə yazıblar. O, 

Abbasova  Sənubər  Nazim  qızı  və  Cavadova  Afərim  Köçəri  qızının  laborant,  Əliyeva 

Leyla Səməd qızının isə paltarsaxlayan kimi işə qəbul olunmaları barədə 01 oktyabr 2013-

cü  il  tarixli  əmri  Sahib  Hüseynov  kollecə  direktor  əvəzi  təyin  olunandan  sonra,  yəni  10 

oktyabr  2013-cü  il  tarixdən  sonrakı  günlərdə  imzalamışdır.  Lakin  heç  bir  maddi  marağı 

olmamışdır. 

  Apellyasiya məhkəməsi iclasında şahid Cəbrailova Tamaşa Qafar qızı ifadə verərək 

göstərdi  ki,  Məmmədbağırova  Cahan  Nadir  qızı  onların  evində  kirayə  qalırmiş,  bir  gün 

Cahan  ona  pul  verir  və  deyir  ki,  “bu  pulu  saxla”,  o  da  pulu  saxlamış  və  elə  bilmişdir  ki, 

kirayə puludur. 

Apellyasiya  məhkəməsi  iclasında  şahid  Məmmədbağırova  Cahan  Nadir  qızı  ifadə 

verərək göstərdi ki, o, 2011-ci ildə Ağcabədi Pedaqoji Kollecinin ibtidai sinif müəllimliyi 

ixtisasına  qəbul  olunmuş,  kollecə  qəbul  olunduqdan  sonra  Ağcabədi  rayonunda  yaşayan 

qohumu Tamaşa Cəbrayılovanın evində qalmış,  2013-cü ilin sentyabr ayına kimi kollecin 

direktoru  Vaqif  Hüseynov  olmuşdur.  Onun  direktor  olduğu  dövrdə  imtahanları  yaxşı 

vermiş,  heç  bir  maneəçilik  olmamışdır.  Vaqif  Hüseynov  2013-cü  ilin  sentyabr  ayında 

vəfat  etdikdən  sonra  kollecin  direktoru  vəzifəsini  bir  müddət  Yusif  Şirinov  icra  etmiş, 

2013-cu  ilin  oktyabr  ayının  əvvllərindən  isə  Sahib  Hüseynov  kollecin  direktor  müavini 

təyin olunmuş və direktor vəzifəsini icra etmişdir. Tamaşa Cəbrayılova Sahib Hüseynovun 

uzaq  qohumu  olduğundan  Sahib  Hüseynov  direktor  təyin  olunandan  sonra  onu  kollecdə 

bufetçi  götürmüşdür.  Sahib  Hüseynov  kollecin    direktoru  vəzifəsini  icra  etməyə 

başladıqdan  sonra  onu    öz  iş  otağına  dəvət  etmiş  savadlı  tələbə  olduğunu  nəzərə  alaraq 

onun  katibəsi  kimi  işləməyi  təklif  etmiş,  o  isə  dərslərinin  çox  olduğunu,  katibə  işləsə, 

dərslərinə  hazırlaşa  bilməyəcəyini  demiş,  lakin  Sahib  Hüseynov  narahat  olmamasını, 

dərslərini özü həll edəcəyini deyərək kolleci qurtaranda da onu işə götürəcəyini demişdir. 

Bundan  sonra  o,  2013-cü  ilin  oktyabr  ayından  noyabr  ayının  25-nə  kimi  Sahib 

Hüseynovun  yanında  katibə  kimi  işləmiş,  bu  müddətdə  dərslərdə  iştirak  etməmiş,  Sahib 

Hüseynovun  müxtəlif  yazı,  sənədləşmə  işlərini  aparmışdır.  Həmin  ərəfədə  Sahib 

Hüseynov kollecdə yeni qayda qoyaraq istehsalat təcrübəsi üçün hər tələbədən 100 manat, 

qış imtahan sesiyasında imtahanlardan müvəffəq qiymətlər almaq üçün isə 450 manat pul 

yığılmışdır.  Bundan  sonra  o,  dərslərinə  getmişdir.  Sinif  nümayəndələri  evə  gedən, 

istehsalat  təcrübəsində  iştirak  etməyən  tələbələrdən  100  manat  pul  yığmışlar,  onun  isə 

imkanı olmadığı üçün sinif nümayəndəsinə pul verməmiş, 25 noyabr 2013-cü il tarixdə o, 

Ağcabədi 2 saylı orta məktəbində təcrübi məşğələ keçdiyi vaxt Sahib Hüseynov ona mobil 

telfon  vasitəsi  ilə  zəng  edərək  onu  kollecə  çağırmışdır.  Az  sonra  Sahib  Hüseynovun 

sürücüsü  məktəbə  gələrək  onu  kollecə  aparmışdır.  Sahib  Hüseynov  ona  katibə  kimi 

işləməyi barədə Təhsil Nazirliyinə ərizə yazıldığını bildirmiş və katibə işləməməsi barədə 

izahat yazmasını demiş, o, isə bu  məzmunlu izahat yazmış və  Sahib Hüseynov dərslərdə 

iştirak  etməsini  ona  tapşırmışdır.  O,  07  yanvar  2014-cü  il  tarixdə  imtahan  vermək  üçün 

kollecə  getmiş,  qrup  rəbəri  Xatirə  Həsənova  və  tələbə  yoldaşı  Məxmər  Göyüşzadə  ona 


 

42

Sahib  Hüseynovun  adından  imtahanları  özü  ümumi  qaydada  həll  etməli  olduğunu,  yəni 



pul  verməli olduğunu, Sahib Hüseynovun  ona  heç bir köməyi olmayacağını demiş, o, isə 

faktiki dərslərdə olmadığına görə imtahanlara hazırlaşa bilməmişdir. 07 yanvar 2014-cu il 

tarixində imtahan olmuş, pul yığılmış, lakin maddi imkanı olmadığından o, imtahana görə 

pul verməmiş, üç fənn üzrə imtahanlara girsə də, əvvəllər dərslərdə iştirak etmədiyi üçün 

imtahan  suallarını  yaza  bilməmiş,    qrup  nümayəndəsi  Məxmər  Göyüşzadə  ona  Sahib 

Hüseynovun  qoyduğu  qaydaya  görə  qiymət  almaq  istəyən  tələbənin  450  manat  pul 

verməli olduğunu demiş, bütün tələbələrdən istehsalat təcrübəsinə görə 100 manat, smestr 

imtahanlarına görə isə 450 manat pul yığılmışdır. Sonra 2014-cü il yanvar ayının 17 və ya 

18-də  Sahib  Hüseynovun  yanına  getmiş,  imtahanlarını  həll  etməsini  istəmiş,  Sahib 

Hüseynov isə ona onun hesabına şellənməsini demiş və kimə arxayın olub pul vermədiyini 

soruşmuş,  o  isə  Sahib  Hüseynova  ona  arxayın  olduğunu,  ona  kömək  etdiyinə  görə 

dərslərdə  iştirak  etmədiyini  demişdir.  Sahib  ona  gedib  pulu  gətirməsini,    imtahanları 

bundan  sonra  həll  edəcəyini  demişdir.  Sahib  Hüseynova  ona  imtahanlarda  kömək 

edəcəyinə  söz  verdiyini  deyərək  ona  pulunu  gətirməsin  tapşırmışdır.  Bundan  sonra  o, 

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 

qaynar xəttinin “161” telefon nömrəsinin qaynar xəttinə zəng edib şikayət etmək qərarına 

gələrək  21  yanvar  2014-cü  il  tarixdə  “161”  qaynar  xəttinə  zəng  edərək    Sahib 

Hüseynovdan  şikayətini  bildirmiş  və  şikayəti  ilə  əlaqədar  onu  Azərbaycan  Respublikası 

Baş Prokuroru  yanında  Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəvət etmişlər.  02  fevral 

2014-cü  il  tarixdə  o,  yenidən  Sahib  Hüseynovun  yanına  gedərək  onun  yanında  katibə 

işlədiyini,  imtahanlara  hazırlaşa  bilmədiyini,    imtahanları  həll  edəcəyinə  söz  verdiyini, 

indi  də  pul  istədiyini,  lakin  pulu  olmadığını  demiş,  lakin  Sahib  Hüseynov  yenə  də  pulu 

gətirib  verməli  olduğunu  demişdir.  Nəhayət  o,  Sahib  Hüseynova  450  manat  pul  gətirib 

verəcəyinə  razılıq  vermişdir.  Sahib  Hüseynov  ona  ondan  və  onun  atasından    pul 

götürməyəcəyini, pulu aparıb bufetçi Tamaşaya verməsini demişdir. O, Sahib Hüseynovla 

olan bu danışıqlarını mobil telefona yazmış və  telefona yazdığı danışığını diskə köçürərək  

Korrupsiyaya  Qarşı  Mübarizə  İdarəsinə  getmiş,  İdarəyə  ərizə  yazaraq  diski  də  həmin 

ərizəyə əlavə etmişdir. Bundan sonra 11 fevral 2014-cü ildə Korrupsiyaya Qarşı Mübarizə 

idarəsinin əməkdaşları tərəfindən ona 9 ədəd 50 manatlıq pul əskinazlardan ibarət olmaqla 

450  manat  pul  verilmişdir.  Bundan  başqa  üstünə  video  çəkiliş  üçün  aparat  da 

qoymuşdurlar.  Həmin  gün  saat  13:00-da  450  manat  pul  üstündə  olmaqla  kollecə  daxil 

olmuşdur. Sahib Hüseynovu kollecin həyətində görmüşdür. Sahib Hüseynov onu görəndə 

nə əcəb gəldiyini demiş, o isə ona pulu gətirdiyini demiş, lakin Sahib Hüseynov özü ondan 

pulu  götürmək  istəməmiş, onunla bir  qədər söhbətdən sonra  Tamaşanın  yanına  getməsini 

tapşırmışdır.  Bundan  sonra  o,  yeməkxanaya  gedərək    Tamaşaya  450  manat  pulu 

gətirdiyini,  imtahan  qiymətlərinin  yazılması  üçün  pulu  Sahib  Hüseynova  verməsini 

demişdir.  Tamaşa  Cəbrayılova  ondan  pulu  almış,  sayaraq  götürmüş,  sonra  Tamaşa 

Cəbrayılova  Sahib  Hüseynovun  yanına  getmələrini  demiş  və  onlar  hər  ikisi  Sahib 

Hüseynovun yanına getmişlər. Sahib Hüseynov demişdir ki, pulu götür, evdə verərsən. O 

isə evə getmədiyini, xalası ilə çıxıb gedəcəyini demişdir. Sahib Hüseynov Tamaşaya deyib 

ki, pulu evdə götür, mən nə vaxt desəm, onda gətirərsən. Pul Sahib Hüseynovun göstərişi 

ilə  Tamaşa  Cəbrayılovada  qalmışdır.  Bundan  sonra  Korrupsiyaya  Qarşı  Mübarizə 

idarəsinin  əməkdaşları  binaya  daxil  olmuşlar.  Tamaşa  Cəbrayılovaya  ondan  aldığı  pulu 

təqdim etməsi təklif olunmuşdur.  



 

43

  Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə  çıxışları  zamanı  Azərbaycan 



Respublikası  Baş  prokurorluğunun  Dövlət  ittihamının  müdafiəsi  üzrə  idarəsinin 

apellyasiya  və  kassasiya  instansiyası  məhkəmələrində  dövlət  ittihamının  müdafiəsi 

şöbəsinin  prokuroru,  kiçik  ədliyyə  müşavirləri    Əzimov  Ədalət  Adil  oğlu  və  Sadıqov 

Siyavuş Köçəri oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 

1(089)-09/2015  nömrəli  hökmündən  hökmündən  məhkum  edilmiş  şəxs  Hüseynov  Sahib 

Şahlar  oğlu,  onun  müdafiəçiləri  Əhmədova  Ulduzə  Mehdi  qızı  və  Həsənov  İmamqulu 

Vəliqulu  oğlu  tərəfindən  ayrı-ayrılıqda  verilmiş  apellyasiya  şikayətlərinin  dəlilləri  ilə  razı 

olmadığını,  törədilmiş  cinayət  hadisəsinin  iş  materialları  ilə  tam  sübuta  yetirildiyini  və 

birinci  instansiya  məhkəməsi  tərəfindən  qanuni,  ədalətli  və  əsaslı  hökm  çıxarıldığını 

bildirdi. Eyni zamanda dövlət ittihamçıları Ədalət Əzimov və Siyavuş Sadıqov

 

apellyasiya 



şikayətlərinin  təmin  olunmamasını,  lakin  ittihamdan  və  hökmdən  Hüseynov  Sahib  Şahlar 

oğlunun  “Ağcabədi  şəhər  sakinləri  -  Abbasova  Sənubər  Nazim  qızı  və  Cavadova  Afərim 

Köçəri qızının, paltarsaxlayan vəzifəsinə isə Əliyeva Leyla Səməd qızının təyin olunmasını 

rəsmiləşdirməklə,  həmin  şəxslərin  faktiki  olaraq  işləmədikləri,  öz  xidməti  işlərini  yerinə 

yetirmədikləri  halda,  tamah  niyyətilə  müvafiq  rəsmi  sənədə  bilə-bilə  yalan  məlumatları 

daxil  etməklə  “Kapital  bank”  ASC-nin  Ağcabədi  rayon  filialından  adlarına  hazırlanmış 

plastik  bankomat  kartlarını  götürüb  özündə  saxlamaqla  və  baş  mühasib  Ağayev  Mahir 

Fərhad  oğluna  2013-cü  ilin  oktyabr  ayından  2014-cü  ilin  fevral  ayına  kimi  guya  işdə 

olmalarına dair tabelin tərtib edilməklə təqdim olunub adlarına əmək haqqı hesablatdıraraq, 

özünün ehtiyaclarına sərf etmək üçün cəmi 1.186 (min yüz səksən altı) manat məbləğində 

pulun  həmin  şəxslərin  bank  hesablarına  müvafiq  saxta  cədvəllər  tərtib  olunmaqla  əmək 

haqqı  üzrə  ödənişlərin  köçürülməsini  təmin  etmiş,  lakin  aparılmış  əməliyyat-axtarış 

tədbirləri  zamanı  həmin  plastik  kartlar  götürüldüyündən,  bilavasitə  həmin  cinayəti 

törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan göstərilən səbəblərə 

görə  başa  çatdıra  bilməyərək,  öz  qulluq  mövqeyindən  istifadə  edərək  ona  etibar  olunmuş 

xeyli  miqdarda  özgəəmlakını  mənimsəmə  yolu  ilə  talamağa  cəhd  etmə”  epizodu  üzrə  

“xeyli  miqdarda”  müddəasının  xaric  edilməklə  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin 

13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015 nömrəli hökmünün dəyişdirilməsini  məhkəmə 

kollegiyasından xahiş etdilər. 

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə  çıxışları  zamanı  məhkum  edilmiş  şəxs 



Hüseynov Sahib Şahlar oğlunun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı Lənkəran Ağır 

Cinayətlər  Məhkəməsinin  13  avqust  2015-ci  il  tarixli,  1(089)-09/2015  nömrəli  hökmünün 

Hüseynov  Sahib  Şahlar  oğluna  aid  hissəsində  ləğv  edilməsini,  ona  Azərbaycan 

Respublikası CM-nin 29, 179.3.2, 308.1, 311.3.2, 311.3.3, 311.3.4 və 313-cü maddələri ilə 

bəraət  verilməsini,  eləcə  də    Sahib  Hüseynovun  cəzasını  yüngülləşdirən  halların  nəzərə 

alınmasını  məhkəmə kollegiyasından xahiş etdi. 

 

Apellyasiya  məhkəməsi  iclasında  məhkəmə  çıxışları  zamanı  məhkum  edilmiş  şəxs 



Hüseynov  Sahib  Şahlar  oğlunun  digər  müdafiəçisi  Cəfərov  İlqar  Ağaqulu  oğlu  Lənkəran 

Ağır  Cinayətlər  Məhkəməsinin  13  avqust  2015-ci  il  tarixli,  1(089)-09/2015  nömrəli 

hökmünün Hüseynov Sahib Şahlar oğluna aid hissəsində ləğv edilməsini, ona Azərbaycan 

Respublikası CM-nin 29, 179.3.2, 308.1, 311.3.2, 311.3.3, 311.3.4 və 313-cü maddələri ilə 

bəraət  verilməsini,  eləcə  də    Sahib  Hüseynovun  cəzasını  yüngülləşdirən  halların  nəzərə 

alınmasını məhkəmə kollegiyasından xahiş etdi. 

 

Apellyasiya məhkəməsi iclasında son sözündə məhkum edilmiş şəxs Hüseynov Sahib 



Şahlar  oğlu  apellyasiya  şikayətlərinin  təmin  edilməsini,  iş  üzrə  cəzasını  yüngülləşdirən 

 

44

halların  nəzərə  alınmasını,  barəsində  ədalətli  qərar  qəbul  edilməsini  məhkəmə 



kollegiyasından xahiş etdi. 

 

 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin