20 yanvar faciəsi düşünülmüş və xüsusi hazırlıq prosesindən keçmiş, bir plan idi. Belə ki, 1988-ci ildən başlanan xalq hərəkatını dağıtmaq və demokratik hərəkatı boğmaq üçün müvafiq vaxt yetişirdi. Keçmiş ssri-nin



Yüklə 9,72 Mb.
Pdf görüntüsü
səhifə26/38
tarix02.01.2022
ölçüsü9,72 Mb.
#2533
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   38
və  monoqrafiyaların  hamı-

sında müxtəlif tip elektron 

mikroskopları  ilə  çəkilmiş 

şəkillər  üstünlük  təşkil 

edirlər. Hal-hazırda istifadə 

olunan  mikroskopik  texni-

kalar  içərisində  elektron 

mikroskopunun  imkanları-

nı  ABŞ-ın  Kaliforniya  Uni-

versitetinin 

əməkdaşları 

G.A.  Perkins  və  b.  (2009) 

belə 

səciyyələndirirlər: 

“Müasir  flüoressent  kon-

fokal 

mikroskopların 

köməkliyi  ilə  nişanlanmış 

zülalların hüceyrə daxilində 

hərəkətini  belə  izləmək 

mümkün  olsa  da,  böyütmə 

imkanı məhdud olduğundan 

orqanellərin  ultrastruktu-

runu  tədqiq  etmək  imkanı 

vermir. Sonuncu imkan an-

caq  üçölçülü  elektron  mik-

roskopunun  (elektron  to-

moqrafiyası) vasitəsilə tam 

dəqiqliklə  həyata  keçirilə 

bilir”..   

Bioloji  elmlər  sahəsində  müa-

sir  istiqamətlərdən  biri  müxtəlif 

şəraitlərdə  (yaşla  əlaqədar,  ekspe-

rimental  və  patoloji  vəziyyətlərdə) 

hüceyrələrin 

ölüm 

formaları-



nın  müəyyən  edilməsidir.  Bu 

sahədə  çox  həssas  flüressent, 

immunhistokimyəvi  və  s.  metod-

lar  kəşf  olunmasına  baxmayaraq, 

hüceyrələrin  ölüm  formalarının 

aşkar  edilməsinin  “qızıl  standart-

ları”  hələ  də  elektron  mikroskopik 

tədqiqatların  nəticələrinə  əsasən 

müəyyən  edilir  (S.C.Taatjes  et  al., 

2008; A.Tinari et al., 2008). 

Müasir  elektron  mikroskopunun 

əldə  olunmasının  aktuallığının  bi-

rinci  göstəricisi  respublikada  işlək 

vəziyyətda  olan  bu  tip  aparatın  ol-

mamasıdır.  Qeyd  etmək  lazımdır 

ki,  keçən  əsrin  70-80-cı  illərində 

AMEA-nın  bir  çox  institutları  və 

Azərbaycan  Tibb  Universiteti  üçün 

keçmış  SSR-də,  Çexoslovakiya-

da  və  Yaponyada  istehsal  olunmuş 

10-dan  çox  TEM  əldə  edilmiş-

dir.  Hal-hazırda  onlardan  biri  də 

işlək  vəziyyətdə  deyildir.  Bununla 

bərabər  o  dövrlərdə  əldə  edilmiş 

TEM seriyaları müasir tələblərə ca-

vab vermədiyindən və artıq istehsal 

olunmadığından  respublikada  olan-

ların təmirini təşkil etmək  də müm-

kün deyil. 

Respublikada  elektron  mikros-

kopu  vasitəsilə  yerinə  yetirilmış 

işlərin  səthi  analizi  göstərir  ki, 

Sovetlər birliyi dövründə çox sayda 

elmi-tədqiqat idarələrinin TEM əldə 

etməsi heç də özünü dogrultmamış-

dır. Bu mənada respublikada muasir 

tələblərə  cavab  verən  elektron  mik-

roskopik  mərkəzlərin  yaradılması 

daha məqsədəuyğun olar. Misal üçün 

qeyd etmək olar ki, böyük elmi po-

tensiala malik, 295 institut və klini-

kaları özündə birləşdirən, 7 fakültəsi 

olan Surix Universitetində ancaq bir 

“Mikroskopiya  və  təsvirin  analizi 

mərkəzi”  fəaliyyət  göstərir.  Özü  də 

həmin mərkəz TEM-lə yanaşı, butun 

müasir  mikroskop  növləri,  köməkçi 

cihaz  və  materiallarla  tam  təhciz 

olunmuşdur. 

Biologiya  və  tibb  sahəsində  mü-

asir  tələblərə  cavab  verən,  impakt 

faktoru yüksək olan jurnallarda çap 

olunan  elmi-tədqiqat  işlərinin  bö-

yük  əksəriyyəti  müxtəlif  növ  elekt-

ron mikrospik texnikaların vastəsilə 

yerinə  yetirilir.  Respublikada  bu 

tipdə  işlək  vəziyyətdə  olan  cihazın 

olmaması  morfologiya  sahəsində 

texniki  geriqalmaların  dərəcəsini 

günu-gündən  artırırdı.  Azərbaycan 

Respublikasının  Prezidenti  yanında 

Elmin  İnkişafı  Fondu  (EİF)  2011-ci 

ildə  Gənc  alim  və  mutəxəssislərin 

1-ci  musabiqəsində,  qısa  müddət 

ərzində əhəmiyyətli elmi nəticələrin 

alınmasını  stimullaşdırmaq  məq-

sədilə,  “Biologiya,  tibb  və  aqrar 

elmləri”  üzrə  1  000  000  manat 

məbləğində Pilot layihəsi elan etmiş-

di. AMEA Tibb və Biologiya Elmləri 

Bölməsinin  akademik-katibi,  aka-

demik  Əhliman  Əmiraslanovun 

göstəruşi  ilə  Azərbaycan  Tibb  Uni-

versitetinin  “histologiya,  embriolo-

giya  və  sitologiya,  “patanatomiya” 

kafedralarının,  AMEA-nın  Generik 

Ehtiyatlar,  Botanika,  Zoologiya, 

Mikrobiologiya, Fiziologiya institut-

ları əməkdaşlarından ibarət işci qrup 

“Respublikada  biologiya  və  tibb 

sahəsində  ultrastruktur  tədqiqtların 

müasir səviyyədə təşkili üçün Trans-

missiya  Elektron  Mikroskopunun, 

müvafiq cihaz, avadanlıq və material-

ların alınması” pilot layihəsini tərtib 

edib  EİF-ə  təqdim  etdi.  Göstərilən 

pilot  layihəsi  EİF  səhmdarlar  şura-

sının qərarı ilə qalib elan edildikdən 

sonra çox gərgin fəaliyyət, ələlxüsus 

EİF  əməkdaşlarının  operativ  işləri 

nəticəsində  2012-ci  ilin  dekabr 

ayında  Yaponyanın  JEOL  firması-

nın  istehsalı  olan  JEM-1400  trans-

missiya  elektron  mikroskopu  (şəkil 

1),  Almaniyanın  LEİCA  firmasının 

istehsalı  olan  Ultracut  EM  UC7 

markalı  ultramikrotomu,  Leica  EM 

KMR3  markalı  (şəkil  2)  şüşə  bıçaq 

düzəldəni  və  lazımı  reaktivlər  əldə 

olunmuşdur.  Pilot  layihəsinin  icrası 

bizim  universitetə  həvalə  olundu-

ğundan  yuxarıda  sadalanan  apa-

ratura  və  ləvazımatlar  ATU-nun 

4-cü  korpusunun  (fizika-kimya)  bi-

rinci  mərtəbəsində  ayrılmış  xüsusi 

otaqlarda  yerləşdirilmişdir.  Qeyd 

etmək lazımdır ki, 2013-cü ilin fev-

ral ayından elektron mikroskopu və 

əlavə  avadanlıqların  hamısı  işlək 

vəziyyətdədir. Nümunə üçün yuxarı-

da qeyd olunan aparaturalar vasitəsi 

ilə  onurğa  beyninin  ağ  maddəsinin 

işıq mikroskopunda, baş-beyin qişa-

sının, dişli bağın və Ganguleterakis 

dispar  parazitinin  orta  bağırsağının  

isə elektron mikroskopunda çəkilmiş 

şəkilləri nümayiş etdirilir (şəkil 3). 

Tərtib  olunan  layihənin  məqsədi 

göstərilən  sahələrdə  elmi-tədqiqat 

işləri  aparan  əməkdaşların  birgə 

istifadəsi  üçün  Transmission  Elekt-

ron  Mikroskopu  (TEM),  köməkci 

avadanlıq və materialların alınması-

dır. Layihədə nəzərdə tutulmuş TEM-

in alınması, dar ixtisas çərçivəsində 

deyil, respublikada biologiya və tibb 

sahələrində  aparılan  elmi-tədqiqat 

işlərinin əsas istiqamətləri ilə yaxn-

dan  tanış  olan  gənc  mütəxəssislərin 

hazırlanmasına  xidmət  edəcəkdir. 

Bir milyona qədər böyütmə imkanı-

na malik TEM tətbiqi respublikanın 

yerli,  introduksiya  edilmiş  və  süni 

əldə  olunmuş  flora  və  faunasının 

bütün  nümayəndələrinin  struktur 

xüsusiyyətlərini,  onların  pasport-

laşdırılmasını  0,38  nm  dəqiqliklə 

tədqiq etmək imkanına malikdir.

Layihənin 

qarşıya 


qoyulan 

məsələləri:

Viruslardan  başlamış  istər  pro-

karot  (bakteriyalar,  aktinomisetlər, 

göy-yaşıl  yosunlar),  istərsə  də 

euka riotların  (göbələklər,  bitki 

və  heyvani  hüceyrələr)  quruluş 

xüsusiyyətlərinin 

ultrastrukrur 

səviyyədə tədqiqi;

Virus  və  bakteriaya  ştammları-

nın, müxtəlif ibtidai bitki və heyvan 

növlərinin  oxşar  və  fərqli  morfoloji 

xüsusiyyətlərinin  0,2  nm  dəqiqliyi 

ilə aşkarlanması;

Ontogenezin  müxtəlif  mərhə-

lələrində 

bitki 


və 

heyvani 


hüceyrələrin  genom  daşıyıcı  struk-

turlarında  baş  verən  ultrastruk-

tur  dəyişikliklərin  hüceyrə  və  to-

xumalarda  baş  verən  degenerativ 

proseslərin inkişafında mümkün ro-

lunun araşdırılması;

Prokariotların 

eukariotlarla 

simbiozu  nəticəsində  formalaş-

mış  orqanellərin  (xloroplastlar, 

mitoxondrilər)  hüceyrələrin  həyat 

fəaliyyətində və ölümündə iştirakla-

rının molekulyar əsaslarının ultrast-

rutur səviyyədə tədqiqi;

Respublikamızda  neft  məhsulları 

qalıqları  ilə  çirklənmiş  torpaq 

sahələrinin  və  su  hövzələrinin  ya-

rarlı vəziyyətə gətirilməsində iştirak 

edə  biləcək  bakteriyalarin  ultrast-

ruktur  tədqiqi  və  onların    aktivlik 

dərəcələrinin  tənzimi  yollarının 

müəyyən edilməsi;

maddələrinin  bioloji  səddlərin 

mövcud  olduğu  orqanlara  (mərkəzi 

sinir sistemi, xaya və yumurtalıqlar) 

çatdırılma  yollarının  elektron  mik-

roskopik olaraq tədqiqi;

Bəd  xassəli  şişlərin  differensial 

diaqnostikasında,  müalicə  üsulla-

rının  seçilməsində  və    proqnozu-

nun  müəyyən  olunmasinda  TEM-in 

tətbiqi;


Eksperimental  peritonit  zama-

nı  həyat  üçün  vacib  orqanların  da-

mar,  birləşdirici  toxuma  və  işcil 

törəmələrində  baş  verən  ultrastruk-

tur dəyişikliklər və onların korreksi-

ya yollarının araşdırılması;

Kəskin  endotoksemiya  zama-

nı  mərkəzi  və  periferik  sinir  sis-

temlərinin  müxtəlif  törəmələrində 

qişa,  damar  və  sinir  elementlərinin 

histotopoqrafiyalarında  və  mikrost-

rukturlarında  baş  verən  də yişik-

liklərin ultrastruktur xarakteristika-

sı;


Müxtəlif  mənşəli  eksperimental 

ödem şəraitində sinir hüceyrələrinin 

ölüm formalarının elektrton mikros-

kopik olaraq dəqiqləşdirilməsi;

Respublika  alimləri  və  digər 

müəlliflər  tərəfindən  əldə  olunmuş 

nanohissəciklərin canlı orqanimlərdə 

əmələ  gətirdikləri  komplekslərin 

müxtəlif  orqan  və  sistemlərin  mor-

fo-funksional  vəziyyətinə  təsirinin 

müəyyən edilməsi;

Respublikada sintez olunmuş hey-

vani  və  bitki  mənşəli  bioloji  aktiv 

maddələrin  ayrı-ayrı  orqanlara  və 

sistemlərə  təsir  mexanizmlərinin 

dəqiqləşdirilməsi və müalicəvi doza-



ların ultrastruktur əsaslandırılması.


Yüklə 9,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin