22 noyabr 2016-cı il İş №2(105)-2321/2016 Sumqayıt şəhəri



Yüklə 45.92 Kb.
Pdf просмотр
tarix16.07.2017
ölçüsü45.92 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi

Mülki Kollegiya

Q Ə T N A M Ə



22 noyabr 2016-cı il

İş № 2(105)-2321/2016

Sumqayıt şəhəri

Hakim Azər Qəmbər oğlu Hüseynovun sədrliyi edən və məruzəsi,

Hakimlər Gülnarə Fikrət qızı Tağızadə və Telman Osman oğlu Quliyevdən ibarət

tərkibdə,

Lətafət Almazxan qızı Tahirovanın katibliyi,

İddiaçı Şərifov Anar İsgəndər oğlunun nümayəndələri Əliyev Mütəllim Mehdi oğlu və

Səfərov Əhməd Qasım oğlu,

Cavabdeh Əmirov Nəsimi Balamirzə oğlu və onun nümayəndəsi Məmmədov Müslüm

Rza oğlunun iştirakları ilə,

Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7673/2016 saylı, 24 iyun 2016-cı il tarixli

qətnaməsindən cavabdeh Əmirov Nəsimi Balamirzə oğlu tərəfindən verilmiş apelyasiya

şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq



M Ü Ə Y Y Ə N E T D İ:

Sumqayıt şəhər Məhkəməsinin 24 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən

təmin olunaraq, cavabdeh Əmirov Nəsimi Balamirzə oğlundan 1.600 (bir min altı yüz) ABŞ

dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan

manatına olan məzənnə nisbətində manatla iddiaçı Şərifov Anar İsgəndər oğlunun xeyrinə

tutulması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş

dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun cavabdeh Əmirov Nəsimi

Balamirzə oğlundan tutularaq Şərifov Anar İsgəndər oğluna ödənilməsi qət edilmişdir. (hakim

N.Abıyev)

Qətnamədən narazı qalan cavabdeh Əmirov Nəsimi Balamirzə oğlu apelyasiya şikayəti

verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

İ Ş İ N

H A L L A R I :

İddiaçı Şərifov Anar İsgəndər oğlu “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə

müraciət edərək, cavabdeh Əmirov Nəsimi Balamirzə oğlundan 2.200 ABŞ dolları məbləğində

əsas borcun, ödənişin bütün gecikdirilmə dövrü üçün məhkəmə qətnaməsinin çıxarıldığı günə

qədər bank uçot dərəcəsini əsas götürməklə 222 ABŞ dolları məbləğində faizin, 300 manat

hüquqi xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət

rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şərifov Anar İsgəndər oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ilin

oktyabr ayında Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 31, mənzil 24 ünvanında yaşayan tanışı

Asim adlı şəxs ondan “VAZ-21099” markalı minik avtomobilinin alınması məqsədilə ondan

kömək istəmişdir. O, Asimlə razılaşdıqdan təxminən 1 həftə sonra Elvin adlı tanışı vasitəsilə

maşın tapmış və telefonla bunu Asimə bildirmişdir. Asim həmin vaxt xəstəxanada müalicə aldığı

üçün ondan xahiş etmişdir ki, “VAZ-21099” markalı 50-CL-704 dövlət nömrə nişanlı avtomobili

öz adına alsın və ertəsi gün etibarnamə ilə ona versin. O, cavabdeh Əmirov Nəsimi Balamirzə

oğluna 2.200 ABŞ dolları məbləğində pul ödəyib 1993-cü il

1


buraxılışlı olan “VAZ-21099” markalı 50-CL-704 dövlət nömrə nişanlı minik avtomobilini

etibarnamə ilə ondan almışdır. Ertəsi gün Asimin qardaşı Asif Asimin sənədlərini ona gətirmiş

və o, maşını etibarnamə əsasında Asimə vermişdir. Bundan sonra onunla Asim arasında

avtomobillə bağlı heç bir problem yaranmamışdır. Lakin təxminən 7-8 aydan sonra Sumqayıt

şəhər polis idarəsinin DYPŞ-nin əməkdaşı Asimi saxlatdırmış və avtomobilin üzərində həbs

olduğunu bildirmiş və həmin vaxt avtomobili Asimdən alaraq, cərimə meydançasına aparmışdır.

Məsələ ilə maraqlanan zaman onlara məlum olmuşdur ki, avtomobilin mülkiyyətçisi Məmmədov

Anar Xanlar oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi Əmirovun avtomobil

üçün onlardan aldığı 2.200 ABŞ dolları məbləğində pulu ona çatdırmadığını bildirmiş və

məhkəmənin 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə “VAZ-21099” markal 50-CL-704 dövlət

nömrə nişanlı minik avtomobilinin Asimdən alınıb mülkiyyətçi Anar Məmmədova verilməsi qət

edilmişdir. Bundan sonra onlar pulunu cavabdehdən tələb etsələr də, cavabdeh bu günə qədər

pulu qaytarmamışdır.

A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İN D Ə L İ L L Ə R İ VƏ P R O S E S

İ Ş T İ R A K Ç I L A R I N I N İ Z A H A T L A R I

Cavabdeh Əmirov Nəsimi Balamirzə oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır

ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan apelyasiya

instansiyasında ləğv edilməlidir.

İşə apelyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında cavabdeh

Əmirov Nəsimi Balamirzə oğlu apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək

bildirmişdir ki, “VAZ-21099” markalı minik avtomobili bacısı oğlu- Anar Məmmədova məxsus

olmuşdur. Avtomobil satılan zaman A.Məmmədov Rusiya Federasiyasında yaşayırdı və ordan

ona göndərdiyi etibarnamə ilə avtomobili A.Şərifova satmışdır. Avtomobilin satışından əldə

olunan pulu Rusiya Federasiyasına A.Məmmədova göndərmişdir. Pulun A.Məmmədova

çatdırılmasını etibar etdiyi Musa Abıyev faksla ona məktub göndərmişdir ki, pulu Anara

vermişdir. Lakin Musa pulu A.Məmmədova verməmişdir. Təqdim etdiyi ərizələrdə pulun Anara

verilməsi faktı təsdiq edilir. Hesab edir ki, hazıkı halda pulun ondan tutulması əsassızdır. Qeyd

edilən halların nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya

məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə

qəbul edilməsini xahiş etmişdir.

İşə apelyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında cavabdeh

Əmirov Nəsimi Balamirzə oğlunun nümayəndəsi Məmmədov Müslüm Rza oğlu hüquqlarını

müdafiə etdiyi şəxs ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikatəyinin təmin edilməsi,

birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə

dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşə apelyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında iddiaçı Şərifov

Anar İsgəndər oğlunun nümayəndələri Əliyev Mütəllim Mehdi oğlu və Səfərov Əhməd Qasım

oğlu, iddia ərizəsi ilə eyni məzmunlu izahatlar verərək, həır hansı bir mötəbər sübuta

əsaslanmayan apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin

qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.



H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R :

Məhkəmə kollegiyası məruzəçi-hakimi, iş üzrə tərəflərin izahatlarını dinləyib, apelyasiya

şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin

olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən

saxlanılmalıdır.

2


Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 372.7-ci maddələrinə

görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim

olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən aslı olmayaraq,

məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

İddia ərizəsi üzrə tələb edilən 600 ABŞ dollar əsas borcun, ödənişin bütün gecikdirmə

dövrü üçün məhkəmə qətnaməsinin çıxarıldığı günə qədər bank uçot dərəcəsini əsas götürməklə

222 ABŞ dolları məbləğində faizlərin habelə hüquqi xidmət haqqı kimi cavabdehdən 300 manat

məbləğində pulun tutulmasından imtina barədə birinci instansiya məhkəməsinin qətnaməsindən

tərəflər apelyasiya şikayəti vermədiklərindən həmin hissələrdə qətnamə araşdırılmır.

İşin hallarını araşdıran və pul tələbinə dair iddia tələbini qismən təmin edən birinci

instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Şərifov Anar İsgəndər oğlu tərəfindən 50-CL-

704 dövlət qeydiyyat nişanlı, 1993-cü il buraxılışlı, VAZ-21099 markalı avtomobilə görə

cavabdeh Əmirov Nəsimi Balamirzə oğluna 1.600 ABŞ dolları məbləğində pul ödənilmiş,

sonradan mübahisəli avtomobilin mülkiyyətçisi olan Məmmədov Anar Xanlar oğlunun ərizəsinə

əsasən Şərifov Anar İsgəndər oğluna avtomobilə dair sərəncam vermək üçün verilmiş etibarnamə

ləğv olunmuşdur. İddiaçı hazırki iddia ərizəsində “VAZ-21099” markalı 50-CL-704 dövlət

nömrə nişanlı minik avtomobili üçün cavabdehə verdiyi məbləğin geri qaytarılmasını tıələb

etdiyindən iddia ərizəsinin hüquqi əsasları vardır və həmin məbləğin tələbi barədə ərizə təmin

edilməlidir.

Gəldiyi nəticənin hüquqi əsasə kimi birinci instansiya məhkəməsi iş materiallarında olan

sənədlərə istinad edərək göstərmişdir ki, İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 13

iyul 2015-ci il tarixli (iş № 2(060)-5327/2015) qətnaməsindən müəyyən edilir ki, qeyd olunan

qətnamə ilə iddiaçı Məmmədov Anar Xanlar oğlunun cavabdehlər Əmirov Nəsimi Balamirzə

oğluna, Şərifov Anar İsgəndər oğluna və Səfərov Asim Əhməd oğluna qarşı mülkiyyətdə olan

nəqliyyat vasitəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması, vurulmuş maddi və mənəvi

ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, 50-CL-704 dövlət qeydiyyat nişanlı,

1993-cü il buraxılışlı, VAZ-21099 markalı avtomobilin cavabdeh şəxslərin qanunsuz sahibliyindən

geri alınaraq Məmmədov Anar Xanlar oğluna qaytarılması qət edilmişdir. Məhkəmənin qeyd olunan

qətnaməsi ilə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına əsasən BDYPİ-nin avtonəqliyyat

vasitəsi barədə 25.03.2015-ci il tarixli məlumat arayışına əsasən Şərifov Anar İsgəndər oğluna

verilmiş etibarnamə ləğv edilmişdir. Sumqayıt şəhərinin xüsusi notariusu Mustafazadə Telman

Muxtar oğlunun 16 mart 2015-ci il tarixli 434 saylı arayışına əsasən Məmmədov Anar Xanlar

oğlunun 06.09.2014-cü il tarixli 7E/17991 reyestr nömrəli Şərifov Anar İsgəndər oğluna verdiyi 50

CL 704 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sərəncam vermək üçün etibarnamə Məmmədov

Anar Xanlar oğlunun 16.03.2015-ci il tarixli 7E/4704 reyestrli ərizəsinə əsasən ləğv olunmuşdur.

BDYPİ-nin avtonəqliyyat vasitəsi barədə 25.03.2015-ci il tarixli məlumat arayışına əsasən İsmayılov

Nemət Firudin oğluna verilmiş etibarnamə ləğv edilmişdir. Sumqayıt şəhərinin xüsusi notariusu

Mustafazadə Telman Muxtar oğlunun 14 iyul 2015-ci il tarixli 1162 saylı arayışından müəyyən

olunmuşdur ki, Məmmədov Anar Xanlar oğlunun 07.09.2014-cü il tarixli 7E/18139 reyestr nömrəli

Səfərov Asim Əhməd oğluna verdiyi 50 CL 704 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə

sərəncam vermək üçün etibarnamə Məmmədov Anar Xanlar oğlunun ərizəsinə əsasən ləğv

olunmuşdur.

Qanuni qüvəsini almış qətnaməyə hüquqi qiymət verdikdə birinci instansiya məhkəməsi

göstərmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə

əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar

həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və

yenidən sübut edilmir.

“Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən

qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali

Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il 3 №li Qərarında məhkəmələrə izah edilmişdir

3


ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82.3-cü maddələrində nəzərdə tutulmuş

məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin

təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər

sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi

hallar nəzərdə tutulmuşdur.

İş materiallarında olan Abıyev Musa Bərxuda oğlu tərəfindən yazılmış 19.05.2016-cı il

tarixli ərizədən müəyyən edilir ki, o, Əmirov Nəsimi Balamirzə oğlundan 10.09.2014-cü il

tarixdə aldığı 1.500 ABŞ dolları məbləğində pulu Məmmədov Anar Xanlar oğluna verdiyini

göstərmişdir.

İş materiallarında olan 06.09.2014-cü il tarixli pul vəsaitlərinin köçürülməsinə dair

ərizələrin surətlərindən müəyyən edilir ki, Abıyev Musa Bərxuda oğlunun Rusiya

Federasiyasının Moskva şəhərindəki bank hesabına “Bank of Baku” “Yeni Sumqayıt” filialı

vasitəsilə Əmirov Fuad Balamirzə oğlu tərəfindən 1.000 ABŞ dolları, Əmirov Nəsimi Balamirzə

oğlu tərəfindən isə 500 ABŞ dolları məbləğində pul köçürülmüşdür.

İş materiallarında olan “AGBank” ASC-nin 19.02.2015-ci il tarixli kassa mədaxil

orderindən müəyyən edilir ki, Əmirov Fuad Balamirzə oğlu tərəfindən sənədləşdirmə işlərinin

aparılması üçün 103 ABŞ dolları məbləğində pul köçürülmüşdür.

Tərəflərin qarşılıqlı mübahisə predmetinə münasibət bildirən və iş materiallarında olan

sənədlərə hüquqi qiymət verən birinci instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası

Mülki Məcəlləsinin 1092.1-ci və 1093.1-ci maddələri ilə əsaslandırmışdır. Qeyd olunan maddi

hüquq normalarına əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə

yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən

məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Verilmiş apelyasiya şikayəti əsasında işin birinci instansiya məhkəməsi tərəfindən

araşdırılmış hallarını bir daha araşdıran məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir

ki, tərəflər arasında hazırki mübahisə və verilmiş apelyasiya şikayəti, işin birinci instansiya

məhkəməsinin qətnaməsində geniş əks olunmaqla tərəflərin qarşılıqlı mübahisəsi qanunu və

əsaslı məhkəmə aktı qəbul edilmişdir ki, həmin halların yenidən məhkəmə kollegiaysı tərəfindən

araşdırılması zərurət yoxdur, N.Əmirovun apelyasiya şikayətində göstərdiyi dəlillər birinci

instansiya məhkəməsinin qətnaməsində şərh edilmiş və həmin hallara hüquqi qiymət verilmişdir

ki, apelyasiya şikayətində qeyd olunan hallar mövcud qətnamənin ləğvi üçün əsas hesab edilə

bilməz.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi



haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi

mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu

üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı,

pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin

olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi

haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə

kassasiya və apelyasiya məhkəmələri aşağı instansiya məhkələrinin qətnamələrindən şikayətlərə

baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət

verməlidirlər.

Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci

instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və

tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və

prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası

MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxıldıqda

4


dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392,

393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ :

Cavabdeh Əmirov Nəsimi Balamirzə oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin

olunmasın.

Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7673/2016 saylı, 24 iyun 2016-cı il tarixli

qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası

Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki

Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul

edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.



Sədrlik edən:imza

Hakimlər:imzalar.

Əsli ilə düzdür.

Sədrlik edən

Azər Hüseynov

5



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə