2 ulduz (**) Qaz və neft fontanlarında yanğınların söndürülməsi


(**).6. Təbii və texnogen fəlakətlər zamanı yanğınların söndürülməsi taktikası



Yüklə 24,28 Kb.
səhifə6/8
tarix02.01.2022
ölçüsü24,28 Kb.
#40635
1   2   3   4   5   6   7   8
2 ULDUZ

(**).6. Təbii və texnogen fəlakətlər zamanı yanğınların söndürülməsi taktikası
Təbii və texnogen fəlakətlər zamanı qəza-xilasetmə işlərinin nəticələrinin ara­dan qaldırılmasında yanğınsöndürən­lərin rolu və onların fəaliyyət taktikası mü­hüm əhəmiyyət kəsb edir. Təbii fövqəladə hadisələrin bir növü də təbii yanğınlardır. Təbii yanğın təbii surətdə meydana gələn və təbii mühitdə yayılan, nəzarət olun­ma­yan yanma prosesidir. Təbii yanğınlar meşə, torf və çöl yanğınlarına bölünür.

Yanğın zonası elə ərazidir ki, onun daxilində hər hansı bir fövqəladə hadisə və ya insanların ehtiyatsızlığı nəticəsində yanğınlar meydana gəlir və yayılır.

Torf yanğını qurudulmuş və ya təbii torf bataqlığının səthi günəş şüaları ilə həd­din­dən artıq qızdıqda və ya insanların odla diqqətsiz davranışı nəticəsində torf bataqlığının yanmasıdır.

Meşə yanğını dedikdə isə meşə sahəsində nəzarət olunmayan yanma başa dü­şü­lür. Yanğının yayıldığı meşə sahəsinə açıq meşə boşluqları da (ağaclar kəsilmiş yerlər və s.) daxildir.

Meşə yanğınlarının söndürülməsi üzrə işləri aşağıdakı mər­hə­lələrə böl­mək olar: yanğının kəşfiyyatı; lokallaşdırma, yəni yanğının yayıl­ma­sının aradan qal­dı­rıl­ması; yanğının aradan qaldırılması, yəni yanma ocaqlarının tamam söndürülməsi; yan­ğın mənbəyinin keşiyinin çəkilməsi.

Yanğın kəşfiyyatına – onun sərhədlərinin dəqiqləşdirilməsi, sutkanın müxtəlif vaxtlarında onun kənarında və ayrı-ayrı hissələrində yanma növünün və gücünün aşkar edilməsi daxildir. Kəşfiyyatın nəticələrinə görə yanğının kənarının mümkün vəziyyətini, onun xarakterini və yanma gücünü qabaqcadan tələb olunan müddətə proqnozlaşdırırlar.

Yanğının inkişaf proqnozu əsasında yanğını əhatə edən sahələrin təbii xarakterini, həmçinin onun yayılmasına əks təsir göstərən çayları, dərələri, yolları və s. nəzərə almaqla yanğının dayandırılması planını tərtib edirlər.

Yanğının lokallaşdırılması ən çətin və çox zəhmət tələb edən işdir. Bir qayda olaraq, meşə yanğınının lokallaşdırılmasını iki mərhələdə aparırlar. Birinci mərhələ − onun yanan kənarına bilavasitə təsir etməklə yanğının yayılmasını dayandırmaq, ikinci mərhələdə isə onun yenidən başlanmasının mümkünlüyünü nəzərə alaraq maneə zolaqları və kanalları çəkir, yanğının periferiya hissələrində işləyirlər. Yalnız o yanğınlar lokallaşmış hesab edilir ki, onların ətrafında maneə zolaqları çəkilmiş olsun.

Yanğının tam söndürülməsi onu lokallaşdırdıqdan sonra yanğının baş verdiyi sahədə qalmış yanma ocaqlarının aradan qaldırılmasından ibarətdir. Yanğın yerinin keşiyinin çəkilməsi onun yayılmasının, yenidən başlanmasının qarşısını almaq məqsədilə yanğının keçdiyi sahənin və xüsusən də yanğının kənarının fasiləsiz və ya periodik yoxlanmasından ibarətdir. Yanğın yerinin keşiyinin çəkilməsini lokallaşma zolağı üzrə sistematik yoxlamalar yolu ilə həyata keçirirlər. Davamiyyət müddətini hava şəraitindən asılı olaraq müəyyən edirlər.


Yüklə 24,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin