2 ulduz (**) Qaz və neft fontanlarında yanğınların söndürülməsi


(**).3. Yüksəkmərtəbəli binalarda yanğın zamanı sakinlərin təxliyəsi



Yüklə 24,28 Kb.
səhifə3/8
tarix02.01.2022
ölçüsü24,28 Kb.
#40635
1   2   3   4   5   6   7   8
2 ULDUZ

(**).3. Yüksəkmərtəbəli binalarda yanğın zamanı sakinlərin təxliyəsi
Yanğın zamanı insanların təxliyə yolları çox vacibdir, ancaq pilləkənlərdə çoxlu sayda adamın toplaşması səbəbindən maneələrin meydana gəlməsi onların xilas edilməsi imkanlarını məhdudlaşdırır. Bundan başqa, təxliyə yollarının çox uzun və yanan binadan insanların tam çıxarılması üçün lazım olan müddət çox böyük olduğuna görə əlavə təhlükə yaranır.

Yanğınlar zamanı insanların xilas edilməsi üçün müxtəlif xilasedici qurğuların praktik istifadə edilməsinə dair eksperimentlər keçirilmişdir. Aşağıdakı xilasedici vasitələrin göstəriciləri təhlil edilib:

- amortizasiyaedici yastıqlar;

- fərdi kanat xilasetmə qurğuları;

- açıq və qapalı navalçalar;

- tüstülənməyən pilləkən qəfəsləri;

- hava yastıqları;

- yanğın üçün təhlükəsiz liftlər;

- avtomobil nərdivanları;

- binaların xarici divarlarında yerləşən və tərpənməz relslər və ya polad kanatlarla hərəkət edən kabinalar;

- helikopterlər.

Eksperimentlərin nəticələrini təhlil etdikdə aşağıdakı amillər nəzərə alınmışdır:

- qurğunun məhsuldarlığı (buraxma qabiliyyəti);

- təxliyə prosesinin fasiləsizliyi;

- qurğunun hazırlıq vəziyyətinə gətirilməsi üçün vaxt;

- texniki xidmətin tələb olunan səviyyəsi;

- işəsalınmanın asanlığı;

- müxtəlif konstruksiyalı binalarda istifadənin mümkünlüyü;

- insanların vahiməyə düşmüş və gözlənilməz davranışı nəzərə alınmaqla təxliyə zamanı istifadənin təhlükəsizliyi;

- yanğının olmadığı dövrdə qurğudan cinayət məqsədləri ilə istifadə edilməsinin mümkünlüyü;

- alov, partlayış və ya yanğının digər təhlükəli amillərindən xilasedici vasitələrin xarab olmasının mümkünlüyü;

- eyni vaxtda xeyli insanın istifadə edilməsinin mümkünlüyü;

- fiziki qüsurlu, qoca adamların, uşaqların təxliyə və xilas edilməsinin mümkünlüyü;

- xilasetmə əməliyyatının hava şəraitindən (külək, temperatur, qaranlıq və s.) asılılığı;

- yanğının əhatə etdiyi mərtəbələrin yanından keçmək imkanı;

- təxliyə prosesinin effektiv həyata keçirilməsi üçün yanğınsöndürənlərin və xilasedicilərin təxliyə prosesinə müdaxilə etməsinin zəruriliyi.

Hər bir amil yanğın ekspertləri tərəfindən beşballıq şkala ilə qiymətləndirilir. Yuxarıda təsvir edilən amillər nəzərə alınmaqla, 10-12 mərtəbə hündürlüyü olan binalardakı yanğınlar zamanı insanların təxliyə və xilas edilməsinin ən təhlükəsiz və əlverişli yolu tüstülənməyən pilləkən qəfəsi və yanğın üçün təhlükəsiz lift hesab edilmişdir. Eyni vaxtda bu iki vasitədən istifadə edilməsi ideal sayılır. Daha yüksək binalarda tüstülənməyən pilləkənlərlə insanların təxliyə və xilas edilməsi zamanı yüksəksıxlıqlı insan axınları əmələ gəlir, bunun da nəticəsində yanan və ya tüstülənən binada insanların qalma müddəti artır və onların həyatı üçün real təhlükə yaranır.



Yüklə 24,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin